Mövzu 1
FÖVQƏLADƏ HALLARIN (FH) TƏSNİFATI.
Fövqəladə hadisə – insan təlafatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan
vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına
səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakətlər
nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
Fövqəladə hal və onun növləri (miqyasına, baş vermə sahələrinə, mənsubiyyətinə
görə)
Miqyasına görə fövqəladə halların təsnifatı
Lokal (qismi) - hadisələr iş yerindən, iş sahəsindən, mənzildən kənara yayılmır.
Obyekt miqyaslı (səciyyəli) - hadisələr sənaye obyektində, bina və ya qurğu
hüdudlarında məhdudlaşır.
Yerli - hadisələr ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı
müəssisəsinin ərazisində özünü göstərir.
Regional - fövqəladə hadisə bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını,
bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir.
Milli - miqyaslı fövqəladə hadisələr respublikanın xeyli ərazilərini əhatə edir, lakin
dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir.
Qlobal - hadisələr isə bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin
ə
razilərinə də yayılır.
Fövqəladə halların baş vermə sahələrinə görə təsnifatı
1)
Təbii xarakterli fövqəladə hallar;
2)
Texnogen xarakterli fövqəladə hallar;
3)
Ekoloji xarakterli fövqəladə hallar;
4)
Sosial-siyasi və hərbi siyasi xarakterli hallar.
Təbii xarakterli fövqəladə vəziyyətlər
Təbii fəlakətlər – insan iradəsinə tabe olmayan, təbiət qüvvələrinin hərəkəti nəticəsində
qəflətən baş verən, çoxsaylı insan itkisi, böyük maddi zərər və başqa ağır nəticələrə səbəb
olan faciəli təbii təzahür və ya proseslərdir.
Təbii fəlakətlərə zəlzələlər, vulkan püskürmələri, sellər, sürüşmələr, uçqunlar, daşqınlar,
quraqlıqlar, qasırğalar, tufanlar, qar basqınları və uçqunları, uzun müddətli güclü yağışlar,
güclü davamlı şaxtalar, genişmiqyaslı meşə və torf yanğınları aiddir. Bura həm də 1974-ci
ildə Venesuella Konfransında epidemiyalar, epizootiyalar, epifitotiyalar, meşə və kənd
təsərrüfatı zərərvericilərin kütləvi yayılması da daxil edilmişdir.
Təbii fəlakətlər davametmə müddətinə görə iki cür olur:
1)
qəflətən baş verənlər (zəlzələlər, qasırğalar, tornadolar);
2)
uzunmüddətli davam edənlər (epidemiyalar, daşqınlar, epizootiyalar və s.)
Təbii fəlakətlərin yaranma səbəbləri
Təbii fəlakətlər yaranma səbəblərinə görə də iki cür olurlar:
1)
təbii amillərlə bağlı olanlar (vulkan püskürməsi, dəniz səviyyəsinin güclü ləngəri,
güclü daşqınlar, qasırğalar, güclü hərarətli hava, buzlaşma və s.). Bunlar əsasən maddələrin
sürətli yer dəyişməsi (zəlzələ və sürüşmələr), yerdaxili enerjinin üzə çıxması (vulkanlar),
çaylarda, göllərdə, dənizlərdə suyun səviyyəsinin qalxması (daşqınlar, sunamilər), qeyri-adi
güclü küləyin təsiri (qasırğa, urağan, tornadolar).
2)
antropogen amillərlə bağlı olanlar (toz burulğanları, eroziya)
Bir çox təbii fəlakətlərin yaranması isə həm təbii, həm də antropogen amillərlə bağlı
olur (yanğınlar, torpağın eroziyası, uçqunlar və s.).
Təbii xarakterli fövqəladə hadisələr
1)
Geofiziki təhlükəli təzahürlər
2)
Geoloji təhlükəli təzahürlər (ekzogen geoloji təzahürlər):
3)
Meteoroloji və aqrometeoroloji təhlükəli təzahürlər:
4)
Dəniz hidroloji təhlükəli təzahürlər:
5)
Hidroloji təhlükəli təzahürlər:
6)
İnsanların infeksion (yoluxucu) xəstəlikləri:
7)
Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəlikləri:
8)
Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə məruz qalması:
Təbii xarakterli fövqəladə hadisələr
1)
Geofiziki təhlükəli təzahürlər:
1) zəlzələlər; 2) vulkan püskürmələri.
2)
Geoloji təhlükəli təzahürlər (ekzogen geoloji təzahürlər):
1)
sürüşmələr; 2) sellər; 3) qar uçqunları.
3) Meteoroloji və aqrometeoroloji təhlükəli təzahürlər:
- tufanlar (9-10 bal);
- qasırğalar (12-15 bal);
- iri həcmli dolu;
4)Dəniz hidroloji təhlükəli təzahürlər:
- tayfunlar;
- sunamilər (qravitasiyalı dəniz dalğaları);
- güclü dalğalar (5 bal və daha yüksək);
- dəniz səviyyəsinin güclü ləngəri;
- erkən buz örtüyü və ya hərəkətsiz qalın buz qatı;
- gəmi və liman tikililərinin buzlaşması;
- sahil buzlarının qopması.
5) Hidroloji təhlükəli təzahürlər:
- suların yüksək səviyyəsi (daşqın, subasma);
- yeraltı suların daşqınları (əsasən buzlar əriyən vaxt);
- yağış daşqınları;
- maneə və əngəllər (çay mənsəbində xırda buzların toplaşaraq sıxlıq yaratması);
- suyun aşağı səviyyəsi;
6) İnsanların infeksion (yoluxucu) xəstəlikləri:
- epidemiyalar (insanların kütləvi şəkildə yoluxucu xəstəliklərə tutulması);
- ekzotik və xüsusi təhlükəli yoluxucu xəstəliklərin tək-tək təsadüf edilən halları.
7) Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəlikləri:
- epizootiya (heyvanların yoluxucu xəstəliklərinin geniş yayılması);
- enzootiya (müəyyən ərazidə heyvanlar arasında epidemiya);
8) Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə məruz qalması:
- inkişaf edən epifitotiya (bitkilərin kütləvi xəstəlikləri);
- bitki zərərvericilərinin kütləvi yayılması.
Geofiziki təhlükəli təzahürlər:
Dostları ilə paylaş: |