Zəlzələ - ən çox dağıdıcı qüvvəyə malik, ağlasığmaz, idarə olunmaz təbii fəlakətdir. Zəlzələ
deyildikdə yeraltı təkan və yer qatının titrəmələri, yer qatının və yaxud mantiyanın üst
qatlarının sürüşməsi və parçalanması nəticəsində, böyük məsafələrə elastik dalğavari
ötürmələr başa düşülür. Zəlzələlər qəflətən yaranan və tez yayılan fövqəladə hallara aid olur.
Bu zaman ərzində təxliyə və qabaqlayıcı tədbirlər görmək mümkün deyil.
Tarixdə ilk qeydə alınmış zəlzələ eramızdan 2050-il əvvələ aiddir.
Son 500 il ərzində dünyada zəlzələlər nəticəsində 4,5 milyon insan tələf olmuşdur.
XX-ci əsrdə bizim planetdə 80-dan artıq zəlzələ qeydə alınmışdır. Dünyada ən çox
zəlzələ baş verən yer Çilidir.
Zəlzələnin baş vermə səbəblərinə görə onlar təbiət və antropoloji olur.
Zəlzələnin əsas təsir edici faktoru, ocağdan bütün istiqamətlərə yayılan –seysmik
dalğalardır. İlk dəfə zəlzələlərin dalğavarı olmağını 18 əsrdə amerikalı astronom və
riyaziyyat professoru D.Uintal deyib. Əgər zəlzələnin ocağı dənizdə yerləşirsə hündür
dalğaların – sunamilərin əmələ gəlməsinə gətirir, o isə öz növbəsində sahilə çatır və çoxlu
sayda sahilyanı ərazilərə ziyan vurur.
Amerikalı seysmoloq D.F.Rixter 1933–cü ildə zəlzələnin gücünü qiymətləndirmək
üçün 9 ballıq şkala tərtib etmişdir. İtalyan seysmoloqu Y. Merkali 12 ballıq zəlzələnin
ölçülmə sistemini təklif edib.
Zəlzələnin intensivliyinin Merkali şkalası ilə ölçülməsi
Bal Zəlzələnin intensivliyi Nəticələrin qısa xarakteristikası
1
Nəzərə çarpmayan
Yalnız seysmik cihazlar ilə müşahidə edilir
2
Çox zəif
İ
stirahət edən insanlar tərəfindən hiss edilir
3
Zəif
Yalnız az sayda insanlar tərəfindən hiss olunur
4
Mülayim
Qabların, pəncərə şüşələrinin cingiltisi, qapıların və
pəncələrin cığıltısı ilə müəyyən edilir
5
Kifayət qədər güclü
Binaların ümumi sirkələnməsi, mebelin tərpənməsi,
pəncərə şüşələrində və suvaqlarda çatların əmələ
gəlməsi, yatanların oyanması
6
Güclü
Hamı hiss edir. Rəsmlər divardan düşür, suvaq parçaları
tökülür. Binalar yüngül xəsarət alır
7
Çox güclü
Daş binalarda çatlar. Antiseysmik və ağaçdan tikilmiş
binalar salamat qalır
8
Dağıdıcı
Sıldırım qayalarda və torpaqda çatlar əmələ gəlir.
Heykəllər yerindən dəbərir və çökürlər. Evlərə güclü
xəsarət dəyir
9
Viran edici
Daş binaların dağılması və çox güclü xəsarət alması
10 Məhvedici
Torpaqda böyük çatlar, sürüşmələr və çöküntülər. Daş
binaların dağılması, dəmir yol reyslərin əyilməsi
11
Fəlakət
(bədbəxt
hadisə)
Yerdə geniş çatlar, çox saylı sürüşmələr və çöküntülər.
Daş binalar tamamilə dağılır
12 Güclü fəlakət
Torpaqda dəyişiliklər böyük həddə çatır. Çox saylı çatlar,
çöküntülər, sürüşmələr, şəlalələr yaranır, çayların
axmasında dəyişiliklər, heç bir tikili dözmür
Ölkəmizdə Böyük Qafqaz, Şamaxı-İsmayıllı, Gəncəbasar, Talış dağları, Xəzər dənizi
seysmoaktiv zonalar hesab edilir. Bu ərazilərdə hələ qədimdən indiyədək müxtəlif vaxtlarda
müxtəlif təkanlar qeydə alınıb.
Alp-Himalay seysmo-aktiv bölgəsində yerləşən Azərbaycanda ilk böyük zəlzələ 5-ci
ə
srə təsadüf edib. 427-ci ildə Gəncə şəhərində baş verən təbii fəlakət zamanı 100 minlərlə
adam həlak olub. 700 il sonra Gəncədə yenidən böyük bir zəlzələ baş verib. 1139-cu ildə isə
Gəncədə olan təbii fəlakət zamanı Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göy
Göl yaranıb. 1667-68-ci illərdə Şamaxıda da zəlzələlər seriyası başlayıb.Şamaxı zəlzələləri
17-ci əsrin 2-ci yarısında və 19-cu əsrin 2-ci yarısında baş verib: «Axırıncı zəlzələ 1902-ci
ildə baş vermiş və 9-10 ballıq zəlzələ nəticəsində Şamaxı dağılmışdı». Şamaxıda 20-ci əsrdə
baş verən zəlzələ dağıdıcılığı ilə tarixə düşdü. Həmin vaxt şəhər yerlə-yeksan olmuşdu.
1935-ci ildə Gəncədə yenidən böyük dağıntılara səbəb olan Zurnabad zəlzələsi qeydə alınıb.
Bakı şəhərində isə ilk zəlzələ 1950-ci ilə təsadüf edib, lakin şəhərə ciddi ziyan
dəyməyib. 1960-61-ci ildə Bakıda yenidən baş verən zəlzələlər zamanı dağıntıların və həlak
olanların sayı bir o qədər də çox olmayıb. Paytaxtda sonuncu, ən yaddaqalan zəlzələ isə
2000-ci il noyabrın 25-də baş verib. Azərbaycan, o cümlədən də paytaxt Bakı təhlükəli
seysmoaktiv zonada yerləşir. Bakı 8 ballıq, Şamaxı, Gəncə, Naxçıvan isə 9 ballıq aktiv zona
sayılır.
1980-2002- ci illər üzrə Azərbaycan ərazisinin seysmik aktivlik xəritəsi
Son 100 il ərzində baş vermiş ən dağıdıcı zəlzələlər
1999-cu ildəki Türkiyədə baş verən zəlzələnin dağıntıları
2010-cu ildə Haitidə baş vermiş zəlzələnin nəticəsi
Vulkan püskürmələri
Yer qatının kanalları və qatları üzərində yaranan, yer üzərinə lava, kül, zəhərli qazlar,
su buxarı və dağ cisimlərini püskürən geofiziki hadisəyə vulkan deyilir. Vulkan
püskürmələri xəsarət alanların və qurbanların sayına görə ön yerlərdən birini tutur.
YUNESKO-nun statik məlumatlarına əsasən son 5 ildə 200 min insan vulkan nəticəsində
həlak olmuşdur.
Vulkanların püskürməsi - yer kürəsinin bəzi regionları üçün tez-tez təkrarlanan
hadisədir. Vulkanlar fəaliyyətdə olan, yatmış və sönmüş vulkanlara bölünürlər. Yer üzərində
522 fəaliyyətdə olan vulkan qeydə alınıb və bunlardan 20-40-ı hər il püskürür. Ən çox
vulkan İndoneziyada, Yaponiyada, Mərkəzi Amerikadadır. Vulkanların püskürməsi
zamanı əsas zədə yetirən faktorlar bunlardır: közərmiş lava, qazlar, tüstü, buxar, qaynar su,
kül, dağ cisimlərinin qırıntıları, partlayış dalğası, lil və daş axınları.
Maqma dedikdə, yer daxilində
ə
rimiş, yüksək hərarətli, son dərəcədə
közərmiş və qazlarla zəngin olan
silikat maddə nəzərdə tutulur. Vulkan
konusunun
zirvəsində
yerləşən
kasaşəkilli və ya qıfabənzər boşluğa
vulkan
krateri deyilir. Bəzən vulkan
kraterləri su ilə dolaraq krater
göllərinin yaranmasına səbəb olur.
Vulkan
krater
Soymuş lava
Maqma ocağı
Vulkan
krater
Soymuş lava
Maqma ocağı
Vulkanın kəsiyi
Vulkanların püskürməsindən zərəri azaltmaq yolları
Vulkanların püskürməsindən zərəri azaltmaq üçün onların “həyatını”
proqnozlaşdırmaq və lazım olan profilaktik tədbirlərin keçirilməsi lazımdır.
Fəaliyyətdə olan vulkanların əksəriyyəti “vulkanik ərazilərdə” yerləşən
xüsusi stansiyalar tərəfindən daim müşahidə altında saxlanılır.
Vulkanların püskürməsini proqnozlaşdırmaq üçün vulkanik təhlükəsi
xəritələri tərtib edilir.
Püskürmələrin vəziyyətini və gələcəyini proqnozlaşdırmaq üçün
cihazlardan və texniki vasitələrindən istifadə olunur.
Əhalini vaxtında məlumatlandırmaqla, müdafiə və təxliyə tədbirlərinin
aparılması ilə vulkanik püskürmələrin törətdiyi mümkün zərəri kəskin azaltmaq
mümkündür.
Vulkanın püskürməsi ilə mübarizənin üsulları:
-
vulkanın vəziyyətini daim müşahidə etmək;
- təhlükəli ərazidən əhalinin vaxtında köçürülməsi;
- müdafiə bəndlərinin qurulması;
- lava və lil daşlı axınlarının axması üçün xüsusi kanalların tikilməsi;
Dostları ilə paylaş: |