- lavanın su ilə soyudulması;
- yaralanmış insanlara ilk yardımın göstərilməsi
24.03.2010 tarixdə püskürməyə başlayan və bir neçə ay Avropadan uçuşları
təxirə salmağa məcbur edən eyyafyatlayöküdl vulkanı
Geoloji təhlükəli təbii fəlakətlər
Sürüşmə - adətən dağ yamaclarında olan torpağın eroziyadan, suyun dağın
ə
təklərinin yuması, yamacların titrəməsi və ya əlavə təsirə məruz qalması
nəticəsində baş verən torpaq sürüşməsindən ibarət hadisədir.
Sürüşmələrin sürəti saatda onlarca metrə çata bilir. Məsələn: 1990-cı ildə
leysan yağışlardan fəallaşan sürüşmə Xəzər donanmasının hərbi şəhərciyində bir
neçə binanı elə sürətlə dağıtmışdı ki, adamlar oradan çıxmağa imkan tapa
bilməmişdilər.
Respublikamızda ən çox sürüşmələrin olduğu yer Bayıl zonasıdır.
Sürüşmələrin qarşısını alımaq üçün görülən tədbirlərdən ən vacibi həmin
ə
razilərdə çoxlu sayda ağacların əkilməsidir.
Sel – Çayların məcrası boyu özü ilə çoxlu (həcminin 10-15%-dən artıq) bərk
material (qum, çınqıl) gətirən və sıxlığı suyunkundan 1,5-2 dəfə çox olan axındır.
Sel, hündürlüyü 20-40 sm olan dalğa şəkilində saniyədə 20-30m sürətlə
hərəkət edir və rast gəldiyi maneələrə hər kvadrat metrə onlarla ton güclə təsir
göstərir.
Mənşəyinə görə sellər leysan seli və qar ərintisi selləri növlərinə aid edilir.
Sellərin 80-90%-i leysan mənşəlidir.
Qar uçqunları
Nisbi hündürlüyü 20-40 m-dən çox, mailliyi 25 dərəcə olan sahələrdə baş
verir. Qar uçqunlarının sürəti saniyədə onlarla metrə, həcmi milyon kub metrə çata
bilir.
Quru qar uçqunu, yaş qar uçqununa nisbətən daha sürətlə hərəkət edir.
Qar uçqunlarının əsas səbəbi qarın itensiv yağması və yamacların aşağı
hissələrinin əriməsidir. Sutka ərzində qarın qalınlığı 30 sm-ə çatan hallarda külli
surətdə iri qar uçqunları təhlükəsi meydana çıxır.
Kifayət qədər qalınlıqda qar yağmış hər hansı dağlıq rayonda qar uçqunları
baş verə bilər.
Müdafiə üsulları qar yağmış hündürlükləri atəşə tutmaqdır.
Meteoroloji xarakterli təbii hadisələr
Fırtına – Əsasən 9-11 bal arasında olub, böyük dalğaların əmələ gəlməsinə
səbəb olur və güclü dağıdıcı gücə malikdir.
Qasırğa – Əsasən dolmuş buludlar arasında əmələ gəlir. Dairəvi şəkildə
fırlanaraq Yer səthinə enir. Yer səthinə endiyi andan 30 m dərinliyində 40-60 km
məsafəni qət edə bilir. Qasırğalar sulu və alovlu olurlar. Sürətləri 1200km/saat çata
bilir. Qasırğaların dağıdıcı təsiri küləyin sürətilə, eləcə də tufan və leysan yağışları
sayəsində törəyən yağışlarla müəyyən edilir. Küləyin sürəti 18 ballıq Bofort (Ser
Frensis Bofort (1774-1857) – ingilis admiralı, hərbi hidroqraf, xəritəşünas) şkalası
ilə ölçülür.
Tufan - Küləyin sürəti 0-dan səs sürətinə qədər ola bilir. 1946-cı ilə kimi 12
ballıq şkala ilə, 1946-cı ildən isə 18 ballıq şkala ilə ölçülür. Tufanlar əsasən
atmosferdə baş verən silklon hadisələri nəticəsində yaranır. Bu zaman küləyin
sürəti 26 – 31 m/san arasında olur. Atlantik okeanında tufanların sürəti hətta 241,5
m/san-yə çatır.
Dolu – Atmosfer yağıntılarnın bir növüdür. Bulud daxilində qar topalarının
hərəkəti nəticəsində yaranır. Tərkibində buz kristalları ilə bərabər soyuq su
damcıları olur və Buz qatı ilə örtülür. Ölçüsü 5-dən 55 mm-ə qədərdir (təbiətdə
13sm, 1kq çəkisində müşahidə olunub). Xalq təsərrüfatına ən böyük ziyan vuran
təbii fəlakətdir. Dolular ən çox Gədəbəy, İsmayıllı və Şəki rayonlarında müşahidə
olunur.
Dəniz hidroloji təhlükəli təzahürlər
Sunamilər - ən təhlükəli təbii dəniz hidroloji hadisəyə aid edilir, yapon
dilindən “körfəzdə hündür dalğa” kimi tərcümə olunur.
Sunami sualtı və sahilyanı zəlzələlər nəticəsində yaranan dəniz dalğalarının
bir növüdür. Okeanın dibinin qalxması, enməsi zamanı sahildə qəflətən qeyri adi
hündür ləpələr peyda olur.
Sunamilər torpağın tektonik hərəkətindən, sualtı vulkanların püskürməsindən,
okeanda böyük torpaq hissələrinin çökməsindən, yeraltı sürüşmələrdən yaranır.
2004-cü ildə İndoneziyada baş vermiş Sunami və bundan zərər görməyən
məscid
Hidroloji təhlükəli təzahürlər
Daşqınlar, subasmalar - çaylarda, göllərdə, dənizlərdə su səviyyəsinin
qalxması nəticəsində yerin xeyli ərazilərinin müvəqqəti olaraq su basmasıdır.
Bütün fəlakətlər arasında təkrar olunma sayına görə, ərazinin əhatə dairəsinə
görə və illik iqtisadi ziyanın həcminə görə daşqınlar ön yeri tutur.
Bəzi hallarda daşqınlar sürüşmələrə, çöküntülərə, sel axınlarına səbəb olur.
Hidroloji proqnoz aparmaq ilə, daşqınları proqnoz etmək olar.
Su basmiş sahələrdən və dəymiş ziyandan asılı olaraq daşqınlar kiçik, böyük,
mühüm və faciəli olur.
Kiçik daşqınlar düzənlik çaylarına xarakterikdir. Onların dövrülüyü 10–15
ildən bir olur. Bunun nəticəsində alçaqda yerləşən torpaqların 10%-dən çoxunu su
basır. Kiçik daşqınlar insan qurbanları və maddi itkilərlə əlaqədar deyil.
Böyük daşqınlar çay vadilərinin ətrafında böyük sahələrin su basmasına
gətirir. Bu zaman qiymətli dəyərlərin və insanların qismən köçürülməsi həyata
keçirilir. Böyük daşqınlar kənd təsərrüfatı sahələrini basmaqla, xeyli maddi və
mənəvi zərər vurur. 20–25 ildən bir baş verir.
Mühüm daşqınlar bütöv çay hövzələrini əhatə edir. Çox böyük maddi və
mənəvi xətər yetirməklə şəhər və kənd ərazilərində təsəruffat fəaliyyətinin pozur.
Su basmış zonalardan kütləvi köçürülmə tədbirləri həyata keçirilir.Mühüm
daşqınlar 50–100 ildən bir təkrar olunur və kənd təsərrüfatı sahələrinin 70% su
altında qalır..
Faciəli daşqınlar - bir və yaxud bir neçə çay sisteminin geniş sahələrini su
basır. Çox böyük insan qurbanları və maddi itkilərlə xarakterizə olunur. Faciəli
daşqınlar 100 – 200 ildən bir baş verir və 70% artıq kənd təsərüffatı sahələri,
şə
hərlər, yaşayış məntəqələri, sənaye müəssisələri, yollar, kommunikasiyalar su
altında qalır.
Dostları ilə paylaş: |