Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə179/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   175   176   177   178   179   180   181   182   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

441



ədəbiyyatı” adlı icmal xarakterli yazı və Abbasqulu ağa Bakıxanov, Abdulla 

Şaiq, Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cavad, 

Əli bəy Hüseynzadə, Abbas Səhhət və başqa yazarlarımızla bağlı oçerklərlə 

təmsil  olunur. Lakin  bu siyahı tam  deyil; ensiklopediya üzərində  iş  davam 

edir.  M.  Hess  Almaniyanın  özündə  nəşr  olunan  ədəbiyyatla  bağlı 

ensiklopediya  və  lüğətlərdə  də  Azərbaycan  ədəbiyyatı  ilə  bağlı  hissələrin 

yazılmasında fəal iştirak edir” (1).  

Mixael Hessin Nəsimi poeziyası ilə bağlı gördüyü vacib işlərdən biri isə 

şairin  azərbaycan  dilində  olan  qəzəllərini  alman  dilinə  tərcümə  edərək  ilk 

dəfə  kitab  şəkilində  nəşr  etdirməsidir.  Qeyd  edək  ki,  Mixael  Hess  Nəsimi 

qəzəllərini  hərfi  tərcümə  etmişdir  və  bu  tərcümələri  tanınmış  alman  şairi 

Reinhart  Moritzen  nəzmə  çevirmişdir.  Kitabdakı  şeirlərin  həm  orta  əsrlərə 

xas  Azərbaycan  dilində  orijinalı,  həm  də  müasir  alman  dilində  tərcüməsi 

yanaşı  yerləşdirilmişdir.  Şeirlərin  seçimi  Almaniyada  yaşayan  azərbaycanlı 

yazıçı Vüqar Aslanov tərəfindən həyata keçirilmişdir (7). Nəsiminin Mixael 

Hess tərəfindən alman dilinə tərcümə edilmiş “Mərhəba, xoş gəldin, ey ruhi 

rəvanım,  mərhəba!”  mətləli  məşhur  qəzəlindən  bir  neçə  beytə  diqqət 

yetirmək maraqlı olardı: 

Mərhəba, xoş gəldin, ey ruhi rəvanım, mərhəba!  

Ey şəkərləb yari-şirin, laməkanım, mərhəba! 

 

Çün ləbin cami-Cəm oldu nəfxeyi-ruhülqüdüs, 



Ey cəmilim, ey cəmalim, bəhrü kanım, mərhəba! 

 

Könlümə heç səndən özgə nəsnə layiq görmədim



Surətim, əqlim, üqulim, cismü canım, mərhəba! 

 

Ey mələk surətli dilbər, can fədadır yoluna, 



Çün dedin ləhmikə ləhmi, qanə qanım, mərhəba! 

 

Gəldi yarım naz ilə, sordu, Nəsimi, necəsən? 



Mərhəba, xoş gəldin, ey xırdadəhanım, mərhəba! 

 

 Mixael Hessin tərcüməsinə diqqət yetirək: 



 Sei  gegrüßt,  willkommen  bist  du,  meine  Seele,  meine  Wanderpsyche,  sei 

gegrüßt! 

 O du Zuckerlippe, du süßer Geliebter, mein Ortloser, sei gegrüßt! 

 Da deine Lippen für mich das Glas des Cem geworden sind, ein Hauch vom 

Heiligen Geist, 

 O mein Schöner, o meine Schönheit, mein Meer und mein Schatz, sei 

gegrüßt! 



Filologiya məsələləri, №4, 2017 

 

442



 

Nie habe ich meines Herzens etwas anderes als dich für würdig erachtet -  

Mein Gesicht, mein Verstand, meine Verstandeskräfte, mein Körper, meine 

Seele: Sei gegrüßt! 

O du engelsgesichtiger Geliebter, die Seele gibt ihr Leben für deinen Weg, 

 Da du gesagt hast: „Dein Fleisch ist mein Fleisch“ und zum Blute „mein 

Blut, sei gegrüßt!“ 

 Mein Liebling kam, mit koketter Art, und fragte: “Nesimi, wie geht es?” - 

“O du Zuckerlippe, du süßer Geliebter, meine Wanderpsyche, sei gegrüßt!” (4) 

Gördüyümüz  kimi,  Nəördüyümüz  ndə  olan  lirikanı,  intonasiyanı, 

ahəngdarlıqla yanaşı fəlsəfəni, bədii ifadə vasitələrini, poetik məzmunu ifadə 

edə bilmək üçün Mixael Hess alman dilinin bütün imkanlarından maksimum 

yararlanmış  vrından  intonasiyanı,  ahəngdarlıqla yanaşı  fəlsəfəni,  bədii  i  O, 

NəO, N şeirlərini almancaya tərcümə zamanı qəzəllərin ideyasını, obraz və 

ifadələri  düzgün  çatdıra  bilmişsə  də  qafiyə  sistemini  qoruyub  saxlamaqda 

çətinlik  çəkmiş,  bO,  N  şeirlərini  almancaya  tərcümə  zamanı  qəzəllərin 

ideyasını, obraz və ifadəöstərmişdir.  

Qeyd  edək  ki,  Mixael  Hessin  tərcümələri  təkcə  Almaniya  və  Avropada 

deyil, Azərbaycanda da böyük marağa səbəb olmuşdur. Belə ki, Onun Nəsimi 

şeirlərindən  etdiyi  tərcümələr  “Şərq-Qərb”  Nəşriyyat  evi  tərəfindən  Heydər 

Əliyev Fondunun dəstəyi ilə Nəsiminin vətənində də çap edilmişdir (7). 

 Böyük  Azərbaycan  şairi  İmadəddin  Nəsiminin  əsərlərini  alman  dilinə 

tərcümə  edən  daha  bir  tədqiqatçı  Almaniyada  yaşayan  azərbaycanlı  şairə, 

jurnalist  və  ictimai  xadim  Nuridə  Atəşidir.  Nuridə  Atəşi,  2010-cu  ildən 

Almaniya P.E.N Mərkəzinin üzvü, 2012 ci ildən isə Azərbaycan mühacirət 

ədəbiyyatının tanınmış nümayəndəsi Əsəd Bəydən sonra ikinci azərbaycanlı 

yazıçı  olaraq  Almaniya  Yazarlar  Birliyinin  üzvüdür.  Hazırda  ictimai 

fəaliyyətilə də tanınan N. Atəşi Alman-Azərbaycan Dostluq və Mədəniyyət 

Cəmiyyətinin  sədri  və  eyni  zamanda  da  Almaniya  Jurnalistlər  Birliyinin 

üzvüdür (8). 

Qeyd  etmək  yerinə  yerinə  düşər  ki,  Almaniyanın  məşhur  şairi,  Nobel 

mükafatı  laureatı  Günter  Grasın  fəxri  prezidentlik  etdiyi  P.E.N.  (P.E.N. 

Almaniya  Mərkəzi  “Poets,  Publisist,  Novelist”  –  şairlər,  publisistlər, 

novellaçılar deməkdir – N.A.) Almaniya Mərkəzinin 705 üzvü var. Mərkəz 

Londonda yerləşən İnternational P.E.N məşhur quruluşuna bağlıdır (8). 

Həmyerlimiz  Azərbaycanın  bir  sıra  şair  və  yazıçılarının  əsərlərini  də 

alman dilinə tərcümə etmişdir. İyirmiyə yaxın kitabın müəllifi olan Nuridə 

Atəşi  2008-ci  ildə  Alman  şairi  Jan  Veinard  ilə  bərabər  “Pərvanə  və  şam. 

Azərbaycanın  minillik  məhəbbət  poeziyası“  (alman  dilində  orijinal  adı 

“Falter  &  Flamme”)  adlı  antalogiyasında  Azərbaycanın  Nizami,  Füzuli, 




Filologiya məsələləri, №4, 2017 

 

443



Nəsimi, Məhsəti və bir çox klassik şairlərinin əsərlərini alman dilinə tərcümə 

edərək Almaniyanın məşhur “Mattes & Setz” nəşriyyatında nəşr etdirmişdir. 

Almaniya  və  Azərbaycanın  iki  həssas  şairinin  birgə  intensiv  işi  bu 

antalogiyanın  yaradılmasında  xoşbəxt  bir  təsadüfdür.  Tərcümələrin 

orijinallığı Şərq poeziya formalarının növləri və qanunlarını mümkün olduğu 

qədər qoruyub saxlamışdır. Antalogiyada yer alan, yüzilliklərin yaddaşında 

toplanmış bu incilər qəzəllərdən, rübailərdən, xalq mahnılarından, bayatılar-

dan və bir də müasir Azərbaycan ədəbiyyatından bir neçə kiçik nümunədən 

ibarətdir (5).  

“Dünya  poeziyası  özü  ayrılıqda  dünya  barışdır”.  Bu  sözlərin  müəllifi 

böyük alman şairi Fridrix Rükert əslində alman oxucusu adından zəngin Şərq 

ədəbiyyatına  minnətdarlıq  ifadə  edir.  Bu  mənada  bu  kitab  indiyə  qədər 

naməlum  mədəniyyətlər,  ədəbiyyatlar  arasında  bir  körpü  ola  bilər.  Alman 

oxucu qoy bilsin ki, Şərqdə və qoca Şərqin qapısı sayılan qədim odlar diyarı 

Azərbaycanda  hələ  Qərb  üçün  naməlum  qalan  çoxlu  müdrik  inci  və 

açılmamış xəzinələr yatır (5).  

Yuxarıda  adı  qeyd  olunan  kitabda  Nuridna  olunan  stlliyy  laureat-

yiniraszvüdür.uli, N Niçridna ol“Sığmazam”, “Neylərəm?”, “Mərhəba kimi 

məşhur  poetik  nümunələr  yer  almaqdadır.  Nuridə  Atəşinin  qeyd  olunan 

qəzəllərdən etdiyi tərcümələrdən bir neçə nümunəyə diqqət yetirək: 

  

Məndə sığar iki cahan, mən bu cahana sığmazam, 



Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam. 

Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çun, 

Kəs sözünü və əbsəm ol, şərhi-bəyanə sığmazam. 

 

Gərçi bu gün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm, 



Məndən uludur ayətim, ayəti-şanə sığmazam. (2) 

 

Bu qəzəlin Nuridə Atəş tərəfindən almancaya edilmiş tərcüməsi: 



 

Zwei Welten sind doch hier in mir, jedoch all die Welt faßt mich nicht. 

Selbst ohne Ort bin ich, das, was ein Ort hier enthält, faßt mich nicht. 

 

Erde und Himmel und das All sind alle in mir, sind in mir. 



Oh schweige, und sei still, das, was Erklärung aufsteilt, faßt mich nicht. 

 

Zwar heute bin ich Nasimi, Haschimi, Guresch war ich auch.  



Beweis  war  wor  mir.  Was  Beweis  und  Ruhm  hier  erhält,  faßt  mich 

nicht. 


 


Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə