Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
157
soraq məqaləsi hesab olunur. Bu kitablarda cədvəllərdən geniĢ
istifadə olunur. Cədvəl vasitəsi ilə informasiya əyaniləĢir. Bəzi
soraq kitabçaları bütünlükdə cədvəldən ibarət olur.
Məqsəd təyinatına görə soraq kitabçaları aĢağıdakı növlərə
ayrılır:
1.
Elmi;
2.
Ġstehsalat-təcrübi;
3.
Siyasi-kütləvi;
4.
Tədris;
5.
Kütləvi;
6.
MəiĢət.
Ġnformasiyanın xarakterinə görə isə soraq kitabçalarının aĢa-
ğıdakı növləri vardır:
Mütəxəssislər üçün;
Həvəskarlar üçün;
Statistik;
Kataloq;
Soraq cədvəli;
Soraq kitabı (təyin edici);
Bioqrafik lüğət;
Bələdçi;
Təqvim;
Əlamətdar tarixlərin təqvimi
154
.
Bunlardan əlavə, mətnli, rəqəmli, formullu, qarıĢıq mətnli və
təsvirli (illüstrasiyalı) soraq kitabçaları nəĢr olunur.
Soraq kitabçalarının aparatına müĢayiətedici məqalə (ön
söz), ixtisar, qısaltmalar və Ģərti iĢarələrin siyahısı, istinad sistemi,
köməkçi göstərici, biblioqrafik siyahı, mündəricat daxildir.
154
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
158
Ədəbiyyat
Aykut A. Ansiklopedi. DĠA., Ankara, 1991, c. 3. s. 217-227.
Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. –Bakı: Maarif,
1988, 306 s.
Səmədova V. Azərbaycanda ensiklopedik nəĢrlər: tarixi və müasir
vəziyyəti // Aydın dərgisi, 2002, sayı 3, s. 87-103.
Vəliyev Ġ. Ġnsan həyatda və sənətdə. Bakı: GünəĢ, 1996, 256 s.
Vəliyev Ġ. Burulğanlar içində. Bakı: GünəĢ, 1997, 215 s.
Vəliyev Ġ. Redaksiya-nəĢriyyat iĢinin əsasları. – Bakı: 2004. - 140 s.
Адамов Е.Б., Кричевский В.Г. Оформление справочных
изданий. М., 1981. 110 с.
Винокуров Д. Методика подготовки отраслевой энциклопедии.
– М.: 1968.
Гудовщикова И.В. Общие зарубежные энциклопедии. Л., 1963.
87 с.
Крупенникова И.А. Справочный аппарат научно-технического
переводного словаря // Книга: Исслед. и материалы. 1974, Сб.
28. c. 47-58.
Призмент Э.Л. Справочный аппарат справочных изданий //
Предметизационные системы и аппарат книги (теория и
практика). М., 1999. c. 239-244.
Проблематика определений терминов в словарях разных типов.
Л., 1976. 226 с.
Редактирование отдельных видов литературы / Под ред. Н.
Сикорского. – Москва: Книга, 1987.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
159
VII FƏSĠL
TƏDRĠS ƏDƏBĠYYATI
Tədris ədəbiyyatının nəĢrə hazırlanması redaksiya-nəĢriyyat
fəaliyyətinin xüsusi sahəsidir. Belə ki, tədris ədəbiyyatının yara-
dılması prosesi bütün digər növ ədəbiyyatların hazırlanması prose-
sindən fərqlidir. Tədris ədəbiyyatı elmi və tətbiqi xarakterli sis-
temləĢdirilmiĢ məlumatı əhatə edən, tədris etmək və öyrənmək
üçün asan Ģəkildə Ģərh olunan və müxtəlif yaĢda təhsil alan oxucu
kütləsi üçün nəzərdə tutulmuĢ nəĢrdir.
Tədris ədəbiyyatı aĢağıdakı funksiyaları yerinə yetirir:
kommunikativ;
informativ;
dərk etdirmə (öyrədici);
inkiĢaf etdirici;
tərbiyə edici;
nizamlayıcı;
təĢkilati.
Tədris ədəbiyyatının oxucu auditoriyası təhsil alanları və tədris
edənləri əhatə edir. Ġnformasiyanın xarakterinə və məqsəd təyina-
tına görə tədris ədəbiyyatının aĢağıdakı növləri vardır:
1.
Proqram – metodik nəĢrlər (tədris planı, tədris proqramı);
2.
Tədris – metodik nəĢrlər (metodik göstəriĢlər, metodik töv-
siyə);
3.
Öyrədici nəĢrlər (dərslik, dərs vəsaiti, mühazirə konspekti,
mühazirə kursu);
4.
Köməkçi (yardımçı) nəĢrlər (praktikum, müntəxəbat;
məsələ və çalıĢmalar toplusu; oxu üçün kitab).
Proqram-metodik nəşrlər fənnin məqsədini, strukturunu,
məzmunu, ayrı-ayrı suallara dair materialın həcmini müəyyən
edir. Proqram-metodik vəsaitlərə tədris planı və tədris proqramı
aiddir. Bu nəĢrlər tədris prosesinində iĢtirak edən müəllimlər və
metodistlər üçün nəzərdə tutulmuĢdur.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
160
Tədris planı tədris prosesini nizama salan sənəddir. Bu sə-
nəddə təhsilin forması və növü, praktik və laboratoriya iĢləri, kurs
və buraxılıĢ iĢləri və s. öz əksini tapır.
Tədris proqramı fənnin məzmunu və həcmini əhatə edən
nəĢrdir. Burada fənnə dair ədəbiyyat da yer alır.
Tədris-metodik nəĢrlərə metodik göstəriĢlər və metodik
tövsiyə aiddir. Bu nəĢrlər də tədrisin metodikasına dair ma-
terialları əhatə edir.
Öyrədici nəĢrlərə dərslik, dərs vəsaiti, mühazirə konspekti və
mühazirə kursu aiddir.
Dərslik konkret fənn üzrə tədris planı və proqram əsasında
hazırlanmıĢ nəzəri və praktik biliklərin əsaslarının sistemli və an-
laĢıqlı Ģəkildə izah olunduğu əsas vəsaitdir. Dərslik fənnə dair ba-
za biliklərini əhatə edir. Məzmununa görə dərslikləri ümumi və
xüsusiyə ayırırlar.
Dərs vəsaiti konkret fənn üzrə tədris proqramına uyğun ha-
zırlanmıĢ, dərslikdə verilən biliklərin geniĢləndirilməsi və möh-
kəmləndirilməsinə xidmət edən vəsaitdir. Dərs vəsaitləri tədris
proqramlarında nəzərdə tutulan biliklərin yaxĢı qavranılması, də-
rinləĢdirilməsi və geniĢləndirilməsi üçün yaradılmıĢdır
155
.
Variativ dərsliklər – ayrı-ayrı müəlliflərin (müəllif qru-
punun) vahid tədris proqramı əsasında eyni fənn üçün hazırladıq-
ları müxtəlif dərsliklərə deyilir.
Ali məktəb tələbələri üçün mühazirə kursu və mühazirə
konspekti kimi nəĢrlər də hazırlanır.
Mühazirə kursu fənnə dair bir müəllifin və ya bir neçə müəl-
lifin mühazirələrini əhatə edir. Mühazirə kursu dərsliyə əlavə he-
sab olunur və yeni materialı əhatə edir. Mühazirələr oxunmuĢ ma-
terial əsasında yaradılır. Beləliklə, mühazirə kursu – konkret prob-
lemi açan, müəllifn öz mövqeyini göstərdiyi müəllif iĢidir.
155
Canıyeva U. Tədris ədəbiyyatının tipoloji xüsusiyyətləri və növləri // Bakı
Universitetinin Xəbərləri, humanitar elmlər seriyası, 2007, N 3, s. 196.
Dostları ilə paylaş: |