Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
65
3.
Klassik abidələrin bir nüsxə əsasında nəĢr edilməsinin baĢ-
lıca məqsədi dilçilik məsələlərinin öyrənilməsi zərurətin-
dən meydana gələ bilər.
4.
Ayrı-ayrı tarixi sənədlərin tərcüməsi ilə birlikdə onların
faksimilesi də nəĢr edilir. Belə nəĢrlər tarixi sənədlərin təd-
qiqatçı tərəfindən düzgün oxunub-oxunmaması, müxtəlif
xarakterli istilahların tərcüməsinin nə dərəcədə düzgün ve-
rildiyini yoxlamaq məqsədilə həyata keçirilir.
Məsələn, Prof. A.Musayeva “Türkiyədə yaranan Azərbay-
can ədəbiyyatı və Xəlilinin “Firqətnamə”si (2010) adlı kitabında
Xəlili irsinin tədqiq tarixini araĢdırmıĢ, elmi-paleoqrafik və teksto-
loji-filoloji baxımdan tədqiqata cəlb etmiĢ, “Firqətnamə”nin 2
Sankt-Peterburq, 1 Berlin və 2 Ġstanbul əlyazması əsasında trans-
foneliterasiyasını vermiĢ və sonda ilk dəfə olaraq əsərin ən dəyərli
nüsxəsi hesab olunan Ġstanbul Millət kitabxanasındakı nüsxəsinin
fotofaksimilesini təqdim etmiĢdir.
F.e.n. P.Kərimovun “Əlican Qövsi Təbrizi “Divan”ının
tekstoloji tədqiqi, Təbriz nüsxəsinin fotofaksimilesi” (2006) adlı
əsəri də faksimile nəĢrlərə nümunə ola bilər. Tədqiqtçı burada
Qövsi Təbrizinin ana dilində bağladığı divanının tekstoloji tədqi-
qini aparmıĢ və elmi-tənqidi mətninin tərtib prinsiplərini Ģərh et-
miĢ, eləcə də elmi-tənqidi mətn tərtib ediləndən sonra əldə edilmiĢ
Təbriz nüsxəsinin fotofaksimilesini daxil etmiĢdir. Təbriz nüsxəsi-
nin nəĢrə əlavə edilməsi “Divan”ın elmi-tənqidi mətninin gələcək-
də daha da təkmilləĢdirilməsinə kömək etmək məqsədi daĢıyır.
Son illərdə nəĢr olunmuĢ bəzi kitablarda qüsurlara da rast
gəlirik. Belə ki, hər hansı bir əlyazmanın faksimilesi nəĢr olunar-
kən kitaba çox qısa ön söz yazılır və bundan sonra əsərin faksimile
mətni verilir. MətnĢünaslıq nəzəriyyəsi və təcrübəsində bu, yolve-
rilməzdir. Faksimile nəĢrə ən azından əsər, yer, Ģəxs adları göstə-
ricisinin daxil edilməsi, əlyazmanın mündəricatının hazırlanması
vacib Ģərtlərdəndir.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
66
Diplomatik nəşrlər faksimile nəĢrdən fərqli olaraq əlyazma-
nın fotosurəti deyil, mətnin müxtəlif vasitələrlə (kompüter və s.)
yığılmıĢ formasını əhatə edir. Diplomatik nəĢrlərin elmi əhəmiy-
yəti ondan ibarətdir ki, tədqiqatlara söykənərək hazırlanmıĢ düz-
gün mətn hazır material olaraq gələcək tədqiqatçıların ixtiyarına
verilir
95
. K.ġərifli diplomatik nəĢrlər üçün hazırlanmıĢ aparatın
faksimile nəĢri ilə müqayisədə daha mürəkkəb olduğunu yazır.
Belə ki, mətnĢünas nəĢrə yazdığı müqəddimədə nəĢr üçün əsəri
hansı
prinsipə əsasən seçdiyini, onun mətni üzərində apardığı araĢ-
dırmalarda hansı üsullara söykəndiyini iĢıqlandırmalıdır. Sonda
abidənin müfəssəl tekstoloji təsviri verilməlidir.
Akademik nəşr klassik mətnlərin elmi-tənqidi yolla hazırla-
nan nəĢrinin ali formasıdır. Akademik nəĢr yazıçının bütün yaradı-
cılıq irsini tam əhatə edir, onun əsərlərinin əsl müəllif mətnindən
ibarət olur. Bu nəĢrdə yazıçı mətninin öyrənilməsinin müasir və-
ziyyətini əks etdirən və həmin nəĢri hazırlamıĢ mətnĢünasların iĢi-
ni səciyyələndirən müqəddimə, çoxcəhətli, dərin elmi izahlar,
Ģərhlər, qeydlər, göstəricilər və s. verilir
96
.
Prof. Ġ.Vəliyev də akademik nəĢrin klassik yazıçıların bütün
əsərlərini əhatə etdiyini, elmi nəĢrdə isə bütün əsərlər, yaxud
müəyyən bir əsərin bütöv izahlarla, əlyazmanın faksimilesi ilə bir-
likdə nüsxə fərqləri və b. birgə buraxıldığını yazır. Kütləvi nəĢr-
lərdə isə bu qədər bilgilər verilmir. GeniĢ oxucu kütləsinin tələbatı
və imkanları nəzərə alınır, mətnlə yanaĢı, çətin sözlərin lüğəti də
kitaba salınır
97
.
Şərti mətnşünaslıq işarələri. Prof. D.Lixaçov mətnĢünaslıq
iĢarələrini aĢağıdakı Ģəkildə sistemləĢdirərək təqdim etmiĢdir
98
:
Tərtibçi və ya naĢirin mətnə əlavə etdiyi hər hansı bir hissə,
mətndəki redaktə qeydləri, konyektura düzəliĢləri, nüsxə fərqləri-
95
ġərifli K. MətnĢünaslığın nəzəri əsasları. - Bakı: 2011, s. 297.
96
Mirəhmədov Ə.ƏdəbiyyatĢünaslıq. Ensiklopedik lüğət. Bakı: 1998, s. 13.
97
Vəliyev Ġ. Ġnsan həyatda və sənətdə. - Bakı: 1998, s. 245.
98
Лихачев Д. Текстология (краткий очерк). - Москва: 1964, с. 73.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
67
nin hərflərlə səhifə altında əksi, sətiraltı qeydlərdə redaktor müla-
hizələri və s.
kursivlə yazılır.
Əlyazmada qırmızı rənglə yazılmıĢ hərf, söz və sətirlər nəĢr-
də
yarıyağlı şriftlərlə
verilməlidir;
< > - bucaqlı və ya əyilmiĢ mötərizələr təxmin olunan mətn-
lərdə istifadə edilir. Bərpa olunmuĢ mətn və konyekturalar üçün
həmçinin kursivdən istifadə olunur;
< ... > - bucaqlı mötərizə içərisində üç nöqtə mətndə ötür-
mələrin
olduğunu bildirir;
[ ] – kvadrat mötərizələr əlyazmada üzərindən xətt çəkilmiĢ
mətni göstərmək üçündür;
[ ]* - üzərində ulduz iĢarəsi olan kvadrat mötərizə üzərindən
xətt çəkilmiĢ və ya təxmin olunan oxunun bərpasını göstərən
iĢarədir;
| - Ģaquli xətt sətirdən – sətirə keçməni göstərmək üçün isti-
fadə edilir;
|| - iki Ģaquli xətt səhifədən – səhifəyə keçməni göstərmək
üçün istifadə olunur. HaĢiyədə və ya iki Ģaquli xətdən sonra adi
mötərizədə mətnin davam etdiyi səhifə göstərilir.
K.ġərifov müasir Azərbaycan mətnĢünaslığında “Ģərti mətn-
Ģünaslıq iĢarələri” anlayıĢnın mövcud olmadığını və tədqiqatçıla-
rın tədqiq edilən mətnin əlyazma nüsxələrini və nüsxə fərqlərini
göstərən Ģərti iĢarələri sadəcə olaraq ixtisarlar adlandırdıqlarını
qeyd edir
99
.
Klassik ədəbiyyatın soraq-məlumat aparatı
Elmi-tənqidi mətnlərin soraq məlumat aparatını bu Ģəkildə
sistemləĢdirmək mümkündür:
arxeoqrafik giriĢ;
mətnĢünaslıq tədqiqatı və mətnin çatdırılması qaydaları;
99
ġərifli K. MətnĢünaslığın nəzəri əsasları. - Bakı: 2011, s. 288.