186
1)
Şəhər və yaşayış rayonlarının respublikanın bütün ərazisində bərabər
yerləşdirilməli;
2)
Yaşayış olan şəhərlərin böyüməsini və iri şəhərlərin tikilməsini
məhdudlaşdırmalı;
3)
Şəhərin əhali məskunlaşmış yerlərini sahəsi 250 ha çox olmayan yaşayış
rayonlarına ayırıb eni 100 m-dən az olmayan yaşıl zolaqlar salmalı;
4)
Nəqliyyatın şəhərdən kənara çıxması üçün şəhər daxili küçələr salmalı;
5) Küçələrin dəmir yol xətti ilə və həmçinin öz aralarında kəsişmə yerləri eyni
səviyyədə ehtiyat keçidlərilə əsas yoldan 50 m-dən az olmayan məsafədə təmin
olunmalı;
6) Şəhərdaxili nəqliyyat yolu yaşayış məntəqələri və sənaye müəssisələri arasında
sıx əlaqə yaratmaqla şəhər kənarına sərbəst çıxmaq üçün magistral xətlə əlaqələnməli;
7) Tərtibat və texniki dəmir yol stansiyalarını, mümkün güclü dağıntı zonasından
kənarda yerləşdirilməli;
8) Tramvay və trolleybus parkları iri şəhərlərdə hissə-hissə şəhər ətrafı yerlərdə
yerləşdirilməli;
9) Parklarda, bağlarda, bağçalarda və tam tikilməmiş meydançalarda, yanğın
söndürmək üçün süni su tutumları yaratmalı;
10) Mümkün dağıntı zonalarında sənaye binalarını maksimum dərəcədə az
mərtəbəli və yüngül materiallardan istifadə etməklə tikməli;
11) Binaları yanmayan və çətin yanan materiallardan hazırlamalı;
12) Texnoloji avadanlıqları mümkün qədər açıq meydançalarda yerləşdirməli;
13) Mümkün dağıntı zonasında yerləşən yeyinti sənaye binaları və qurğuların
ə
rzaq anbarlarına, radioaktiv tozların və güclü təsirli zəhərli maddələrin keçməsinə qarşı
tədbirlərin görülməli;
14) Şəhərlərdə olan hamam və avtomobil yuma məntəqələri elə qurulmalıdır ki,
fövqəladə vəziyyət zamanı onlardan istifadə oluna bilsin;
15) Anbar otaqları zirzəmi və yarım zirzəmilərdə tikilməli və onların qapı və
pəncərələri minimum qədər az olmalıdır.
c.
Enerji-su və qaz təchizatının layihələşdirilməsi və tikilməsinə olan tələbat
Məlumdur ki, bu göstərilən kommunal enerji sistemindən biri kəsilərsə, bu
müəssisənin öz işini dayandırmağa məcbur edir və nəticədə planlaşdırılmış
məhsuldarlıq pozulur. Bununla yanaşı şəhərlər və yaşayış məntəqələrində insanların
həyat fəaliyyəti pozulur. Buna görə də göstərilən sistemlərin təchizatının yüksək
səviyyədə olması üçün onlara olan tələbat da artıq olmalıdır. Bu tələbatlardan
aşağıdakıları göstərmək olar:
1)
hökmən azı iki mənbədən götürülməli;
2)
bu mənbələr bir-birindən kənar yerləşdirilməlidir ki, onlar eyni vaxtda
dağılmasınlar. (Burada su mənbələrindən biri yaxşı olar ki, yeraltı torpaq sularından
187
istifadə etməklə yaradılsın, bu həm də radioaktiv, kimyəvi və bioloji zəhərlənməyə
davamlı olur;
3)
bu mənbələr öz aralarında elə birləşdirilməlidir ki, lazım olan vaxt ehtiyat
mənbə sistemə rahat qoşula bilsin;
4)
mümkün dağıntı zonalarında bu mənbələr yeraltı qoruyucu çuxurlarda
yerləşdirilməlidir;
5)
hər bir mühüm əhəmiyyətli obyektin özünün bu təchizat sistemlərinin ehtiyat
mənbələri olmalıdır;
6)
obyektlərdə yanğını söndürmək üçün ehtiyat su mənbələri yaradılmalıdır;
7)
təchizat sisteminin mühüm əhəmiyyətli elementləri mümkün dağıntı
zonasından kənarda yerləşdirilməlidir. Bu cür elementlərə aşağıdakılar aiddir:
a)
enerji təchizat sistemində - elektrik stansiyaları, idarəetmə mərkəzləri,
yüksək gərginlikli elektrik ötürücü xəttləri;
b)
su təchizatı sistemində - nasos stansiyaları və təmizləyici qurğular;
c)
qaz təchizatı sistemində - qaz paylayıcı stansiyaları və magistral qaz
kəmərləri.
8) təchizat xətlərində avtomat və yarım avtomat ayrıcı və bağlayıcı qurğular
qoyulmalıdır.
9) yeni təchizat sistemi hazırlanarkən köhnəsini ehtiyat mənbəyi kimi saxlamaq
məsləhətdir.
10) Obyektlərin başqa yanğın növünə keçirilməsinə baxılmalıdır. Bu zaman su
təchizatından texnoloji proseslərdə maksimum istifadə etmək üçün o dövr etdirilməlidir.
Suyun zəhərlənməsinin qarşısı maksimum alınmalıdır, obyektlərdə yanğını söndürmək
üçün ehtiyat su mənbələri yaradılmalıdır. Həmçinin qəza ehtiyat boruları olmalıdır ki,
bundan lazım gəldikdə magistral boru kəmərlərində və obyektin özündə istifadə
olunmalıdır.
Bundan başqa MM mühəndis-texniki layihələşdirmə və normalarında hər bir
sistem üçün ayrılıqda, çoxlu tələbatlar müəyyənləşdirilmişdir. Lakin bu tələbatların çox
hissəsi tikinti üçün deyil, istifadə üçün olduğundan biz onlara baxmırıq.
Fövqəladə hallar zamanı obyektin dayanıqlı işinin qiymətləndirilməsinin
tədqiq olunması və təşkili.
Fövqəladə hallarda işin dayanıqlılığını yüksəldən konkret tədbirləri müəyyən
etməkdən ötrü əvvəlcə obyektdə bu sahə üzrə araşdırmalar (tədqiqatlar) aparılır.
Araşdırma zamanı obyektin istehsal prosesində iştirak edən bütün əsas
elementlərinin mövcud vəziyyəti müasir silahların bütün zədələyici amillərinə, ikinci
amillərə, habelə ehtimal edilən kortəbii hadisələrin təsirinə davamlılıq baxımından
qiymətləndirilib, təyin edilir. Bunda məqsəd – obyektin istehsal fəaliyyətində ən zəif
sahələri aşkara çıxarmaq və onların etibarlığını, eləcə də bütünlüklə müəssisənin
188
dayanıqlı işini təmin etmək üçün tələb olunan mühəndis-texniki, texnoloji və təşkilati
tədbirləri müəyyənləşdirməkdir.
Mühəndis-texniki tədbirlər obyektdəki binaların, qurğuların, avadanlığın və
kommunikasiyaların zədələyici təsirlərə fiziki davamlılığını artırmaq üçün görülən
tədbirlərdir.
Texnoloji tədbirlər dedikdə ikinci zədələyici amillər yaranması ehtimalının
qarşısını almaq məqsədilə obyektdə texnoloji rejimin dəyişdirilməsi nəzərdə tutulur.
Təşkilati tədbirlər isə, fövqəladə hallar yaranan şəraitdə obyektdə mülki müdafiə
qərargahının, dəstələrinin, habelə fəhlə və qulluqçuların ən səmərəli fəaliyyət
qaydalarını müəyyən etməkdən ibarətdir.
Tədbirlər iqtisadi cəhətdən o zaman əsaslandırılmış hesab edilir ki, onlar eyni
zamanda əmin-amanlıq dövründə də obyektin qəzasız fəaliyyətinin təmin olunmasına,
ə
mək şəraitinin yaxşılaşdırılmasına və istehsal prosesinin təkmilləşdirilməsinə xidmət
edir.
Dayanıqlılığın qiymətləndirilməsi üzrə işləri yerinə yetirmək üçün obyektlərdə
ə
sas mütəxəsislərdən ibarət aşağıdakı hesabat-tədqiqat qrupları yaradılır ki, bunlara:
-
fəhlə və qulluqçuların müdafiəsinin tədqiqi;
-
bina və qurğuların dayanıqlılığı;
-
sənaye avadanlıqları;
-
texnoloji proseslər;
-
elektrik, su, qaz və buxar təchizatı;
-
maddi-texniki təchizatın tədqiqi;
-
sənayenin dayanıqlı idarə olunmasının tədqiqi və həmçinin kompleks
tədqiqat və ümumi işlərin nəticələrini yekunlaşdıran qrup daxildir.
Zərurilikdən asılı olaraq obyektin xüsusiyyətinə əsasən tədqiqat qrupları başqa
vəzifələri də yerinə yetirə, onların sayı artırılıb, azaldıla bilər.
Tədbirlərin həyata keçirilməsi prosesində ən məsuliyyətli hal obyektin ayrı-ayrı
elementlərinin fiziki dayanıqlılığının qiymətləndirilməsidir. Bütün zədələyici amillərə
qarşı fiziki dayanıqlılığın qiymətləndirilməsi metodikasının düzgün seçilməsi
bütövlükdə obyektin dayanıqlılığının yüksəldilməsinə yönəldilir.
Belə araşdırmalar nəticəsində iki cür plan tərtib edilir: birincisi, sülh dövründə
obyektdə işin dayanıqlılığının yüksəldilməsi üzrə tədbirlər planı və ikincisi, müharibə
təhlükəsi yaranan dövrdə obyektdə işin dayanıqlılığını artırmaq üzrə tədbirlər planıdır.
Obyektin rəhbəri tərəfindən təsdiq edilib yuxarı idarələr, nazirliklərlə
razılaşdırılandan sonra birinci plandakı tədbirlər obyektin iqtisadi və sosial inkişafı üzrə
perspektiv planlara, ikinci sənəddəki işlər isə müəssisənin müharibə və sülh dövrü üçün
mülki müdafiə planına daxil edilir.
FH zamanı obyektin dayanıqlılıq dərəcəsinin
qiymətləndirilməsi metodikası
Dostları ilə paylaş: |