Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

 

68

ə



həmiyyətli  təsir  göstərmək  imkanına  malikdir.  Əslində  monetar  siyasətlə  fiskal 

siyasətin  məqsədləri  iqtisadi  tənzimlənmonin  ən  vacib  məqamlarına  -  iqtisadi 

böhranın 

aradan 


qaldırılmasını 

sabitləşdirməyə 

təsərriifat 

sisteminin 

formalaşmasının  səmərəliyinə,  məşğulluğun  və  iqtisadi  artımın  təmin  edilməsinə 

və s. görə üst-üstə düşür. 

Lakin pul-kredit siyasətinin aşağıdakı özünəməxsus vəzifələri də vardir: 

  - qiymətlərin səviyyəsinin sabitləşdirilməsi; 

         - inflyasiyanın qarşısının alınması; 

 - daxili və xarici bazarda milli valyutanın kursunun və alıcılıq qabiliyyətinin 

sabilləşdirilməsi; 

- pul tədavülünün sabitliyinin təmin edilməsi; 

- bank sistcmi vasitəsilə pula olan tələb-təklifin tənzimlənməsi.  

Dövlət  tərəfındən  dövriyyəyə  buraxılan  pul  kütləsini  ixtisar  etdiyi,  pul 

emissiyasını  məhdudlaşdırdığı,  kredit  üçün  yüksək  faiz  dərəcəsi  tətbiq  etdiyi 

hallarda  təmayüllü  hesab  edilir.  Əksinə,  dövlət  torəfındən  aparılan  siyasət  pul 

kütləsinin artırılmasına yönəldiyi halda, tədavülo yeni pul kütləsinin buraxılmasına 

son  dərəcə  zəif  reaksiya  göstərilir  və  bu  siyasəti  iqtisadi  praktikada  ucuz  kredit 

verilməsinə şərait yaratdığına görə mülayim pul-kredit siyasəti sayılır. 

Dövlətin  pul-kredit  siyasətinin  mühüm  tərkib  hissəsi  və  eyni  zamanda  əsas 

aləti  olan  yenidən  maliyyələşdirmədən  və  açıq  bazar  əməliyyatlarının  ehtiyatının 

yaradılması və satışının təmin edilməsindən geniş şəkildə istifadə edilir. Bütün bu 

vasitələr  ayrılıqda  yox,  birlikdə  olduqda  tədavüldəki  pul  kütləsini  tənzimləməyə 

imkan  verir,  bazar  qiymətlərin  dinamikasına,  inflyasiya  səviyyəsinə,  bazar 

subyektlərinin  golirləri  və  xərclərinə  təsir  göstərir.  Yenidən  maliyyələşdirmə 

siyasəti əslində faiz siyasətidir, kredit ehtiyatlarına uyğun olaraq, Mərkəzi Bankın 

tədavüldn  olan  pul  kütləsinin  həcminə  görə  faiz  dərəcələrini  müəyyən  edir, 

kommersiya banklarının vergilərini yenidən uçota alaraq onlara kredit verir. Daha 

geniş planda isə kommersiya bankları Mərkəzi Bankdan kredit alır və onu yenidən 

öz  müştərilərinə  satır  və  bununla  da  yenidən  maliyyələşdirmə  həyata  keçirir. 




 

69

Mərkəzi  Bank  bu  mexanizmlə  maliyyə  bazarına,  kredit  kimi  verilən  pulun 



qiymətinə təsir etmək imkanma malikdir. Qiymətləri - uçot dərəcələrini artırmaqla 

kreditə  olan  tələbi  ixtisar  edir  və  tədavüldə  olan  pul  kütləsini  məhdudlaşdırır, 

ə

ksinə,  azaltmaqla,  yəni  ucuz  kredit  verilməsini  təmin  etməklə  pul  kütləsinin 



artımına   təkan   verir.   Mərkəzi   Bank   yenidən   maliyyələşdirməni məhdudlaş-

dırmaqla      pul      ekspansiyasının      həcminə      birbaşa      təsir  göstərmək  imkanına 

malikdir.    Bu  zaman  yenidən  maliyyələşdirmi  siyasətinin  tərkib  hissəsi  olan  faiz 

dərəcəsinin  tənzimlənməsindən,  yəni  faiz  siyasətindən  istifadə  edilir.  Bu  siyasət 

təkcə  Mərkəzi  Bank  və  kommersiya  banklan  tərəfindən  yox,  həm  də  faizlə  borc 

verən bütün kreditorlar vasitəsilə həyata keçirilir. 

Dövlət  fəal  pul  kütləsinə,  daha  doğrusu,  dövriyyədə  olan  pul  vəsaitinin 

həcminə  səmərəli  təsir  göstərmək  üçün  Mərkəzi  Bank  vasitəsilə  ehtiyat  siyasəti 

həyata  keçirir.  Ehtiyat  siyasətinin  mahiyyəti  ondan  ibarətdir  ki,  Mərkəzi  Bank 

kommersiya  banklarıni  öz  aktivlərinin  müəyyən  hissəsini  faizsiz  ehtiyat 

formasında  Mərkəzi  Bankda  saxlamağa  məcbur  edir.  Bu  siyasətin  həyata 

keçirilməsi nəticəsində, yaranan ehtiyat norması nə qədər yüksəlirsə, kommersiya 

banklarının öz pul vəsaitləri ilə sərbəst şəkildə əməfrfyat aparmaq imkanları bir о 

qədər  azalır,  bu  isə  tədavüldəki  pul  kütləsinin  məhdudlaşmasına  gətirib  çıxarır. 

Ehtiyat norması tədavüldə pul kütləsi çatışmazlığı baş verdikdə azaldılmalıdır. Son 

nəticədə,  inflyasiyanın  yaranmasına  aparan  və  tədavül  kanallarının  izafı  kağız 

pullarla  həddən  artıq  yüklənməsi  ilə  nəticələnən  pul  azlığı  şəraitində  isə  ehtiyat 

normasının həcmi artırılmalıdır. 

Sərt  pul-kredit  siyasəti  və  dövlət  büdcəsinin  balanslaşdırılması  vasitəsilə 

makroiqtisadi  sabitləşmə  tədbirləri  ilə  yanaşı,  Azərbaycan  Respublikası  Milli 

Bankının  timsalında  Mərkəzi  bank  və  kommersiya  banklarından  (onların  sayı 

tədricən azalaraq hazırda 43-ə çatıb) ibarət ikipilləli bank sistemi formalaşmışdır. 

2007-ci ilin sonlarına yaxın Azorbaycanda bank aktivlərinin ümumi məbləği 6041 

mln.  manat, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 3234 mln. dollar, uçot faiz 

dərəcəsi 13% olmuşdur.

 



 

70

Ölkənin  pul-kredit  siyasətini  həyata  keçirən  Mərkəzi  Bankın  iqtisadi 



tənzimləmənin son strateji məqsədlərini birbaşa nəzarət altına almaq və onlara təsir 

etmək imkanlarına malik olması həmin məqsədlərə çatmaq üçün pul-kredit siyasəti 

alətləri ilə təsir göstərməyi, pul aqreqatlarından istifadə etməyi mümkün edir. Belə 

ki,  monetarizm  konsepsiyası  çərçivəsində,  pul-kredit  siyasətinin  alətəri  ilə  aralıq 

hədəflər  arasında  birbaşa  asılılığın  məntiqi  davamı  olaraq,  iqtisadi  tənzimləmədə 

aralıq hədəflər əldə olunması üçün əməliyyat hədəflərindən istifadə edilir. 

Mərkəzi  Bankın  fəaliyyətinin  əsas  məqsədi  öz  səlahiyyətləri  daxilində 

qiymətlərin  sabitliyinin  təmin  edilməsidir.  Bunu  nəzərə  alaraq  MB  baza 

inflyasiyanın monetar amillərdən asılı olaraq dəyişən göstəricisini hədəfləyir. Baza 

inflyasiya  üzrə  hədəf  MB  tərəfindən  hər  növbəti  il  üçün  işlənən  və  ictimaiyyətə 

bəyan olunan pul siyasətinin əsas istiqamətlərində öz əksini tapır. 

Pul siyasəti üzrə son məqsədə nail olmaq üçün aralıq hədəflər müəyyən edilir. 

Aralıq hədəf kimi pul kütləsindən və nominal effektiv məzənnədən (NEM) istifadə 

edilir.  Azərbaycanda  pul  kütləsi  və  NEM-dən  pul  siyasətinin  aralıq  məqsədləri 

kimi  istifadə  olunması  uzunmüddətli  dövrdə  inflyasiyanın  dinamikasının  əsasən 

məhz bu parametrlərdən asılı olmasi ilə əlaqədardır. 

Pul siyasətinin aralıq hədəflərindən asılı olaraq onun əməliyyat hədəfı müəy-

yənləşdirilir. Əməliyyat hədəfi pul bazası və manatın ABŞ dollarına nəzərən ikitə-

rəfli nominal məzənnəsidir. Pul siyasətinə dair gündəlik qərarlar pul bazasının və 

ABŞ dollarının məzənnəsinin dəyişməsində dərhal öz əksini tapir. Pul bazasının və 

manatın məzənnəsinin ABŞ dollarına nəzərən dəyişməsi pul kütləsinə və NKM-o 

təsir  göstərir.  Bu  da  müəyyən  vaxt  ərzində  inflyasiya  üzrə  hədəfə  nail  olmağa 

imkan verir. 

Pul-kredit slerasının dövlət tərəfındən tənzimlənməsi о halda müsbət səmərə 

verir  ki,  dövlət  Mərkəzi  Bank  vasitəsilə  xüsusi  sektorun  fəaliyyətinə  təsir 

göstərmək imkanına malik olsun. Onu da qeyd etmək lazımdır ki, bu prinsip inki-

ş

af etmiş bazar iqtisadiyyatı ölkələrində pul-kredit sisteminin əsasını təşkil edir. Bu 



tənzimləmə bir-biri ilə qarşılıqlı əlaqədə olan bir neçə istiqamətdə həyata keçirilir. 


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə