69
Ontoloji, etik, siyasi, təbiət və metafizik nəzəriyyələrin
inkişafında Aristotelin böyük xidmətləri olmuşdur
1
. Bütün bu xidmətlər
sonradan “Aristotel məntiqi” adlandırılacaq xüsusi məntiq sahəsi kimi
tanınmışdır. Bu məntiq əsasən analogiyadan istifadə edir. Bəzi
tədqiqatçılar bildirirlər ki, Aristotelin irsini şərh və tənqid edənlər bir çox
məsələdə onu yaxşı başa düşə bilməyiblər. Onlar həmin şərhçi və
tənqidçilərin Aristotelin induktiv və empirik metodlarla maraq‐
lanmasına əhəmiyyətsiz yanaşdıqlarını qeyd edirlər. Aristoteli öyrənən
tədqiqatlarda onun fəhm və təfəkkür probleminə əhəmiyyət verməsi
bütövlükdə Qərb düşüncəsi əsasında təhlil edilir
2
.
Aristotelin metodologiya ilə əlaqəli altı əsəri “Orqanon” adlı
kitabda toplanmışdır. Orqanon “alət”, yəni, “idrak aləti” mənasına gəlir.
Sözügedən kitabın məzmunu idrak vasitələrindən və ya zəkanı
zədələnmədən qoruyan metoddan bəhs edir. Aristotelin “Orqanon”una
daxil altı kitab bunlardır: “Kateqoriyalar”, “Şərhlər”, “İlk təhlillər”,
“İkinci təhlillər”, “Mövzular” və “Sofistikanın təkzibi”
3
.
Aristotel irsinin redaktəsi ilə məşğul olmuş M. Riçard hesab edir
ki, bu böyük filosofun təsir gücü onun hələ sağlığında qoyduğu və bu
günədək davam edən elmi bir çığır sayəsindədir. Onun fəlsəfəsi bir çox
tərif və konsepsiyanın ilkin formalarını özündə birləşdirir. Belə ilkin
formalar əsasında sonrakı əsrlər ərzində elm və fəlsəfənin müxtəlif
sahələri təşəkkül tapmışdır. Belə demək mümkündür ki, Qərbdəki
mədəniyyətin böyük hissəsi Aristotelin irsi ətrafında aparılmış
mübahisələr üzündən formalaşmışdır. Belə “mübahisələr”də bəzən, XIII
əsrdə olduğu kimi, Aristotel məntiqi qələbə çalmış, bəzən də, Maarifçilik
dövründə olduğu kimi, bu məntiq üstünlüyünü əldən vermişdir. Ancaq
bu mübahisələrin sayəsində bəşəriyyətin fikir tarixində parlaq tərəqqi
baş vermişdir
4
.
1
Aristotelin mötəbər irsinin əsas hissəsi toplanaraq ingilis dilinə tərcümə edilməklə 1488 səhifəlik böyük
bir cilddə nəşr edilmişdir. Bu külliyyata “Orqanon”a daxil altı kitab, “Fizika” kitabı, “Səma” kitabı,
“Yaranma və məhvə dair kitab”, Psixika, yaddaşa və röyalara aid kitablar, “Canlılar tarixi” kitabı,
“Canlıların hissələri” kitabı, “Canlıların yaranması” kitabı, “Metafizika” kitabı, etikaya dair kitablar,
“Siyasət” kitabı, ritorikaya dair kitablar və “Poetika” kitabı daxildir. Bax: McKeon, Richard, (Editor) The
Basic Works of Aristotle, New York: Randon House, 1941.
2
Mustafa ən-Nəşşar. Nəzəriyyə əl-elm əl-ərəstiyyə: dirasə fi məntiq əl-mə`rifə əl-elmiyyə ində Əristu
(Elmin Aristotel nəzəriyyəsi: Aristotelin elmi bilik məntiqinə dair tədqiqat). 2-ci nəşr. Qahirə, “Dar əl-
Məarif” nəşriyyatı, 1995, səh. 12.
3
McKeon, Richard, (Editor) The Basic Works of Aristotle, New York: Randon House, 1941, p. 1-217.
4
Yenə orada.
70
Metodologiya və təfəkkür məntiqinə dair altı əsəri özündə
birləşdirən “Orqanon” kitabının təsir gücü haqda Əbdürrəhman Bədvi
qeyd edir ki, ərəblər Aristotellə məhz bu kitabın sayəsində tanış
olmuşdular. Hətta iş o yerə çatmışdı ki, onlar Aristoteli “məntiqin ağası”
olaraq vəsf etməyə öyrəşmişdilər
1
.
Avropa mədəniyyətinin ətaləti və İslamın meydana gəlməsi:
Roma imperiyasına qədim yunanlardan zəngin miras qalmışdı. Ancaq
romalıların başı Avropanın daxilində və xaricində müharibələrə
qarışdığından fikri və mədəni çiçəklənmə yerini ətalətə verməyə başladı.
Bu hal imperiyanın Qərbi və Şərqi Roma (Bizans) imperiyalarına
bölünməsindən sonra daha ciddi xarakter aldı. Hər iki dövlətin
imperatorları sərt feodal diktatorluğu sistemini yaratmışdılar.
Xristianlığın zühuru heç nəyi dəyişə bilmədi. Çünki imperatorlar və
feodallar Kilsə ilə müttəfiq idilər. Kilsə dini mənbələrin şərhində
Aristotel məntiqini mənimsədi. Rasional tədqiqatlara və polemikalara
son qoyuldu. Avropa dərin qış yuxusuna getdi.
Elə bu dövrdə İslam dini nəş`ət etdi, Şam, İraq, İran və Misirdəki
qədim mədəniyyətləri öz ağuşuna alan stabil bir cəmiyyət qurdu. İslam
rasional fəaliyyətə rəvac verib elm öyrənməyə təşviq etməkdə, varlıq
aləminin ənginlikləri, şeylər və hadisələrdəki, təbii, psixoloji və ictimai
təzahürlərdəki ilahi qanunauyğunluqlar haqda düşünməyi zəruri
saymaqda özünəməxsus təbiətə sahib idi. Müsəlman alimləri tədqiqetmə
və kəşflərdə müstəqil fəaliyyəti dəstəkləməklə qədim hindlilərin, fars və
yunanların elmlərindən yaralandılar. Yunan irsinin böyük hissəsi ərəb
dilinə tərcümə edildi. Məktəblər və universitetlər təsis edildi. Avropa
belə bir mədəni tərəqqinin sayəsindən yuxudan ayıldı; müsəlman
Şərqindəki elmi‐mədəni inkişaf Avropaya bir neçə yolla sirayət etmişdi;
birbaşa sirayət Xaç yürüşləri zaman baş verdi. Əndəlüs və Siciliya isə
mədəni təması təmin etdi. Avropalılar ərəb‐süryani tərcümələri vasitəsi
ilə qədim yunan irsini yenidən tədqiq etməyə girişdilər. İnduktiv və
empirik metodla əlaqəli metodoloji intibahın şahidi oldular. Bu intibah
islam alimləri tərəfindən reallaşmış olub daha çox fizika, astronomiya,
həndəsə və riyaziyyat elmlərinin tədqiq edilməsi ilə əlaqədar idi. Məhz
bu intibahın stimulverici qüvvəsi din islahatçılığı hərəkatına rəvac
vermiş, alimləri araşdırmalara və empirik təcrübələrə həvəsləndirmişdi.
1
Aristotel. Məntiq. Cild I. Tədqiq Əbdürrəhman Bədvinindir. Beyrut, “Dar əl-Qələm” nəşriyyatı, 1980,
səh. 30.