179
ərazidə otarılan inəklərin südü ilə orqanizmə radioaktiv maddə keçməsi təhlükəsi
olarkən 10 gün
ərzində, gündə 1 həb qəbul edilir.
Orqanizmin şüalanmaya qarşı ürəkbulanması və qusma ilə meydana çıxan ilk
reaksiyanı aradan qaldırmaq üçün etaperazin dərmanından istifadə edilir, bu dərman
7-ci bölməsindəki göy rəngli penalda yerləşir.
Kimya əleyhinə fərdi paket (İPP-8) - dəri səthinin ZM damcıları və ya dumanı ilə
habelə radioaktiv maddə və bakterial vasitə aerozolları ilə zəhərlənmiş açıq sahələrini,
bu sahələrə toxunan paltar hissələrini qismən sanitariya təmizlənməsindən keçirmək
(təmizləmək) üçündür. Bu paket içərisində hər cür ZM-ni zəhərsizləşdirmək üçün
polideqazasiya mayesi olan şüşə flakondan və 4 ədəd pambıq-tənzif salfetdən ibarətdir
(şəkil)
Fərdi kimyəvi paket və ondan istifadə qaydaları
Bir sıra ZM, xüsusən fosforlu-üzvi maddələr, hətta fıziki zədələnməsi olmayan dəri
örtüyündən bədənə sürətlə sorula bildiyi üçün deqazasiyanın səmərəliliyi
zəhərlənmədən sonra sanitariya təmizlənməsinə başlanması müddətdən bilavasitə
asılı olur. Qismən sanitariya təmizlənməsi ZM mühafizə edilməmiş dəri örtüyünə təsir
göstərəndən sonrakı 5 dəq müddətində keçirilsə, onda təmizlənmə son dərəcədə
səmərəli olacaqdır.
Fərdi sarğı paketləri yaralara, yanıq yerlərinə sarğı qoymaq, habelə bəzi növ
qanaxmaları dayandırmaq üçün işlədilir (şəkil).
180
Şəkil. Fərdi sarğı paketi
181
Mövzu 11
FÖVQƏLADƏ HADİSƏLƏRDƏ OBYEKTLƏRİN İŞİNİN
DAYANIQLILIĞI
Fövqəladə vəziyyət şəraitində obyektlərin iş dayanıqlılığının əsasları,
mahiyyəti və onlara təsir edən amillər.
Sülh dövründəki fövqəladə hallarda – güclü təbii fəlakətlər və istehsalat qəzaları
baş verərkən, eləcə də müharibə vaxtı ən vacib müəssisələrdə, təsərrüfatlarda işin
dayanıqlılığının (sabitliyinin) təmin edilməsi ölkənin iqtisadiyyatı ilə əlaqədar vacib
məsələdir. Bu həmçinin mülki müdafiənin qarşısında duran əsas vəzifələrdən biri
sayılır.
Sülh vaxtı, təbii fəlakətlərdən, iri sənaye qəzalarından, fəlakət və başqa
səbəblərdən əmələ gələn fövqəladə vəziyyət (FV) məhdud xarakterli olub müəyyən
obyekti, şəhəri və regionu əhatə edir. Müharibə vaxtı, kütləvi qırğın silahının və müasir
qırğın vasitələrinin təsirindən yaranan FV isə böyük bir ərazini – bütün respublikanı
ə
hatə edə bilər.
Respublikamızın ərazisindəki hər bir obyekt, müxtəlif kortəbii hadisələrin, o
cümlədən də bunlardan ən fəlakətlisi olan zəlzələnin təsir dairəsinə düşə bilər. Yalnız
onu qeyd edək ki, ölkəmizin ümumən hər yeri 8 baladək, ərazinin ¼ -i qədəri də 9
baladək zəlzələ ehtimallı sahələr sayılır. Yalnız 9 ballıq zonada əhalinin 20%-i, sel
təhlükəli rayonlarda isə 5%-dən çoxu yaşayır. Şəhər və rayonlarımızdakı bir çox
kimyəvi, yanğın, partlayış qorxulu istehsalatlarda qəza ehtimalı da mövcuddur.
Burada biz yaranmış FH-dən asılı olaraq ölkənin müxtəlif sahələrinin və
iqtisadiyyat obyektlərinin dayanıqlılıq işini təmin etməyə çalışmalıyıq.
İş
in dayanıqlılığının yüksəldilməsi isə, obyektlərin məhz bu qabiliyyətinin və
imkanlarının
artırılıb
müvafiq
normativ
sənədlərin
tələbləri
səviyyəsinə
çatdırılmasından ibarətdir. İşin dayanıqlılığının artırılması üçün obyektlərdə hələ
ə
vvəlcədən mühəndis-texniki, texnoloji və təşkilati tədbirlər kompleksi işlənib
hazırlanır və vaxtında həyata keçirilir. Belə tədbirlərin görülməsində əsas konkret
məqsədlər aşağıdakılardır:
-
istehsalat qəzalarının qarşısını almaq;
-
fövqəladə hadisələr zamanı baş verə biləcək itki və zərəri azaltmaq;
-
fəlakətlərin, qəzaların, eləcə də düşmən hücumu nəticələrinin tez aradan
qaldırılmasına şərait yaratmaq;
-
pozulmuş istehsal prosesinin qısa müddətdə bərpa edilməsi imkanı əldə
etmək;
182
-
böhran şəraitində işçilərin, onların ailə üzvlərinin normal həyat şəraitini
təmin etmək.
Fövqəladə hallarda sənaye obyektlərində və sahələrində işin dayanıqlılığının
artırılması çox vacib olduğu qədər, həm də geniş sahəli və mürəkkəb bir problemdir.
Buraya istehsalatların ərazidə düzgün yerləşdirilməsi, əvəzedici istehsalat və
müəssisələrin yaradılması, etibarlı maddi-texniki təchizatın, nəqliyyat əlaqələrinin təmin
olunması, əlavə yanacaq növünə, digər xammal və texnologiyalara keçmək üçün
hazırlıq tədbirlərindən başlamış, obyektlərdə fəhlə və qulluqçuların mühafizə
edilməsinə, fəlakət nəticələrinin aradan qaldırılmasınadək müxtəlif işlər aiddir. Bunların
bir qisminin hələ obyektlərin layihələşdirilməsi və tikilməsi vaxtı, digərlərinin isə
sonradan yerinə yetirilməsi nəzərdə tutulur. Bütün bu tədbirlər səlahiyyətli orqanlar
tərəfindən təsdiq edilmiş normativ sənədlərə uyğun olaraq icra edilir.
FH zamanı həm sülh vaxtı, həm də müharibə vaxtı iqtisadiyyat obyektlərinin
dayanıqlı işinin təmini ölkə mülki müdafiəsi qarşısında qoyulan əsas və mürəkkəb
məsələlərdən biridir.
Bu məsələnin həlli üçün əvvəlcədən ölkə daxilində müxtəlif kompleks mühafizə
tədbirlərinin hazırlanması, şəhər və yaşayış məntəqələrində, iqtisadiyyat obyektlərinin
bütün sahələrində, o cümlədən quruculuq sənayesində FH zamanı onların dayanıqlı
fəaliyyət göstərmələri istiqamətində məqsədyönlü işlər görülməlidir. Burada məqsəd
sülh və müharibə vaxtı FH zamanı yarana biləcək nəticələri maksimum azaltmaqdan
ibarətdir.
FH-lar zamanı iqtisadi obyektlərin dayanıqlı işinin təmin edilməsi üçün ölkənin
mülki müdafiə xidmətləri aşağıdakı tədbirlərin görülməsinə xüsusi diqqət
yetirməlidirlər:
-
Obyektdə işin dayanıqlılığına
-
Təsərrüfat sahələrinin işinin dayanıqlılığına
-
Respublika təsərrüfatının fəaliyyətinin dayanıqlılığına
Obyektdə işin dayanıqlılığı – müəssisənin qəzalara, kortəbii hadisələrə və
müasir silahların zədələyici təsirinə davam gətirməsi, bunların təsiri şəraitində belə,
planda nəzərdə tutulmuş həcmdə məhsul buraxması, mühəndis-texniki avadanlığın zəif,
yaxud orta dərəcədə zədələndikdə istehsalın mümkün qədər tez bərpa olunması
qabiliyyətinə deyilir.
Maddi nemətlər istehsal etməyən obyektlərin (nəqliyyat, rabitə, səhiyyə, tədris
müəssisələri və b.) işinin dayanıqlılığı deyildikdə isə onların fövqəladə hallarda öz
funksiyasını yerinə yetirməsi bacarığı nəzərdə tutulur.
Təsərrüfat sahələrinin işinin dayanıqlılığı – mümkün dağıntı şəraitində
obyektlərin bəzi hissələrinin sıradan çıxması və bu zaman sənaye əlaqələrinin pozulması
hallarında, ölkə əhəmiyyətli məhsulun istehsalını davam etdirmək və təmin etmək
qabiliyyəti nəzərdə tutulur.
Dostları ilə paylaş: |