Filologiya
məsələləri, №4, 2017
23
sosial bacarıqlara yiyələnməlidir.Qloballaşma prosesinin labüdlüyünü və bu
prosesə inteqrasiyanın qaçılmaz olduğunu nəzərə alaraq, müxtəlif sahələrin
bu proseslərə adaptasiyasına nail olmaq üçün bir sıra islahatların həyata
keçirilməsi zəruridir. İlk öncə ona görə ki, məhz bu sahələrdə təkcə yeni
bilik və texnologiyalar deyil, həm də, insan fəaliyyətinin bu və ya digər
formalarının yeni mexanizm və üsulları da gənc nəslə ötürülür. Qloballaşma
barədə danışarkən qeyd etdiyimiz kimi, qloballaşmanın əsas məğzi də məhz
bundan ibarətdir: hər bir şəxs bütün dünyanın vətəndaşı olmalı, ümumbəşəri
anlamda faydalı işlər görməlidir, hüquqlarını bilməlidir.Lakin, təbii ki, bu
cür qarşılıqlı fəaliyyət öz özünə formalaşa və ya göydən düşə bilməz. Onu
məqsədyönlü şəkildə həyata keçirmək lazımdır.Bəşər övladları arasında
qarşılıqlı fəaliyyətin əsasını təkcə müxtəlif sahələrdə əməkdaşlığa dair
beynəlxalq müqavilələr və sazişlər deyil, həm də müasir dünyada baş
verməkdə olan müxtəlif proseslərə dair fundamental biliklər də təşkil
etməlidir.Həmin biliklərin ən vacibləri sırasına müasir qloballaşma an-
layışını, eləcə də keçid cəmiyyətlərinin və dövrlərinin xarakterik xüsusiy-
yətlərini dərk etmək kimi zəruri amilləri şamil etmək olar.Bunsuz adaptasiya
problemini həll etmək mümkün deyil.Bəs görəsən, həmin xüsusiyyətlər
hansılardır və sürətlə inkişaf etməkdə olan qloballaşma prosesləri bizi hara
aparır.Tədqiq edilən problemi nəzəri və praktiki cəhətdən əsaslandırmaq
məqsədilə qloballaşma prosesi və onun tarixi, “qloballaşma”, “qlobal vətən-
daşlıq” və “qlobal təhsil” anlayışlarının mahiyyəti izah edilmiş və nəhayət,
həmin anlayışların Azərbaycan reallıqları baxımından təhlili maraq doğurur.
Daha sonra isə, qloballaşan dünyada mütərəqqi standartlara inteqrasiya
etməyin zəruriliyi və bu yolla kardinal müsbət dəyişikliklərə nail olmağın
mümkünlüyü elmi və nəzəri qənaətlərlə əsaslandırılmışdır. XXI əsr dünya
sosial, iqtisadi və demoqrafik keçid proseslərinin müxtəlif mərhələlərində
qərar tutmalıdır. Hal-hazırda istər iqtisadi, istərsə də siyasi cəhətdən dünya
daha sürətlə dəyişməkdədir. Belə ki, mövcud qlobal iqtisadiyyat həm
rəqabət, ham də qarşılıqlı asılılıqla müşayət olunur . Bu isə dünyanın əksər
guşələrində müasir kommunikasiya vasitələri və istehsal texnologiyalarına
olan təlabatın artması ilə nəticələnmişdir.Qeyd etməliyik ki, hüquq ən
mühüm ictimai hadisələrdəndir.Hüquq anlayışının öyrənilməsi, onun
mahiyyətinin izahının verilməsi əsrlərdən bəri davam edir. Bu da təbii və
başa düşüləndir. Hüquqa baxışlarda insanların cəmiyyət , onun meyarları və
mənəvi dəyərləri barədə təsəvvürləri əks olunur. İnsan cəmiyyəti inkişaf
etdikcə ,onun idealları və təsəvvürləri , adamların həyat tərzi dəyişdikcə
hüquqa baxışlar da dəyişəcək. Sivilizasiya tarixi boyu hüquq haqqında
onlarca , yüzlərcə hüquqi təlim yaranıb. Bəşər övladının müdrikləri əsrlər
boyu hüquq fenomeninin öyrənilməsi , onun mahiyyətinin açılması üzərində
işləyiblər. Keçmişin hüquqi nəzəriyyələri elmi fikrin insan münasibətlərinin
Filologiya məsələləri, №4, 2017
24
lap dərin qatlarına nüfuz etmişdir. XXI əsrdən başlayaraq qloballaşma
prosesinin Azərbaycan Respublikasına təsirinin güclənməsi bir çox sahələrdə
olduğu kimi təhsil, elm, elmi-tədqiqat sahəsində də özünü büruzə verir. Bu
da qeyd olunan sahələr qarşısında müəyyən vəzifələr və tələblər qoyur.
Məhz bu baxımdan ölkəmizdə mütəxəssis hazırlığına münasibətlər də
dəyişir. Hüquq haqqında təlimlər hüquq anlayışının mahiyyətinin izahında
çox müxtəlif yanaşmaları , mövqeləri ,baxışları əks etdirir. Buna baxmayaraq
qeyd etmək olar ki, hüquq haqqında bütün baxışlar bir ümumi əsasa
söykənir. İnsanlar üçün hüquq həmişə cəmiyyətdə müəyyən qayda, nizam
kimi çıxış edib. Bu ümumi əsasdan sonra fikir ayrılıqları başlayıb. Bu fikir
ayrılıqları ilk növbədə hüququn məzmunu və onun formaları ilə bağlıdır.
Burada biz hüquq deyəndə onun sosial keyfiyyətini , cəmiyyətin bu və ya
digər təbəqələrinə xidmət etdiyini nəzərdə tuturuq.Hüququn yaranması ilə
bağlı müxtəlif fikirlər , nəzəriyyələr var .Hüququn mahiyyəti barədə
danışarkən mühüm bir məqamı da nəzərdən qaçırmaq olmaz.Hüquqa ən
geniş yayılmış baxış ondan ibarətdir ki , o azadlıq normasını özündə əks
etdirir. Yəni insan öz hüquqları çərçivəsində azaddır.Müasir dövrdə insan
azadlığı məhz onun hüquqlarının təmin edilməsi və dərk olunması kimi başa
düşülür. Yeri gəlmişkən, hüquqdan danışarkən məhkəmə zalı daxilində
formalaşan diskurs maraq doğurur.Belə ki, diskurs ritorika, məntiq,
arqumentasiya nəzəriyyəsi, nitq mədəniyyəti və texnikası, psixologiya,
sosial-psixologiya, cinayət prosesual hüququn müddəalarını özündə
birləşdirir. Bu elementlər tam şəkildə andlı iclasçılar məhkəməsində vəkilin
müdafiəyə ittiham nitqində təzahür edir.Məzmun və forma etibarıilə,
müdafiə nitqi andlıların inandırılmasına yönəlmiş verbal, qeyri-verbal,
uyğun dəlillərlə əsaslandırılmış diskursdur.Müdafiə nitqi üç əsas prinsip
üzərində qurulmalıdır.1) nə haqda demək, 2) nə demək, 3) necə demək.“Nə
haqda demək” məhkəmə nitqinin predmetinin müəyyən edilməsinə yönəlib.
“Nə demək” isə nitqin predmetinə dair məsələlərin müdafiə mövqeyinin
məntiqi arqumentasiyasına yönəlmişdir. “Necə demək” sualı isə dil vasitələri
, üslubu, ritorik vasitələrin köməyilə müdafiə nitqinin inandırıcı şəkildə ifadə
olunmasına yönəlmişdir.Bu baxımdan müdafiə diskursu aşağıdakı element-
ləri özündə ehtiva edir: işin faktiki tərəfinin şərhi, sübutların təhlili və
qiymətləndirilməsi, zərərçəkmiş və ya ittiham edilən şəxsin şəxsiyyətinin
xarakterizəsi, cinayətə təhrikin səbəb və şərtlərinin təhlili. Vəkilin qarşısında
bu zaman, iclasçıların diqqətini ələ almaq, nitqə maraq yaratmaq, onlarla
psixoloji kontakt yaratmaq, onların etibarını qazanmaq, özünə rəğbət
doğurmaq, onlarda məsuliyyət hissini formalaşdırmaq, psixoloji surətdə öz
mövqeyinin, sübut və dəlillərin təqdimatına hazırlamaq.Qeyd olunan məsə-
lələrin həlli üçün vəkil bura baxılan işin ictimai, mənəvi-etik məqamlarını
xüsusilə diqqət mərkəzinə çəkir. Diskursun inandırıcılığı təkcə təqdim