Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə34/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   30   31   32   33   34   35   36   37   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
105 
 
nin qiymətləndirilməsi zamanı onun funksional keyfiyyətlərini nə-
zərə  almaq  lazımdır.  Təcrübə  göstərir  ki,  oxucu  nöqteyi-nəzərin-
dən sərlövhə yalnız siqnal və informativ funksiya yerinə yetirir.  
Elmi  məqalələrdə  annotasiya  və  ya  xülasənin  verilməsi  va-
cibdir. Annotasiyada məqalənin qısa məzmunu yer alır. Annotasi-
ya bir suala cavab verməlidir: məqalədə nədən danıĢılır? Annota-
siyada  problem,  nəĢrin  məzmununun  predmeti,  tədqiqatın  yerinə 
yetirilmə məqsədi və onun nəticələri, elmi yeniliyindən bəhs olun-
malıdır. Elmi məqalələrdə verilən “xülasə” məqalə aparatının va-
cib elementlərindən hesab olunur. Xülasədə məqalədə əldə olunan 
nəticələrdən  bəhs  olunur  və  məqalənin  qısa  icmalı  verilir.  Elmi 
jurnallarda xülasələrin bir neçə dildə verilməsi məqsədəuyğundur.  
Məqalə  müəllifi  haqqında  məlumat  məqalə  sərlövhəsindən 
sonra verilir. Burada müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, 
iĢ  yeri,  yaĢadığı  ölkənin  adı  verilməlidir  (Əlavə  32).  Kollektiv 
müəlliflərin  adları  onların  təklif  etdiyi  ardıcıllıqla  yazılmalıdır. 
Yuxarıda sadalanan digər məlumatlar müəllifin ad və soyadından 
sonra yer alar.  
BaĢ  məqalənin  müəllifi  haqqında  məlumat  redaksiya  rəyin-
dən  sonra  verilir  və  mətnin  sonunda,  sağ  tərəfdə  yerləĢdirilir. 
Mətndən sonra müəllifin iĢ yeri haqqında məlumat verilir.  
Tərcüməçi,  rəssam  və  fotoqrafın  üzərində  iĢlədiyi  material 
nəĢr  olunan  zaman  onların  adları  və  iĢlərinin  xarakteri  mətndən 
sonra  verilir.  Elmi  jurnallarda  məqalənin  əvvəlində  müəllif  haq-
qında məlumatdan öncə səhifənin sol tərəfində UOT yer alır. UOT 
indeksləĢməsinin elmi-praktik və mədəni fəaliyyətin bütün sahələ-
rini əks etdirən materiallarda verilməsi vacibdir.  
NəĢr  olunan  materialın  yeniliyinin  vacib  xarakteristikası 
onun redaksiyaya daxil olma tarixi hesab olunur. Əlyazmanın re-
daksiyaya  daxil  olma  tarixi  mətnin  altında  verilməlidir.  Məsələn, 
“Qəbul edilmiĢdir ......”, “Material redaksiyaya daxil olmuĢdur...” 
və s.  


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
106 
 
Jurnallarda  dərc  olunan  materialların  biblioqrafik  aparatı 
biblioqrafik istinad və biblioqrafik siyahı Ģəklində ola bilər. Məqa-
lələrdə yer alan istinadlar sətiraltı və mətndaxili olur. Elmi jurnal-
larda biblioqrafik təsvir əsasən istifadə olunan mənbələrin ardıcıl-
lığı və ya əlifba prinsipi ilə verilir. 
Hal-hazırda  demək  olar  ki,  nüfuzlu  jurnalların  əksəriyyətin-
də istinadlar və biblioqrafik siyahı MLA (Modern Languange As-
sociation)

 metoduna əsasən verilir. 
Jurnal aparatının vacib elementlərindən biri də buraxılış mə-
lumatlarıdır (Əlavə 25, 26, 28) . BuraxılıĢ məlumatlarına aĢağıda-
kılar daxildir: 
Jurnalın adı; 
Sərlövhəüstü və sərlövhəaltı məlumat; 
Redaksiya heyəti haqqında məlumat; 
Jurnalın nömrəsi; 
BuraxılıĢ məlumatları; 
Təsnifat indeksi; 
Beynəlxalq Standart Kitab Nömrəsi. 
NəĢrin adı jurnalın titul vərəqində və üzqabığında yerləĢdiri-
lir. BaĢlığın kolontitulda təkrarlanması məqsədəuyğundur. Sərlöv-
həaltı məlumat aĢağıdakıları əhatə edir: 
Tematikanı xarakterizə edən məlumatlar
Oxucu ünvanı; 
NəĢrin məqsəd təyinatı; 
Növü; 
NəĢr edən orqanın adı; 
Dövriliyi haqqında məlumat. 
Bu  məlumatlar  titul  vərəqində  və  ya  üzlükdə  verilə  bilər 
(Əlavə 28, 29). Redaksiya heyəti, redaktor haqqında məlumat titul 
vərəqinin arxa üzündə yazılır.    
ULAKBĠM
*
 mütəxəssisləri isə jurnalların aparatına aid olan 
elementləri aĢağıdakı Ģəkildə sıralayırlar
116
:  
                                                           

 http://www.mla.org/ 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
107 
 
Cildin üzərində: 
Jurnalın adı: nəĢr edildiyi ölkənin dilində 
Jurnalın adının qısaltması 
NəĢr edən orqan 
ISSN 
Web ünvan 
Jurnalın nəĢrə baĢladığı tarix 
Cild-nömrəsi-ay-il 
NəĢr olunma intervalı 
Jurnalın adı: ingilis dilində 
Ġçindəkilər 
Jurnalın nəĢr tarixi 
Titul arxası məlumatlar: 
Jurnalın təsisçisi 
Məsul redaktor 
Redaksiya heyəti 
Rəyçilər 
Jurnalın indeksləndiyi məlumat bazaları 
Jurnalın ünvanı, internet ünvanı 
ISSN-ISSNE 
Jurnalın həmin sayının nəĢr tarixi 
Jurnalı nəĢr edən orqan 
Ġçindəkilər 
Məqalələrin təqdim olunma qaydaları 
Jurnalın loqosu 
Arxa cild 
Jurnalın adı 
Cild-nömrəsi-ay-il 
Ġçindəkilər 
Barkod 
Jurnalın loqosu 
Arxa cildin içərisi 
Ġçindəkilər 
Məqalələrin təqdim olunma qaydaları (ingilis dilində də olmalıdır) 
                                                                                                                                 
*
 http://uvt.ulakbim.gov.tr/ 
116
 Sert O., Anıl O., Aydan D. Türkçe dergilerin fiziksel özelliklerinin incelen-
mesi  //  Tarım,  veteriner  ve  biyoloji  bilimleri  süreli  yayıncılık  2.  çalıĢtayı. 
TÜBĠTAK, ULAKBĠM, 2008, s. 72-73.   


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
108 
 
Müəlliflərə ödənəcək qanorar. 
Dövri nəĢrlərin aparatı bütövlükdə əsas mətni tamamlamaq, 
onu yaxĢı baĢa düĢmək, informasiya axtarıĢını asanlaĢdırmaq üçün 
nəzərdə  tutulmuĢdur.  Jurnal  aparatının  özünəməxsus  cəhətləri 
vardır.  Belə  ki,  jurnal  aparatı  kitab  aparatı  kimi  soraq-köməkçi 
(içindəkilər,  göstərici,  kolontitul)  və  elmi-məlumat  (annotasiya, 
əlavə) funksiyalarını yerinə yetirir.  
Türkiyəli mütəxəssislərin elmi jurnalların nəĢrində rast gəli-
nən  problemlər  və  nəĢr  keyfiyyətinin  artırılması  ilə  bağlı  bir  sıra 
fikirləri  diqqəti  çəkməkdədir.  Belə  ki,  akademik  yüksəlmələrdə, 
elmi dərəcələrin və adların verilməsi üçün SCI-yə (Science Citati-
on Index) daxil olan xarici jurnallarda məqalələrin nəĢri Türkiyədə 
dərc olunan jurnallara məqalə axınını azaltmıĢdır. SCI-də yer alan 
xarici  jurnallarda  qəbul  edilməyən  məqalələrin  Türkiyədəki  jur-
nallara  yönləndirilməsi  səbəbi  ilə jurnalların səviyyəsi aĢağı  düĢ-
müĢdür.  
Bundan əlavə, jurnal nəĢrində redaktor və rəyçilərlə bağlı çə-
tinliklərə  nəzərə  çarpmaqdadır.  Bu  sahənin  araĢdırıcıları 
ULAKBĠM  tərəfindən  “rəyçi  hovuzu”nun  yaradılmasını  təklif 
edirlər. Redaktor və rəyçilərin təhsilinin önəmli olduğu qeyd olu-
nur və magistratura pilləsində “elmi məlumatlar hazırlama və mə-
qalə yazılması” proqramının tədris edilməsi tövsiyə olunur.  
Jurnalların  beynəlxalq  məlumat  bazalarına  daxil  edilməsi 
üçün əsas Ģərtlər jurnalın adının və məzmunun elmi olması, baĢ re-
daktor (editor in chief), redaktor köməkçilərinin (co-editors) və re-
daksiya  heyətinin  (advisory  board)  üzvlərinin  beynəlxalq  elmi 
müstəvidə  tanınmasıdır.  Ən  önəmli  nüanslardan  biri  də  nəĢr  olu-
nan  məqalələrin  səviyyəsidir.  Belə  ki,  bəzən  redaktorlar  bey-
nəlxalq elmi müstəvidə tanınmıĢ alimlərin də məqalələrini dərc et-
məlidirlər
117
.  
                                                           
117
 Hazıroğlu R. Ulusal dergilerin Uluslararası veri tabanlarına katılma süreci // 
Tarım, veteriner ve biyoloji bilimleri süreli yayıncılık 2. çalıĢtayı. TÜBĠTAK, 
ULAKBĠM, 2008, s.27-28.  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə