62
əvvəlki nəsillərin induktiv və empirik metoddan xali elmlərini müfəssəl
öyrənməklə kifayətlənməmiş, özünün görməyə dair tədqiqatlarında
“hədsiz dəqiq və müfəssəl” kimi xarakterizə etdiyi bir metoddan istifadə
etmişdir. Belə bir metoda nə müasirləri, nə də əvvəlki dövrlərin alimləri
sahib idilər. İbn əl‐Heysəm özünün metodu haqda deyir:
“Tədqiqata varlıqların induktiv öyrənilməsi, gözlə görülənlərin
hallarının gözdən keçirilməsi və detalların keyfiyyətlərinin fərqləndiril‐
məsi ilə başlayırıq. Baxış zamanı görünənləri, ümumi olub dəyiş‐
məyənləri, hissiyyatın keyfiyyətinə aid şəksiz təzahürləri bir‐bir induktiv
olaraq toplayırıq. Sonra tədqiqatımız və ölçmələrimizdə müqəddəm
şərtlərə tənqidi yanaşma və nəticələri gözləməklə tədricilik və tərtibata
əməl edirik. İnduktiv metodla yanaşıb gözdən keçirdiyimiz hər bir şeydə
ədalətli mövqe tutmağı və nəfsin şıltaqlıqlarına uymamağı ali
məqsədimizə çeviririk. Fərqləndirdiyimiz və tənqid etdiyimiz digər
şeylərdə də həqiqəti öyrənir, rəylərə meyl göstərməməyə əməl edirik.
Ola bilsin ki, biz ürəyi sərinlədən həqiqətə bu yolla çata, tədricilik və
incəliklə şübhədən xali olanın vaqe olduğu məqsədi əldə edə bilərik. Biz
tənqid və ehtiyat sayəsində həqiqəti qazanırıq. O həqiqəti ki, ixtilafları
əridir, şübhələri aydınlaşdırır”
1
.
İslam fikir tarixində metodologiya yalnız bir sahə ilə
məhdudlaşmamış, digər bütün sahələrdə, elmlərdə də mövcud
olmuşdur. Metodoloji təfəkkürün Quranda və Pak Sünnədə ana
qaydaları və prinsipləri vardır. Səhabələr və onlardan sonra gələnlər
(tabein) praktiki olaraq bu qaydalar və prinsiplərdən istifadə etmişdilər.
Əvvəlcə, hədis alimləri, fəqih və fundamentalistlər metodologiyaya dair
tərif və mənaları müəyyənləşdirmişdilər. Daha sonra kəlam alimləri,
filosoflar, sufilər və tarixçilər metodologiyaya aid dəqiq tərif və
təsniflərin müəlliflərinə çevrildilər. Şübhəsiz, biz metodoloji prinsiplərin
təmini baxımından ən çox orijinallığa “fiqhin əsasları” (Üsul əl‐Fiqh)
adlanan elm sahəsində rast gəlirik. Bu elm islam şəriətinin prinsiplərini
özündə birləşdirir. “Şəriətin prinsipləri və fiqhin əsaslarında elə məntiqi
təhlil və metodoloji qaydalar mövcuddur ki, onlar açıq‐aşkar fəlsəfi
“qarınqululuq” məziyyətinə sahibdirlər. Bəlkə də onların dərinliklərində
1
Əli Sami ən-Nəşşar. Mənahic əl-bəhs ində mufəkkiri əl-İslam (İslam mütəfəkkirlərinin tədqiqat
metodları). İsgəndəriyyə, “Dar əl-Məarif” nəşriyyatı. 2-ci nəşr. 1965, səh. 373.
63
müasir tədqiqat metodlarına tamamilə yaxın qayda‐qanunlar tapmaq
mümkündür...”
1
.
Aydın olur ki, Qurani‐Kərim insan oğlundan kompleks bilik
metodundan istifadə etməyi tələb edir. Belə metod biliyin mənbəyi
sayılan vəhylə varlıq aləmini bir araya gətirən metoddur. O, həmçinin,
vəhyə və varlıq aləminə münasibətdə vasitə kimi ağıl və hissi
birləşdirməyi zəruri edən, dünyəvi mənafe ilə axirət savabını
uyğunlaşdıran metod hesab edilir. Eləcə də bu metod metodoloji şüur və
bəşəri fəaliyyətin rasional təfəkkür, elmi tədqiqat və praktika sahələrinə
kompleks yanaşır.
Tapşırıq. İslam metodologiyasının inkişaf mərhələlərini və sahələrini
göstərən cədvəl qurun.
1
İbrahim Mədkur. Fil-fəlsəfə əl-islamiyyə: mənhəc və tətbiquhu (İslam fəlsəfəsinə dair: metod və onun
tətbiqi). Cild I. 3-cü nəşr. Qahirə, “Dar əl-Məarif” nəşriyyatı, 1983, səh. 21.
64
QƏRB DÜŞÜNCƏ SİSTEMİNDƏ
METOD ANLAYIŞININ TƏKAMÜLÜ
Qərb düşüncə tarixinin hakim standart xarakteri iki prinsipə
əsaslanır: birincisi dini mənbələrdən imtina nəticəsində yazıya
köçürülmüş bəşər tarixidir. İkincisi isə digər xalqların təsirini heç
saymaqla və ya bu təsir rolunu kiçiltməklə Avropa xalqlarının tarixidir
1
.
Bu məntiqə görə, fəlsəfənin, elmin və mədəniyyətin tarixi Qərbdə
başlamış və orada da bitmişdir. Tarix yunanlardan başlayır, Qərbi
Avropada sona çatır və Şimali Amerikaya uzanır. Bununla da tarix
qurtarır (!).
Birinci prinsiplə əlaqədar olaraq deməliyik ki, bəşər mədəniyyəti
tarixinin yazıya köçürülmüş az hissəsi belə təsdiq edir ki, bütün
millətlərin mənsubları rasional təfəkkürdən istifadə edərək, elm və
incəsənət sahələrini inkişaf etdirmiş, yeni‐yeni qanunlar qoymuş,
qalıqları günümüzədək gəlib çatmış tikililər inşa etmişlər. Belə tikililərin
bəziləri qədim dünyanın möcüzələrindən sayılır. Növbə yunanlara
çatdıqda onlar bütün bunları inkişaf etdirmiş, onlara istinad etmiş, heç
nəyi sıfırdan başlamamışdılar. Tədqiqatçı Yusif Kərəm özünün “Yunan
fəlsəfəsi tarixi” kitabında yazır: “Yunanlardan qabaq Şərq xalqları
sonralar fəlsəfi məsələlər kimi təsnif ediləcək bütün məsələlərdə onların
baxışını əks etdirən nəzəriyyələrə sahib idilər. Hətta biz hər bir yunan
ideyasının şərqli “oxşar”ının olduğunu görürük. Bu “oxşarlar” ya
yunanlardan qabaq mövcud olmuş, ya da yunanlar onlara istinad
etmişlər”
2
.
Dini mənbələrdən imtinaya gəlincə, ola bilsin ki, bu, Orta əsr
Avropasında elm və Kilsə arasında cərəyan edən mübarizənin nəticəsi
kimi özünü göstərmişdir; məlum mübarizədən elm qalib ayrılmış, dini
mənbələr elm və fəlsəfə tarixindən təcrid edilmişdir.
1
Ya nadanlıq, ya da milli təkəbbür Frensis Bekon kimi məşhur alim-filosofu belə, digər xalqların elmi
nailiyyətlərini yox saymağa və dəyərini azaltmağa sövq etmişdir. Sözügedən yazır: “Təxminən bütün
elmlər yunanlardan gəlmədir. Romalıların, ərəblərin və son dövrün müəlliflərinin əlavələri isə az olub
xatırlanmayacaq əhəmiyyətə malikdir. Hətta onlarda olanlar belə, yunanların kəşflərinə əsaslanır.” Bax:
Bacon, Francis. The New Organon, Cambridge, UK: Cambridge University Press, 2000, p. 58.
2
Yusif Kərəm. Tarix əl-fəlsəfə əl-yunaniyyə (Yunan fəlsəfəsi tarixi). 5-ci nəşr. Qahirə, Müəlliflik,
Tərcümə və Nəşretmə Komitəsi, 1966. Müəllifin kitaba yazdığı ön sözün birinci səhifəsi.