İ
ndikator borucuqları vasitəsilə havada ZM - in müəyyən edilməsi.
• borucuğu yüngülcə ampulaqırandakı milə basmaqla ampulanı qırmalı
(əzməli);
• indikator borucuğunu ampulaqıran yuvadan çıxarmalı və onun işarələnmiş
ucundan tutub bərk silkələməli.
Tüstü süzgəcini nasosun ucluğunda bərkitmək üçün:
• cihazdan ucluğu götürməli, onun gövdəsini sola burmaqla qıf ilə sıxıcı
halqa arasında 2-3 mm-lik ara məsafə yaratmalı;
• tüstü süzgəcini bu ara məsafəyə yerləşdirərək sıxmalı.
Soyuq havada indikator borucuqlarının həssaslığı zəifləyir, qırmızı haşiyə və
nöqtəli borucuqlarda isə ampuladakı məhlul donur. Buna görə də qış vaxtı
borucuqları işlədərkən qızdırıcıdan istifadə edilir.
Qızdırıcını işə hazırlamaq üçün (şəkil):
• patronu qızdırıcının mərkəzi yuvasına yerləşdirib sonadək aşağı basmalı;
• əllə milin başlığında təzyiq edərək patrondakı ampuları qırmalı, mili
sonadək aşağı basmalı, fırlatmalı və buxarlanma dayanmayınca patrondan
çıxarmamalı.
Qızdırıcını işə salmaq (onun patronunu dəyişmək) qaydası
Patrondan buxar çıxması qızdırıcının normal işinə dəlalət edir. Qızdırıcının
işinin səmərəsi ətrafdakı temperaturdan asılı olur. Müsbət temperaturda qızdırıcı
daha səmərəli işlədilir, hətta bəzən mayenin patrondan kənara sıçraması da
mümkündür. Buna görə də 10-15°S-dən yuxarı temperaturda xüsusi ehtiyac
olmadan qızdırıcıdan istifadə etmək məsləhət deyil. Cihazın fənərindən qaranlıqda
işləyərkən istifadə edilir.
Havadakı zəhərləyici maddələrin təyin edilməsi
Havadakı zəhərləyici maddələri təyin etməyi zoman, zarin və V-tipli
qazlardan başlayırlar. Ən əvvəl zomanın 0,00005 - 0,1 mq/l olan konsentrasiyanı
təyin edirlər. Bunun üçün cihazın qapağını açır, tutucunu (rəzəni) kənara çəkib
nasosu yerindən çıxarır, qırmızı haşiyəli və qırmızı nöqtəli iki ədəd indikator
borucuğunu götürür, onların uclarını kəsib açırlar. Yuvasının nişanı indikator
borucuqlarının nişanına uyğun olan ampulaqıran vasitəsilə hər iki borucuğun üst
ampulalarını qırır və borucuqların işarəli ucundan tutub onları 2-3 dəfə bərk
silkələyirlər. Borucuqlardan birinin (təyinedici borucuğun) işarəsiz ucunu nasosda
yerləşdirir və nasosu 5-6 dəfə vurub, bu borucuqdan hava keçirirlər (bax: şəkil).
İ
kinci (nəzarət) indikator borucuğundan hava keçirilmir.
Bundan sonra həmin ampulaqıran vasitəsilə hər iki borucuğun alt
ampulalarını qırır, onları silkələyir və borucuqların içərisindəki doldurucu
maddənin rənginin necə dəyişdiyini müşahidə edirlər. Təyinedici borucuğun
içərisindəki doldurucu maddənin üst hissəsi qırmızı rəng alarsa (nəzarət
borucuğundakı doldurucu maddə sarı rəngə düşən müddət ərzində) bu, havada
zoman, zarin, yaxud V-qazlar olduğuna dəlalət edir.
Hər iki borucuqdakı doldurucu maddənin sarı rəngdə qalması havada
təhlükəli konsentrasiyada (miqdarda) zəhərləyici maddələrin olmadığını göstərir.
Ə
gər indikator borucuqlarının alt ampulalarını qırarkən borucuqlardakı doldurucu
maddə dərhal sarı rəng alarsa (bu isə yoxlanılan havada turşu xarakterli qazlar
olarkən belə olur) belə hallarda havada zəhərləyici maddələrin aşkar olunmasını
tüstü süzgəclərindən istifadə etməklə yenidən təkrar etmək lazımdır.
Nasosu 5-6 dəfə vurandan sonra mənfi nəticə alınıbsa, onda havada zoman
tipli ZM-in təhlükəsiz 5·107 mq/l konsentrasiyasında olduğunu yoxlamaqda davam
etdirirlər. Şəxsi heyətin əleyhqazları çıxarması barədə lazım gələn hallarda qərar
qəbul etməsi olduqca vacibdir. Bu işi də yuxarıdakı ardıcıllıqla edirlər, lakin bu
fərqlə nasosu 50-60 dəfə vurur, borucuqların alt ampulalarını dərhal deyil, 2-3 dəq-
dən sonra qırırlar.
Sinir iflicedici təsirli maddələri təyin edəndən sonra havada fosgen, xlorsian
və sianid turşusu olub-olmadığını müəyyənləşdirilər. Bu məqsədlə üç yaşıl haşiyəli
indikator borucuğunun uclarını kəsib açır, onun ampulasını qırır, borucuğu nasosda
yerləşdirib nasosu 10-15 dəfə vururlar. Sonra nasosdan borunu çıxarıb onun
doldurucunun rəngini üç yaşıl haşiyəli borucuqlar saxlanan kasetin üzərindəki
etalon rəng ilə müqayisə edirlər. Bundan sonra havada iprit buxarları olub-
olmadğını təyin edirlər. Bunun üçün bir sarı haşiyəli indikator borucuğunun
uclarını kəsib açır, onu nasosda yerləşdirib nasosu 60 dəfə vururlar. Sonra
nasosdan borucuğu çıxarır, içərisindəki doldurucunun rəngini müvafiq kasetin
üzərindəki etalon rəngi ilə bir dəqiqə ərzində müqayisə edirlər.
Aşağı temperaturda havanı yoxlayarkən bir qırmızı haşiyəli və qırmızı
nöqtəli borucuqları, habelə bir sarı haşiyəli borucuqları qızdırıcı vasitəsilə
qızdırmaq lazımdır.
Ə
traf mühitdə temperatur 0ºS-dən aşağı olan hallarda bir qırmızı haşiyəli və
qırmızı nöqtəli borucuğun uclarını açmazdan əvvəl borucuq qabaqcadan işə
hazırlanmış qızdırıcının gövdəsinə yerləşdirilir, ampulaların donu açılanadək
(temperaturdan asılı olaraq 0,5-3 dəq) qızdırırlar.
Qızdırılandan sonra ampulaları dərhal qızdırıcıdan çıxarır və ZM-ni təyin
etməyə başlayırlar: zəhərli hava sorulub borucuqdan keçirildikdən sonra,
borucuqların alt ampulalarını qırır, onların işarəsiz uclarını qızdırıcının yuvalarına
yerləşdirib, eyni vaxtda bir dəqiqə qızdırırlar. Ətrafdakı temperatur müsbət 15°S-
dən aşağı olan hallarda bir sarı haşiyəli borucuqları onlardan hava sorulub
keçiriləndən sonra 1-2 dəq qızdırmaq tələb olunur. Soyuq havada üç yaşıl haşiyəli
borucuqların aldığı rəng şübhə doğurursa, onda qızdırıcıdan istifadə etməklə
zəhərlənməni yenidən ölçmək və bu zaman hava keçirilmiş borucuğu 1 dəq.
müddətinə qızdırıcıda saxlayandan sonra rəngləri müqayisə etmək lazımdır.
Yerin, texnikanın, paltarın və başqa əşyaların səthindəki
zəhərləyici maddələrin təyin edilməsi
Yerin, texnikanın, paltarın və başqa əşyaların səthindəki zəhərləyici
maddələrin təyin etməyə də həmçinin zoman, zarin və yaxud V-qazlardan baş-
layırlar. Bunun üçün bir qırmızı haşiyəli və qımızı nöqtəli indikator borucuq
götürür, onun uclarını kəsib açır, üst ampulasını ampulaqıran vasitəsilə qırır,
borucuğu 2-3 dəfə bərk silkələyirlər. Sonra borucuğun işarəsiz ucunu nasosun
yuvasında yerləşdirir, qıfına qoruyucu qalpaq geydirilmiş nasos ucluğunu burub
nasosa birləşdirir və nasos ucluğunu yoxlanılan yerə və ya əşyanın səthinə elə
dirəyirlər ki, qıf zəhərlənmənin əlamətləri daha aydın görünən sahənin üstünü
örtsün; belə vəziyyətdə nasosu 60 dəfə vuraraq borucuqdan zəhərli hava keçirirlər
(şəkil).
Zəhərlənməni əşyanın səthində təyin etmək
Bundan sonra ucluğu nasosdan ayırır, qoruyucu qalpağı çıxarıb atır, nasosun
yuvasından indikator borucuğu çıxarıb onun alt ampulasını qırırlar. İndikator
borucuğundan hava sorulub keçiriləndən bir dəqiqə sonra borucuqdakı
doldurucunun rəngini kasetin səthindəki rəng etalonu ilə müqayisə edirlər.
Yerin, texnikanın, paltarın və başqa əşyalann səthində ipritin olduğu da bu
qayda ilə müəyyən edilir. Lakin, bu zaman bir sarı haşiyəli indikator borucuğundan
istifadə olunur
Dostları ilə paylaş: |