Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə24/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   20   21   22   23   24   25   26   27   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
74 
 
Elmi-tənqidi  mətnlərin  nəşri.  Seyid  Ġmadəddin  Nəsiminin 
(1369-1417)  avtoqraf  əsərləri  elm  aləminə  məlum  deyildir.  Ona 
görə də Ģairin əsərlərinin tənqidi mətninin hazırlanması zamanı əl-
də  edilməsi  mümkün  olan  əlyazma  və  çap  nüsxələrini  tənqidi 
surətdə nəzərdən keçirilərək müqayisə edilmiĢdir. Nəsiminin əsər-
lərinin  elmi-tənqidi  mətnini  prof.  Cahangir  Qəhrəmanov  hazırla-
mıĢdır. Elmi tənqidi mətn 1973-cü ildə üç cilddə nəĢr olunmuĢdur.  
Ġmadəddin Nəsimi əsərlərinin elmi-tənqidi mətni hazırlanar-
kən beĢ əlyazma və iki çap nüsxəsindən istifadə edilmiĢdir.  
Prof.C.Qəhrəmanov Nəsimi əsərlərinin tənqidi mətninin tər-
tibi nəticəsində bir çox mübahisəli, tam mənasında dəqiqləĢməyən 
Ģübhəli Ģeirlərin aĢkar olunduğunu yazır. Həmin Ģeirlərin müəyyən 
hissəsinin  Nəsimiyə  aid  olması  ehtimalı  çoxdur.  Lakin  yalnız  bir 
nüsxədə verilmiĢ bu Ģeirlərdə yarımçıq beytlər, dil  və üslub xəta-
ları  vardır.  BaĢqa  bir  nüsxə  və  variantlarla  müqayisə  edib  Ģeirin 
əsil mətnini dürüstləĢdirmək mümkün olmadığı üçün onlar Nəsimi 
əsərlərinin  elmi-tənqidi  mətninin  “Əlavələr”  hissəsində  verilmiĢ-
dir.  “Əlavələr”  hissəsində  eyni  zamanda  ayrı-ayrı  cüng  və  məc-
muələrdən,  eləcə  də  foto-surətlərdən  toplanmıĢ  Ģeirlər  də  daxil 
edilmiĢdir.  Nəsimi  əsərlərinin  elmi-tənqidi  mətninin  “Əlavələr” 
hissəsində  verilmiĢ  Ģeirlər  gələcəkdə  Ģairin  daha  bir  çox  əlyaz-
maları aĢkara çıxarıldıqdan sonra dürüstləĢə bilər.  
Nəsimi  əsərlərinin  elmi-tənqidi  mətnini  hazırlayıb  3  cilddə 
nəĢr edən mətnĢünas prof. C.Qəhrəmanov kitabın ön sözünün so-
nunda yazır: “Böyük Azərbaycan Ģairi Ġmadəddin Nəsimi əsərləri-
nin  tənqidi  mətninin  tərtibi  sahəsində  ilk  təĢəbbüs  olaraq  nəĢr 
etdirdiyimiz bu əsər Ģairin zəngin ədəbi irsinin yüksək elmi səviy-
yədə tədqiq olunması, ədəbiyyat, dil və ictimai fikir tarixinin öyrə-
nilməsi üçün əsas mənbədir”
106

                                                           
106
 Ġmadəddin Nəsimi. Əsərləri. Bakı, Elm, 1973, s. 77. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
75 
 
Görkəmli  Azərbaycan  Ģairi  və  dövlət  xadimi  ġah  Ġsmayıl 
Xətainin əsərlərinin elmi-tənqidi mətnini f.e.d. Əzizağa Məmmə-
dov  hazırlayaraq,  1973-cü  ildə  nəĢr  etdirmiĢdir.  Xətainin  zəngin 
ədəbi irsi içərisində “Divan”ından baĢqa, “Dəhnamə” adlı məĢhur 
əsəri və təlimi-didaktik mahiyyətdə yazılmıĢ “Nəsihətnamə” məs-
nəvisi vardır.  
“Dəhnamə”  məsnəvisinin  elmi-tənqidi  mətnini  hazırlayan 
zaman  Ģairin  ölümündən  11  il  sonra  üzü  köçürülmüĢ  və  əslinə 
daha çox yaxın olan “Divan”ın DaĢkənd nüsxəsinin haĢiyələrində 
yazılmıĢ mükəmməl “Dəhnamə” əsas  götürülmüĢdür. ġərti olaraq 
I  DaĢkənd  nüsxəsi  adlandırılan  “Dəhnamə”nin  bu  əlyazması 
(942/1535)  əsas  götürülüb,  Sankt-Peterburq  (1036/1626),  II  DaĢ-
kənd  (XVIII  əsr),  Bakı  (1019/1610),  Məzari  ġərif  (XVII  əsr)  əl-
yazmaları və Bakı çapı (1948-ci il) ilə müqayisə edilmiĢdir.  
Bu kitaba daxil olan Xətainin digər bir əsəri “Nəsihətnamə” 
məsnəvisidir.  “Nəsihətnamə”nin  elmi-tənqidi  mətninin  tərtibində 
“Divan”ın  Britaniya  muzeyi  nüsxəsində  yazılmıĢ  “Nəsihətnamə” 
əsas götürülmüĢdür.  
Ərəb əlifbası ilə tərtib edilmiĢ Xətai “Əsərləri”nin II cildinə 
“Dəhnamə”  və  “Nəsihətnamə”  məsnəviləri  daxil  edilmiĢdir.  ġah 
ismayıl  Xətai  “Əsərləri”  II  cildinin  elmi-tənqidi  mətni  müəyyən 
prinsiplər əsasında hazırlanmıĢdır. 
“Kitabi-Dədə  Qorqud”un  Azərbaycanda  ən  mükəmməl 
nəĢri  1988-ci  ilə  aiddir.  Həmin  nəĢri  BDU-nun  professorları 
F.Zeynalov  və  S.Əlizadə  tərtib  etmiĢlər.  Onlar  abidənin  tənqidi 
mətnini  hazırlamıĢ,  nüsxə  fərqlərini  araĢdırmıĢ,  Ģərhlər  və  tarixi, 
coğrafi  qeydlər  yazmıĢ,  mətnin  sadələĢdirilmiĢ  variantını  hazırla-
mıĢ və əhatəli, məzmunlu müqəddimə yazmıĢlar.  
Əlyazmalar  Ġnstitutunun  əməkdaĢı,  mərhum  Prof.  ġamil 
CəmĢidov  da  “Kitabi-Dədəm  Qorqud”  dastanının  elmi-tənqidi 
mətnini Drezden əlyazması əsasında 1995-ci ildə nəĢr etdirmiĢdir. 
Alim  1999-cu  ildə  isə  “Kitabi-Dədəm  Qorqud”un  tarixi,  coğrafi, 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
76 
 
tekstoloji  tədqiqi  və  Drezden  əlyazmasının  dürüstləĢdirilmiĢ  elmi 
mətnini çap etdirmiĢdir. 
XV əsrdə Azərbaycanda yaĢayıb-yaratmıĢ məĢhur türk Ģairi, 
alimi  və  filosofu  Dədə  Ömər  RövĢəninin  həyatı,  yaradıcılığı  və 
əsərləri f.e.d. Azadə Musayeva tərəfindən tədqiqata cəlb olunmuĢ-
dur.  RövĢəni  əsərlərinin  elmi-tənqidi  mətni  2003-cü  ildə  iĢıq  üzü 
görmüĢdür. Dədə Ömər RövĢəni “Divan”ının elmi-tənqidi mətni 7 
əlyazma  nüsxəsi  əsasında  hazırlanmıĢdır.  Bu  nüsxələr  aĢağıda-
kılardan ibarətdir: 
Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar Ġnstitutu 
B – 778/2938; 
Vatikan Apostol kitabxanası nüsxəsi Vat. Truco 244; 
Sankt-Peterburq ġərqĢünaslıq Ġnstutu B – 1206; 
Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar Ġnstitutu 
B – 3972/2372; 
Ġstanbul Topqapı nüsxəsi H – 928; 
Marburq Dövlət kitabxanası nüsxəsi Ms.or.oct. 2270; 
Upsala Universitet kitabxanası U – 502. 
Elmi-tənqidi  mətnin  tərtibində  RövĢəni  əsərlərinin  orijinala, 
müəllif mətninə  yaxın  olmasına səy  göstərilmiĢdir. Əsas  götürül-
müĢ əlyazma ilə müqayisədə baĢqa nüsxələrdəki fərqlər – söz, ifa-
də,  misra,  beyt  fərqləri  və  onların  yerləĢdirilmələri  hər  səhifənin 
sonundakı çıxarıĢda dəqiq verilmiĢdir.   
RövĢəni əsərlərinin elmi-tənqidi mətninə müəllifin məsnəvi-
ləri və divanı daxil edilmiĢdir. Buna görə də mətn vahid deyil, bir 
qədər fərqli prinsiplər əsasında hazırlanmıĢdır. Belə ki, elmi-tənqi-
di mətndə məsnəvilər, qəsidələr, qəzəllər, tuyuqlar və s. baĢlıqlarla 
bölmələrə  ayrılmıĢdır.  Elmi-tənqidi  mətnin  hazırlanmasında  əsas 
götürülmüĢ Əlyazmalar Ġnstitutunda mühafizə olunan B – 778 Ģif-
rəli  əlyazma  nüsxəsinin  strukturuna  istinad  edildiyinə  baxmaya-
raq,  bəzən  baĢlıqlar  baĢqa  nüsxələrdən  götürülmüĢ  və  ya  heç  bir 
nüsxədə  olmadıqda  bölmənin  doğurduğu  baĢlıq  əlavə  edilərək 
düzbucaqlı mötərizəyə 
[
…….
]
 alınmıĢdır.  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə