Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə46/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   42   43   44   45   46   47   48   49   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
145 
 
Məsələn: 
«sitat» (Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. 1981, s. 
4) 
Sitatın əvvəlində və axırında üç nöqtə yalnız o halda qoyulur 
ki,  sitat  gətirilən mətn  cümlənin  bir hissəsi  olsun və  sitatın mətni 
ilə məqalənin mətni arasında məntiqi əlaqə prinsipi pozulmasın.  
Sitatda mənbənin mətni ixtisarla verilirsə, bu ixtisarların yeri 
mütləq üç nöqtə ilə göstərilməlidir.  
 
Ensiklopediyalarda  eyni  tipli  məqalələrin  sxemləri.  Ensik-
lopediyalarda dövlətlər haqqında məlumatlar aĢağıdakı Ģəkildə ve-
rilir:  
Ümumi məlumat 
Dövlət quruluĢu  
Fiziki coğrafiyası 
Ġqtisadiyyatı 
Əhali 
Tarixi oçerk 
Partiyalar, həmkarlar ittifaqı 
Silahlı qüvvələr 
Səhiyyə 
Maarif 
Mətbuat, radio, televiziya 
Elm və elmi idarələr 
Ədəbiyyat 
Təsviri sənət və memarlıq 
Musiqi 
Teatr 
Kino 
Biblioqrafiya
145

ġəhərlər haqqında yazılan məqalələr, onların böyüklüyündən 
və  əhəmiyyətindən  asılı  olaraq,  müxtəlf  sxemlər  əsasında  yazılır. 
Məqalədə  Ģəhərin  adı,  hansı  ölkədə  olması,  əgər  adı  dəyiĢdiril-
miĢsə, keçmiĢ adı göstərilməli, nə zaman, kimin Ģərəfinə və ya nə 
                                                           
145
 Azərbaycan Sovet Ensiklopediyası redaktorları üçün metodik göstəriĢlər. – 
Bakı: ASE BaĢ redaksiya, 1967, s. 27. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
146 
 
münasibətlə dəyiĢdirildiyi qeyd olunmalıdır. Məqalədə Ģəhərin in-
zibati  əhəmiyyəti, coğrafi  mövqeyi,  ən mühüm memarlıq və  hey-
kəltəraĢlıq abidələri haqqında məlumat verilir.  
Dövri  mətbuat  haqqında  yazılan  məqalələrdə  orqanın  adı, 
nəĢrin xarakteri (qəzet, jurnal, bülleten və s.), hansı ölkədə və Ģə-
hərdə, hansı dildə nəĢr olunması, hansı təĢkilatın orqanı olması, si-
yasi və ya elmi istiqaməti, hansı ildən iĢıq üzü görməsi qısa tarixi 
yer alır.  
Elmlər  və  ya  fənlər  haqqında  yazılan  məqalələrdə  elmin 
mövzusu və elmlər sistemində tutduğu  yer, baĢqa elmlərlə əlaqə-
dar olan cəhətləri, elmin əsas bölmələri, tarixi, inkiĢaf mərhələləri, 
ən görkəmli nümayəndələri, istiqamət və cərəyanları, böyük elmi 
kəĢf  və  nailiyyətlər,  müasir  dövrdə  elmdə  tətbiq  olunan  əsas  me-
todlar  və  elmin  gələcək  inkiĢafının  əsas  təmayülü  qeyd  olunmalı 
və ədəbiyyat öz əksini tapmalıdır.  
Ensiklopediyalarda verilən tərcümeyi-hal məqalələrində əsas 
soraq məlumatı aĢağıdakı cəhətləri əhatə etməlidir:  
xadimin tərcümeyi-halına aid mühüm məlumat:  
onun  ictimai-siyasi  və  ya  elmi  görüĢünü  göstərən  baĢlıca 
cəhətlər;  
onun yaradıcılıq yolunun əsas cəhətləri. 
Kiçik  məqalələrdə material aĢağıdakı sxem əsasında verilir:  
tərif,  tərcümeyi-halın  əsas  faktları,  xadimin  baĢlıca  əsərləri,  onun 
haqqında yazılan əsərlər. 
Ensiklopediyalarda  tərcümeyi-hal  məqaləsinin  adı  xadimin 
soyadı ilə baĢlamalıdır.  
Biblioqrafiya.  Ensiklopediyalarda  verilən  məqalələrdə  oxu-
cuya geniĢ soraq məlumatı verməkdə biblioqrafiyanın oynadığı rol 
böyükdür.  Məqalənin  mövzusunu  təĢkil  edən  məsələyə  dair  bib-
lioqrafiya,  adətən,  mətndən  sonra  verilir.  Tərcümeyi-hal  və  icmal 
məqalələrində, kompleks  və  bəzi  baĢqa məqalələrdə biblioqrafiya 
mətnin daxilində də verilə bilər. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
147 
 
Biblioqrafiyasız gedən bir sıra məqalələrdə biblioqrafiya ilə 
verilən ümumiləĢdirici məqalələrə müraciət etməsi oxucuya tövsi-
yə olunmalıdır. Məsələn: 
bax: Səfəvilər məqaləsinə və onun sonundakı ədəbiyyata. 
Bu və ya baĢqa məqalədə verilən biblioqrafiyanın xarakterini 
və həcmini sahə redaksiyası müəyyən edir. Məqalənin mövzusun-
dan, əhəmiyyətindən və həcmindən asılı olaraq, mətndən sonra ve-
rilən biblioqrafiyada təqribən 1-5 əsərin, kompleks, icmal və prob-
lem    məqalələrində  3-10  əsərin,  ayrı-ayrı  hallarda  isə  daha  çox 
əsərin adı çəkilə bilər. 
Mətndən  sonra  verilən  biblioqrafiya.  Ensiklopediyalardakı 
məqalələrin biblioqrafiyasında, bir qayda olaraq, az əsər adı veril-
diyi üçün ədəbiyyatı düzgün seçməyin böyük əhəmiyyəti var. Belə 
ki, müəyyən məsələyə dair ən qiymətli  ədəbiyyat göstərilməlidir.  
Tərcümeyi-hal  məqalələrindən  sonra  ən  zəruri  hallarda  mə-
qalənin  həsr  olunduğu  xadimin  əsərləri  külliyyatının  və  ya  seçil-
miĢ  əsərləri  məcmuəsinin  adı  həm  əslində  olduğu  kimi,  həm  də 
Azərbaycan  dilində  göstərilir.  Bundan  baĢqa  həmin  xadim  haq-
qında yazılmıĢ ən yaxĢı əsərlər də mətndən sonra verilir.  
ġərq  dillərində  nəĢr  edilən  əsərlərdən  yalnız  latın  və  ərəb 
hərfləri  ilə  çap  olunmuĢ  əsərlərin    adı  məqalə  mətnindən  sonra 
biblioqrafiyada  əslində  olduğu  kimi  və  Azərbaycan  dilində  trans-
kripsiyası ilə yazılır.  
Biblioqrafiya  məqalənin  quruluĢu  və  məzmununa  uyğun  ol-
malıdır. Məqalədə bəhs edilən ümumi məsələlərə aid kitab əvvəlcə 
göstərilir, sonra isə xüsusi məsələlərə aid kitabların adı çəkilir.  
Mətn daxilində verilən biblioqrafiya. Tərcümeyi-hal məqalə-
lərində  mətn  daxilində  verilən  biblioqrafiyada  müəllifin  baĢlıca 
əsərləri mütləq göstərilməlidir.  
Məqalədən  sonra  verilən  biblioqrafiya  oxucunun,  onu  ma-
raqlandıran əsəri asanlıqla və tez tapmasını təmin etməlidir.  
 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə