Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
195
Əsərlər toplusunu böyük kollektiv hazırlayır. Redaksiya he-
yəti yaradılır, aparat elementlərinin (ön söz, Ģərh və s.) tərtibçiləri
müəyyən olunur. Mütəxəssis-filoloqlar nəĢrin konsepsiyasının ya-
radılması məsələlərini (aparatın təĢkili, mətnin seçimi və yerləĢdi-
rilməsi) həll edir.
Tam olmayan əsərlər toplusuna «Seçilmiş əsərlər» aiddir.
SeçilmiĢ əsərlərdə müxtəlif dövrlər üçün xarakterik olan əsərlər və
eləcə də, ədəbi-tənqid, qeydlər, məktublar yer alır.
Nəşrlərin tip spesifikası. Hər bir nəĢr müvafiq marağın həya-
ta keçirilməsi üçün hazırlanır. Redaktor nəĢrin konsepsiyasını və
modelini hazırlayan zaman aparat və illüstrasiyalarla bağlı mə-
sələləri həll etməlidir.
Kütləvi nəşrlərdə aparat əsas və vacib elementlər (giriĢ mə-
qaləsi, nəticə (nəĢriyyat və ya tərtibçidən) və qeydləri əhatə edir.
Belə ki, əsərdəki aparat populyarlaĢdırıcı xarakter daĢımalıdır.
Çox yaxĢı olardı ki, müqəddiməni tanınmıĢ bir yazıçı hazırlasın.
GiriĢdə yazıçının yaradıcılığı açıqlanmalı, nəĢrə daxil edilən əsə-
rin xüsusiyyətləri vurğulanmalıdır. Redaktor kitabın gələcək oxu-
cusunun səviyyəsini və əlavə informasiyanı qavrama qabiliyyətini
nəzərə almalıdır. Hansı söz və ifadələrin oxucu tərəfindən baĢa
düĢülməyəcəyi müəyyən olunmalı və onların açıqlanması ve-
rilməlidir. Bu zaman sətiraltı istinadlardan və ya əsərin sonunda
verilən qeydləridən istifadə olunmalıdır.
Elmi-kütləvi nəşrlər oxucu təsnifatı nəzərə alınaraq hazır-
lanmalıdır. Belə nəĢrlərin aparatı öyrədici məzmun kəsb etməlidir.
Aparat ədəbi tənqidin və ədəbiyyatĢünaslığın son naliyyətləri he-
sabına hazırlanmalıdır. Aparatın ayrı-ayrı elementləri hazırlanar-
kən elmi (akademik) nəĢrlərdəki materiallardan istifadə oluna bi-
lər. Bu əsərlərin məqsəd təyinatı ədəbi əsəri populyarlaĢdırmaqdır.
Elmi-kütləvi nəĢrlər hazırlanarkən tərtibçi müəllifin ən yaxĢı
əsərini seçir. Elmi-kütləvi nəĢrlərin aparatına giriş (giriĢ mə-
qaləsi), qeyd və şərhlər daxildir. Bu elementlərin redaktor anali-
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
196
zinin məqsədi müasir ədəbiyyatĢünaslığın səviyyəsinə uyğun ol-
masını müəyyənləĢdirməkdir.
Elmi nəşrlər (akademik) yazıçının yaradıcılığının ədəbiyyat-
Ģünaslıq, mətnĢünaslıq prosesini və onların nəticəsini əks etdirir.
Bu nəĢrlərin aparatı çox qəliz və çətindir və bu sahənin alim-tədqi-
qatçı kollektivi tərəfindən hazırlanır. Bütün bu aspektlər əsərin
kontekstini təĢkil edir. Aparat əsərin o hissələrini izah edir ki,
onları anlamaq üçün əlavə ədəbiyyatdan (ensiklopediya, soraq ki-
tabçası, ədəbiyyatĢünaslıq tədqiqatları) istifadə etmək lazım gəlir.
İllüstrasiyalar üzərində iş
Ədəbi-bədii əsərlərdə illüstrasiyalar üzərində iĢin özünəməx-
sus cəhətləri vardır. Redaktor illüstrasiyaların mahiyyətini, onların
mətnlə əlaqəsini, illüstrasiyalaĢdırılmıĢ hissənin dilini baĢa düĢmə-
lidir. Bədii ədəbiyyatda illüstrasiyaların verilməsinin həm
əleyhdarları, həm də tərəfdarları mövcuddur. Belə bir fikir möv-
cuddur ki, incəsənətin növlərindən biri olan ədəbi əsər “özü-öz-
lüyündə” qavrayıĢ üçün kifayət qədər əyanidir və illüstrasiyalar ya
əsərin mənasını tam uyğun Ģəkildə əks etdirə bilmir, ya da yanlıĢ
əks etdirir. Çap olunmuĢ kitabları nəzərdən keçirsək görərik ki, il-
lüstrasiyaları olmayan kifayət qədər ədəbi-bədii əsərlər mövcud-
dur.
Bu prosesdə redaktorun rolu bu faktla müəyyənləĢir ki, məhz
redaktor əsərin səciyyəvi xüsusiyyətlərini daha aydın surətdə
təsəvvür edir, müəllif üslubunun fərdiliyini anlayır, kitabın oxucu
tərəfindən qavranılmasının xüsusiyyətlərini bilir. Ġllüstrasiyaların
qiymətləndirilməsi zamanı redaktor subyekt-obyekt münasibət-
lərinin kitabı müəyyən edən xüsusiyyətlərindən çıxıĢ etməlidir. Bu
münasibətləri ətraflı Ģəkildə nəzərdən keçirək.
Subyekt-obyekt münasibətlərinin strukturunu aĢağıdakı əla-
qələr təĢkil edir:
əsər – illüstrasiyalar – nəĢrin aparatı
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
197
müəllif – redaktor – oxucu (əsər)
müəllif – oxucu – rəssam (illüstrasiyalar)
redaktor – oxucu (aparat)
əsər (müəllif, redaktor) – illüstrasiyalar (rəssam-redaktor)
Redaktor və rəssam kitab nəĢri və yaxud kitab qrafikası vasi-
tələri ilə əsərin mənasını və zahiri əlamətlərini Ģərh edirlər. Redak-
torun və rəssamın mövqeyi hər hansı bir nöqtədə üst-üstə düĢür.
Belə ki, yuxarıdakı sxemdən göründüyü kimi, həm birinci, həm də
ikinci Ģəxs əsərin anlaĢılmasında və Ģərhində oxucunu nəzərdə
tutur.
Kitabın illüstrasiyasına tətbiqən rəssamın mətnin oxunma-
sına, baĢa düĢülməsinə və dəyərləndirilməsinə müdaxiləsinin im-
kanları, yolları və sərhədləri problemi üzə çıxır. Problem redakto-
run və rəssamın mətni anlama tərzlərinin üst-üstə düĢməsi və illüs-
trasiyalarda mətnin Ģərhi istiqamətlərinin müəyyənləĢdirilməsi ilə
həll olunur. Əlbəttə, redaktor bədii vasitələrin seçiminə müdaxilə
etmir. O, yalnız illüstrasiyaların bəzi xüsusiyyətlərinə istinadlana-
raq və onların oxucu tərəfindən qavranılma keyfiyyətini nəzərə
alaraq, təqdim olunmuĢ ədəbi əsərə illüstrasiya çəkilməsinə ümu-
mi yanaĢmanın imkanlarını göstərir.
Redaktor soraq aparatını hazırlamaqla, rəssam isə illüstrasi-
ya çəkməklə məzmunu daha dolğun Ģəkildə açmağa və müəllifin
baĢlıca ideyalarına oxucunun marağını artırmağa can ataraq, ədəbi
əsərin çağdaĢ ictimai-mədəni kontekstə daxil olmasını təmin
edirlər. Ġllüstrasiya çəkilməsinin bu və ya digər gediĢatının orijina-
lın ruhuna və məzmununa uyğunluğu məsələsi illüstrasiyaların
qiymətləndirilməsinin ən zəif məqamıdır. Belə ki, eyni əsərin
müxtəlif rəssamlar tərəfindən Ģərhi faktları məlumdur. Bu faktlar
göstərir ki, daha yaxĢı və daha adekvat izahın, Ģərhin inandırıcı
əsasları mövcud deyildir. Kitab qrafikasının ədəbi əsərin ideyaları-
na və üslubiyyatına uyğunluğu məsələsinin indiyədək elmi əsas-
landırılması yoxdur. Ġllüstarsiya çəkilməsi prosesinin nəzəri mode-
linə və keyfiyyətin ciddi meyarlarına rast gəlinmir. Lakin illüstra-
siyanı ədəbi əsərin mətninə tabe vəziyyətdə nəzərdən keçirmək la-
Dostları ilə paylaş: |