Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə38/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   34   35   36   37   38   39   40   41   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
119 
 
Azərbaycan  üçün  dünyanın  elmi  informasiya  bazasına  çıxıĢ 
imkanlarının yaradılması elmin innovativ inkiĢafı baxımından mü-
hüm  əhəmiyyət  kəsb  edən  məsələlərdən  biridir.  Elmi  jurnalla-rın 
reytinqinin  qiymətləndirilməsinin  vacibliyi  qeyd  edilərək,  alim-
lərin  elmi  fəaliyyətində  innovativ  nəticələrin  əldə  edilməsi,  elmi 
kəĢf və innovasiyaların inkiĢafı baxımından bu kimi iĢlərin yüksək 
səviyyədə  təĢkilinin  önəmi  vurğulanmıĢdır.  Azərbaycanda  elmi 
məqalələrin  Thomson  reyestrində  öz  əksini  tapması,  elmi 
jurnalların agentliyin  Ġmpact  Factorunu almasının Azərbaycan el-
mi üçün mühüm göstərici olduğu bildirildi.  
Elmin  yüksək  templə  inkiĢaf  etdiyi  müasir  dövrdə  istənilən 
fəaliyyət sahəsində elmin rolu və əhəmiyyəti, dünya elminə çıxıĢ, 
bilik  və  təcrübə  mübadiləsinin  aparılması,  bu  sahədə  əməkdaĢlıq 
əlaqələrinin qurulması haqqında  geniĢ fikir mübadiləsi aparılmıĢ-
dır. 
29 mart 2011-ci il tarixində BDU-da və 4 aprel 2012-ci il ta-
rixində  AMEA  Ġnformasiya  Texnologiyaları  Ġnstitutunda  “Azər-
baycanda nəĢr olunan elmi jurnalların dünya standartlarına uyğun-
laĢdırılmasına  dəstək”  mövzusunda  treninq-seminar  keçirildi. 
“Azərbaycanda elmə Tomson Reyters Agentliyi tərəfindən baxıĢ” 
mövzusunun  davamı  olan  tədbirdə  BDU  və  AMEA-nın  müxtəlif 
elmi müəssisələrinin alim və mütəxəssisləri iĢtirak edirdilər.  
Thomson  Reuters  Agentliyinin  Mərkəzi  və  ġərqi  Avropa 
üzrə səhiyyə və elm məsələlərinə dair meneceri D. Horki və Tür-
kiyənin MĠKRO Bilgi Kayıt və Dağıtım A.ġ. Ģirkətinin layihə və 
beynəlxalq  satıĢ  üzrə  direktoru  M.Tunçun  iĢtirakı  ilə  aparılan  se-
minar Azərbaycanda elmi məqalələrin Thomson reyestrində öz ək-
sini tapması, elmi jurnalların agentliyin Ġmpact Factorunu alması, 
veb-biliklərdən  səmərəli  istifadə  qaydalarının  aĢılanması,  ümu-
miyyətlə  bu  sahədə  mövcud  təcrübə  mübadiləsinin  aparılması 
məqsədi daĢıyırdı.  
Thomson  Reuters Agentliyi dünyada intellektual informasi-
yanın ən iri aparıcı provayderidir. Elmi informasiya mənbəyi olan 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
120 
 
agentlik  qabaqcıl  texnologiyalarla  təcrübənin  vəhdəti  sayəsində 
elm, tibb, maliyyə, hüquq və s. sahələr üzrə obyektiv informasiya 
təqdim edir. Thomson Reuters Ģirkətində dünyanın 93 ölkəsindən 
50 min insan çalıĢır. ġirkətin mənzil-qərargahı  Nyu-Yorkda, əsas 
ofisləri isə London və Ġranda yerləĢir. 
Əldə edilən innovativ elmi nəticələrin təbliğatının aparılma-
sında  agentliyin  yaratdığı  imkanlardan  bəhs  edən  M.Tunç  elmi 
məqalələrin  beynəlxalq  aləmdə  vüsət  alması  üçün  məhz  nüfuzlu 
jurnallarda  dərcinin  önəmini  bildirdi.  “Elmi  kəĢflərinizi  dünyaya 
tanıdın! Ən böyük təbligat vasitəsi - elmi jurnallardır” – söyləyən 
mütəxəssis  Reutersin  böyük  layihələrdə  iĢtirak  etmək,  patent  və 
qrantlar almaq kimi geniĢ imkanlar yaratdığını bildirdi. 
M.Tunç  elmi  jurnalların  beynəlxalq  aləmdə  tanınmasının 
əhəmiyyətini vurğulayaraq, dərgilərin dünya standartlarına uyğun-
laĢdırılmasının  strateji  əhəmiyyətini  qeyd  etdi,  bu  iĢlərin  yüksək 
səviyyədə  təĢkilinin  alimlərin  beynəlxalq  elm  mühitinə  inteqra-
siyası baxımından mühüm önəm kəsb etdiyini bildirdi. 
Veb-biliklərdən səmərəli istifadə, məqalə və istinadların ax-
tarıĢı qaydaları, istinad indeksinin əhəmiyyəti, verilənlər bazası ilə 
iĢləmə prinsipi və s. haqqında ətraflı məlumat verilmiĢ, elmi nəĢr-
lərin  universal  referativ  verilənlər  bazası  olan  Web  of  Knowled-
ge
134
 (Veb-elm) platformasından istifadənin üstünlüklərindən bəhs 
olunmuĢdur. Web of Knowledge-də 23 min elmi jurnalın, 23 min 
patentin, son 100 ilin arxivinin öz əksini tapdığını bildirdi. Burada 
50  milyondan  artıq  mənbənin  və  70  milyondan  çox  istinadın, 
dünyanın  Çin,  Yaponiya,  Ġngiltərə,  ABġ  və  s.  kimi  ölkələrinin 
aparıcı  referativ bazalarının olduğunu vurğuladı.  “Tədqiqatçıların 
tələblərinə  cavab  vermək  üçün  baza  daim  təkmilləĢdirilir.  Dün-
yanın 90 ölkəsindən 20 milyondan artıq tədqiqatçı öz elmi fəaliy-
yətlərində Web of Knowledge-ə etibar edir”. Web of Knowledge-
in müasir ideya və aparıcı tendensiyaları əks etdirən yüksək key-
                                                           
134
 www.webofknowledge.com 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
121 
 
fiyyətli  məqalələrin  hazırlanması,  ixtisaslaĢdırılmıĢ  tərəfdaĢların 
tapılması,  məqalələrin  daha  nüfuzlu  jurnallara  göndərilməsi,  təd-
qiqatın nəticələrinin vizuallaĢdırılması və s. mükəmməl imkanlara 
malik olduğunu söylədi.  
M.Tunç elmi məqalələrə süni istinadlarla bağlı məsələlərə də 
toxunaraq, bu kimi halların qarĢısının alınması üçün mövcud me-
xanizmlər haqqında da məlumat vermiĢ, etik normalara əməl edil-
məsinin vacib  Ģərtlərdən olduğunu bildirmiĢdir. O, həmçinin  mə-
qalələrin  dünyada  geniĢ  yayılmıĢ  dillərdə  verilməsinin  məqsədə-
uyğunluğunu da qeyd etmiĢdir
135

Sonra elmin yüksək templə inkiĢaf etdiyi müasir dövrdə istə-
nilən fəaliyyət sahəsində elmin rolu və əhəmiyyəti, dünya elminə 
çıxıĢ, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə əmək-
daĢlıq  əlaqələrinin  qurulması  haqqında  geniĢ  fikir  mübadiləsi 
aparıldı.  Azərbaycanın  dünyanın  elmi  informasiya  bazasına  çıxıĢ 
imkanlarının  artırılmasının  elmin  innovativ  inkiĢafı  üçün  mühüm 
əhəmiyyət  kəsb  edən  məsələlərdən  olduğu  bildirildi.  Elmi  jur-
nalların reytinqinin qiymətləndirilməsinin vacibliyi qeyd edilərək, 
alimlərin  elmi  fəaliyyətində  innovativ  nəticələrin  əldə  edilməsi, 
elmi  kəĢf  və  innovasiyaların  inkiĢafı  baxımından  bu  kimi  iĢlərin 
yüksək səviyyədə təĢkilinin önəmi vurğulandı. Azərbaycanda elmi 
məqalələrin  Thomson  reyestrində  öz  əksini  tapması,  elmi  jur-
nalların agentliyin  Ġmpact Factorunu almasının Azərbaycan el-mi 
üçün mühüm göstərici olduğu bildirildi. 
Hər il Thomson Reuters personalı 2000-dən artıq jurnalı nə-
zərdən keçirir və bunlardan yalnız 10-12 %-i qəbul olunur.   
Thomson  Reuters  agentliyinə  daxil  olmaq  üçün  jurnalın 
müəyyən  edilmiĢ  zamanda  iĢıq  üzü  görməsi  vacibdir.  Thomson 
Reuters  məqalələrdə  ən  azından  biblioqrafik  məlumatların  ingilis 
dilndə olmasını tələb edir. Bu indeksə daxil olmaq üçün digər bir 
                                                           
135
http://ict.az/az/index.php?option=com_content&task=view&id=2274&Itemid
=122 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə