Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

 

56

*ödəniş  tarazlığının  pozulma  hallarında  bazardakı  mübadilə  məzənnəsinin 



saxlanması üçün valyuta ehtiyatlarının kifayət qədər olması. 

Ona  görə  də  ölkənin  ödəniş  balansının  vəziyyəti,  hər  şeydən  əvvəl,  cari 

ə

məliyyatlar üzrə milli pul vahidinin valyuta məzənnəsinə bilavasitə təsir göstərir. 



Xroniki passiv ödəniş balansında milli valyutanın mübadilə məzənnəsi aşağı düşür, 

aktiv ödəniş balansında isə  valyuta  məzənnəsi  yüksəlir.  Xarakterik  haldır  ki, val-

yuta məzənnəsinin dinamikası üçün əsas əhəmiyyət kəsb edən, iki ölkə arasındakı 

cari  əməliyyatlar  üzrə  ödəniş  balansının  saldosu  yox,  bu  balansın  həmin  ölkə  ilə 

beynəlxalq hesablaşmalarda iştirak edən bütün dövlətlər üzrə ümumi saldosudur. 

Öz  növbəsində,  beynəlxalq  hesablaşmalar  balans  sistemi  ilə  əlaqədardır. 

Balans  sisteminə  ticarət  balansı,  cari  əməliyyatlar  üzrə  ödəniş  balansı,  kapital  və 

kreditlərin hərəkət balansı, ümumi ödəniş balansı, müəyyən tarix üzrə hesablaşma 

balansı, müəyyən dövr üçün hesablaşma balansı daxildir. 

Ticarət  balansı  ödəniş  balansının  əsas  tərkib  hissəsi  olub,  müəyyən  zaman 

dövrü üçün (ay, rüb, il) həmin ölkə mallarının ixrac və idxal dəyərlərinin nisbətini 

göstərir. 

Cari  əməliyyatlar  üzrə  ödəniş  balansına  xarici  ticarət  dəyərindən  başqa, 

nəqliyyat xərcləri, turizm xərcləri, investisiya gəlirləri (görünməyən ixracatdan gə-

lən  gəlirlər),  о  cümlədən  transfertlər  -  şəxsi  və  rəsmi  köçürmələr  daxildir.  Cari 

ə

məliyyatlar  üzrə  ödəniş  balansının  aktiv  saldosu  kapitalın  ölkədən  çıxarılması 



üçün zəmin yaradır. Passiv saldo isə kapital və kreditlərin hərəkət balansında əks 

olunan kapitalların uyğun axını ilə ödənilməsini tələb edir. 

Kapitalların  və  kreditlərin  hərəkət  balansına  ehtiyatların  nəzərə  alınmama 

şə

rti  ilə  kapitalların  hərəkəti,  birbaşa  investisiyalar,  portfel  investisiyaları,  gəlirin 



yenidən  investisiya  edilməsi,  qısamüddətdi  və  uzunmüddətli  kapitallar,  kreditlər 

üzrə köçürmələr və ödənişlər daxildir. 

Ümumi ödəniş balansına cari əməliyatlar üzrə ödəniş balansı, kapital və kre-

ditlərin hərəkət balansı, həmçinin qızıl və valyuta ehtiyatlarının hərəkəti daxildir. 




 

57

Hesablama balansı verilmiş ölkənin başqa dövlətlərə nəzərən tələb və öhdə-



liklərini  ifadə  edir.  Bu  tələblərə  və  öhdəliklərə  dövlət  aktivləri  (qızıl  valyuta  və 

başqaları)  və  şəxsi  aktivlər,  birbaşa  investisiyalar,  alınmış  və  verilmiş  kreditlər, 

maliyyə  və  qeyri  maliyyə  korporasiyalarının  digər  öhdəlikləri  daxildir.  Ödəniş 

balansından  fərqli  olaraq, hesablama  balansına  digər  ölkələrə nəzərən ödənişlərin 

aparılmadığı bütün tələblər və öhdəliklər daxildir. 

ndiki  zamanda  valyuta  məzənnələrinin  kəsilməz  enmə-qalxmalarının  və 

valyutaların nisbi qiymət dəyişmələrinin köməyi ilə qarşılıqlı beynəlxalq tələblərin 

və  öhdəliklərin  tənzimlənməsi  ilə  bağlı  nəzəri  imkan  real  həqiqətə  çevrilmiş, 

müasir konversiya edilmə mexanizminin ayrılmaz hissəsi olmuşdur. Təcrübə üzən, 

lakin dövri şəkildə tənzimlənən valyuta məzənnələrinin müsbət nəticələrini təsdiq 

etdi. Bu tipli kursyaradıcı mexanizm milli iqtisadiyyatın «açıqlıq» prinsiplərinə və 

onların düya təsərrüfatına inteqrasiyasına daha yüksək səviyyədə cavab verir. 

Üzən  (şərtləşdirilmiş  hüdudlarda)  valyuta  kursları  iqtisadiyyatın  struktur  və 

tənasüblərinin  konservasiya  problemini  aradan  qaldırır.  Məsələ  ondadır  ki,  azad 

bazar şəraitində valyuta mövqelərinin pisləşməsi xalq təsərrüfatının bu və ya digər 

sektorunda  vəziyyətin  uğursuzluğundan  xəbər  verir.  Bu  isə  milli  və  beynəlxalq 

səviyyədə  iqtisadi  siyasət  vasitələrinin  köməyi  ilə  təshihedici  tədbirlərin  zəruri-

liyini  göstərir.  Nəzərdə  tutmaq  lazımdır  ki,  valyutanın  «təmiz»  üzməyi  (mərkəzi 

bankın şəxsində dövlətin müdaxiləsi olmadan) bu problemi həll etmir. 

Məhz  buna  görə  də  valyuta  məzənnələrinin  tənzimlənməsini  nəzərdə  tutan 

və  mərkəzi  banklar  tərəfindən  həyata  keçirilən  aktiv  və  elastiki  valyuta  siyasəti 

tələb olunur. Valyuta məzənnəsi vasitəsilə milli pul vahidinin məhdudluğu aradan 

qaldırılır və onun lokal dəyərinin beynəlmiləl dəyərə çevrilməsi baş verir. Nəticədə 

özünəməxsus  dəyər  meyarı  formalaşır  və  bu  dəyər  meyarı  valyutaların  bir-birləri 

ilə nizamlı və müntəzəm şəkildə dəyişdirilməsinə imkan yaradır. Təsərrüfat əlaqə-

lərinin bütün beynəlmiləlləşdirilmə mexanizmində valyuta məzənnəsinə xüsusi yer 

ayrılır. Onun köməyi ilə milli qiymətlərin, əməк haqlarının və bir çox başqa dəyər 

göstəricilərinin  səviyyələri  xarici  ölkələrin  analoji  göstəriciləri  ilə  tutuşdurulur. 




 

58

xrac-idxal əməliyyatlarının effektivliyi, bu və ya digər malların istehsal məqsədə-



uyğunluğu, iqtisadiyyatın bu və ya digər sahələrində inişafin nisbi gəlirliliyi, nəti-

cədə ölkənin beynəlxalq əməк bölgüsündəki iştirak səviyyəsi bu əsasla müəyyən-

ləşir. 

Hər  bir  dövlətin  valyuta  tənzimlənməsi,  hər  şeydən  əvvəl,  valyuta 



məzənnələrinin  hansı  sisteminin  -  möhkəm  məzənnə,  yoxsa  üzən  məzənnə 

sisteminin istifadə olunmasından asılıdır. 

Möhkəm  məzənnə  sistemi  qeyd  olunmuş  sərt  paritetlərə  və  valyutanın  tam 

dövriliyinə əsaslanan sistemi ifadə edir. Söhbət elə valyuta sistemindən gedir ki, bu 

sistemdə  valyutaların  nisbi  qiymətləri  müəyyənləşsə  də,  qiymətlərin  mütləq 

səviyyəsi qeyd olunmamışdır. 

Çevik  valyuta  məzənnələri  sistemində  ödəniş  balanslarının  bərabərləşdiril-

məsi deviz bazarlarının köməyi ilə baş verir. Ona görə də mərkəzi banklar valyuta 

bazarlarına  müdaxilə  etmək  vəzifəsindən  azad  olur  və  avtonom  pul  siyasəti  ye-

ritmək imkanı qazanırlar. Əgər valyuta kursları daxili və xarici bazarlardakı qiymət 

müxtəlifliyinə uyğunlaşırlarsa, onda valyuta məzənnələrinin enib-qalxmaları xarici 

ticarət münasibətlərinə ziyan gətirmir. Lakin təcrübə göstərir ki, üzən valyuta mə-

zənnələrinin tətbiqindən sonra da valyuta məzənnələri uzun müddət ərzində alıcılıq 

qabiliyyətinin paritetindən kənara çıxa bilirlər. Bu isə milli pul siyasətini pozur. 

Üzən  valyuta  məzənnəsindən  istifadə  təcrübəsi  göstərir  ki,  o,  ödəniş 

balansının  uzunmüddətli  tarazlığına  gətirib  çıxarmır,  valyuta  bazarlarının  qeyri 

stabilliyini  gücləndirir  və  inflyasiyanın  əsas  faktoru  olur.  Ona  görə  də  bir  çox 

dövlətlər tənzimlənən və möhkəm (sərt) valyuta məzənnələri istifadə edir, həm də 

üzən məzənnənin «sərt» tənzimlənməsini tətbiq edirlər. 

Bu  halda  ondan  çıxış  edirlər  ki,  valyuta  kurslarının  nisbi  möhkəmliyi  daxili 

və xarici iqtisadi tarazlığa yaxşı təsir göstərir. Möhkəm dəyişmə məzənnəsi (digər 

bərabər  şərtlər  daxilində)  mübadilə  şərtlərinin  yaxşılaşmasına  kömək  edir,  çünki 

idxal  qiymətini  «yatırtmağa»  və  inflyasiya  ilə  mübarizəni  gücləndirməyə  imkan 

verir. 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə