Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   57   58   59   60   61   62   63   64   ...   76

 
196 
Təşkilat və müəssisələrdə zəlzələ zamanı bütün işlər dayandırılır, istehsalat və texnoloji avadanlıqlar 
söndürülür. İşçilər təhükəsiz yerlərə çəkilirlər. 
Zəlzələ baş verən zaman açıq sahədə olarkən, binalardan, divar diblərindən, pəncərələrdən, reklam  
plakatlarından, uçqun kənarlarından, körpülərin üstündən və altından, elektrik dirəklərindən uzaq dayanmalı, 
təhlükəsiz və etibarlı bir açıq sahəyə doğru gedilməlidir. Zəlzələ sona çatana qədər orada qalmaq məsləhətdir. 
Torpaq sürüşməsi olan sahələrdən, daş və qaya parçalarının düşə biləcək dik qayaların  yaxınlığından və dik 
yamacların ətəklərindən uzaqlaşmaq lazımdır.  
Zəlzələ baş verən zaman dəniz sahilində olarkən dərhal uzaqlaşaraq yüksək yerlərə doğru qaçmaq 
gərəkdir. Torpaq altında  olan elektrik və qaz xətlərində baş verə biləcək təhlükələrə və yanğınlara qarşı 
hazırlıqlı olmaq lazımdır. 
Nəqliyyatdan istifadə edərkən ani olaraq zəlzələ baş verdikdə, yolu bağlamadan sağa çıxıb avtomobil 
dayandırılmalı, açar bağlanıb mühərrik söndürülməlidir. Təkanlar bitməyənədək avtomobildən enmək olmaz. 
Fəlakət sovuşduqdan sonra açıq sahələrə getmək olar. 
Avtomobillə yaşadığınız küçədə və ya binaların yaxınlığında hərəkət edərkən, dərhal avtomobili 
dayandırmalı, qapıları bağlayaraq, dərhal özünüzü itirmədən hərəkət edərək açıq sahələrə gedilməlidir. 
Avtomobil körpülərdən, keçidlərdən, binalardan, elektrik dirəklərindən, enerji xətlərindən, tunellərin 
giriş və çıxışlarından, ağır tonnajlı yük maşınlarından və dəniz kənarlarından  uzaq  dayandırmalıdır. 
Təhlükəli maddələri (zəhərli kimyəvi maddələri, tez alışan mayeləri) təhlükəsiz və yaxşı təcrid edilmiş 
yerlərdə saxlamaq lazımdır. 
Bütün sakinlər elektrik açarının, magistral qaz və su kranlarının yerini bilməlidir ki, lazım gələndə 
asanlıqla tapa bilsinlər.  
Yaxınlıqda uşaq varsa, onu öz gövdəniz ilə qorumaq gərəkdir. 
Şamdan, kibritdən, alışqandan istifadə etdikdə – qaz sızması ola, nəticədə yanğın baş verə bilər. 
Eyvanlardan, karnizlərdən, qırılmış məftillərdən uzaq durmaq lazımdır.  
Zəlzələ zamanı evdən və işdən kənarda, məsələn dükan, teatr və ya sadəcə, küçədə olan zaman evə 
tələsmək lazım deyil, sakit şəkildə müvafiq vəzifəli şəxslərin yaranmış vəziyyətdə fəaliyyətə dair göstərişlərini 
dinləmək, bu göstərişlərə uyğun hərəkət etmək lazımdır. İctimai nəqliyyatda olan zaman onu hərəkətdə tərk 
etmək olmaz, nəqliyyatın tam dayanmasını gözləmək və uşaqları, yaşlıları qabağa buraxıb sakitcə çıxılmalıdır. 
Məktəblərin yuxarı sinif şagirdləri müəllimlərə və rəhbərliyə orta sinif şagirdləri arasında intizamın 
saxlanılmasında köməklik göstərməlidirlər. 
Zəlzələ bir neçə andan bir neçə günədək (periodik olan edən yeraltı təkanlarla) davam edə bilər.  
Zəlzələdə sonra və baş vermə anında belə, zəlzələnin nəticələrinin aradan qaldırılması, zərərçəkmişlərə 
köməyin göstərilməsi üzrə işlər həyata keçiriləcəkdir. İlk növbədə bu işləri MM qüvvələri həyata keçirəcəkdir. 
Amma qalan əhali də yerli hakimiyyət və MM orqanının çağırışı ilə icrası təxirə salınmayan qəza-xilasetmə 
işlərdə iştirak etməlidir. 
 
Subasmalar zamanı əhalinin davranış qaydaları 
 


 
197 
Subasma – ağır nəticəli fövqəladə hallardan biridir. Subasmaların böyük hissəsinin yaranma səbəbləri 
güclü yağan yağışlar, intensiv qar ərimələridir.  
Subasmanın baş verəcəyini bir neçə ay öncədən bir günə kimi proqnozlaşdırmaq mümküdür.  
Subasmanın baş verməsinə bir neçə müddət qalmış çaylarda müvafiq hidrotexniki qurğuların 
quraşdırılması, bu fövqəladə halın baş verməsi ehtimal olunan ərazidən əhalinin və kənd təsərrüfatı 
heyvanlarının təxliyyəsinin hazırlanması və həyata keçirilməsi, maddi qiymətlilərin çıxarılması  üzrə tədbirlərə 
başlanılır. 
Subasma ehtimalı səbəbindən köçürülmə haqqında xəbərdarlıq yerli televiziya və radio ötürücülər 
vasitəsilə elan olunur. 
Kifayət qədər vaxt olduqda, təhlükəli rayonlarda yaşayan əhali öz əmlakı ilə birlikdə yaxındakı təhlükəsiz 
əraziyə köçürülür.  
Bu zaman sənədlər, qiymətli və lazımlı əşyalar, tez xarab olmayan qidalardan ibarət ərzaq ehtiyatı 
götürülür. Sonuncu təxliyə məntəqəsində qeydiyyatdan keçmək lazımdır. 
Evdən çıxmazdan əvvəl elektriki və qazı, istilik sobalarındakı odu söndürmək, çöldəki bütün üzə bilən 
əşyaları yerinə bərkitmək, yaxud da onları bir dalana yığmaq gərəkdir. Əgər vaxt imkan verirsə, qiymətli ev 
əşyaları yuxarı mərtəbələrdə, yaxud çardağa yerləşdirilir. Qapı və pəncərələr bağlanılır, vaxt varsa, birinci 
mərtəbənin qapı və pəncərələri lövhələr ilə bərkidilir. 
Müəssisə və təşkilatlarda subasma təhlükəsi yaranarsa iş rejimi dəyişdirilir, bəzi hallarda isə 
ümumiyyətlə dayandırılır.  
Subasma təhlükəsi olan ərazidə tədris müəssisələri işlərini dayandırır. Şagird və tələbələr təhlükəsiz 
rayonlarda yerləşən tədris müəssisələrinə köçürülürlər. 
Subasma dərhal baş verirsə, təxliyə təşkil olunmayıbsa, yardım gələnə, yaxud su çəkilənədək evin, 
binanın yuxarı mərtəbələrinə (və ya damlarına) qalxmaq yaxud digər hündür əşyaların üstündə qalmaq 
lazımdır. İş yerlərində və ya açıq sahədə olarkən hündür əşyaların üstünə çıxmaq, müxtəlif növ üzən əşyalardan 
(təkər kamerası və s.) istifadə etmək gərəkdir. Bu zaman daimi olaraq fəlakət haqqında siqnal vermək: gündüz 
vaxtı – yaxşı seçilə bilən parçanı ağaca keçirib yelləmək, gecə vaxtı isə bunun üçün fənərin işığından istifadə 
etmək gərəkdir, müxtəlif səslər çıxarmaqla olduğunuz yer haqqında məlumat vermək olar. 
Su basmış ərazidən əhalinin axtarışı dərhal başlanır. 
Suya düşdükdən sonra, üzərində olan ağır əşyaları atmaq, sudan çıxmış hündür əşyalara, ağaclara tərəf 
üzmək, onlardan tutub, kömək gələnədək gözləmək lazımdır. 
Xilasedicilər gələn kimi təşvişə düşmədən, ehtiyatla, göstərişlərə uyğun olaraq xilasedici vasitələrə 
(qayıqlara) minilir. Hərəkət zamanı göstərilən yer tərk edilmir, ekipajın tələblərinə ciddi əməl edilir. Su basmış 
rayondan müstəqil şəkildə çıxmaq yalnız zərərçəkənlərə tibbi yardım göstərilməsi, suyun səviyyəsinin 
artmaqda davam etməsi və üst mərtəbələri və çardağı su basma təhlükəsi olduğu kimi vacib hallarda 
məsləhətdir. Bu zaman etibarlı üzmə vasitəsi olmalı və hərəkət istiqaməti təyin edilməlidir. Müstəqil hərəkət 
zamanı fəlakət haqqında siqnal verməkdə davam etmək və suda üzən və batan insanlara yardım etmək 
lazımdır. 
 
Torpaq sürüşməsi və sel zamanı əhalinin davranış və fəaliyyət qaydaları 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə