Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
56
Bizə gəlib çatmıĢ bütün mətnlərin əsası olan mətn
arxetip
adlanır. Əsərin arxetipinin müəllif mətni olması vacib deyil
75
.
Əlyazma nüsxəsində nəzər alınması vacib olan cəhətləri
aĢağıdakı kimi sıralamaq mümkündür:
Məlum olan yeganə nüsxə, nadir nüsxə, qədim nüsxə, müəl-
lif xətti (avtoqraf), müəllifin söyləyərək yazdırdığı nüsxə, müəllifə
oxunaraq yoxlanılmıĢ və düzəldilmiĢ nüsxə (sima qeydi olan),
müəllif nüsxəsindən köçürülmüĢ nüsxə, müəllif nüsxəsi ilə qarĢı-
laĢdırılmıĢ nüsxə, müəllifin yaĢadığı dövrdə köçürülmüĢ nüsxə,
mövcud nüsxələr içərisində tam olan nüsxə, sənət dəyəri daĢıyan
nüsxə (miniatürlü və s.),
Orijinal mətnlərdən baĢqa kompilyativ mənbələr də vardır.
Kompilyasiya (lat. compilatio – oğurluq, qarət) müstəqil tədqiqat
aparmadan, baĢqa müəlliflərin materialından istifadə yolu ilə yara-
dılan ədəbi və ya elmi əsərlərə deyilir. A.Xalidov ərəb kitablarında
kompilyasiya metodunun geniĢ yayıldığını yazır. BaĢqasının əsər-
lərini bütünlüklə və ya parçalarla kitaba daxil etmək qadağan
olunmamıĢdır, əksinə bu əsərlərin yazılması müxtəlif sahələrdə
rəğbətlə qarĢılanmıĢ və göstəriĢlər verilmiĢdir. Vicdanlı müəlliflər
bu zaman mənbələri qeyd edir və ya sitatın sərhəddini göstərir,
diqqətsiz və səliqəsiz müəlliflər isə
buna əməl etmirdilər
76
.
Amma kompilyativ mənbələrin rolu da danılmazdır. Çünki
dövrümüzə gəlib çatmamıĢ bəzi əsərlərlə məhz kompilyativ mən-
bələr sayəsində tanıĢ ola bilirik. Əlbəttə ki, istinad verilmiĢ kom-
pilyativ mənbələr daha dəyərlidir.
Əlyazmalar əsasən aĢağıdakı
strukturda tərtiblənirdi:
zahriyə - titul vərəqidir. Burada əsərin adı, müəllifin adı və
bəzən əsərin kimə həsr olunması qeyd olunur (vərəqin 1 a üzü);
75
Musayeva A. MətnĢünaslığn nəzəri və təcrübi əsasları. - Bakı: 2007, s.15.
76
Халидов А. Арабские рукописи и Арабская рукописная традиция. - Мос-
ква: 1985, с. 75.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
57
sərlövhə - burada bismilah və ya əsərin adı yazılır (vərəqin
1b üzü);
təməllük qeydi - əsərin kimin mülkiyyətində olduğunu bil-
dirir;
sima qeydi – əsərin müəllifə oxunduğu və müəllif tərəfindən
düzəldildiyi haqqında qeyddir;
müqabilə qeydi – müəllif xətti olan nüsxənin digər tam və ya
yaxĢı olan nüsxə ilə müqayisə
olunduğunu bildirən qeyddir;
bismillah;
peyğəmbərə dua və mədhiyyə;
dibaçə;
müqəddimə;
fehrist;
əsərin mətni;
xatimə - əsərin sonu;
istinsax qeydi - əlyazmanın köçürülmə tarixi, katibi, köçü-
rülmə yeri qeyd olunur.
M.Adilov Azərbaycan əlyazmalarında əksər hallarda titul
səhifəsinin (1 a) sonradan yazılmaq üçün ağ buraxıldığını, köçü-
rülmə baĢa çatdıqdan sonra isə titulda müəllifin və əsərin adının
qeyd olunmadığını, bu səhifələrdə əsas mətnə dəxli olmayan haĢi-
yələrin yazıldığını göstərir
77
. Kitabın mətninin yazıldığı birinci sə-
hifə (1 b) və ya birinci iki səhifə (1 b – 2 a) xüsusi çərçivəyə salı-
nır, ornamentlərlə bəzədilirdi. Əsərin əsas mətni müəllif kolofonu
ilə yekunlaĢır, kitabın sonluğu isə adətən katib kolofonu ilə bitirdi.
Struktur vahidlərini və mətnin müəyyən hissələrini ayırmaq
üçün xüsusi terminlərdən istifadə olunurdu. Tematik prinsip əsa-
sında qurulmuĢ mətnləri tematik fəsil və hissələrə (cüz, qism, bab,
səhifə) ayırırdılar
78
.
77
Adilov M. Azərbaycan paleoqrafiyası. – Bakı: 2010, s. 99.
78
Халидов А. Арабские рукописи и Арабская рукописная традиция. -
Москва: 1985, с. 145.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
58
Prof. D.Lixaçov mətnin oxunması zamanı qarĢıya çıxan çə-
tinlikləri adlamaq üçün bir neçə üsul təqdim edir:
Birincisi, mətnĢünas tədqiq etdiyi əlyazmanın hərflərinin
qrafik
cədvəlini tərtib etməlidir;
Ġkincisi, mətnĢünas hər zaman kontekstin köməyindən
istifadə etməlidir;
Üçüncüsü, bu iki üsul çətin yerlərin oxunmasına yardımçı
olmursa və əlyazmanın həmin hissəsi pozulmuĢsa bu za-
man bərpaçılara müraciət olunmalıdır
79
.
Əlyazma mətninin düzgün oxunmasının vacib Ģərtlərindən
biri də abidənin yarandığı dövrün dilini, ədəbiyyatını və tarixi
coğrafiyasını dərindən bilməkdir. Mətnin sadəcə paleoqrafik oxu-
nuĢu kifayət deyil, həm də onu mətnĢünaslıq baxımından anlamaq
vacibdir.
Orta əsr müəlliflərinin bəziləri əsərlərinin yazılma tarixləri
haqqında məlumat vermirlər. Hər hansı bir abidə nəĢrə hazırlanar-
kən onun müəllifinin və tarixinin öyrənilməsi mətnĢünas qarĢısın-
da duran mühüm vəzifələrdəndir. Prof. Ə.Mirəhmədov Azərbay-
can mətnĢünaslığı qarĢısında duran əsas problemin
atribusiya və
ateteza ilə bağlı olduğunu vurğulayır və bu Ģəkildə sıralayır:
1.
bu və ya baĢqa klassikin külliyyatına daxil edilmiĢ əsər-
lərin həqiqətən ona aid olduğunu dəlillərlə əsaslandırmaq;
2.
həmin klassikin kitabını lüzumsuz “əlavələr”dən, həm
baĢqa müəlliflərin əsərlərindən, həm də ayrı-ayrı “əlavə”
parçalardan, beytlərdən təmizləmək;
3.
əvvəllər yaddan çıxıb kənarda qalan, avtoqrafı əldə edil-
məyən yaxud səhv olaraq baĢqasına istinad verilən əsəri
müəllifinə qaytarmaq
80
.
79
Лихачев Д. Текстология (краткий очерк). Москва: 1964, с. 19-20.
80
Mirəhmədov Ə. Azərbaycan mətnĢünaslığının vəziyyəti və inkiĢaf
perspektivləri // Azərbaycan mətnĢünaslığı məsələləri. - Bakı: 1979, s. 11-12.