183
Respublika təsərrüfatının fəaliyyətinin dayanıqlılığı – dedikdə isə
ümumiyyətlə onun müdafiə və təsərrüfat üçün tələb olunan səviyyəni saxlamaq
qabiliyyəti nəzərdə tutulur.
Təsərrüfat sahələrinin və obyektlərin dayanıqlılıq anlayışı birinci növbədə onların
FH zamanı, planlaşdırılmış məhsuldarlığı saxlamaq qabiliyyətini təmin etməkdir. Lakin
nəzərə almaq lazımdır ki, bu cür dayanıqlılığın əsas tərkib hissəsi, təbii fəlakət, sənaye
qəzaları və müasir silahların zədələyici amillərin təsirinə qarşı hər bir obyekt və sənaye
kompleksinin fiziki dayanıqlılığıdır.
Obyektlərin dayanıqlı işinin yüksəldilməsi əsasən aşağıdakı amillərlə
səciyyəvidir:
-
fəhlə və qulluqçuların mümkün zədələnmələrdən etibarlı mühafizəsi;
-
sənaye kompleksinin dayanıqlılığı (binalar, avadanlıqlar, kommunikasiya
xətləri və s.);
-
obyektin planlaşdırılmış məhsul üzrə lazımi təchizatı (xammal, yanacaq
komplektləşdirici hissələr, elektrik enejisi, su, qaz və s.) və başqa sənaye
müəssisələri ilə əlaqəsinin davamlılığı;
-
obyektin ikinci zədələnmə amillərindən (yanğından, su basmasından)
mühafizəsi;
-
obyektin zəif və orta dağıntı aldığı zamanı xilasetmə və digər təxirə salınmaz
işlərin aparılmasına hazırlıq;
-
obyektin vaxtında hərbi rejimə keçməsi.
Bundan başqa FH zamanı obyektin dayanıqlı işinə, onun yerləşdiyi rayon,
obyektdaxili planı, obyekt ərazisində tikintilər və s. təsir edə bilər.
Obyektlərin və təsərrüfat sahələrinin dayanıqlılığının yüksəldilməsi məsələsini
həll edərkən, uyğun normativ sənədlərlə təsdiq olunmuş və MM-nin tələbinə əsasən
ciddi mühəndis-texniki hesabat aparılmalıdır.
Mühəndis-texniki tələbatın yerinə yetirilməsi - əhalinin mühafizəsi, iqtisadi
dayanıqlılığın yüksəldilməsi, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması
istiqamətində bütün əsas məsələlərin həllini təmin edir.
Mülki müdafiənin mühəndis-texniki tədbirlərinin layihələndirmə
normalarının təyinatı və onun tətbiq olunma sahələri.
Mülki müdafiənin mühəndis-texniki tədbirlərinin layihələndirmə normalarının
ə
sas vəzifəsi, əvvəlcədən ən vacib şəhərlərin həyat tərzini yüksəltməkdən və
184
obyektlərin, təsərrüfat sahələrinin sülh və müharibə dövründəki fövqəladə hadisələrdə
işinin dayanıqlılığının artırmaqdan ibarətdir.
Mülki müdafiənin mühəndis–texniki tədbirlərinin layihələndirilməsi normaları
aşağıdakıları əhatə etməlidir:
-
əhalinin həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsini;
-
mümkün itki və dağıntıların azaldılmasını;
-
obyektlər və xalq təsərrüfatı sahələrinin dayanıqlı işinin təmin edilməsini;
-
dağılmış sənaye mərkəzlərində xilasetmə işlərinin tez və keyfiyyətli yerinə
yetirilməsi üçün lazımi şəraitin yaradılmasını.
Fövqəladə hallarda obyektdə işin dayanıqlılığını artıran tədbirlər kompleksində
mühəndis–texniki tədbirlərin yerinə yetirilməsi xüsusən böyük əhəmiyyətə malikdir.
Yuxarıda deyildiyi kimi, belə tədbirlər bina və qurğuların, kommunikasiyaların müxtəlif
dağıdıcı təsirlərə fiziki davamlığını artırmaq üçün görülür.
Mülki müdafiənin mühəndis–texniki tədbirlərinin yerinə yetirilməsi, planlı
surətdə MM-nin maddi-texniki bazasının möhkəmlənməsi və öz vəzifəsini yerinə
yetirmək üçün daim hazırlığını artırmaqdan ibarətdir.
Bu tələbatlar bütün respublika ərazisində yayılır. Bunlara bütün nazirliklər və
idarələr, layihə və quruculuq təşkilatları rəhbərlik edir.
Ümumi tələbata uyğun olaraq nazirlik və idarələr, fövqəladə vəziyyət zamanı
dayanıqlılığını artırmaq üçün görüləcək tədbirlərin ardıcıllığını, həcmini və xarakterini
müəyyən edən göstərişlər işləyib hazırlayırlar.
Qeyd edək ki, mühəndis–texniki tədbirlərin həcmi və xarakteri obyektin
vacibliyindən, sülh və müharibə dövrlərindəki fövqəladə hallarda yarana biləcək
təhlükənin dərəcəsi baxımından harada yerləşdiyindən, fəhlə və qulluqçuların sayından
və digər şərtlərdən asılı olur.
Mühəndis–texniki tədbirlərin hazırlanması üçün verilən məsələlər, şəhər və
obyektlərin layihələşdirilməsi və rekonstruksiyası üçün qoyulan məsələlərin əsas tərkib
hissəsi olmaqla, uyğun MM qərargahları ilə razılaşdırılır. İri şəhərlər və mühüm
ə
həmiyyətli obyektlər üçün, düşmən tərəfindən müharibə vaxtı nüvə zərbəsi gözlənilən
ə
razidə dağılma zonası müəyyənləşdirilir. Bu zona nüvə zərbəsinin, zərbə dalğasının
izafi təzyiqinin qiyməti 10 kPa və daha çox olan ərazidir.
Bütün mümkün dağılma zonası iki zonaya ayrılır:
-
Mümkün güclü dağıntı zonası izafi təzyiqin qiyməti 30 kPa və daha çox
olan;
-
Mümkün zəif dağıntı zonası izafi təzyiqin 10 kPa – 30 kPa qədər olan
halda baş verir.
Mümkün dağıntı zonasının sərhəddi uyğun olaraq hesabat yolu ilə və MM
mühəndis–texniki tədbirlərini planlı surətdə nəzərə almaqla, seçilən tikinti sənaye
müəssisələri və xalq təsərrüfatının digər sahələrində yeni kommunikasiya xəttləri, eneji,
su-qaz təchizatı, nəqliyyat və rabitə hesaba alınmaqla müəyyənləşdirilir.
185
Fəaliyyətdə olan normativ sənədlərlə əsas mühəndis–texniki tədbirlər müəyyən
edilir və burada aşağıdakı ardıcıllıq nəzərə alınır və yerinə yetirilir:
-
Xalq təsərrüfatı obyektlərinin yerləşməsinə olan tələbat;
-
Şəhərlərin tikilməsi, sənaye binaları və qurğuların layihələşməsi və tikilməsi
planlaşmasına olan tələbat;
-
Enerji-su və qaz təchizatının layihələşdirilməsi və tikilməsinə olan tələbat;
-
MM-nin mühafizə qurğularının tikilməsinə olan tələbat.
Bu tədbirlərdən bir neçəsini, layihə və mühəndis-texniki təşkilatlarına aid olanları
qısaca nəzərdən keçirək.
a.
Xalq təsərrüfatı obyektlərinin yerləşməsinə olan tələbat
Müasir şəraitdə mümkün dağıntılar və itkilərin qarşısını almaq və azaltmaq üçün
ə
n effektli və real tədbir, respublikanın məhsuldar gücünü maksimal
seyrəkləşdirməkdən və iri şəhərlərin əhalisinin artmasının qarşısını almaqdan ibarətdir.
Bundan irəli gələn
normativ sənədlərdə xalq təsərrüfatı obyektlərinin yerləşməsinə
aşağıdakı tələbatlar müəyyən edilmişdir:
1)
Yaşayış məntəqələri və xalq təsərrüfatı obyektləri bütün respublika ərazisi üzrə
bərabər yerləşməli və paylanmalı;
2)
Mümkün güclü dağıntı zonalarında olan iri şəhərlərdə əhalini cari təmin edən
ə
rzaq anbarları, sərnişin və yük daşıyan dəmir yol stansiyaları şəhər ətrafında bərabər
qaydada yerləşdirilməlidir;
3)
Mümkün zəif dağıntı zonalarında, az əhəmiyyətli müssisələr, anbarlar və
dəmir yol stansiyaları yerləşə bilər;
4)
Çox əhəmiyyətli müəssisələr, bazalar, anbarlar, düşərgə və ruhi xəstəxanalar,
istirahət evləri, sanatoriyalar, düşərgə və sağlamlıq mərkəzləri mümkün dağıntı
zonalarından kənarda yerləşdirilməlidir;
5) Su basmasına məruz qala bilən fəlakət zonalarında, mühüm əhəmiyyətli xalq
təsərrüfatı obyektlərinin və sağlamlıq düşərgələrinin yerləşdirilməsi qadağandır;
6) Xüsusi əhəmiyyətli obyektlərin, təbii və süni yeraltı boşluqlarda
yerləşdirilməsi məsləhətdir;
7) Uçucu, tez alışan maddələr və güclü təsirli mayelər istehsal edən müəssisələr,
suyun axarı istiqamətində, yaşayış məntəqələrindən mümkün qədər aşağı ərazidə
yerləşdirilməlidir.
b.
Şəhərlərin tikilməsi, sənaye binaları və qurğuların layihələşməsi və tikilməsi
planlaşmasına olan tələbat
Şə
hərlərin, sənaye binaları və qurğuların layihələşməsi və tikilməsi zamanı əsas
tələbat aşağıdakılardan ibarətdir:
Dostları ilə paylaş: |