Filologiya
məsələləri, №4, 2017
430
yazılsa da, bəzi hallarda başqa şəkillərdə yazılmış mərsiyələrə də rast gəlmək
olur. XIX əsr tanınmış Azərbaycan şairəsi Xurşudbanu Natəvan gənc yaşlarda
vəfat etmiş oğlunun ölümü münasibətilə qəzəl şəklində mərsiyələr yazmışdır.
Qeyd etmək lazımdır ki, ümumtürk ədəbiyyatında qədim şeir şəkillərindən biri
olan “ağı” da mərsiyə janrının növlərindəndir.
Doktor Cavad Heyət mərsiyə ədəbiyyatı haqqında yazır: “Mərsiyə vəfat
edənlərə qarşı bəyani-təsir və məhəbbət üçün yazılan əsərlərdir. Bu kimi
əsərlərin çoxunu qəsidələr təşkil edir. Mərsiyələr əski türk ədəbiyyatının
növlərindəndir.
Əski türk qəbilələrində ölən adama yas (yuq) tutulan zaman el özü
musiqi ilə bərabər ölən xanı, qəhrəmanı, igidi tərif etməyə adət etmişdi.
Matəmdə oxunan parçalara “ağı” deyilərdi. Ağılar mərsiyənin bir şəklidir.
Keçmişdən bəri türk xalqları içində məşhur olan saqurlar (mərsiyələr)
qopuzların müşayiətilə ümumi yığıncaqlarda və yaxud matəm ayinlərində
oxunan şeirlərdir.
Bu gün Azərbaycanda mərsiyəçilik şiəliklə əlaqədardır və bütün şiələr
arasında işlənir. Bu növ mərsiyəçilik Şah İsmayıl Xətai ilə rəvac tapmışdır.
Şah İsmayıl və Füzuli kimi böyük şairlər tərəfindən təməli qoyulan bu növ
mənzum və mənsur əsərlər Azərbaycan ədəbiyyatında müstəqil bir cərəyanın
inkişafına imkan verdi. Kərbəla faciəsindən təsirlənən şairlər ürək yandıran
mərsiyələr yazıb şəhidləri təqdis etmişlər” (1, 101).
Doktor Cavad Heyətin də qeyd etdiyi kimi, İslam aləmində, o cümlədən,
Azərbaycan ədəbiyyatında mərsiyəçilik, əsasən, şiələr arasında mühüm
əhəmiyyətə malik olan Məhərrəmlik təziyədarlığı ilə əlaqədardır.
Dördüncü və sonuncu raşidi xəlifəsi olan Əli ibn-Əbu Talibin vəfatından
sonra, əvvəlcə Müaviyyə ibn-Əbu Süfyan, onun ölümündən sonra isə oğlu I
Yəzid hakimiyyətə gəldi. Müaviyyənin hakimiyyəti dövründə baş verən
ziddiyyətlər I Yəzidin hakimiyyətə gəlməsi ilə daha da kəskinləşdi. “Müaviy-
yənin ölümü ilə əlaqədar dərhal hakimiyyəti öz oğluna tapşırması İslam
qanunlarının kobudcasına pozulması demək idi. Yəzid xəlifəliyi öz əlinə
keçirən kimi Əlinin övladlarına qarşı düşmənçiliyə başladı” (2, 143).
Əli ibn-Əbu Talib ikinci oğlu Hüseyni özlərinə İmam seçən və xilafətə
başçılıq etməsini istəyən əməvilərə qoşulmuş Kufə şiələri Yəzidin hakimiy-
yətinə qarşı qəti etiraz edib, qaldırdıqları aşkar üsyana rəhbərlik etmək üçün
İmam Hüseyni Kufə şəhərinə dəvət etmişdilər. Kufəlilərin çağrışına hay verən
İmam Hüseyn Məkkədən yola düşüb Kufə şəhəri yaxınlığında Kərbəla
adlanan susuz çöldə 70 nəfər döyüşçü və ailələri ilə birlikdə düşərgə salır.
Bundan xəbər tutan Yəzid qoşun göndərib Kərbəla çölündə onları mühasirəyə
aldırır. Beyətə boyun əyməyən İmam Hüseyn, onun qohumları (oğlu Əliəkbər,
qardaşı Abbas, böyük qardaşı İmam Həsənin iki oğlu Qasım və Abdullah) və
silahdaşları hicri tarixinin 61-ci ili məhərrəm ayının 10-da “Aşura” (“onuncu”
Filologiya məsələləri, №4, 2017
431
deməkdir-F.Q.) adlanan gün – miladi tarixlə 680-ci il oktyabr ayının 10-da
Yəzidin qoşunları tərəfindən faciəli şəkildə qətlə yetirildilər. Şəhidlərin başları
kəsilib nizələrin ucuna taxılaraq ailələrinin gözü qarşısında Şama – Yəzidə
aparıldı.
Həmin tarixdən etibarən hər il məhərrəm ayında şiələr İmam Hüseyn və
onunla birlikdə şəhid olanlara matəm saxlayır, “Aşura” – qətl gününü isə
xüsusi qeyd edirlər. “Kərbəla” isə, dünyanın dörd bir yanından şiələrin bura
axışdığı böyük bir ziyarətgaha çevrilmişdir.
Yuxarıda da qeyd etdiyimiz kimi, Şah İsmayıl Xətai şiəliyi (imamiliyi –
F.Q.) Səfəvilər dövlətində dövlət dini səviyyəsinə qaldırmışdı. Bununla
əlaqədar “məhərrəmlik təziyyədarlığı” da xüsusi və geniş şəkildə qeyd
olunmağa başlanmışdı. Azərbaycan türkləri arasında da, əsasən, bu dövrdən –
XVI əsrin əvvəllərindən etibarən qeyd olunan “məhərrəmlik təziyədarlığı”
gündən-günə daha geniş vüsət tapmışdır.
İmam Hüseyn və onunla bərabər şəhid olanların qətli barədə ürəkağrıdıcı
təsvirlər verən, şəhidlərə böyük və sonsuz məhəbbət, ölümlərinə dərin təəssüf,
Yəzid başda olmaqla, qətli törədənlərə qatı nifrət aşılayan mərsiyə nümunələri
də XVI əsrin əvvəllərindən başlayaraq Azərbaycan türklərinin ədəbiyyatında
yaranmağa və sürətlə inkişaf etməyə başlamışdır. İlkin nümunələri Şah
İsmayıl Xətai və Məhəmməd Füzuli kimi ustad şairlərin qələmindən çıxan
Azərbaycan mərsiyə ədəbiyyatı, xüsusən, “XIX əsr boyunca qızğın inkişaf
yolu keçərək geniş yayılmış və onun Raci, Qumri, Şüai, Süpehri, Ahi, Mirzə
Həsib Qüdsi kimi tanınmış nümayəndələri yetişmiş və yüzlərcə mərsiyə
kitabları yazılmışdır” (3, 16).
Məhəmməd peyğəmbərin ikinci qız nəvəsi, dördüncü və sonuncu raşidi
xəlifəsi olan Əli ibn Əbu-Talibin oğlu olan imam Hüseynin, onun yaxınları və
silahdaşlarının İraq ərazisindəki Kufə şəhəri yaxınlığında yerləşən Kərbəla
çölündə Yəzid ibn Müaviyyənin ordusu tərəfindən faciəvi qətlə yetirilməsi ilə
bağlı Azərbaycan ədəbiyyatında saysız mərsiyə əsərləri qələmə alınmışdır.
Dahi satirik şairimiz Mirzə Ələkbər Sabir də bu qədim mərsiyəçilik
ənənələrimizi davam etdirərək Azərbaycan mərsiyə ədəbiyyatına qiymətli
nümunələr bəxş etmişdir. Lakin təəssüf ki, onun hələlik, Kərbəla faciəsinə
həsr edilmiş cəmi iki mərsiyəsinin məlumdur. Ancaq buna baxmayaraq, sənət-
karlıq xüsusiyyətləri baxımından bu iki mərsiyə Sabirin bu yöndəki uzunmüd-
dətli təcrübəsinə bariz nümunədir:
Ayineyi-cəhanda bir surəti-qəm nümalənir,
Vəqeyi-Nuhdur məgər kim yenə ibtidalənir?
Yoxsa sinini-aləmin günləri intihalənir,
Ya ki, məhi-məhərrəmin tazə hilali görsənir! (4, 66)
İlk dəfə “Tazə həyat” qəzetinin 30 yanvar 1908-ci il № 25-də nəşr
olunmuş bu mərsiyədə Sabir Kərbəla faciəsinin yaxınlaşmasını, “mahı-