126
nəzərdə tutulmuş rayonlara köçürülsün; aztəhlükəli daşqın zonalarından - daşqın
təhlükəsi bilavasitə yaranarkən, əhali öz rayonunun daşqın təhlükəsi olmayan
yaşayış məntəqələrinə, lazımi hallarda isə qonşu rayonlara köçürülsün;
• təbii fəlakətlər (zəlzələ, sürüşmə, uçqun, sel, marxal) zonalarından
(yaşayış məntəqələrindən) əhalinin köçürlməsinə belə fəlakət qorxusu yaranarkən
dərhal, plan üzrə başlanır, köçürülən əhali, yaranmış konkret vəziyyətdən asılı
olaraq, təhlükəsiz sahələrdə yerləşdirilir. Bu zaman köçürüləcək əhalinin sayı hər
bir konkret vəziyyət nəzərə alınmaqla müəyyən edilir. Əhali piyada sürətdə, habelə
idarə mənsubiyyətindən asılı olmayaraq bütün nəqliyyat vasitələrində daşınır.
Yuxarıda sadalanan bütün hallarda zədələnmiş şəxslərin onlara ixtisaslı
yardım göstərilməsi üçün köçürülməsi – təcili tibbi yardım stansiyalarının
nəqliyyat vasitələrində və şəhər nəqliyyatının bütün növlərindən istifadə olunmaqla
yerinə yetirilir. Təbii fəlakət rayonlardan köçürülən əhaliyə tibbi xidmət ərazi
səhiyyə orqanları tərəfindən göstərilir, lazımi hallarda onlar qonşu rayonların
səhiyyə orqanların hesabına gücləndirilir.
Köçürülən əhali şəhərdənkənar zonadakı (təhlükəsiz sahələrdəki) şəhər və
yaşayış məntəqələrinin mənzillərində, inzibati binalarda, istirahət evlərində,
pansionatlarda, pioner düşərgələrində və abadlaşdırlmış çadır şəhərciklərində
yerləşdirilir.
Köçürmə orqanları
•
Köçürmə komissiyaları
•
Toplanış-köçürmə məntəqələri
•
Aralıq köçürmə məntəqələri
•
Köçürülənləri qəbuletmə komissiyası
•
Qəbuletmə məntəqələri
•
Əməliyyat qrupları
•
İdarəetmə qrupu
Köçürmə komissiyaları. Köçürmə və qəbuletmə komissiyalarının heyətinə
təhsil sahəsinin, sosial təminat, daxili işlər, rabitə, hərbi komissarlıq, FH-da
fəaliyyət, nəqliyyat orqanları administrasiyalarının (departament, idarə, xidmət,
şöbə) rəhbər şəxsləri daxil edilir. Köçürmə komissiyaları obyektin fəhlə və
qulluqçularının köçürülməsi və təxliyyəsi ilə bağlı bütün məsələləri həll edir. Hər
127
bir müəssisədə və qurumda rəhbərlərin iştirakı ilə köçürmə siyahısını müəyyən
edirlər. Bu siyahılar köçürülmə rayonlarında qeydiyyat, məskunlaşmaq üçün
passport (şəxsiyyət vəsiqələri) ilə birlikdə ən vacib sənəd sayılır.
Toplanış-köçürmə məntəqələri. Burada köçürülənlərin toplaşması,
qeydiyyatı və ətraf zonalara göndərilməsi həyata keçirilir. Toplanış-köçürmə
məntəqələri ictimai təyinatlı binalarda, nəqliyyata toplanmaq məntəqələrinin
yaxınlığında və piyada yolların əvvəlində yerləşir. Hər bir məntəqənin rayon
köçürmə komissiyası, ətraf zonalardakı nəqliyyatdan düşürülmə və piyada
yollarının son dayanacağıyla rabitə əlaqəsi təmin olunur. Bu məntəqələr
köçürülən əhalinin iş və ya yaşayış yerlərində hər 2000-3000 adam üçün bir
məntəqə hesabı ilə rayon (şəhər) icra hakimiyyəti başçısının qərarı əsasında
yaradılır. Buna uyğun olaraq da köçürülmə üçün ayrılan nəqliyyat vasitələrinin
sayı müəyyən edilir.
Aralıq köçürmə məntəqələri. Aralıq köçürmə məntəqələri mümkün dağıntı
(çirklənmə, zəhərlənmə) zonasından kənarda, onlara ən yaxın yaşayış
məntəqələrində, əlaqə yollarının yaxınlığında təşkil olunur. Bunlar mühəndislər
tərəfindən qabaqcadan hazırlanır, köçürülən əhalinin müvəqqəti yerləşdirilməsi
(dincəlməsi), onların yenidən qeydiyyatı, ehtiyac olduqda dozimetrik və kimyəvi
nəzarətin keçirilməsi, insanların tibbi müayinəsi üçün nəzərdə tutlmuşdur. Əgər
ehtiyac varsa məntəqədə ayaqqabı və paltarın xüsusi emalı və ya dəyişdirilməsi
həyata keçirilir.
Köçürülənləri qəbuletmə komissiyası. Köçürülənləri qəbuletmə komissiyası
köçürülmüş əhalinin qəbulunun, yerləşdirilməsinin, ilknövbəli həyat şəraitinin
təminin təşkili üçün yaradılır. Yerli rəhbərliyin qərarı ilə, yerli administrasiyanın
rəis müavinin rəhbərliyi əsasında şəhərkənarı zonada rayon (şəhər) köçürülənləri
qəbuletmə komissiyası təşkil olunur. Onların heyətinə yerli administrasiyanın
xidmət və şöbələrinin rəhbərləri və ya onların müavinləri, köçürülənlərin qəbulu,
yerləşdirilməsi və təminatı ilə əlaqəli işçilərin nümayəndələri daxil olur. Bu
komissiyada qəbulun və yerləşdirilmənin, yol və nəqliyyat təminatının qeydiyyatı
və məlumatı qrupları yaradılır.
Toplanış-qəbuletmə məntəqələri. Toplanış-qəbuletmə məntəqələri gələn
əhalinin qəbulu, qeydiyyatı və yerləşdirilməsi üçün nəzərdə tutlmuşdur. Onlar
ictimai administrasiya binalarının düşürtmə mənqələrinin (stansiyalarının)
yaxınlığında yerləşdirilir. Bu struktura köçürülənlərin qarşılanması, qəbulu,
yerləşdirilməsi, qeydiyyatı, göndərilməsi və müşaiyəti, ictimai asayişin qoruyan
128
qruplar, ərizələrin qəbulu masası, tibb məntəqəsi, ana və uşaq otağı, komendant
xidməti daxildir.
Əməliyyat qrupları. Lokal hərbi münaqişələr zamanı, bir qayda olaraq,
sərhəd zonalarından (40 km) əhalinin köçürülməsini tezləşdirmək tələb olunur. Bu
tədbilərin təşkili məsələləri bu halda əməliyyat qruplarına təhkim olunur. Onlar
yerli özünü idarəetmə orqanlarının və hərbi qurumların, fövqəladə hallarda
fəaliyytə
göstərən
orqanların
və
müvafiq
köçürmə
orqanlarının
nümayəndələrindən təşkil olunur. Bu qrupun heyəti əhalinin xəbərdarlıq
dəstələrindən, onların qeydiyyatı, nəqliyyat, ictimai asayış, insanların
yerləşdirilməsi dəstələrindən, ictimai qidalanmanın təşkili, ilkin lazımi əşyalarla və
tibbi təminat postlarından ibarətdir.
İdarəetmə qrupu. Piyada sıralarının hərəkətinin idarə olunmasını və yolda
asayişin təmin olunması məqsədilə rayon (şəhər) rəhbərliyinin qərarı ilə köçürmə
marşrutlarının və idarəetmə qrupunun rəhbərləri təyin edilir. Bu qrupa marşrut
üzrə köçürülən personalın çalışdığı obyektlərin, və həmçinin, ərazisindən
keçdikləri rayonun özünüidarəetmə qurumlarının nümayəndələri daxil olur. İşdə
lazımi əlaqəni təmin etmək məqsədilə qrupu hissələrə (şöbələrə) bölürlər: rabitə,
sıranın keçməsinin qeydiyyatı, ictimai asayişin mühafizəsi, tibbi yardım, hərəkətin
təmini və idarə olunması.
Dostları ilə paylaş: |