Filologiya
məsələləri, №4, 2017
5
Adil Babayev danışıq səslərinin xüsusiyyətlərini: ədəbi dilin normasın-
da görür. Amma elə dillər var ki,ədəbi dili yoxdur və belə dillərdə bilinmə-
yən ədəbi dil qanunları hardan ola bilər?
Axı biz ümumi diçilikdən söhbət açırıq. Burada məhdudiyyət olmama-
lıdır. Məsələn, Türk dil ailəsinin Qıpçak yarımqrupuna daxil olan Kazak dili.
Bu dilin nə dialekti və nə də şivəsi var. Görəsən, ədəbi dilin hansı dəqiq
qanunları var ki, Adil Babayev yazır: “Bəzi fonetik hadisələr də vardır
ki,tarixən sabitləşərək qanuna keçir: ahəng qanunu, cingiltiləşmə, karlaşma
və s.” Deməliyəm ki, birinci “ahəng qanunu”- ifadəsini işlədən Adil müəllim
bilməlidir ki, bu qanun deyil və fonetik hadisəyə dəxli yoxdur. əslində, səs
birləşmələrində rəvanlıq və rəvan hava axarlığı, həm fizioloji və həm də
akustik cəhətdən dilin incəliyindən, nəfəsin rəvan axınına dəlalət edir. Belə
ki, qalın saitlər və ya incə saitlər söz sırasında bir qaydada düzülüb insanı tə-
biətindən, onun bioloji strukturundan, doğulan və yaranan səs qaydalarıdır.
Bu proses tədricən yaranır və insan yaşadıqca tələffüz telləri də inkiaf edib
formalaşır. Insan sərbəst nəfəs alır və asan danışır. Bu prosesin bütün dillərə
aidiyyəti yoxdur.
Adil Babayev yazır ki, “kombinator hadisələrin çox vaxt ədəbi dil
normasına çevrilə bilmədiyi üçün onları orfoqrafiyada məqbul saymaq
olmaz. Belə ki, gəlillər, irbahim, istəkan və s. şəkildə yazmaq olmaz (2.227).
Əlbəttə, bu sözlər danışıq dilində tez-tez eşidilir və bu tipli sözlər bu
formada dilin orfoqrafiyasına girməz və salınmaz. Niyə? Çünki dillərdə
alınma sözlər mövcuddur və bu alınmalar da əşyalar vasitəsilə bir dildən
başqa dilə keçir-yurdlaşır. Sözlər də alan dilin qanunlarına tədricən tabe olur,
vətəndaşlıq hüququ qazanır və tam uyuşmasa da, natamam uyuşma yaradır.
Bu cür gediş dillərdə “fonetik hadisə” yox, “fonetik proses” yaradır. Alimlər
belə gedişə Kombinator hadisələr adlandırılır və buraya da hadisələrin
(əslində proseslərin) aşağıda adları çəkilən növləri daxil edilir: Assimilyasiya
(lat.-assimilatio-uyuşma), dissimilyasiya (lat.-fərqləşmə), səs düşümü, səs
artımı, səslərin yerdəyişməsi və sairlər tələffüz prosesində gedən fonetik
xüsusiyyətlərdir ki, bunlar da müxtəlif dillərdə müxtəlif formalarda olur.
Görkəmli alim A.Axundov doğru olaraq, yazıb ki, “nitq zamanı səslərin
işlənmə yeri və bir-birilə qovşuluğu onların bəzi dəyişiliklərə uğramasına
səbəb olur. Bu və ya digər səsin tutduğu mövqedən asılı olaraq və başqa
səslərin təsiri ilə digər səslərlə əvəzlənmələri fonetik dəyişmə hesab olunur.
Başqa sözlə, danışıq səslərinin keyfiyyətində əmələ gələn dəyişiliklər, daha
doğrusu, başqa səslərlə əvəzlənmələri onların linqvistik vəzifəsinə, yəni
morfemləri fərqləndirmək və tanıtmaq vəzifəsinə mane ola bilmir”(A.73-74).
Xatırlatmalıyam ki, “dilçiliyə giriş”, birinci, “ümumi diçiliyin”
başlanğıc hissəsidir və bu fənni yazarkən müxtəlif sistemli dillərin
materiallarından istifadə edirlər və konkret nəticəyə gəlirlər. Məsələn,
Filologiya məsələləri, №4, 2017
6
Azərbaycanın Muğan ərazilərində yaşayan insanların dilində “stəkan” yox,
“istəkan”, “Ramazan” əvəzinə “İramazan” formalarını eşidəcəyik. Niyə?
Çünki burada yaşayan xalqın daxilində yaşayan dil qanunudur. Bu
şəxslərdən asılı olmayaraq, “i” səsini irəlidə (öndə) tələffüz edər. Məgər bu
ədəbi dilin qanunudur?! Əlbəttə, yox, Azərbaycan ədəbi dili Bakı, Şamaxı
dialekti bazasında yaranandan əvvəl Azərbaycan xalqı r,z,s və başqa səslərlə
başlanan alınma sözlərə “i” səsini artırılır. Bunu Ə.Sabirin ilkin şeirində də
görürük:
Orucu tutdum iramazanda
Molla da döyür yazı yazanda
Burada, Ramim-İramim, Ramazan-İramazan formasında deyilməsi səs
artımı ilə başa gəlir. Səs artımına proteza deyilir. Proteza hadisəsi müxtəlif
dillərdə müxtəlif formalarda özünü göstərir, məsələn, rus dilində восемь
(səkkiz)- осеть, fransız dilində esprit ∠latınca spiritum və s.. Deməliyəm ki,
səs artımı 4 cür olur: proteza, epenteza, epiteza, lyezon. Bunlar da öz növ-
bəsində dilin fonetik proseslərində zərrə qədər də olsa rolları vardır.
Məsələn, yuxarıda qeyd etdiyim kimi, sözün əvvəlinə səs artırılmasına pro-
teza; sözün daxilində səslərin artırılmasına epenteza deyilir. Bunu A.Axun-
dov dürüst izah edir: Azərbaycan dilində ərəb və ya fars dillərindən keçmiş
bir çox sözlərdə yanaşı gələn iki sait arasına tələffüzdə artırılan samitlər bu
prosesə misal ola bilər: ailə ayilə, aid ayid, nail nayil, qail qayil və s.
(2.səh.80)
Qaldı ki, epiteza prosesi fonetik və morfoloji xüsusiyyətlərlə əlaqədar
olaraq, söz sonuna səs artırmaqla yaranır. Məsələn, məlum olduğu üzrə,
Azərbaycan dilində iki sait yanaşı gələ bilmədiyindən saitlə bitən ismə saitlə
başlayan şəkilçi artırıldıqda, sözün sonunda y, n, s samitlərindən biri əlavə
edilir: alma-alma+y+a (müqayisə et: kitab+a), alma+n+ı(müqayisə et:
kitab+ı), alma+s+ı(müqayisə et: kitab+ı). Bu proses epentezadır (2.80).
A.Axundov saitlə qurtaran sözlə saitlə başlayan sözün arasına səs
artırılmasına lyezon deyilir. Bu hadisə iki dilli şəraitdə yaşayan fərdlərin
dilində daha çox rast gəlinir.
Fonetik proseslərdən danışarkən morfoloji xüsusiyyətlərinə görə
qaplologiya daha çox seçilir. Burada tələffüz zamanı sözdə bütöv hecanın
düşməsinə səbəb olur: mineralologiya- mineralogiya, yemirəm- yemiyəm,
içmirəm-içmiyəm, gətirdi-gətdi və s. Bundan başqa, fonetik hadisələri me-
tateza prosesini də göstərmək olar, belə ki, sözlərdə yan-yana gələn səslərin
yerdəyişimini nəzərdə tutulan misallarla daha aydın sezilir: yarpaq-yapraq,
kirpik-kiprik, çılpaq-çıplaq və s.bu proses dilçilikdə müxtəlif terminlərlə də
adlandırılır: permutasiya, transpozisiya (sadə metateza), və məsafəli (kiper-
teza) metateza olaraq, iki yerə ayrılır. Səs düşümünə qəbul edilmiş terminlər