Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə27/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   23   24   25   26   27   28   29   30   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
83 
 
damental iĢlərin həyata keçirilməsi akademik Ə.Əlizadənin adı ilə 
bağlıdır. 
1958-ci  ildə  yaranmıĢ  AMEA  ġərqĢünaslıq  Ġnstitutunda 
“MətnĢünaslıq  və  mənbələrin  nəĢri”  Ģöbəsinə  akademik  Ə.Əliza-
dənin uzunmüddətli rəhbərliyi ġərq ədəbi abidələri, xüsusən, fars-
dilli  abidələrin  nəĢrində  yeni  dövrün  baĢlanğıcını  qoymuĢdur.  Bu 
dövrdə  orta  əsr  müəlliflərinin  əsərlərinin  elmi-tənqidi  mətnləri 
nəĢrə  hazırlanmıĢdır.  Onların  arasında  Fəzlullah  RəĢidəddinin 
"Came ət-təvarix"i mühüm yer tutur. Bu əsərin II cildinin I hissəsi 
və III cildi bilavasitə Ə.Əlizadə tərəfindən, I cildin birinci hissəsi 
isə  onun  baĢqa  müəlliflərlə  birgə  fəaliyyəti  nəticəsində  hazırlan-
mıĢ və nəĢr edilmiĢdir. 
Akademik  Ə.Əlizadə  Məhəmməd  ibn  HinduĢah  Naxçıvani-
nin "Dəstur əl-katib fi-təyin əl-məratib" əsərinin elmi-tənqidi mət-
ninin  hazırlanmasında  fəal  iĢtirak  etmiĢdir.  1977-ci  ildə  "Dəstur 
əl-katib"in  mətninin  hazırlanmasına  görə  o,  Azərbaycan  SSR-nin 
dövlət mükafatı ilə təltif olunmuĢdur. 
ġöbə  əməkdaĢları  tərəfindən  çox  sayda  digər  qiymətli  orta 
əsr  farsdilli  mənbələri  tərcümə  edilmiĢ  və  nəĢrə  hazırlanmıĢdır. 
Onların  sırasına  Azərbaycan  tarixçisi  Bəkr  əl-Kutbi  əl-Əhərinin 
"Tarixe-ġeyx  Uveys"  əsəri də  daxildir. Bu  əsər  həm  Azərbaycan, 
həm  də  rus  dilinə  M.Kazımov  və  V.Piriyev  tərəfindən  Leyden 
Universiteti kitabxanasında saxlanan yeganə əlyazma nüsxəsi əsa-
sında tərcümə olunmuĢdur. Həmin müəlliflər tərəfindən XIV əsrin 
tarixi  hadisələrinə  həsr  olunmuĢ,  Azərbaycan  və  qonĢu  ölkələrlə 
bağlı olan daha iki əlyazması tərcümə edilmiĢdir. Bunlar orta  əsr 
tarixçisi,  coğrafiyaĢünası  və  dövlət  xadimi  Həmdullah  Mustovfi 
Qəzvininin  "Zeyle-tarixi-qozide"  və  onun  oğlu  Zeynəddinin 
"Zeyle-tarixe-qozide" əsərləridir. 
ġöbədə tərcümə olunmuĢ tarixi xarakterli farsdilli mənbələrə 
daha bir böyük əsər daxildir. Bu, XVI əsr tarixçisi Əbdi bəy ġira-
zinin  "Təkmilət-ül-əxbar"  əsəridir.  Əsərin  tərcüməçisi  və  müqəd-
dimə ilə Ģərhlərin müəllifi f.e.n. Ə.R.Rəhimovdur. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
84 
 
Akademik  Z.M.Bünyadov  və  t.e.n.  H.Məmmədovun  səyləri 
nəticəsində  Ġrəvan  əyalətinin,  Naxçıvan  sancağının  və  Gəncə-Qa-
rabağ əyalətinin icmal dəftərləri müfəssəl araĢdırma, qeyd və Ģərh-
lərlə Azərbaycan dilinə tərcümə olunaraq nəĢr edilmiĢdir. Hazırda 
bu istiqamətdə araĢdırmalar t.e.n. ġ.Mustafayev tərəfindən davam 
etdirilir.  Məsələn,  "Tiflis  əyalətinin  müfəssəl  dəftəri"  və  "Lori 
vilayətinin icmal dəftəri" Osmanlı türkcəsindən Azərbaycan dilinə 
çevrilərək çap etdirilmiĢdir. E.Arıklı tərəfindən "Ərdəbil livasının 
müfəssəl  dəftəri"nin  nəĢr  etdirilməsi  bu  istiqamətin  Ġnstitutda 
uğurla aparılmasını bir daha təsdiq edir. 
ġərqĢünaslıq Ġnstitutunun alimləri tənqidi mətnlərin hazırlan-
ması  və  tarixi  mənbələrin  tərcüməsi  ilə  yanaĢı,  ġərq  xalqlarının 
ədəbi  abidələrinin tədqiqi üzrə də çox böyük və  ciddi  tədqiqatlar 
aparmıĢlar.  Orta  əsrlər  dövrünə  aid  ġərq  ədəbiyyatı  dühalarının 
çoxsaylı  əsərləri ĢərqĢünas mütəxəssislərin səyi  nəticəsində öyrə-
milmiĢ,  tərcümə  olunmuĢ  və  çapa  hazırlanmıĢdır.  Bu  əsərlər  ara-
sında  dahi  Nizami  Gəncəvinin  "Xəmsə"si  mühüm  yer  tutur. 
"Xəmsə"  mətnlərinin  üçünün  -  "Məxzənül-əsrar",  "Həft  peykər" 
və "ġərəfnamə"nin mətnləri ġərqĢünaslıq Ġnstitutunun elmi iĢçiləri 
tərəfindən tərtib olunmuĢdur.  
Məlumdur ki, Nizaminin "Xəmsə"sindən sonra ġərqin müx-
təlif  bölgələrində  və  müxtəlif  dillərdə  bu  mövzuda  bir  neçə  yüz 
əsər yaradılmıĢdır. Onların müəllifləri arasında Əmir Xosrov Dəh-
ləvi,  Xacə  Kirmani,  ƏliĢir  Nəvai,  Abdulla  Hatifi,  Əbdürrəhman 
Cami, Məhəmməd  Füzuli kimi  Ģairlərin adını çəkmək olar.  F.e.d. 
T.Məhərrəmov bunlardan Hindistanın farsdilli ədəbiyyatının bani-
si Əmir Xosrovun "Məcnun və Leyli" və "Mütləül-ənvar" poema-
larının  elmi-tənqidi  mətnini  tərtib  edərək  çap  etdirmiĢdir. 
T.Məhərrəmov XIV əsr məĢhur Azərbaycan Ģairi ƏĢrəf Marağayi-
nin "Xəmsə"sinin tam elmi-tənqidi mətnini də çapa hazırlamıĢ və 
bu müəllifin həyat və yaradıcılığı haqda kitab yazmıĢdır. 
F.e.d.  T.A.Məhərrəmov  bunlardan  Hindistanın  farsdilli  ədə-
biyyatının banisi Əmir Xosrovun "Məcnun və Leyli" (1964, 1965) 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
85 
 
və  "Mütlə-ül-ənvar"  (1975)  poemalarının  səkkiz  və  əlyazmadan 
istifadə  edərək  elmi-tənqidi  mətnini  tərtib  edərək  Moskvada  çap 
etdirmiĢdir.  T.A.Məhərrəmov  XIV  əsr  məĢhur  Azərbaycan  Ģairi 
ƏĢrəf Marağayinin "Riyazül-aĢeqin" əsərinin elmi-tənqidi mətni-
ni çapa hazırlamıĢ və 1998-ci ildə Tehranda çap etdirmiĢdir.  
Nizaminin "Xəmsə"sinə nəzirə olaraq beĢ poema yaradan di-
gər  məĢhur  Azərbaycan  Ģairi  ƏĢrəf  Marağayinin  müasiri  Cəmali 
Təbrizi olmuĢdur. Cəmali Təbrizinin "Xəmsə"sinin yeganə  əlyaz-
ma nüsxəsi  Londonun  Ġndia ofis  kitabxanasında saxlanılır. ġairin 
poemalarından  biri  -  "Həft  övrəng"in  məti  prof.  M.Kazımovun 
"Cəmali TəĢrizinin yaradıcılıq irsi" monoqrafiyasında verilmiĢdir.  
Nizami  ardıcıllarının  əsərlərinin  çap  olunmasında  daha  bir 
məhsuldar  iĢi  Ə.Rəhimov  həyata  keçirmiĢdir.  O,  uzun  müddət 
XVI əsr Azərbaycan Ģairi Əbdi bəy ġirazinin yaradıcılığı ilə məĢ-
ğul  olmuĢdur.  Bu  iĢin  nəticəsi  olaraq  Ədbi  bəy  ġirazinin  on 
poeması  nəĢr  edilmiĢdir.  Ə.Rəhimov  həm  də  XV  əsr  farsdilli 
Azərbaycan  ədəbiyyatının  tədqiqi  üçün  böyük  əhəmiyyətə  malik 
olan Azərbaycan Ģairi Bədr ġirvaninin "Divan"ını nəĢr etdirmiĢdir. 
Farsdilli  klassikanın  tərcüməsi  sahəsində  digər  maraqlı  iĢi 
f.e.d. Əkrəm Cəfər görmüĢdür. O, ilk dəfə olaraq, orijinalın poetik 
vəznini saxlamaqla Ömər Xəyyamın rübailərini Azərbaycan dilinə 
tərcümə etmiĢdir.  
Yazılı mənbələrin tərcüməsi ġərqĢünaslıq Ġnstitutunda tarix, 
ədəbiyyat,  fəlsəfə,  coğrafiya,  dilçilik  və  s.  sahələri  əhatə  edir. 
Mənbələrin  böyük  bir  qismi,  o  cümlədən  sufi  abidələri  ilk  dəfə 
olaraq  orijinaldan  tərcümə  olmuĢdur.  Məsələn  2001-ci  ildə  XI-
XIII  əsrlər ərzində  yaradılmıĢ və farsdilli sufi nəsrinə aid olan üç 
əsər  Ģərhlərlə  çap  edilmiĢdir.  Abdullah  Ənsarinin  "Minacat"ı, 
Nəcməddin  Razinin  "EĢq  və  əql"  risaləsi  M.Kazımov  tərəfindən 
tərcümə edilərək geniĢ ön söz və Ģərhlərlə çap olunmuĢdur. 
Orta əsr Azərbaycan fəlsəfəsi  üzrə qiymətli  abidələrdən biri 
XVI-XVII əsr Ģairi və mütəfəkkiri Yusif Qarabağinin "Həft cinan" 
əsəridir. Onun Ģərhli tərcüməsi Sankt-Peterburqun Saltıkov-ġedrin 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə