Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
62
Mərhum mətnĢünas alim Prof. T. Məhərrəmovun fikrincə,
tənqidi mətn tərtibi zamanı aĢağıdakı məsələlərə diqqət yetirilmə-
lidir:
ən qədim və mükəmməl nüsxələrdən istifadə etmək;
tənqidi mətnlərin əvvəlində müqəddimə yazmaq və əsəri
tərtib edən zaman istifadə olunan hər bir nüsxənin yığcam
halda təsvirini vermək. Orada əsərin tərtib üsulunu, mətnin
tərtibində cəlb olunan əlyazmaların üzünün köçürülməsi
tarixini, xəttini, katibini və s.
xüsusiyyətlərini göstərmək;
əsərin müqəddiməsini, onun tərtibi zamanı istifadə olunan
nüsxələrin təsvirini, mətnlərə yazılan izahatı, Ģərhi və baĢ-
qa qeydləri əsərin yazıldığı dildə vermək;
əsərin tənqidi mətnini ancaq onun ayrı-ayrı nüsxələrindəki
mətnlərdən çıxıĢ
edərək tərtib etmək;
nüsxələrdə mövcud olan əsas fərqlərin hamısını göstər-
mək;
istifadə olunan bütün nüsxələrə tənqidi yanaĢmaq
86
.
Akademik Ə.Əlizadə tənqidi mətn tərtibində nüsxə seçimin-
dən bəhs edərkən yazır: “Bizim tənqidi mətn tərtibindəki prinsipi-
miz əsas etibarilə ondan ibarət olmuĢdur ki, avtoqraf nüsxələr əldə
olmadıqda, müəllifin yaĢadığı dövrə yaxın zamanda üzü köçürülən
əlyazmaları əsas götürülmüĢdür”
87
.
Nüsxə fərqləri. Avtoqrafları dövrümüzə gəlib çatmamıĢ hər
hansı bir abidə, müxtəlif dövrlərdə üzü köçürülmüĢ əlyazmalar
əsasında akademik nəĢrə hazırlanarkən, həmin abidənin əlyazma
nüsxələri arasında olan fərqli cəhətləri, yəni nüsxə fərqləri də nəĢr
olunur. Nüsxə fərqlərinin verilməsi istər gələcəkdə əsər üzərində
86
Магеррамов Т. Научно-критический текст поэмы «Матла-ал-анвар»
Амира Хосрова Дехлеви, ее текстологическое и филологическое исследо-
вания. ДД. Баку, 1975, с. 54.
87
Əlizadə Ə. Azərbaycan mətnĢünaslığının inkiĢafı tarixindən // Azərbaycan
SSR Elmlər Akademiyasının Xəbərləri (Ədəbiyyat, dil və incəsənət seriyası),
1970, N 2, s. 14.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
63
aparılacaq tədqiqat iĢləri, istər əsas mətnin nə dərəcədə düzgün se-
çildiyini əsaslandırmaq və istərsə də mətnĢünas alimin elmi-tənqi-
di mətnin tərtibində hansı prinsiplərə əsaslandığını müəyyənləĢdir-
mək üçün
çox mühüm elmi amillərdəndir
88
.
Bu və ya digər nüsxələrdə mətn fərqlərinin qeydə alınması
və tənqidi mətndə baĢqa izahatların qeyd edilməsi mütləq yazılan
dildə həyata keçirilməlidir
89
Onu da qeyd etmək lazımdır ki, nüsxə fərqləri elmi nəĢrlərdə
verilir. Mətnin tarixinə heç bir yenilik gətirməyən əlyazmalar nüs-
xə fərqlərinə cəlb olunmur. Heç də həmiĢə bütün nüsxə fərqlərini
göstərmək lazım gəlmir. Orfoqrafik, qrafik və mexaniki xətalara
nüsxə fərqləri göstərməyə o qədər də ehtiyac yoxdur. Orta əsrlərdə
ərəb qrafikası ilə qələmə alınmıĢ, yaxud köçürülmüĢ mətnlərdə ka-
tib və xəttatların diqqətsizliyi ucundan nöqtələrin düĢməsi nəticə-
sində sözlər təhrif edilmiĢ olur. Mətndə bu qəbildən olan təhriflə-
rin dəqiq müəyyənləĢdirilməsi və katib xətası olduğu Ģübhə doğur-
mazsa bu zaman onlara nüsxə fərqləri göstərməyə ehtiyac qalmır.
MətnĢünas nüsxə fərqlərinin göstərilməsində müəyyən sistemə
əsaslanmalı və həmin sistemi elmi-tənqidi mətnə yazdığı ön sözdə
Ģərh
etməlidir
90
.
Akademik Ə.Əlizadə nüsxə fərqlərinin önəmini belə izah
edir: “Nüsxələrdə olan fərqləri qeyd etməyin əhəmiyyəti ondadır
ki, oxucu, yaxud tədqiqatçı əsərin tərtibçi tərəfindən hazırlanan
mətnlə razılaĢmadığı halda, istədiyi variantı götürə bilsin. Bunun
əhəmiyyəti bir də ondadır ki, oxucular istifadə olunmuĢ əlyazma-
lar haqqında tam təsəvvür əldə edə bilərlər”
91
.
88
ġərifli K. MətnĢünaslığın nəzəri əsasları. - Bakı: 2011, s. 35.
89
Məhərrəmov T. Tənqidi mətn tərtibində vahid üsul yaradılması // Azərbaycan
SSR EA Xəbərləri (Ədəbiyyat, dil və incəsənət seriyası), 1974, N 2, s. 31.
90
ġərifli K. MətnĢünaslığın nəzəri əsasları. - Bakı: 2011, s. 287.
91
Əlizadə Ə. Azərbaycan mətnĢünaslığının inkiĢafı tarixindən // Azərbaycan
SSR Elmlər Akademiyasının Xəbərləri (Ədəbiyyat, dil və incəsənət seriyası),
1970, N 2, s. 14.