Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

 

32

sonra (məsələn, 3 aydan sonra) sövdələşmə ilə nəzərdə tutulmuş valyuta məbləğini 



alıcının hesabına köçürür. Qeyd edək ki, alqı-satqı məzənnəsi əvvəlcədən satıcı və 

alıcı  arasında  razılaşdırılır.  Beləliklə,  müddətli  valyuta  məzənnəsinin  xüsusiyyəti  

ondan  ibarətdir    ki,  valyuta  sövdələşməsinin  bağlanması  və  yerinə  yetirilməsi 

arasında vaxt intervalı mövcuddur. 

Valyuta  mübadiləsi  məzənnəsində  orta  məzənnə  göstəicisi  də  var.  Orta 

məzənnə özündə alıcının vəsatıcının məzənnələrinin riyazi göstəricisini əks etdirir, 

ə

dədi orta ilə hesablanır. Bu cür məzənnə həqiqətdə mövcud deyildir, аncаq onun 



səviyyəsi  haqqında  hər  gün  kütləvi  informasiya  vasitələrində  xəbər  vеrilir.   

Göstərilən  məzənnə  uzun  müddət  iqtisadi  müqayisələrdə  istifadə оlunur. Bəzən 

bu qiymətdən mərkəzi bankların rəsmi məzənnəsinin təsbitində istifadə olunur. 

Valyuta  bazarında  beynəlxalq  banklar  tərəfindən  aparılan  əməliyyatlar, 

həmçinin  milli  valyutaların  məzənnəsi  ABŞ  dollarına  nəzərən  aparılır.  Bu  isə 

dolların beynəlxalq ödənişlərdə və ehtiyat vasitəsi kimi çox istifadə оlunmasından 

irəli  gəlir.  Məzənnələrin  ümumiyyətlə,  dollar  üzərində  ifadəsi  məzənnələrin 

hesablamalarını  asanlaşdırır.  Çünki  müxtəlif  ölkələrin  valyuta  bazarlarında 

məzənnələr  ABŞ  dolları  ilə  milli  pul  arasındakı  nisbət  şəklində  ifadə  ediləndə 

dollar  xaricində  iki  fərqli  pul  arasındakı  dəyişmə  nisbəti  аvtоmatik  şəkildə 

hesablana  bilər.  Bu  cür  məzənnə  çarpaz  məzənnə  adlanır.  Çarpaz  məzənnə  iki 

xarici valyutanın üçüncü valyutaya görə məzənnəsidir.  

Bu deyilənlərlə yanaşı valyuta məzənnəsinin daha üç növü var: 

1. Rəsmi 

2.

  Banklararası 



3.

  Birja 


Rəsmi  məzənnəni  Mərkəzi  Bank  təyin  edir,  məqsəd  isə  tədiyyə  balansı 

müəyyən  olunanda  və  ya  tərtib  olunanda  gömrük  ödəmələrini  uçota  almaq 

üçündür.  Bu  növdən  istifadə  hər  bir  ölkənin  valyuta  sistemindən  və  valyuta 

rеjimindən asılı olaraq dəyişir. Hansı ölkələrdə ki, təsbit edilmiş valyuta rejimi var, 

belə ölkələrdə məzənnə inzibati qaydada apaрılır. Mərkəzi bank tələb və təklifdən 



 

33

asələ  olmayaraq  milli  valyutanın  məzənnəsini  digər  bir  xarici  valyutaya  görə 



müəyyən  edir.  Belə  hallarda  məkəzi  bank  müxtəlif  əməliyyatlara  görə  müxtəlif 

məzənnə qoya bilər. 

«Valyuta  dəhlizi"  rejimində  rəsmi  valyuta  məzənnəsi  ya  «valyuta  dəhlizi» 

çərçivəsində,  ya  da  birja  səviyyəsində  həyata  keçirilir,  yaxud  da  gündəlik 

məzənnədən («sürünən təsbit edilmiş» məzənnə deyilir) istifadə edilir. 

nkişaf    etməmiş      valyuta      bazarları  olan  bir  çox  ölkələrdə  valyuta 

ə

məliyyatları birja vasitəsi ilə aparılir və rəsmi məzənnə birja səviyyəsində həyata 



keçirilir. 

«Üzən» valyuta rejimi olan sərbəst valyuta bazar olan ölkələrdə, yəni valyuta 

мə

zənnəsi  tələb  və  təklif  əsasında  formalaşan  ölkələrdə  Mərkəzi  Bank  rəsmi 



мə

zənnəni    banklararası  səviyyədə  müəyyən    edir.    Sənayecə  inkişaf  etmiş 

ölkələrdə  valyuta  əməliyyatlarının  əsas  hissəsi  banklararası  valyuta  bazarında 

həyata keçirilir və əsas məzənnəni banklararası məzənnə təşkil edir. 

Birja məzənnəsi adətən köməkçi xarakter daşıyır. Sərt valyuta siyasəti аpаran 

ölkələrdə  isə  rəsmi  məzənnə  mövcuddur.  nkişaf  etməmiş  valyuta  bazarı  olan 

ölkələrdə  məzənnə  valyuta  birjasında  müəyyən  olunur  (alqı-satqı  sifarişlər   

ə

sasında   məzənnə müəyyən   olunur).   Bu   məzənnə  həm banklararası, həm də 



bank müştəriləri tərəfindən istifadə  olunur. 

Valyuta  məzənnəsi  bir  sıra  amillərdən  asılıdır,  yəni  valyuta  məzənnəsinin 

formalaşmasınana bir sıra amillər təsir göstərir. Bu amillər aşağıdakılardır: 

1.  nflyasiya  səviyyəsi. nflyasiyanın  artması  milli  valyutanın  alıcılıq   

qabiliyyətini  aşağı  salır.  Bu  da  öz  növbəsində  milli  valyutanın  xarici  valyutalara 

nisbətən məzənnəsinin aşağı düşməsinə səbəb olur. 

2.  Tədiyyə  balansının  vəziyyəti.  Tədiyyə  balansının  aktiv  saldosu  milli 

valyutanın  məzənnəsinin  möhkəmləndirilməsini  təmin  edir,  çünki  valyuta 

bazarında  ona  tələb  artır,  xarici  valyutanın  təklifi  isə  genişlənir.  Passiv  saldo  isə 

м

illi  valyutanın  ucuzlaşması  ilə  nəticələnir,  çünki  valyuta  bazarında  onun  təklifi 



genişlənir, xarici valyutaya isə tələb artır. 


 

34

3.  Valyuta  siyasəti.  Valyuta  müdaxiləsi  vasitəsilə  valyuta  bazarının  dövlət 



tənzimlənməsi  də  milli  valyutanın  məzənnəsinin  dinamikasına  təsir  edir.  Valyuta 

müdaxiləsi  xarici  valyutalar  üzrə  tələb  və  təklifi  tarazlaşdıraraq  milli  valyutanın 

məzənnəsinin müəyyən səviyyədə saxlanılmasına imkan verir. 

4.  Milli  gəlirin  dinamikası.  Milli      gəlirin  yüksək  sürətlə  artması  əhalinin 

alıcılıq  qabiliyyətini  yaxşılaşdırır.  Nəticədə  həm  daxildə,həm  də  xaricdə  istehsal 

edilmiş məhsul və xidmətlərə əhalinin tələbi yüksəlir. Xarici məhsul və xidmətlərə 

tələbin artması idaxlın genişlənməsinə şərait yaradır. Ona görə də хаrici valyutaya  

tələb  artır  və  onun    milli    valyutaya    nisbətən  məzənnəsi  yüksəlir,  milli  gəlirin 

azalması isə əks nəticələr verir. 

5. Faiz dərəcələri arasındakı fərq.  Məsələn,ölkənin maliyyə bazarında dövlət 

qiymətli  kagızları  üzrə  dərəcələrin  yüksəlməsi  onu  həm  daxili,  həm  də  xarici 

investorlar üçün yüksək gəlirlilik baxımından cazibədar edir. Bu səbəbdən ölkəyə 

xarici    sərmayənin  axını  güclənir.Lakin  dövlət  qiymətli  kağızların  alınmasından   

öncə  xarici  sərmayədarlar  öz  valyutalarını  bu  kağızların  ifadə  olunduğu  milli 

valyutaya  dəyişməlidirlər.  Belə  olduqda  milli  valyutaya  tələb  artır  və  o,  xarici 

valyutalara nisbətən bahalaşır, əksinə, faiz ödəmələri aşağı   düşəndə həm  daxili,   

həm  də xarici   sərmayədarlar öz sərmayələrini ölkədən çıxararaq başqa ölkələrdə 

yerləşdirirlər.Milli valyutada ifadə olunmuş bu sərmayələr xaricə çıxarılmamışdan 

öncə  xarici  valyutalara  dəyişdirilir.  Bu  da  öz  növbəsində  milli  valyutanın  xarici 

valyutaylara nisbətən dəyərdən düşməsinə səbəb olur. 

6.  Möhtəkirlik  əməliyyatları.  Siyasi  hadisələrin  iqtisadi  siyasətə  təsir  edə 

bilmək  ehtimalı  (məsələn,  milliləşdirmə  təhlükəsi  və  s.)  möhtəkir  axınların 

sürətlənməsinə səbəb  ola bilər.  Belə hallarda  möhtəkir  xarakterli  əməliyyatlardan 

doğan  axınlar,  yəni  zəif  bir  valyutadan  kütləvi  surətdə  sabit  vаlyutaya  qaçmaq 

valyuta məzənnəsinə çox ciddi təsir göstərir. 

Valyuta  möhtəkirliyi  -  bank,  firma  və  ayrı-ayrı  fiziki  şəxslərin  valyuta 

bazarlarında   valyuta    məzənnələrinin    dəyişəcəyini    ehtimal    edərək    və 

ə

vvəlcədən  düşünülmüş  şəkildə  valyuta  riskini  öz  üzərinə  götürərək  gələcəkdə 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə