41
bütün seqmentlərində təyin edilmiş məzənnələrin əsasında "orta çəki" prinsipi üzrə
hesablanır.
Ölkənin qlobal maliyyə sabitliyinin əsas istiqamətlərindən biri onun tədiyyə
və ticarət balansının vəziyyətidir. Mərkəzi Bankın valyuta siyasətinin əsas istiqa-
mətlərindən biri də məhz ölkə ixracatının beynəlxalq rəqabət qabiliyyətini təmin
etməkdən, yerli istehsalın dirçəlişinə və ixracın artmasına stimul verməkdən
ibarətdir. Görülən işlər nəticəsində ölkəmizin olduqca yüksək tədiyyə qabiliyyəti
təmin edilmişdir. 2000-ci ildən başlayaraq Azərbaycanın xarici ticarət balansında
müsbət meyllər müşahidə olunur. Bu da heft strategiyasının reallaşması nəticəsində
baş vermişdir.
Hazırda ölkəmizin müəssisə və təşkilatları dünyanın 120-dən çox dövləti ilə
ixrac-idxal əməliyyatları aparır. 2005-ci ildə Azərbaycanın xarici ticarət
dövriyyəsinin ixrac üzrə həcmi 7948962 min dollar, 2006-cı ildə 13014633 min
dollar, 2007-ci ildə 21269317 min dollar, 2008-ci ildə 30586343 min dollar, 2009-
cu ildə 21096820 min dollar, 2010-cu ildə 26476026 min dollar, 2011-ci ildə
34494880 min dollar, 2012-ci ildə 32634038 min dollar, 2013-cü ildə isə
31702945 min dollar olmuşdur.
Azərbaycanın xarici ticarət dövriyyəsinin idxal
üzrə həcmi isə 2005-ci ildə 4349857 min dollar, 2006-cı ildə 5269338 min dollar,
2007-ci ildə 6045019 min dollar, 2008-ci ildə 7574679 min dollar, 2009-cu ildə
6513875 min dollar, 2010-cu ildə 6745603 min dollar, 2011-ci ildə 10166471 min
dollar, 2012-ci ildə 10417471 min dollar, 2013-cü ildə isə 10320593 min dollar
olmuşdur.
Respublikamızda valyuta siyasətinin əsas istiqamətlərindən biri də strateji
valyuta ehtiyatlarının beynəlxalq standartlara uyğun səviyyədə saxlanılması və
artırılması məqsədilə onların səmərəli idarə olunmasından ibarətdir. Ölkəmizdə
strateji valyuta ehtiyatları rəsmi valyuta ehtiyatları və Dövlət Neft Fondunun
vəsaitlərinin cəmindən ibarətdir.
42
Məlumdur ki, respublikamızda əvvəllər Vahid Valyuta Fondu mövcud idi.
10 mart 1995-ci ildə prezidentin fərmanı ilə bu fond ləğv edildi və onun qalığı (16
milyon dollar) Mərkəzi Banka verildi.
Lakin ölkənin neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə
edilən mənfəət neftin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin
toplanması və səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına
və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata
keçirilməsinə yönəldilməsi məqsədilə 29 dekabr 1999-cu ildə prezident fərmanı ilə
Dövlət Neft Fondu (DNF) yaradıldı. DNF-nin gəlirləri ölkəmizin payına düşən
xam neftin və qazın satışından əldə edilən gəlirlər, bonus ödənişləri, akrhesabı
ödənişlər, fondun fəaliyyətindən əldə edilən gəlirlər və digər gəlirlər hesabına
formalaşır.
Respublikamızın rəsmi və strateji valyuta ehtiyatlarının həcmi uyğun olaraq
2009-cu ildə 5044,1 milyon və 4805,8 milyon, 2010-cu ildə 6237,1 milyon və
5999,2 milyon, 2011-ci ildə 10145,9 milyon və 9910,4 milyon, 2012-ci ildə
11562,1 milyon və 11325,0 milyon, 2013-cü ildə 14018,6 milyon və 13780,1
milyon, 2014-cü ildə 12658,7 milyon və 11286,0 milyon dollar olmuşdur.
Qeyd
etmək lazımdır ki, xarici valyuta ehtiyatları üzrə beynəlxalq norma üç aylıq idxalı
təmin etmək səviyyəsində olmalıdır. Respublikamızda bu göstərici beynəlxalq
standartlara tam uyğundur və ölkənin yüksək ödəmə qabiliyyətinin təmin
olunmasına imkan verir.
Azərbaycan DNF-nin hesabına yeni iş yerlərinin yaradılması, müxtəlif
dövlət və sosial yönümlü layihələrə investisiyaların qoyulması, əhalinin ən zəruri
sosial tələblərinin yerinə yetirilməsi üzrə bir sıra işlər həyata keçirilmişdir. Onu da
qeyd etmək lazımdır ki, hazırda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması üçün, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yeni iş
yerlərinin açılması üzrə də kompleks tədbirlər həyata keçirilir.
Göründüyü kimi Mərkəzi Bank tərəfındən həyata keçirilən valyuta
siyasətinin əsas məqsədi Mərkəzi valyutanm məzənnəsinin sabitliyini qorumaq
43
üçün onun kəskin dəyişikliklərdən mühafızəsi, manatın mübadilə məzənnəsinin
müşahidə olunan inflyasiya və deflyasiya prosesinin qarşısını almaq vasitəsi kimi
istifadə edilməsi, daxili valyuta bazannın daha da inkişafının təmin edilməsi,
həyata keçirilən valyuta əməliyyatlarının dairəsinin genişləndirilməsi, manatın tam
dönərliliyinə keçid üçün lazımi şəraitin yaradılması, strateji valyuta ehtiyatlarının
artırılması və yerləşdirilməsi etibarlılığı və əlverişli gəlirlilik şərti ilə likvidliyini
təmin etmək üçün strateji valyuta ehtiyatlarının səmərəli idarə edilməsindən
ibarətdir.
Sadalanan bu istiqamətlər makroiqti sadisabitliyin əsas tərkib hissələrini
təşkil edir. Bu göstəricilərin lazımi səviyyədə olması makroiqtisadi sabitliyin
olmasına şərait yaradır.
Valyuta siyasətinin aşağıdakı əsas formaları mövcuddur:
1.
Diskont siyasəti
2.
Deviz siyasəti
Deviz siyasətinə aşağıdakılar daxildir:
• Valyuta intervensiyası (müdaxiləsi);
• Valyuta ehtiyatlarının diversifikasiyası (çoxşaxəliliyi);
• Valyuta məhdudlaşdırmaları;
• Valyuta dönərliliyi dərəcəsinin tənzimlənməsi;
• Valyuta məzənnəsi rejimi;
• devalvasiya;
• revalvasiya.
diskont (uçot) siyasəti-Mərkəzi Bank tərəfindən uçot faizinin dəyişdirilməsi
hesabına valyuta məzənnəsinin və tədiyyə balansının tənzimlənməsinə əsaslanır.
Bunun nəticəsində ölkə daxilində kapital ахınınа, pul kütləsinə, məcmu tələbə təsir
etmək olur. Diskont siyasəti ölkədə kredit həcminə, inflyasiya səviyyəsinə, tədiyyə
balansı vəziyyətinə, valyuta məzənnəsinə və bütün bunların nəticəsində
iqtisadiyyata təsir göstərmək məqsədilə uçot dərəcəsinin rəsmi aşağı salınması və ya
yüksəldilməsi yolu ilə həyata keçirilir.Uçot dərəcəsinin dəyişdirilməsi milli
Dostları ilə paylaş: |