22
Pul-kredit siyasətinin strateji məqsədi tam məşğulluq, qiymətlərin sabitliyi,
dövlət büdcəsi və tədiyyə balansının tarazlığı ilə səciyyələnən iqtisadi artıma nail
olmaqdan ibarətdir. Bunların arasında inflyasiyanın optimal səviyyədə saxlamaq
vəzifəsi çox mühümdür.
Nominal Effektiv Məzənnə (NЕМ) "xarici qiymətlərin idxali" mexanizmi
vasitəsilə daxili inflyasiya səviyyəsinə təsir edən çoxsaylı inflyasiya amillərindən
biridir. NEM ölkənin əsas ticarət partnyoru olan ölkələrin valyutalarına qarşı ma-
natın orta çəkisini, mübadilə məzənnəsini əks etdirir və onun dəyişməsi indekslə
ölçülür.
Uzunmüddətli perspektivdə, yəni Azərbaycan iqtisadiyyatının yüksək inkişaf
səviyyəsinə çatdığı dövrdə, Mərkəzi Bankın yenidənmaliyyələşmə mexanizmi sırf
pul tənzimləmə məqsədlərinə xidmət etməlidir. Məhz bu mərhələdə, yəni iqtisadi
resursların tam olaraq istehsal dövriyyəsinə cəlb olunması tam məşğulluq, pul-
maliyyə axınlarının real sektorda baş verən proseslərlə bilavasitə vəhdətdə olması
şə
raitində Mərkəzi Bankın kredit siyasətində bank sektoru real sektor prinsipi artıq
öz əhəmiyyətini itirmiş olacaq. Bu mərhələdə əsas vəzifə yalnız maliyyə çətinlik-
ləri ilə üzləşmiş banklara "diskont pəncərəsi" vasitəsilə gəlirlərinin yüksək templə
artımı ilə əlaqədar bank sisteminin depozit bazası şübhəsiz ki, xeyli genişlənəcək.
Bu amil bankların kredit resurslarına ehtiyacının xeyli azalmasını şərtləndirəcək.
qtisadi tərəqqi sahəsində yüksək nailiyyətlər əldə etmiş inkişaf etmiş
dövlətlərdə ixtisaslaşdırılmış dövlət maliyyə institutları geniş fəaliyyət göstərir. Bu
insitutların fəaliyyəti aşağıdakı təsisatlar formasında təmin olunur: ümumiyyətlə
ə
həmiyyət kəsb edən istehsal təyinatlı investisiya layihələrini maliyyələşdirən
dövlət inkişaf bankları, sahəvi investisiya korporasiyaları, riskli innovasiya
sahələrini maliyyələşdirən fondlar və s. Başqa sözlə, iqtisadiyyatın bu və ya digər
sahələrini milli inkişaf prioritetləri ranqına daxil etmiş dövlətlərdə pul təklifı
texnologiyası məqsədli maliyyələşdirmə prinsipi əsasında qurulmuşdur. Belə
texnologiya faiz dərəcəsinin elə bir səviyyədə müəyyənləşdirilməsini nəzərdə tutur
23
ki, pul bazarının faiz dərəcəsinin istehsal sferasının mənfəət normasından yüksək
olmasının qarşısı alınır.
Bununla yanaşı maliyyə spekulyasiyalarının qarşısının alınmasının güclü
mexanizmi də yaradılır ki, artan pul emissiyası hiperinflyasiya effekti doğurmasın.
Yəni maliyyə aktivləri (məsələn, dövlət qiymətli kağızları) gəlirlilik səviyyəsinin
istehsal sferasının orta rentabellik səviyyəsindən aşağı olması təmin olunur. Bu
dövlət qiymətli kağızlarının gərginliyinin məhdudlaşdırılması yolu ilə reallaşdırılır.
Azərbaycanda da hökümətin struktur-investisiya və sənaye siyasəti
çərçivəsində prioritet sahələrə Mərkəzi Bank tərəfindən müvafiq maliyyə
təşkilatları vasitəsilə məqsədli kreditlərin verilməsi mühüm əhəmiyyət kəsb edə
bilər. Bu isə faktiki olaraq birbaşa pul tənzimləmə alətlərinin tətbiqinin yenidən
genişlənməsi deməkdir.
Ümumiyyətlə, pul kütləsinin pul tənzimləmə üsulları ilə planlaşdırılması,
yəni onun hər dövr üçün artımının kəmiyyət göstəricilərinin müəyyənləşdirilməsi
siyasətindən iqtisadi subyektlər üçün əlverişli faiz dərəcəsini müəyyən etməklə
pula olan real tələbə uyğun pul-kredit siyasəti keçirilməsi deməkdir.
Qeyd etmək lazımdır ki, neftdən gələn gəlir Dövlət Neft Fondunun hesabına
daxil olur. Onu da qeyd etmək lazımdır ki, DNF-nin hesabındakı vəsaitlər də xarici
ölkələrin banklarında 1,5%-lik orta dərəcə ilə yerləşdirilib. Həmin ölkələr isə bu
vəsaitlərdən istifadə edərək öz iqtisadiyyatlarını inkişaf etdirirlər. Halbuki, bu
vəsaitləri respublikamızda fiziki və hüquqi şəxslərə aşağı faizlə kredit vermək, yeni
iş yerlərinin açılmasına, sahibkarlığın inkişaf etdirilməsinə, ümumiyyətlə,
iqtisadiyyatın yüksək səviyyəli inkişafına yönəltmək olardı. Çünki, devalvasiya
siyasəti şəraitində ixrac qabiliyyətli yerli istehsalın inkişafı vacib məsələdir. Ancaq
bizə məlumdur ki, neftin dünya bazarında qiyməti qeyri-sabitdir. Belə ki, neftin
qiymətinin nəzərdə tutulan göstəricidən aşağı düşməsi, ölkə iqtisadiyyatında böyük
çətinliklər yaradacaqdır. Ona görə də neft sektoru ilə yanaşı qeyri-neft sektorunu
da inkişaf etdirmək lazımdır.
24
Bütün bu və digər məqsədləri həyata keçirmək üçün Mərkəzi Bank pul
siyasətini bir qədər də təkmilləşdiməli, sərt monetar idarəetməni daha da
yumşaltmalı, iqtisadi idarəetmə orqanları arasında koordinasiyanı artırmalı və pul
siyasətinin açıq bazarda əməliyyatlar alətinin inkişafını stimullaşdırmalıdır.
25
1.3. Makroiqtisadi sabitliyin təmin edilməsində pul-kredit
siyasə tinin rolu
Pul-kredit siyasəti iqtisadi proseslərin çevik idarə edilməsi və sta-
billəşdirilməsi üçün Mərkəzi Bankın (MB) tədbirlər sistemindən ibarətdir. MB-nin
pul siyasətinin əsas məqsədi inflyasiyanı nəzarət altında saxlamaqla yeni iş
yerlərinin açılmasına və əhalinin tam məşğulluğuna, iqtisadi artıma nail olmaq
üçün ölkədə münbit maliyyə mühiti yaratmaqdır. Bu məqsədlərin əldə edilməsində
MB pul kütləsinin tənzimlənməsindən geniş istifadə edir. Çünki pul kütləsi
qiymətlərin stabilliyində, ümumi tələb və təklifin balanslaşdırılmasında mühüm
amil hesab edilir. Başqa sözlə, dövriyyədə arxasında real əmtəə dayanmayan pul
kütləsininin artması inflyasiyanın başlıca səbəblərindəndir. Ümumiyyətlə, Mərkəzi
Bank elə bir qiymət hədləri, formalaşdırmağa çalışır ki, həm istehsalçının və
istehlakçının maraqları uzlaşsın, həm də iqtisadi artım baş versin. Bunun üçün
Mərkəzi Bank birrəqəmli inflyasiya səviyyəsinin formalaşdırılmasını hədəfləyir.
Müasir iqtisadi sistemlərdə sıfır inflyasiyalı iqtisadiyyat yoxdur. Çünki qiymətlər
həddən aşağı düşəndə istehsalçı kifayət qədər mənfəət əldə edə bilmir və istehsala
marağı azalır. nkişaf etmiş ölkələrdə illik 3-4 faizlik inflyasiyadan iqtisadi artımı
stimullaşdırmaq üçün istifadə edilir.
qtisadiyyatın sabit inkişafı üçün pul təklifinin iqtisadi şəraitə
uyğunlaşdırılması vacibdir. Böhran dövründə iqtisadiyyatda investisiya fəallığını
artırmaq və canlanma yaratmaq üçün Mərkəzi Bank kommersiya banklarının kredit
ə
məliyyatlarını stimullaşdırmaqla pul təklifini artırır. Bu da ödəmə qabiliyyətli
tələbin artmasına səbəb olur. Nəticədə qiymətlər artır və istehsalın həcminin
artmasına maddi maraq yaradır. 2008-ci ildə dünya böhranından sonra tikinti
sektorunda yaranan durğunluğu aradan qaldırmaq üçün AMB ipoteka kreditlərinin
verilməsində də bu amacı güdürdü: ipoteka kreditləri mənzilə tələbatı artıracaq. Bu
da qiymət artımı yaradaraq mənzil tikintisi və onunla bağlı olan digər sahələri
Dostları ilə paylaş: |