AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
114
Erməni təcavüzünün qarşısını almaq m
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
115
ZƏNGƏZUR BÖLGƏSİNDƏ
AZƏRBAYCANLILARIN SOYQIRIMI
(1918-1920-ci illər)
Kamran İsmayılov
Tarix elmləri üzrə fəlsəfə doktoru,
AMEA-nın A.A.Bakıxanov adına
Tarix İnstitutunun aparıcı elmi işçisi
Əhalisi soyqırım və deportasiyalara məruz qalmış tarixi Azərbay-
can ərazilərindən biri də qədim Zəngəzur torpağıdır. XIX əsrin əvvəl-
lərində Azərbaycan torpaqlarının Rusiya imperiyası və Qacarlar dövləti
arasında bölüşdürülməsi ilə Zəngəzurun yerli əhalisi olan azərbay-
canlıların həyatında faciə və müsibətlərin əsası qoyuldu. Çar Rusiya-
sının Cənubi Qafqazda həyata keçirdiyi müstəmləkə siyasətinin mühüm
formalarından biri olan köçürülmə siyasəti regionun demoqrafik vəziy-
yətində ciddi kəmiyyət dəyişikliklərinə gətirib çıxarmış, erməni əhalinin
Azərbaycanın digər bölgələrinə olduğu kimi Zəngəzurda da kütləvi
yerləşdirilməsi və əksinə, yerli azərbaycanlıların sıxışdırılması nəti-
cəsində ermənilər bölgənin milli tərkibində tədricən üstünlük qazan-
mağa başlamışdılar. Digər bölgələrdə olduğu kimi Zəngəzurda da İran-
dan və Türkiyədən köçürülən ermənilər əsasən azərbaycanlılar yaşayan
kəndlərdə məskunlaşdırılmış, bununla da bölgənin türksüzləşdirilməsi
prosesinin əsası qoyulmuşdu. Ermənilərin bölgədə kütləvi məskunlaşdı-
rılmasından sonra onun tarixən türk mənşəli coğrafi toponimləri də er-
məniləşdirilməyə məruz qalmış, əksər Azərbaycan-türk yer və kənd ad-
ları süni surətdə erməni toponimləri ilə əvəz olunmuşdu.
1905-1906-cı illərdə Zəngəzurda müsəlman əhaliyə qarşı törə-
dilmiş qanunsuzluqlardan sonra bir çox kəndlərin müsəlman əhalisi
qaçqın düşsə də, onların əksəriyyəti bir müddətdən sonra doğma yurd-
yuvalarına geri qayıtmış, öz həyatlarını yenidən qurmağa müvəffəq ol-
muşdular. 1917-1920-ci illərdə Zəngəzurun türk əhalisi ikinci dəfə
soyqırım və deportasiya ilə üzləşməli oldu. Lakin 1906-cı ildən fərqli
olaraq bu dəfə onların əksəriyyətinə öz doğma yerlərinə qayıtmaq
müəssər olmadı.
1917-ci ilə aid statistik məlumatlara görə Zəngəzur qəzasında
azərbaycanlılar 123085 (və ya 990 73), yəni 55,0%, ermənilər isə 99257
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
116
(və ya 82976), yəni 44,3% təşkil edirdi
1
. Rusiyada 1917-ci ilin fevral
inqilabından sonra bölgədə yaranmış ziddiyyətli vəziyyətdən, I Dünya
müharibəsinin yaratdığı mürəkkəb şəraitdən istifadə edərək ermənilər
qonşu xalqların hesabına milli dövlət yaratmaq iddialarını gerçəkləşdir-
məyə başladılar. Bu ideyanın həyata keçirilməsi üçün isə yeganə yol bu
ərazilərdə yaşayan yerli əhalinin məhv edilməsi idi. Bu məqsədlə kütlə-
vi terror və zorakılıqlardan istifadə edən erməni şovinistləri təkcə 1917-
ci ildə Zəngəzur qəzasında 109 kəndi dağıtmışdılar
2
Əgər 1918-ci ilin
mayına qədər azərbaycanlı əhaliyə qarşı kütləvi talanlar və vəhşiliklər I
Dünya müharibəsində iştirak etmiş erməni hərbi hissələri və yerli
ermənilərin quldur dəstələri tərəfindən həyata keçirilirdisə, Ararat Res-
publikasının yaranmasından sonra türk-müsəlman əhalisinin soyqırımı
rəsmi İrəvanın dövlət siyasətinə çevrildi və bu işdə dövlətin nizami
silahlı qüvvələrdən fəal istifadə olunmağa başlandı.
Zəngəzurda 1918-ci ildə türk-müsəlman əhalisinin soyqırımı qul-
dur Andronikin bölgəyə gəlməsi ilə pik nöqtəyə çatdı. Cənubi Azərbay-
canda, Naxçıvanda və Ordubadda kütləvi qırğınların bilavasitə təşkilat-
çısı olan bu quldurun dəstələri öz qara əməllərini bu dəfə Zəngəzurda,
silahsız Azərbaycan kəndlilərinə qarşı davam etdirməyə başladılar.
1918-ci ilin sentyabrın əvvəllərində Zəngəzurun hüdudlarına soxulan
erməni qulduru dinc müsəlman əhaliyə qarşı amansız tədbirlər həyata
keçirilməyə başladı. Andronikin vəhşilikləri haqqında Azərbaycan
Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiya-
sının sənədlərində, yerli hakimiyyət nümayəndələrinin, ictimai xadimlə-
rin teleqram və məktublarında, dövrü mətbuat səhifələrində, eləcə də
çoxsaylı şahid ifadələrində kifayət qədər faktlar və materiallar mövcud-
dur. FTK-in topladığı 36 cildlik istintaq materiallarının (3500 səhifəlik)
2 cildi (təqribən 80 səhifəlik) Zəngəzur qəzasındakı hadisələri özündə
ehtiva edir. Zəngəzur qəza rəisi M.Namazəliyevin məlumatına görə An-
dronikin başçılığı ilə erməni quldurları Urud, Darabas, Ağadu, Vağudi,
Arıqlı, Şukər, Məlikli, Pulkənd, Şəki, Qızılcıq, Qarakilsənin müsəlman
hissəsini, İrmis, Pəhlili, Kürdlər, Xotanan, Sisiyan, Zabazadur müsəl-
man kəndlərini dağıdaraq 500 nəfər insanı qətl etmişdi.
3
M.Namazəli-
1
Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və
xarici dövlətlərin siyasəti (1917-1921-ci illər) Bakı, 1997, s.49
2
Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA), f.970,s.1,iş 253, v.11, 18-19
3
ARDA, f.894,s.4,iş 19,v.129
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
117
yevin 30 oktyabr 1918-ci il tarixli raportundan isə bəlli olur ki, 1917-ci
ilin dekabrı – 1918-ci ili avqustu arasındakı müddətdə təkcə Zəngəzur
qəzasının I sahəsində 16 kənd dağıdılmış, 708 nəfər məhv edilmiş, 47
mln.390 min rubl məbləğində maddi ziyan vurulmuşdu
1
.
FTK üzvü N.Mixaylov 1918-ci il ərzində Zəngəzur qəzasında
törədilmiş vəhşiliklərin təhqiqatı əsasında hazırladığı məruzə-
də
2
azərbaycanlı əhalinin soyqırımına məruz qalmasını konkret faktlar-
la əsaslandırmışdır. Məruzədə qeyd edildiyi kimi, Zəngəzur qəzasında
ermənilərin müsəlmanlar üzərində fasiləsiz zorakılıqlar həyata keçir-
mələri baxımından daha ağır şərait mövcud idi. Yüksək dağlıq ərazidə
yerləşməsindən və qonşu Şuşa və Cəbrayıl qəzaları ilə əlaqələrinin po-
zulmasından, eləcə də müsəlman kəndlərinin pərakəndə halda, erməni
kəndlərinin əhatəsində yerləşməsindən istifadə edən ermənilər bölgədə
daha əlverişli vəziyyətdə idilər. Azərbaycanın digər bölgələri ilə mü-
qayisədə qəza müsəlmanların vəziyyəti həm də onunla pisləşmişdi ki,
yaxşı silahlanmış erməni kəndliləri ilə yanaşı qəzada general Androni-
kin rəhbərliyi altında mütəşəkkil hərbi hissə də var idi. Sonuncu öz
əlində çoxsaylı silahlı qüvvə cəmləşdirərək Zəngəzur ərazisinə soxul-
muş və Ermənistan Respublikasının göstərişinə uyğun olaraq müsəl-
man əhalisinə ermənilərin hakimiyyətinə tabe olmağı, əks təqdirdə qə-
zanı tərk etməyi tələb etmişdi. Andronikin əsas məqsədi bununla Zən-
gəzuru Ermənistan Respublikanın tərkibinə qatmaqdan ibarət idi. On-
lara tabe olmadan imtina edən müsəlmanlara qarşı ermənilər görünmə-
miş vəhşiliklər törədir, müsəlmanları qətl etməklə kifayətlənməyərək,
onların kəndlərin yandırır və dağıdır, əmlakını, mal-qarasını aparır,
torpaqlarını ələ keçirirdilər. Sisyan mahalının I polis sahəsinin
bütün
müsəlman kəndləri, II sahənin kəndlərinin əksər hissəsi, III, IV, V
sahələrin mühüm hissələri tamamilə məhv edilmişdi. Bəzi kəndlər ta-
mamilə yerlə-yeksan edilmiş, ermənilər tərəfindən əkin sahələrinə
çevrilmişdi. 50000 nəfərdən müsəlman öz yurd-yuvalarından qaçqın
düşərək 4-cü sahədə və qonşu Cəbrayıl qəzasında yerləşmişdi. Məru-
zədə dağıdılmış və məhv edilmiş 115 kəndin adı göstərilmişdi. Adı çə-
kilən kəndlərdə 10068 nəfər müsəlman öldürülmüş və ya yaralanmışdı
1
“Азербайджан”, 1918, 13 ноября
2
Bax: Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı. Sənədlər toplusu. 3 cilddə, II
cild, I kitab. Gəncə quberniyasında soyqırımı. 1917-1920-ci illər, Bakı, Tarix
İnstitutunun nəşri, 2011, s.265-287
Dostları ilə paylaş: |