Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

 

47

II  qrup.  Qismən  dönərli  valyutalar.  Müəyyən  sahələrdə  valyuta 



ə

məliyyatlarına  məhdudiyyət  qoyan  ölkələrin  valyutalrı  qismən  dönərli  valyuta 

adlanır.Məsələn, funt-sterlinq vəs. 

III qrup. Qapalı valyutalar. Yalnız bir ölkə daxilində tətbiq edilən valyutalar 

валйуталар

  qapalı  valyutalar  adlanır.  Məsələn,  Azərbaycan  manatı,  Mozambik 

metkalı, Tanzaniya şillinqi və dünyanın 130 ölkəsi. 

Dönərliliyin  ən  böyük  faydası  dövlətlərarası  ödəmələrin  asanlaşdırılması, 

dünya  ticarəti  və  maliyyə  axarlarının  inkişaf  etdirilməsidir.  Hər  hansı  bir  ölkənin 

valyutasını dönərli valyutaya  çevirmçək üçün  aşağıdakı  tədbirləri həyata keçirmək 

lazımdır: 

  Tədiyyə balansının tarazlığını təmin etmək; 

  Lazımi valyuta ehtiyatı yaratmaq və onu qoruyub saxlamaq; 

  Müstəqil valyuta bazarını yaratmaq; 

  Real valyuta məzənnəsi siyasətini həyata keçirmək; 

  Milli pul və kapital bazarını beynəlxalq bazarlarla əlaqələndirmək; 

 

dxalat  məhdudiyyətlərini  və  gömrük  tariflərini  minimuma  endirməklə 



dünyaya çıxışı təmin etmək. 

Dünyada  ona  yaxın  valyuta  məzənnə  rejimi  vardır.  BVF-nun  1978-ci  il 

nizmanaməsindəki  dəyişikliyə  əsasən  hər  bir  ölkə  istədiyi  valyuta  rejimini  seçə 

bilər. Lakin konkret olaraq valyuta məzənnəsinin əsasən rejimi mövcuddur: 

1.

  Sərbəst  formalaşan  valyuta  məzənnəsi  və  yaxud    «üzən»  məzənnə.  Bu 



məzənnə valyuta bazrında  tələb və təklifə əsasən formalaşır. 

2.

  Təsbit  edilmiş  valyuta  məzənnəsi.  Bu  cür  valyuta  məzənnəsi  dövlət 



tərəfindən müəyyən edilir. 

3.

  Müasir dövrdə  ən  geniş  yayılmış  rejim  –  «tənzimlənən  üzən məzənnə» 



rejimidir.  Bu  rejimin  mahiyyəti  ondan  ibarətdir  ki,  milli  valyutanın 

mübadilə  məzənnəsi  dövlət  tərəfindən  əvvəlcədən  müəyyən  еdilmiş 

çərçıvədə dəyişir. Buna çox vaxt «valyuta dəhlizi» deyirlər. Onu da qeyd 

edək ki, respublikaızda da burejimdən istifadə edilir. 




 

48

Devalvasiya və revalvasiya valyuta siyasətinin ənənəvi üsullarındandır. 



Devalvasiya-milli  valyutanın  xarici  valyuta  qarşısında  məzənnəsinin 

düşməsidir. 

Revalvasiya-milli  valyutanın  xarici  valyuta  qarşısında  məzənnəsinin 

artmasıdır. 

Devalvasiyanın  məqsədi  tədiyyə  balansındakı  kəsri  ləğv  etməkdir.  Gəlin 

devalvasiyanın ölkənin beynəlxalq əlaqələrinə necə təsir etdiyinə baxaq. 

2015-ci ilin fevralında respublikamızda manat rəsmi olaraq 0,784 dollardan 

1,05  dollara  qalxdı.  Devalvasiya  faizini  tapmaq  üçün  verilmiş  valyutanı  vahidə 

bərabər tutub, məzənnəlkər arasındakı fərqi köhnə məzənnəyə bölüb 100-ə vurmaq 

lazımdır. 

Yəni,            1 dollar = 0,784 manat – köhnə məzənnə M

k

 



                    1 dollar = 1,051 manat – yeni məzənnə М

y

 



 

             

%

9

,



33

%

100



7840

,

0



784

,

0



051

,

1



%

100


=

=



=

M



M

M

D

k

k

y

f

 

 



Deməli  manatın  devalvasiyasının  həcmi  33,9  %    оlub.  Digər  ölkələrin 

vayutaları  eyni  vaxtda  devalvasiya  etməyiblərsə,  onda  onlar  manata  nisbətən 

bahalaşıblar. 

Ə

gər  xarici  valyutanın  revalvasiya  faizini  tapmaq  istəyiriksə,  eyni  ilə 



verilmiş valyutanı vahidə çevirməli, məzənnə fərqini köhnə məzənnəyə bölüb 100-

ə

 vurmaq lazımdır. 



Biz əgər dollar revalvasiyasıni hesablayırıqsa, onda 1 dolları vahidə çevirək. 

Bizim misalda şərt: 

        1 dollar = 0,784 manat – köhnə məzənnə М

k

 



        1 dollar = 1,051 manat – yeni məzənnə М

y

 



 


 

49

            1 manat = 



M

k

dollar

dollar

= 275



,

1

784



.

0

1



 

 

           1 manat =



 

M

y

dollar

dollar

=



951

,

0



051

.

1



1

 

 



            

%

9



,

25

%



100

3976


951

,

0



275

,

1



%

100


=

×



=

×



=

M

M

M

R

k

k

y

f

 

 



Azərbaycan ixracatçısı öz valyutasının devalvasiyası hesabına uddu, yəni о, 

dollar  hesabına  daha  çox  manat  qazandı.  Çünki  ixracatçı  əvvəl  qazandıgı  bir 

dollara cəmi 0.7840 manat alırdısa, indi о, əksinə 1  dollar hesabına 1,051 manat 

а

lır. Buna devalvasiya hədiyyəsi deyilir və bu hədiyyə 25,9 % təşkil edir. 



Lakin  Azərbaycan  idxalçısı  əksinə,  uduzdu  və  bu  uduzma  33,9  %  təşkil 

edir.Yəni, idxalçı qazandıgı hər manat üçün əvvəl  1,275 dollar alırdısa, indi o, hər 

manat üçün 0,951 dollar аlır. Çünki idxalçı malı dollarla alır. 

Azərbaycanın  daxili  borclusu  burada  devalvasiyadan  udur.  Çünki  о,  öz 

borclarını manatla ödəyəcək, əksinə xarici borc dollarla ödənildiyindən, о, uduzur. 

Valyuta  siyasətinin  metodlarına  gəldikdə,  bu  metodlar  demək  olar  ki,pul 

siyasətinin metodları ilə eynidir. Valyuta siyasətinin metodları aşağıdakılardır: 

1.

  Valyuta müdaxiləsi (milli pulla xarici valyutanın alqı-satqısı) 



2.

  Açıq  bazarda  mərkəzi  bankın  əməliyyatları  (qiymətli  kağızların  alqı-

satqısı). 

3.

  Mərkəzi  Bank  tərəfindən  faiz  dərəcəsinin  və  ya  məcburi  ehtiyat 



normasının artırılıb azaldılması. 

4.

  Valyuta mövqeyinin dəyişdirilməsi. 



Valyuta mövqeyi- – bankların xarici valyutada olan öhdəlikləri (satın alınan) 

və tələbləri (satılan) arasındakı nisbətdir. Valyuta mövqeyi iki cür olur: qapalı və 

açıq. 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə