Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə53/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   49   50   51   52   53   54   55   56   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
167 
 
sından asılıdır. Bu baxımdan qeyd etmək lazımdır ki, qavramanın 
səviyyəsi  təkcə  mətnin  öz  xüsusiyyətindən  deyil,  həm  də  oxucu-
dan asılıdır.  
Oxucunun mətni qavramasına aĢağıdakı Ģərtlər təsir göstərir: 

 
Texniki amillər – Ģriftlər, sətirlərin uzunluğu, kağızın key-
fiyyəti; 

 
Mətndə verilən ideyalar

 
Ġdeyaların ifadə üsulları – forma, leksika, cümlələrin quru-
luĢu. 
 
Dərsliklərin soraq-məlumat aparatı 
 
Dərslik  forma  cəhətdən  elə  qurulmalıdır  ki,  funksiyasından, 
məzmunundan, məqsədindən asılı olmayaraq ondan istifadə edən-
lər  müxtəlif  situasiyalarda  və  müxtəlif  məqsədlərlə  ondan  yarar-
lansınlar.  Soraq-məlumat  aparatı  informasiya  axtarıĢında  oxucu-
nun iĢini yüngülləĢdirmək üçün müəlliflərin nəzərdə tutduğu vasi-
tədir.  Bu  bələdçi  vasitələr  maksimum  informasiyadan  maksimum 
faydalanmağa imkan verir.  
Dərsliklərdə istifadə olunan soraq-məlumat aparatının aĢağı-
dakı növləri vardır
160


 
dərsliklərdən    istifadəyə  kömək  edən  texniki  soraq-məlu-
mat aparatı: mündəricat, göstəricilər, qeydlər; 

 
fənni  öyrənməyə  kömək  edən  pedaqoji  soraq-məlumat 
aparatı: xülasə, lüğət, pedaqoji prinsiplərin izahı və s. 
Dərsliklərdə  təqdim  olunan  soraq-məlumat  vasitələrinin  va-
riantları çoxdur. Onlardan bəzilərinə diqqət yetirək. 
Minnətdarlıq  –  müəllif  öz  həmkarlarına,  redaktora,  rəyçiyə 
minnətdarlığını bildirir. 
Biblioqrafiya – konkret mövzuya aid olan kitabların siyahısı. 
                                                           
160
 Yenə orada, s. 68. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
168 
 
GiriĢ  –  nəĢrin  əvvəlində  verilən  bu  mətndə  nəĢrin  məqsədi, 
öyrənilən mövzular, dərsliyin daxili strukturu göstərilir.  
Müqəddimə - veriləcək daha vacib informasiya üçün giriĢdir. 
Təlimat – dərslikdən istifadə üsullarının izahı. 
Dərslikdən necə istifadə etməli? – Burada dərslikdən istifadə 
üsullarının izahı və ya dərsliyin təyinatı və tətbiqi barəsində müəl-
lifin təsəvvürlərinin Ģərhi verilir. 
Leksika – dərslikdə istifadə olunan spesifik leksikadan, yeni 
və ya mürəkkəb terminlərdən ibarət kiçik həcmli lüğət. 
Metodoloji  qeydlər  –  məqsədlər,  metodlar,  qiymətləndirmə-
lər barəsində xüsusi qeydlər. 
Müəllif haqqında qısa məlumat. 
Oxucuya müraciət – dərsliyin bəzi cəhətlərinə oxucunun diq-
qətini cəlb edən müqəddimə. 
Mündəricat  – bütün  bölmələrin, fəsillərin baĢlanğıc səhifəsi 
göstərilməklə nəĢrin planı. 
Ön söz – müəllif tərəfindən yazılmıĢ, kitabın əvvəlində yer-
ləĢdirilən mətn. Bu mətndə kitabın məzmunu ümumi Ģəkildə veri-
lir və dərslik bütövlükdə nəzərdən keçirilir.  
Əlavələr  –  kitabı  oxuyarkən  lazım  olmayan  və  kitabın  so-
nunda  yerləĢdirilən ayrı-ayrı elementlər, texniki vəsait,  əlavə  mə-
lumat. 
Qeydlər  –  mövzuya  birbaĢa  bağlı  olmayan,  səhifənin  aĢağı-
sında yerləĢdirilən əlavə informasiya. 
Ġllüstrasiyaların siyahısı – səhifə, rəssamın adı göstərilməklə 
illüstrasiyalara dair bütün Ģəkilaltı sözlərin siyahısı. 
Cədvəl  –  sətirlər və sütunlar üzrə  sistemləĢdirilmiĢ  qaydada 
yerləĢdirilən məlumatlar qrupu. 
Göstərici – səhifələri göstərilməklə kitabda adı çəkilən əsas 
anlayıĢların əlifba qaydası ilə yerləĢdirilməsi.   
 
 
 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
169 
 
Azərbaycanda dərsliklərin nəşri məsələsi və müasir durum 
  
Azərbaycan  Respublikasında  dərslik  siyasətini  Azərbaycan 
Respublikasının Nazirlər Kabineti müəyyən edir. 
Dərslik  siyasətinin  məqsədi  məktəbliləri müasir standartlara 
uyğun bilik, bacarıq və vərdiĢlərə yiyələndirmək, Vətəninə, xalqı-
na, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəĢəri dəyər-
lər zəminində formalaĢan, fiziki və mənəvi cəhətdən sağlam, müs-
təqil həyata hazır və demokratik düĢüncəli vətəndaĢlar kimi yetiĢ-
dirməkdir.  
Dərslik  siyasəti  bu  iĢdə  əsas  icra  orqanı  funksiyasını  yerinə 
yetirən Təhsil Nazirliyinin, onun müvafiq strukturlarının, elmi qu-
rumların,  özəl  təĢkilatların  və  ictimai  orqanların  vasitəsilə  həyata 
keçirilir. 
Dərslik  siyasəti  həyata  keçirilərkən  Azərbaycan  Respubli-
kası  Konstitusiyası,  Təhsil  Qanunu,  Azərbaycan  Respublikasının 
müvafiq qanunvericilik aktları və “Ümumi təhsil sistemində dərs-
lik siyasəti” əsas götürülür. 
“Dərslik siyasəti” sənədi Nazirlər Kabineti tərəfindən təsdiq 
olunur.  “Dərslik  siyasəti”  sənədinə  aid  olan  “Dərslikləri  Qiymət-
ləndirmə ġurasının Əsasnaməsi”, “Dərsliklərin qiymətləndirilməsi 
meyarları”,  “Yeni  dərsliklərin  yaradılması  qaydaları”,  “Dərsliklə-
rin texniki və gigiyenik standartları” müvafiq olaraq Təhsil Nazir-
liyi tərəfindən təsdiq olunur. 
Dərsliklərin məzmununa verilən əsas tələblər:  
Dərsliklərdə:  
- Ģagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni də-
yərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını, 
vətənini sevməsinə, insan haqlarına və bəĢəri dəyərlərə hömrət 
etməsinə yönələn ideyalar olmalıdır; 
- Ģagirdlərin yaĢ psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə 
alınmalıdır; 
- dünyəvilik prinsipinə riayət edilməlidir


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə