172
Təcridedici əleyhqazlar:İP-4 və İP-5.
173
Oksigenlə təchizetmə prinsipinə görə təcridedici əlehqaz və cihazlar iki qrupa
ayrılır: kimyəvi əlaqəli oksigenlə və sıxılmış oksigenlə təchiz edən cihazlar. Birinci
qrupa İP-4, İp-46 M əleyhqazları, II
qrupa İP-5, KİP-7, KİP-8 cihazları aiddir.
Respiratorlar. Tənəffüs orqanlarını radioaktiv maddə və bakterial vasitə
aerozollarından
(tozlarından),
habelə
zəhərli
tüstülərdən
mühafizə
üçün
respiratorlardan istifadə olunur. ZM buxarlarından mühafizə üçün respiratorlar yararlı
deyil. Yaşlı əhali üçün R-2, uşaqlar üçün R-2D növlü respiratorlar mövcuddur. R-2
respiratoru süzücü yarımmaskadan ibarətdir ki, ondan dəfələrlə istifadə etmək və 12
saatadək mühafizə olunmaq mümkündür.
R-2D respiratoru uşaqlar üçün nəzərdə tutulan respirator növüdür, kiçik ölçülərə
malikdir, fasiləsiz olaraq 4 saat ərzində mühafızəni təmin edir.
Tənəffüs orqanlarını mühafizə edən ən sadə vasitələr. Belə vasitələrdən əhali
respirator kimi istifadə edə bilər. Bunlar quruluşca çox sadədir, ona görə də əhalinin
özü tərəfindən hazırlanan kütləvi vasitəsi olaraq işlədilməsi tövsiyə edilir Tənəffüs
orqanlarının ən sadə mühafizə vasitələrinə tozdan qoruyan parça maska: PTM-1 və
pambıqlı tənzif sarğı aiddir. Hə bir adamın iş və yaşayış yerində belə mühafızə vasitələri
olmalıdır.
Tozdan qoruyan PTM-1 parça maskası iki əsas hissədən - maskanın
gövdəsindən və bərkidici hissədən ibarətdir. Maskanın gövdəsi 2-4 qat parçadan
hazırlanır, hazırlanır, onun göz yerləri olur ki, buraya şüşə lövhəcikləri (və ya hər hansı
şəffaf material, plyonka) salınır. Maska başa onun yan kənarları boyu tikilmiş parça
zolaq (bərkidici hissə) vasitəsilə geyilir. Bərkidici hissənin yuxarı tikiş yerindəki rezin və
aşağı tikiş yerindəki bağlar vasitəsilə, həmçinin gövdənin yuxarı kənarı boyu eninə
bənd edilmiş rezin vasitəsilə maskanın üzə kip yatması təmin edilir ki, bu da maskanın
altına zəhərli hava keçməsinin qarşısını alır. Nəfəsalma zamanı parçanın bütün
qatlarından keçən hava maskanın bütün səthində süzülüb təmizlənir.
Pambıqlı tənzif sarğı ölçüləri 100x50 sm olan tənzif parçasından hazırlanır. Onun
orta hissəsinin üzərinə 30x20 sm sahədə qalınlığı 2 sm olan pambıq qatı döşəyir,
tənzifin artıq qalan hər iki kənarını uzununa pambıq qatı üstünə qatlayır, tənzifın
uclarını ortadan uzunununa kəsirlər, bu zaman iki cüt bağ alınır. Sarğını taxarkən onun
aşağı bağları kəllədə, yuxan bağları isə peysərdə bənd edilir. Pambıqlı tənzif sarğı ağızı
və burunu əhatə edib örtməlidir. Belə sarğılar ancaq bir dəfə istifadə üçün yararlıdır.
Parça maska və ya sarğı olmadıqda dəsmaldan, şərfdən, yaylıqdan və s. istifadə etmək
lazımdır. Gözləri radioaktiv tozdan qorumaq üçün tozdan qoruyan eynək taxmaq olar.
174
Dəri səthini mühafizə vasitələri - bədənin açıq sahələrini, paltarları, sursatı və
ayaqqabıları onların səthinə ZM damcıları, yoluxucu xəstəliktörədiciləri, radioaktiv toz
düşməsindən, həmçinin qismən də işıq şüalanmasının təsirindən mühafizə etmək üçün
nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə (ümumqoşun mühafizə komplekti -
OZK, yüngül mühafizə kostyumu L-1 və əlaltı vasitələr məişət paltarlarının ünsürləri)
növlərinə ayrılır. Mühafizə prinsipinə görə tabel vasitələrinin süzücü (havakeçirən) və
təcridedici (havakeçirməyən) növləri olur.
Süzücü materialdan tikilən mühafizə paltarları ya həmişə, ya da vaxtaşırı istifadə
üçündür. Belə paltarlar adi parçadan tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş
geyimdən ibarətdir, Özünün sanitariya-gigiyenik xassələrinə görə belə paltarlar hər gün
geyilmək üçün yararlıdır.
Dərini mühafizə edən süzücü vasitələrə ZFO-58 markalı süzücü mühafizə paltarı
komplekti (dəsti) aiddir: Bu paltar dəsti: xüsusi biçimli və xüsusi kimyəvi maddə - pasta
məhlulu hopduruldulmuş parça kombinezondan, habelə kişi alt paltarından (tuman və
köynək), parça şlemaltlıqdan, iki cüt portyankadan (ayağa sarınan parça zolaqları)
ibarətdir ki, bunların bir cütünə də kombinezona hopdurulmuş pasta hopdurulur.
Hopdurucu pasta məhlulu ya zəhərləyici maddə buxarlarını tutub saxlayan (adsorbsiya
tipli), ya da bu buxarları neytrallaşdıran (xemosorbsiya tipli) kimyəvi maddələrdən
ibarətdir. All paltarlar, şlemaltlıq və hopdurulmuş bir cüt portyanka adamın bədəninə
kombinezonun sürtünməsinin və kombinezona hopdurulmuş məhlulun dərini
qıcıqlandırmasının qarşısını almaq üçündür.
Süzücü mühafizə paltarı komplektindəki kombinezonların ölçüləri: birinci ölçü -
boyu 160 sm-ə qədər, ikinci ölçü - boyu 160 sm-dən 170 sm-ə qədər və üçüncü ölçü -
boyu 170 sm-dən artıq olan üçündür.
Dərini təcridedici mühafizə vasitələri - havakeçirməyən materialdan hazırlanır,
həm tam hermetik (adamın bütün bədənini örtüb ZM damcıları və buxarlarından
qoruyan kostyum və kombinezonlar),həm də qismən, yaxud tamamilə qeyri-hermetik
(plaşlar, bürünclər önlüklər və s.) ola bilər. Qismən qeyri-hermetik vasitələr
(ümumqoşun mühafizə komplekti OZK, yüngül mühafizə komplekti L-1,mühafizə
kombinezonu və ya kostyumu), əsasən maye damcıları halındakı ZM-dən mühafizə
edir.
Ümumqoşun mühafizə komplekti OZK - mühafizə plaşından mühafizə
corablarından və mühafizə əlcəklərindən ibarətdir, adətən hopdurulmuş üst və alt
paltarların üstündən geyilir.
Dostları ilə paylaş: |