Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə36/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   32   33   34   35   36   37   38   39   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
112 
 
məyəcəyindən əmin olmalıdır. Rəyçi hesabatları üzərində aparılan 
analizlər gənc alimlərin yaĢlı alimlərdən daha çox zaman ayıraraq, 
daha diqqətli hesabatlar hazırladığını üzə çıxarmıĢdır. 
Rəyçiliyi obyektiv olaraq analiz edə bilmək və onu daha tə-
sirli  və  məhsuldar  edəcək  qaydalar    yaratmaq  üçün  əhəmiyyətli 
tədqiqatlar aparılmıĢdır. Belə ki, məqalə müəlliflərinin adının ano-
nim olmasının əhəmiyyətini qiymətləndirən 9 tədqiqatdan 4-ü bu-
nun  müsbət  keyfiyyət  olduğunu  vurğulamıĢdır.  Digər  5  tədqiqat-
dan isə normal nəticə alınmamıĢdır
121

Müxtəlif  ölkələrdə  məqalələrə  rəy  verilməsi  və  elmi  nəĢr 
mərhələsini  izləmək  üçün  bir  sıra  mərkəzlər  yaradılmıĢdır.  Ġngil-
tərə  mənĢəli  "Committee  on  Publication  Ethics"  (COPE)  təĢkilatı 
müəlliflik, redaktorluq və məqalələrin rəyinin mexanizmlərini mü-
əyyən edir
122

ABġ-da  isə  rəy  mərhələsinə  dövlət  tərəfindən  nəĢr  olunan 
"Peer Review Bulletin" ilə nəzarət olunmaqdadır
123

Elmi məqalələr nəĢr olunmazdan öncə jurnal redaktorları tə-
rəfindən  qiymətləndirilmək  və  dəyərləndirilmək  üçün  iki,  bəzən 
üç rəyçiyə göndərlilir.  
Elmi  məqalələrin  qiymətləndirilməsi  üçün  seçilən  rəyçilərin 
öz sahələrində nəĢrlərə sahib olması kafi deyil. Bir rəyçinin izlə-
yəcəyi,  diqqət  yetirəcəyi  ünsürlərə önəm  verməsi,  o sahədə  bilik-
lərinin hərtərəfli olması,  araĢdırmaları izləməsi, tədqiqatlarına ara 
verməməsi,  müəyyən  olunan  müddət  içərisində  məqaləni  qiymət-
ləndirib təqdim etməsi vacib Ģərtlərdəndir. 
Məlumdur  ki,  alimlərə  və  tədqiqatçılara  rəyçiliklə  bağlı 
dərslər  keçilmir,  mühazirələr  oxunmur.  Ancaq  qiymətləndirilcək 
məqalə  ilə  birlikdə  göndərilən  formalardakı  bəzi  suallar  rəyçinin 
dəyərləndirmədə  diqqət  yetirəcəyi  xüsuslar  üçün  ipucu  olmaqda-
                                                           
121
 Özdağ H. Bilimsel yayın sürecinde hakemlik müessesesi // Süreli yayıncılık 
2. editörler çalıĢtayı, TÜBĠTAK, ULAKBĠM, 2008, s. 58.  
122
 www.publicationethics.org 
123
 www.whitehouse.gov 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
113 
 
dır. Zaman-zaman eyni məqalə üçün iki fərqli rəyçidən çox fərqli 
iki  rəy  gəlir.  Bir  rəyçi  üçün  cox  önəmli  görünən  bir  cəhət,  digəri 
üçün  ikinci  dərəcəli  olur.  Bəzi  rəyçilərin  ciddiliyi  və  obyektivli-
yində  Ģübhə  oyandıracaq  vəziyyət  ortaya  cıxarsa,  rəyçi  siyahısın-
dan cıxarılır. 
Heç  bir  mütəxəssis,  alim  məqaləsinin  rədd  olunmasını  istə-
mir.  Elmdə  olan  insanlar  da  hər  hansı  bir  elmi  jurnaldan  gələn 
rədd yazısı qarĢısında bəzən ciddi Ģəkildə ümidsizliyə qapıla bilir-
lər
124

Tədqiqatçıların  böyük  əksəriyyəti  məqalələrinin  nəĢr  olun-
mayacağını öyrənərkən narahat olurlar. Aparılan araĢdırmalar gös-
tərmiĢdir  ki,  elmi  jurnallara  göndərilən  məqalələrin  15  %  birinci 
dəfə,  7,71  %  ikinci  dəfə  rəyçilər  tərəfindən  qəbul  edilməmiĢ  və 
nəĢrinə icazə verilməmiĢdir
125
.  
Belə  ki,  məqalələri  qəbul  edilməyən  tədqiqatçıların  çox  az 
hissəsi rəyçi və redaktoru günahlandırır. Əslində məqalənin qəbul 
edilməməsi rəyçilər tərəfindən yaradılan əngəl deyildir. 
Məlum olduğu kimi, elmi məqalələr XVII əsrin ortalarından 
nəĢr  olunmağa  baĢlamıĢdır.  Elmi  jurnallara  rəyçilərin  təyin  olun-
ması isə 1750-ci ilə təsadüf edir
126

Rəyçi  kimdir  və  əsl  rəyçi  necə  olmalıdır?  Sahəsinin  mütə-
xəssisi  olan  hər  hansı  bir  tədqiqatçı  eyni  zamanda  elmi  jurnala 
rəyçi ola bilərmi? 
Əlli ilə yaxın elmi jurnallarda rəyçi olan Parkesə görə rəyçi 
məqaləni dəyərləndirməzdən əvvəl özü-özlüyündə bu suallara ca-
vab verməlidir: 
a)
 
Mən bu məqalə üçün uyğun bir rəyçiyəmmi? Bəzi redaktor-
lar  rəyçilərin  fikirlərini  öyrənmədən  onlara  məqalə  gön-
                                                           
124
  Cassey  P.  and  Blackburn  TM.  Publication  rejection  among  ecologists. 
Trends in Ecology and Evolution. 2003, Vol. 18.No: 8. s. 375-376. 
125
 Yenə orada. 
126
 Yüksel A. Writing publishable papers. 2003, s. 437-446. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
114 
 
dərir, bəzi rəyçilər isə məqalənin mövzusu ilə əlaqəli olma-
dıqları halda onu qiymətləndirməyə çalıĢırlar.  
b)
 
Bu  məqaləni  obyektiv  olaraq  qiymətləndirə  biləcəyəmmi? 
Bəzən gələn məqalələrin müəllifləri ilə rəyçilər arasında so-
yuq  münasibət  olur.  Rəyçilərin  çoxu  "akademik  düĢ-
mən"lərinin məqalələrini yoxlamırlar. Yəni rəyçi bu zaman 
obyektiv olmayacağından qorxur.  
c)
 
Bu məqalə nəticələri mənim tədqiqat sahəm və obyektimlə 
üst-üstə düĢürmü? 
d)
 
Ġfadə və düzəltmələr aydındırmı? 
Aparılan  araĢdırmalara  görə  nüfuzlu  elmi  jurnallara  təqdim 
edilən  10  məqalədən  9-u  qəbul  olunmur
127
.  Məqalələrin  74%-i 
metoduna,  60%  əhəmiyyətinə,  üslubuna,  ədəbiyyatın  azlığına,  3 
%-i isə xülasəyə görə rəyçilər tərəfindən qəbul edilməmiĢdir
128

Müəllif məqaləni nə üçün yazdığını (giriĢ, bazis və hipotez), 
hansı  nəticəni  aldığını  müəyyən  etməlidir.  Əgər  bu  suallar  mə-
qalənin müvafiq yerlərində öz cavabını taparsa o zaman məqalənin 
qəbul olunma Ģansı artacaq
129
.   
Bir jurnalın keyfiyyəti onun kağızı, görünüĢü, cildi, tərtibatı 
və  s.  kimi  texniki  xüsusiyyətlərindən  deyil,  içindəki  məqalələrin 
keyfiyyətindən  asılıdır.  Jurnalın  və  məqalələrin  elmi  səviyyəsi 
rəyçinin nə qədər doğru, elmi, obyektiv və nizamlı iĢləməsi ilə ya-
xından bağlıdır. 
Məqalələrin rəyə  verilməsi  mərhələsi  özü  də  4 pillədən iba-
rətdir: redaktor – rəyçi formu, rəyçi seçimi, rəyçinin məqaləni qiy-
mətləndirməsi.  Prof.  R.Gözen  redaktorun  məqalənin  rəyə  veril-
                                                           
127
 McKercher B., Law R., Weber K., Song H. and Hsu C. 2007. Why referees 
reject manuscripts. Journal of Hospitality and Tourism Research. Vol: 3. No: 4. 
p. 455-470. 
128
 Yenə orada. s. 455. 
129
  Aytekin  M.  Bilimsel  yayınlarda  hakemlik  sistemi  //  Tarım,  veteriner  ve 
biyoloji bilimleri süreli yayıncılık 2. çalıĢtayı. TÜBĠTAK, ULAKBĠM, 2008, s. 
65. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə