57
daşımaq) üçün gəmiləri sizə (sizin mənafeyinizə) tabe və çayları sizə ram
edən Allahdır! (Daim öz hədəqəsində, özləri üçün müəyyən olunmuş
yerdə) seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin
ixtiyarınıza verən Odur. (Allah) sizə istədiyiniz şeylərin hamısından
vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara
bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur (O,
Allahdan başqasına tapınmaqla özünə zülm edər, Onun lütfünü,
mərhəmətini danmaqla küfrani‐nemət olar)” (İbrahim, 31‐34).
Əgər biliyin əldə edilməsinə dair hər hansı bir metodologiya
mütəmadi müşahidənin, təcrübə və əməli eksperimentlərin obyekti olan
real hadisə və əşyalara, təzahürlərə istinad etmirsə, mötəbər
informasiyanın alınması funksiyasını yerinə yetirə bilməyəcəkdir. Eləcə
də bu metodologiya tədqiqat mövzusu olan dini mətnlərin verdiyi
məlumatlara, eşidilən və gözlə görülən reallıqlara etimad etməzsə,
məlum funksiyanın icrasından məhrum qalacaqdır.
Quran
mötəbər
informasiyaya
aparıb
çıxaran
tədqiqat
metodologi‐yasının ana cizgilərini cızmışdır. Ayələr bəzi məsələlərə dair
qəti hökmləri təsdiqləyir. Bu ayələr Allahın hər yerdəki görünən
əlamətlərinə diqqət yetirməyə, əşya və hadisələrin mövcudluğunu və
dəyişilmələrini tənzimləyən qayda və qanunauyğunluqların ortaya
çıxarılmasına çağırır. Elə isə biz nə üçün tədqiqatın Quran
metodologiyasından və ya əsas xüsusiyyətləri Qurandan götürülmüş
tədqiqat metodologiyasından danışmayaq?! Bir qədər ümumiləş‐dirmə
aparsaq, islam metodologiyasından danışa bilərik.
Tapşırıq. İslam metodologiyasının formalaşması üçün Quran ayələri ilə
Allahın hər yerdə görünən əlamətlərinin uyğunluğuna dair üç misal
söyləyin.
Həmçinin, Quran hədsiz səxavətli, əliaçıq kitabdır. Axı, o,
möcüzəkarlığı ilə səciyyələnir. Deməli, ondakı mənalar insan biliyinin
inkişafı ilə çoxalır. Bunun üçün biz Quran və islam metodologiyasını
təşkil edən elementlərə dair ayələrin başa düşülməsi metodunda
fərqlənmələrin şahidi olacağıq. Belə fərqlənmələr Allahın bəxş etdiyi
fəhm və gözüaçıqlıqdan, zaman və məkan baxımından əldə edilən
təcrübədən dolayı alimlər arasında da ortaya çıxacaqdır.
Əgər biz islam metodologiyasında empirik metodun əhəmiy‐
yətini dərk etməsək, Quranı düzgün başa düşə bilməyəcəyik. Empirik
58
metod görməyə, eşitməyə, təcrübə və eksperimentlərin aparılmasına
əsaslanır və hesab edir ki, bütün bunlar qəlbin dərketmə və şüurluluq
qabiliyyətlərinin əsasını təşkil edir. Quranın bu cür başa düşülməsinə
Peyğəmbərin bəzən hökmləri müfəssəl izah etməsində də rast gəlmək
mümkündür. O, bunu ona görə edirdi ki, ortaya çıxmış problemin
mahiyyəti insanlara aydın olsun. Halbuki Allahın rəsulu bunu edərkən
ya səmadan məlum problem barəsində vəhyin enməsini, ya da ictimai
reallıqda həmin problemi xarakterizə edəcək görmə və eşitmə
məlumatlarının ortaya çıxmasını gözləyirdi. Məsələn, Peyğəmbər (Ona
Allahın xeyir‐duası və salamı olsun!) müsəlmanlara uşağını əmizdirdiyi
dövrdə və süddən kəsilmə dövründən qabaq həyat yoldaşları ilə cinsi
əlaqədə olmalarını qadağan etmişdi. Allahın rəsulu (Ona Allahın xeyir‐
duası və salamı olsun!) elə zənn edirdi ki, bu, uşağa zərər verə bilər.
Ancaq o, bu cür cinsi əlaqənin – bu, fiziologiyanın mövzusudur –
bizanslılar və farslarda mövcud olduğunu və bunun uşağa heç bir
təsirinin olmadığını öyrəndikdə qadağasını geri götürmüşdü. Həmçinin,
xurma ağaclarının tozlandırılmasını mədinəlilərin uydurması hesab
etmiş və düşünmüşdü ki, Pak və Uca Allah başqa ağacların məhsulunun
tutmasına icazə verdiyi kimi, xurma ağacları da bəşəri müdaxilə
olmadan yaxşı məhsul verə bilər. Ancaq sonra ona praktiki olaraq aydın
oldu ki, xurma ağacı tozlanma olmadan bar vermir. Bundan sonra o,
mədinəlilərə əvvəlki peşələrini davam etdirmələrinə icazə verdi.
Peyğəmbər (Ona Allahın xeyir‐duası və salamı olsun!) bununla sübut
etdi ki, belə məsələlərdə praktik təcrübə olduqca əhəmiyyətlidir və bu,
onu bilənlərin öhdəsinə buraxılmalıdır. Allahın rəsulu (Ona Allahın
xeyir‐duası və salamı olsun!) bu məsələdə təcrübəli deyildi. Çünki
yaşadığı Məkkə şəhərinin sakinləri xurma sahəsi ilə məşğul olmurdular.
Tapşırıq. Peyğəmbərin hər hansı bir problemlə əlaqədar hökm
çıxarmasından qabaq ona dair məlumat və həqiqətləri aydınlaşdırmağa
çalışması haqda misallar gətirin.
Hər hansı bir tədqiqat mövzusunun həllində düşünmə və
vasitələrinin çoxnövlülüyü kompleks yanaşmanı metodologiyanın
tətbiqində, belə bir tətbiqin verəcəyi nəticələrdə əsas amilə çevirir.
Məsələn, müsəlmanlar hədislərin tənqidində tarixi metoddan istifadə
edirlər. Hədisləri öyrənmək istəyən şərqşünaslar və ya materialistlər də
eyni yola baş vururlar. İslam və şərqşünaslıq təcrübələri arasındakı fərq
59
onların istifadə etdikləri metodların əsaslandığı baza ilə əlaqədardır. Bu,
əhəmiyyətli fərqdir. Onun barəsində Kolson yazır: “Açıq şəkildə etiraf
etmək lazımdır ki, dini etiqada, imana əsaslanan müsəlman metodu ilə
tarixin materialist tənqidinə əsaslanan Qərb metodunu uyğunlaşdırmaq
qeyri‐mümkündür”
1
.
İslam elmlərində metod anlayışı ilk dəfə olaraq hədislərin
qorunub‐saxlanılmasına və onların təhrif və yalanlardan mühafizə
edilməsinə olan ehtiyacdan doğmuşdu. Rəvayət etmədə istinad metodu
təkmilləşərək elm halına gəldi və “hədisşünaslığın ana qaydaları” (Üsul
əl‐Hədis) adlı elm sahəsi yarandı. Həmçinin, o, “hədis terminologiyası”
adlandırıldı. Rəvayətin mötəbərliyinə dair ciddi qaydaların təsis
edilməsi “bioqrafiya” və “rəddetmə və ya dəyişdirmə (düzəliş)” adlanan
elmlərin (elm ər‐Rical və elm əl‐Cərh vət‐Tə`dil) yaranmasına səbəb
oldu. Bu elm sahələrinə dair kitablar yazıldı. İbn əbu Hatəmin
“Rəddetmə və dəyişdirmə” (əl‐Cərh vət‐Tə`dil), əl‐Xətib əl‐Bəğdadinin
“Rəvayət elminə dair kafi kitab” (əl‐Kifayə fi elm ər‐Rivayə), əz‐
Zəhəbinin “Rəvayətçilərin tənqidində ədalətli tərəzi” (Mizan əl‐etidal fi
nəqd ər‐rical) və İbn Həcər əl‐Əsqəlaninin “Tərəzinin dili” (Lisan əl‐
Mizan) kitabları bu qəbildəndir. Bu kitabların əksəriyyətində əsasən
hədislərin təsbiti metodlarından danışılmaqla yanaşı, onlarda, həmçinin,
bütün elmlərdə, xüsusən də tarix elmində nəzərə alınması mümkün olan
ümumi metodoloji qaydalar mövcuddur. Tarix elminin yazılması ərəb‐
islam dünyasında vüsət kəsb etmiş və bu sahədə çoxlu əsərlər qələmə
alınmışdır. İbn Xəldunun tarixə dair qələmə aldığı “Ərəblərin, əcəm və
bərbərlərin, o cümlədən, onların böyük hakimiyyətə sahib qonşularının
tarixinə dair ibrətlər kitabı” (Kitab əl‐ibər və tarix əl‐ərəb vəl‐əcəm, vəl‐
bərbər və mən cavərəhum min əs‐sultan əl‐əkbər) adlı əsərin
müqəddiməsi tarix elminin metodoloji əsaslarda yazılmasının qayda‐
larını özündə birləşdirən bir mənbə idi.
İslam tarixinin erkən dövrlərində bəziləri başqaları ilə
müqayisədə elmdə qabağa gedərək, dini insanlara öyrədən alimlərə
çevrildilər. Bu alimlərin hər biri özünü digərlərindən fərqləndirən
məxsusi metodologiyaya sahib idi. İmam Malik Mədinə şəhərindəki
“Hicrət Evi”nin rəhbəri olaraq hədislərə əsaslanmaqla insanlara fiqhi
öyrətdiyi bir vaxtda Əbu Hənifə də İraqda, ona məlum olan az saylı
1
Coulson, N.J. European Criticism of Hadith Literature, In: Arabic Literature to the End of Umayyad
Period, Cambridge: A.F.L. Beeston, et al (Eds.) The Cambridge History of Arabic Literature II, 1983, p.
317-321.
Dostları ilə paylaş: |