Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
77
Məsnəvilər baĢlıqlara ayrılmıĢ, ardıcıl sıralanmıĢ hissələri
isə hər beĢ beytdən bir nömrələnmiĢdir: 5, 10, 15, 20 və qəzəllər,
qəsidələr də hər biri beləcə nömrələnmiĢdir. Müxəmməs, tərkib-
bənd, tərcibbəndlərin quruluĢu bəndlərlə bir növ bölgülü olduğun-
dan, yalnız bəndləri nömrələnmiĢdir. Hər qəzəl ayrıca səhifədə ya-
zılmıĢdır. Tüyuq, qitə və lüğəzlər isə özləri ardıcıl nömrələn-
miĢdir.
Əlican Qövsi Təbrizi görkəmli Azərbaycan Ģairi, Səfəvilər
dövründə inkiĢaf etmiĢ anadilli Ģeirimizin ən tanınmıĢ
nümayəndə-
lərindən biri olmuĢdur. Əlican Qövsi Təbrizinin lirikası həm öz
dövründə, həm də ölümündən keçən yüzilliklərdə ədəbiyyatĢünas-
lar tərəfindən yüksək qiymətləndirilmiĢdir. ġairin “Divan”ını
müxtəlif xəttatlar dəfələrlə köçürülmüĢdür.
Qövsi “Divan”ının elmi-tənqidi mətni f.e.n. P.Kərimov tərə-
findən nəĢrə hazırlanmıĢ və 2005-ci ildə iki cilddə çap olunmuĢ-
dur. Kitabın birinci cildində Qövsi Təbrizinin həyatı, yaradıcılığı,
“Divan”ınin elmi-tənqidi mətninin hazırlanma xüsusiyyətləri haq-
qında məlumat verilmiĢdir. Daha sonra Qövsinin qəzəlləri təqdim
olunmuĢdur. Ġkinci cild isə Qövsi “Divan”ının elmi-tənqidi mətni-
ni əhatə edir.
Qövsi “Divan”ının elmi-tənqidi mətni tərtib edilərkən onun
dörd əlyazma nüsxəsindən – Bakı, Tiflis, London, Ġstanbul nüsxə-
lərindən, həmçinin ayrı-ayrı mənbələrdəki Ģeirlərdən istifadə olun-
muĢdur. “Divan”ın Bakı nüsxəsi 918, Tiflis nüsxəsi 4200, London
nüsxəsi 3382, Ġstanbul nüsxəsi 2767 beytdən ibarətdir. Bunların
içində daha mükəmməl hesab edilən və tərtib edilən Qövsi
“Divan”ının əsasında duran Tiflis nüsxəsində 448 qəzəl, 1 mü-
rəbbe, 1 müxəmməs, 1 müsəddəs, 3 tərcibənd, 2 tərkibbənd vardır.
ġairin “Divan”ının elmi-tənqidi mətni tərtib edilərkən mətn-
Ģünaslıqda hakim olan belə bir fikir əsas götürülmüĢdür ki, yalnız
tənqidi nəĢr klassik Ģairin yaradıcılıq irsinin öyrənilməsi və elmi
təhlili üçün zəmin ola bilər və tənqidi mətn olmadan heç bir digər
iĢ həyata keçirilə bilməz.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
78
Qövsi “Divan”ının elmi-tənqidi mətnini əhatə edən ikinci
cilddə 4146 beytdən ibarət orijinal yazıda (ərəb əlifbası ilə) nəs-
təliq xətti ilə köçürülərək təqdim olunmuĢdur. Bunlar 513 qəzəl, 3
tərcibənd, 1 tərkibbənd, 2 müxəmməs, 1 müsəddəs, 1 mürəbbeni
əhatə edir.
Beləliklə, Qövsi Təbrizinin “Divan”ı ilk dəfə olaraq müm-
kün qədər tam Ģəkildə oxuculara təqdim olunmuĢdur. Qövsi əsər-
lərinin gələcəkdə əldə edilə biləcək yeni nüsxələri Ģeirin həyat və
yaradıcılığı barədə daha geniĢ təsəvvür əldə etməyə kömək edə-
cəkdir.
Xətai Təbrizi Azərbaycan Ģeirinin XV əsrdəki davamçıla-
rından biridir. O, Sultan Yaqubun adına “Yusif və Züleyxa” əsəri-
ni qələmə almıĢdır. Bu əsərin neçənci ildə və harada yazılması
məlum deyildir. “Yusif və Züleyxa” məsnəvisinin elmi-tənqidi
f.e.n. Təyyar Əkbərov tərəfindən hazırlanmıĢ və 2004-cü ildə iĢıq
üzü görmüĢdür.
“Yusif və Züleyxa”nın elmi-tənqidi mətninin hazırlanması
zamanı yeddi nüsxədən (hamısı Bakı nüsxələridir) istifadə olun-
muĢdur. Əlyazmaların
demək olar ki, hamısı Azərbaycanın müxtə-
lif bölgələrində XVIII və XIX əsrlərdə köçürülmüĢdür. Belə əl-
yazmalar bilavasitə Azərbaycanla bağlı olduğundan, dilimizin fo-
netik, leksik və qrammatik quruluĢunu öyrənmək, lüğət fondu ilə
tanıĢ olmaq, bu gün üçün arxaikləĢmiĢ sözləri müəyyənləĢdirmək,
xüsusilə Azərbaycan dilinin əsrlər boyu inkiĢaf tarixini izləmək
üçün son dərəcə böyük əhəmiyyətə malikdir.
Elmi-tənqidi mətnin tərtibi zamanı aĢağıdakı prinsiplərə
əməl olunmuĢdur:
1.
Ġstifadə edilən əlyazmalar ərəb əlifbasının əbcəd sırası ilə
iĢarələnmiĢdir;
2.
Tərtib edilmiĢ mətndəki beytlər rəqəmlə nömrələnmiĢdir;
3.
Sərlövhə fərqi meydana çıxdıqda, ulduz və rəqəmdən
istifadə edilmiĢdir;
4.
Söz, misra və beyt fərqi rəqəmlə göstərilmiĢdir.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
79
XI əsr Ģairi
Ġsanın “Mehri və Vəfa” adlı əsəri ana dilimizin
inkiĢaf mərhələlərini öyrənmək baxımından böyük maraq doğurur.
Əsərin elmi-tənqidi mətni Aysel ġərifova tərəfindən hazırlanaraq
2005-ci ildə çap olunmuĢdur. “Mehri və Vəfa” məsnəvisinin elmi-
tənqidi mətninin tərtibində istifadə olunmuĢ əlyazma nüsxələri
Ģərti olaraq aĢağıdakı ixtisarlarla iĢarələnmiĢdir:
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar Ġnstitutunda
mühafizə olunan məsnəvinin B – 7768 Ģifrəli əlyazması.
ġərti olaraq “A” nüsxəsi;
Əlyazmalar Ġnstitutunda mühafizə olunan məsnəvinin B –
5666 Ģifrəli ikinci əlyazma nüsxəsi. ġərti olaraq “B”
nüsxəsi.
Elmi-tənqidi mətnin çıxarıĢlarında fərqləri göstərmək üçün
aĢağıdakı iĢarələrdən istifadə edilmiĢdir:
1.
Söz və ifadə fərqləri ardıcıl olaraq rəqəmlərlə iĢarələn-
miĢdir; məs.: 1, 2, 3.
2.
Əlyazma nüsxələrində müxtəlif variantlarda olan misra,
beyt, qitələr “
* ” iĢarəsi
ilə göstərilərək, rum rəqəmləri ilə
sıralanmıĢdır. Məsələn: I
*
, II
*
, III
*
və s.
3.
Hər hansı bir əlyazmada olmayan misra, beyt və qitələr “ –
“ iĢarəsi ilə göstərilərək, rum rəqəmləri ilə sıralanmıĢdır.
Ġsanın “Mehri və Vəfa” məsnəvisinin elmi-tənqidi mətni
ərəb əlifbası əsasında klassik üslubda tərtib edilmiĢdir. Məsəvinin
tənqidi mətni tərtib edilərkən AMEA Məhəmməd Füzuli adına Əl-
yazmalar Ġnstitutundakı B – 7768 Ģifrəli əlyazma əsas götürül-
müĢdür.
XIV əsrin tanınmıĢ Ģair və ədəbiyyatĢünaslarından olan ġə-
rəfəddin Həsən ibn Məhəmməd
Rami Təbrizinin poetika sənəti-
nin bədii təsvir və ifadə vasitələri haqqındakı 3 nəzəriyyəsindən
(vəzn, qafiyə və bədii fiqurlar) birinə həsr olunmuĢ “Həqayiq ül-
hədayiq” (“Bağçalar həqiqətləri”) əsərinin elmi-tənqidi mətni
2007-ci ildə Nizami Məhərrəmov tərəfindən çap olunmuĢdur.