Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə23/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   19   20   21   22   23   24   25   26   ...   38
    Bu səhifədəki naviqasiya:
  • Üsul

 

57

daşımaq) üçün gəmiləri sizə (sizin mənafeyinizə) tabe və çayları sizə ram 



edən  Allahdır!  (Daim  öz  hədəqəsində,  özləri  üçün  müəyyən  olunmuş 

yerdə)  seyr  edən  Günəşi  və  Ayı,  həmçinin  gecəni  və  gündüzü  sizin 

ixtiyarınıza  verən  Odur.  (Allah)  sizə  istədiyiniz  şeylərin  hamısından 

vermişdir.  Əgər  Allahın  nemətlərini  sayacaq  olsanız,  sayıb  qurtara 

bilməzsiniz.  Həqiqətən,  insan  çox  zalım,  həm  də  çox  nankordur  (O, 

Allahdan  başqasına  tapınmaqla  özünə  zülm  edər,  Onun  lütfünü, 

mərhəmətini danmaqla küfrani‐nemət olar)” (İbrahim, 31‐34). 

Əgər  biliyin  əldə  edilməsinə  dair  hər  hansı  bir  metodologiya 

mütəmadi müşahidənin, təcrübə və əməli eksperimentlərin obyekti olan 

real  hadisə  və  əşyalara,  təzahürlərə  istinad  etmirsə,  mötəbər 

informasiyanın  alınması  funksiyasını  yerinə  yetirə  bilməyəcəkdir.  Eləcə 

də  bu  metodologiya  tədqiqat  mövzusu  olan  dini  mətnlərin  verdiyi 

məlumatlara,  eşidilən  və  gözlə  görülən  reallıqlara  etimad  etməzsə, 

məlum funksiyanın icrasından məhrum qalacaqdır.  

Quran 

mötəbər 


informasiyaya 

aparıb 


çıxaran 

tədqiqat 

metodologi‐yasının ana cizgilərini cızmışdır. Ayələr bəzi məsələlərə dair 

qəti  hökmləri  təsdiqləyir.  Bu  ayələr  Allahın  hər  yerdəki  görünən 

əlamətlərinə  diqqət  yetirməyə,  əşya  və  hadisələrin  mövcudluğunu  və 

dəyişilmələrini  tənzimləyən    qayda  və  qanunauyğunluqların  ortaya 

çıxarılmasına  çağırır.  Elə  isə  biz  nə  üçün  tədqiqatın  Quran 

metodologiyasından  və  ya  əsas  xüsusiyyətləri  Qurandan  götürülmüş 

tədqiqat  metodologiyasından  danışmayaq?!  Bir  qədər  ümumiləş‐dirmə 

aparsaq, islam metodologiyasından danışa bilərik.  

 

Tapşırıq. İslam metodologiyasının formalaşması üçün Quran ayələri ilə 

Allahın  hər  yerdə  görünən  əlamətlərinin  uyğunluğuna  dair  üç  misal 

söyləyin. 

 

Həmçinin,  Quran  hədsiz  səxavətli,  əliaçıq  kitabdır.  Axı,  o, 



möcüzəkarlığı  ilə  səciyyələnir.  Deməli,  ondakı  mənalar  insan  biliyinin 

inkişafı  ilə  çoxalır.  Bunun  üçün  biz  Quran  və  islam  metodologiyasını 

təşkil  edən  elementlərə  dair  ayələrin  başa  düşülməsi  metodunda 

fərqlənmələrin  şahidi  olacağıq.  Belə  fərqlənmələr  Allahın  bəxş  etdiyi 

fəhm  və  gözüaçıqlıqdan,  zaman  və  məkan  baxımından  əldə  edilən 

təcrübədən dolayı alimlər arasında da ortaya çıxacaqdır.  

Əgər  biz  islam  metodologiyasında  empirik  metodun  əhəmiy‐

yətini  dərk  etməsək,  Quranı  düzgün  başa  düşə  bilməyəcəyik.  Empirik 




 

58

metod  görməyə,  eşitməyə,  təcrübə  və  eksperimentlərin  aparılmasına 



əsaslanır  və  hesab  edir  ki,  bütün  bunlar  qəlbin  dərketmə  və  şüurluluq 

qabiliyyətlərinin  əsasını  təşkil  edir.  Quranın  bu  cür  başa  düşülməsinə 

Peyğəmbərin  bəzən  hökmləri  müfəssəl  izah  etməsində  də  rast  gəlmək 

mümkündür.  O,  bunu  ona  görə  edirdi  ki,  ortaya  çıxmış  problemin 

mahiyyəti  insanlara  aydın  olsun.  Halbuki  Allahın  rəsulu  bunu  edərkən 

ya  səmadan  məlum  problem  barəsində  vəhyin  enməsini,  ya  da  ictimai 

reallıqda  həmin  problemi  xarakterizə  edəcək  görmə  və  eşitmə 

məlumatlarının  ortaya  çıxmasını  gözləyirdi.  Məsələn,  Peyğəmbər  (Ona 

Allahın xeyir‐duası və salamı olsun!) müsəlmanlara uşağını əmizdirdiyi 

dövrdə  və  süddən  kəsilmə  dövründən  qabaq  həyat  yoldaşları  ilə  cinsi 

əlaqədə  olmalarını  qadağan  etmişdi.  Allahın  rəsulu  (Ona  Allahın  xeyir‐

duası  və  salamı  olsun!)  elə  zənn  edirdi  ki,  bu,  uşağa  zərər  verə  bilər. 

Ancaq  o,  bu  cür  cinsi  əlaqənin  –  bu,  fiziologiyanın  mövzusudur  – 

bizanslılar  və  farslarda  mövcud  olduğunu  və  bunun  uşağa  heç  bir 

təsirinin olmadığını öyrəndikdə qadağasını geri götürmüşdü. Həmçinin, 

xurma  ağaclarının  tozlandırılmasını  mədinəlilərin  uydurması  hesab 

etmiş və düşünmüşdü ki, Pak və Uca Allah başqa ağacların məhsulunun 

tutmasına  icazə  verdiyi  kimi,  xurma  ağacları  da  bəşəri  müdaxilə 

olmadan yaxşı məhsul verə bilər. Ancaq sonra ona praktiki olaraq aydın 

oldu  ki,  xurma  ağacı  tozlanma  olmadan  bar  vermir.  Bundan  sonra  o, 

mədinəlilərə  əvvəlki  peşələrini  davam  etdirmələrinə  icazə  verdi. 

Peyğəmbər  (Ona  Allahın  xeyir‐duası  və  salamı  olsun!)  bununla  sübut 

etdi  ki,  belə  məsələlərdə  praktik  təcrübə  olduqca  əhəmiyyətlidir  və  bu, 

onu  bilənlərin  öhdəsinə  buraxılmalıdır.  Allahın  rəsulu  (Ona  Allahın 

xeyir‐duası  və  salamı  olsun!)  bu  məsələdə  təcrübəli  deyildi.  Çünki 

yaşadığı Məkkə şəhərinin sakinləri xurma sahəsi ilə məşğul olmurdular.  

 

Tapşırıq.  Peyğəmbərin  hər  hansı  bir  problemlə  əlaqədar  hökm 

çıxarmasından  qabaq  ona  dair  məlumat  və  həqiqətləri  aydınlaşdırmağa 

çalışması haqda misallar gətirin. 

 

Hər  hansı  bir  tədqiqat  mövzusunun  həllində  düşünmə  və 



vasitələrinin  çoxnövlülüyü  kompleks  yanaşmanı  metodologiyanın 

tətbiqində,  belə  bir  tətbiqin  verəcəyi  nəticələrdə  əsas  amilə  çevirir. 

Məsələn,  müsəlmanlar  hədislərin  tənqidində  tarixi  metoddan  istifadə 

edirlər. Hədisləri öyrənmək istəyən şərqşünaslar və ya materialistlər də 

eyni yola baş vururlar. İslam və şərqşünaslıq təcrübələri arasındakı fərq 



 

59

onların istifadə etdikləri metodların əsaslandığı baza ilə əlaqədardır. Bu, 



əhəmiyyətli  fərqdir.  Onun  barəsində  Kolson  yazır:  “Açıq  şəkildə  etiraf 

etmək  lazımdır  ki,  dini  etiqada,  imana  əsaslanan  müsəlman  metodu  ilə 

tarixin materialist tənqidinə əsaslanan Qərb metodunu uyğunlaşdırmaq 

qeyri‐mümkündür”

1

.   


İslam  elmlərində  metod  anlayışı  ilk  dəfə  olaraq  hədislərin 

qorunub‐saxlanılmasına  və  onların  təhrif  və  yalanlardan  mühafizə 

edilməsinə olan ehtiyacdan doğmuşdu. Rəvayət etmədə istinad metodu 

təkmilləşərək elm halına gəldi və “hədisşünaslığın ana qaydaları” (Üsul 



əl‐Hədis)  adlı  elm  sahəsi yarandı.  Həmçinin,  o, “hədis  terminologiyası” 

adlandırıldı.  Rəvayətin  mötəbərliyinə    dair  ciddi  qaydaların  təsis 

edilməsi “bioqrafiya” və “rəddetmə və ya dəyişdirmə (düzəliş)” adlanan 

elmlərin  (elm  ər‐Rical  və  elm  əl‐Cərh  vət‐Tə`dil)  yaranmasına  səbəb 

oldu.  Bu  elm  sahələrinə  dair  kitablar  yazıldı.  İbn  əbu  Hatəmin 

“Rəddetmə  və  dəyişdirmə”  (əl‐Cərh  vət‐Tə`dil),  əl‐Xətib  əl‐Bəğdadinin 

“Rəvayət  elminə  dair  kafi  kitab”  (əl‐Kifayə  fi  elm  ər‐Rivayə),  əz‐

Zəhəbinin  “Rəvayətçilərin  tənqidində  ədalətli  tərəzi”  (Mizan  əl‐etidal  fi 

nəqd  ər‐rical)  və  İbn  Həcər  əl‐Əsqəlaninin  “Tərəzinin  dili”  (Lisan  əl‐

Mizan)  kitabları  bu  qəbildəndir.  Bu  kitabların  əksəriyyətində  əsasən 

hədislərin təsbiti metodlarından danışılmaqla yanaşı, onlarda, həmçinin, 

bütün elmlərdə, xüsusən də tarix elmində nəzərə alınması mümkün olan 

ümumi  metodoloji  qaydalar  mövcuddur.  Tarix  elminin  yazılması  ərəb‐

islam  dünyasında  vüsət  kəsb  etmiş  və  bu  sahədə  çoxlu  əsərlər  qələmə 

alınmışdır.  İbn  Xəldunun  tarixə  dair  qələmə  aldığı  “Ərəblərin,  əcəm  və 

bərbərlərin,  o  cümlədən,  onların  böyük  hakimiyyətə  sahib  qonşularının 

tarixinə  dair ibrətlər kitabı” (Kitab əl‐ibər və tarix əl‐ərəb vəl‐əcəm, vəl‐

bərbər  və  mən  cavərəhum  min  əs‐sultan  əl‐əkbər)  adlı  əsərin 

müqəddiməsi  tarix  elminin  metodoloji  əsaslarda  yazılmasının  qayda‐

larını özündə birləşdirən bir mənbə idi. 

İslam  tarixinin  erkən  dövrlərində  bəziləri  başqaları  ilə 

müqayisədə  elmdə  qabağa  gedərək,  dini  insanlara  öyrədən  alimlərə 

çevrildilər.  Bu  alimlərin  hər  biri  özünü  digərlərindən  fərqləndirən 

məxsusi  metodologiyaya  sahib  idi.  İmam  Malik  Mədinə  şəhərindəki 

“Hicrət  Evi”nin  rəhbəri  olaraq  hədislərə  əsaslanmaqla  insanlara  fiqhi 

öyrətdiyi  bir  vaxtda  Əbu  Hənifə  də  İraqda,  ona  məlum  olan  az  saylı 

                                                 

1

 Coulson, N.J. European Criticism of Hadith Literature, In: Arabic Literature to the End of Umayyad 



Period, Cambridge: A.F.L. Beeston, et al (Eds.) The Cambridge History of Arabic Literature II, 1983, p. 

317-321.   




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə