Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   2   3   4   5   6   7   8   9   ...   30

 

13

Elektron  statistikanın  tətbiqi  təmin  olunacaq,  bazar  konyukturunun  daha 



dolğun  qiymətləndirilməsi  üçün  mikroiqtisadi  monitorinq  genişləndiriləcəkdir. 

Mərkəzi Bankın fəaliyyətinin ictimai kommunikasiyası gücləndiriləcəkdir. 

Növbəti  illərdə  də  iqtisadiyyatın  şaxələnməsinə  dəstək  vermək  məqsədilə 

Mərkəzi  Bank  maliyyə  sektorunun  fəaliyyətinin  dayanıqlığının  təmin  edilməsi 

istiqamətində  tədbirlərini  gücləndirəcək,  maliyyə  vasitəçiliyinin  diversifikasiyası 

və  "inklüzivliyini"  təşviq  edəcəkdir.  Maliyyə  sektorunda  dərinliyin,  effektivliyin, 

sabitliyin və resurslara geniş çıxışın təmin olunması başlıca prioritetlər olacaqdır. 

Bazel-III  standartları  ilə  harmonizasiya  məqsədilə  risk  əsaslı  prudenisal 

nəzarətin  yeni  çərçivəsinin  formalaşdırılması  istiqamətində  fəaliyyət  davam 

etdiriləcəkdir.  Bu  çərçivə  daha  çevik  və  effektiv  nəzarət  siyasətinin  həyata 

keçirilməsi və analitik nəzarət alətlərinin təkmilləşdirilməsinə imkan verəcəkdir. 

Bankların  məcmu  kapitalının  minimum  məbləğinə  dair  Mərkəzi  Bankın 

müəyyən  etdiyi  yeni  tələbə  uyğunlaşması  təmin  ediləcəkdir.  Bu  proses  bankların 

kapital 


mövqeyinin 

möhkəmləndirilməsinə 

və 

kapitalın 



keyfiyyətinin 

yaxşılaşdırılmasına  şərait  yaradacaqdır.  Yeni  kapital  tələbi  sektorun  konsoli-

dasiyası  və  restrukturizasiyasına  imkan  verməklə,  iqtisadiyyata  daha  ucuz  və 

çeşidli bank məhsullarının ötürülməsinə, əmanətçilər və investorların maraqlarının 

daha effektiv qorunmasına xidmət edəcəkdir. 

Bununla bağlı xüsusi kommunikasiya strategiyası həyata keçiriləcəkdir. 

Bank  sisteminin  dayanıqlığının,  problemli  aktivlərlə  işin  səmərəliliyinin 

artırılması  məqsədilə  qabaqcıl  beynəlxalq  təcrübəyə  əsasən  ixtisaslaşdırılmış 

qurumun  yaradılması  imkanları  da  araşdırılacaqdır.  Banklarda  risklərin  idarə 

edilməsi  sistemlərinə,  menecmentin  kompetensiyalarına,  texnoloji  və  kadr 

potensialına  tələblər  yüksəldiləcəkdir.  Maliyyə  xidmətləri  istehlakçılarının 

maraqlarının  müdafiəsi  sisteminin  gücləndirilməsinə  xüsusi  diqqət  yetiriləcəkdir. 

Ə

halinin  yığımlarının  müdafiəsi  məqsədilə  əmanətlərin  sığortalanması  sisteminin 



təkmilləşdirilməsi həyata keçiriləcəkdir. 


 

14

Bank-maliyyə  sektorunun  dərinliyinin  artırılması  istiqamətində  tədbirlər,  о 



cümlədən  regionların  maliyyə  resurslarına  çıxışı  imkanlarını  artırmaq 

istiqamətində  fəaliyyat  davam  etdiriləcəkdir.  Maliyyə  institutlarının  regional 

şə

bəkəsinin,  о  cümlədən  qeyri-bank  kredit  institutlarının  fəaliyyətinin  genişlən-



dirilməsi təşviq olunacaqdır. 

Nağdsız  ödənişlərin  miqyasının  genişləndirilməsi  də  Mərkəzi  Bankın 

fəaliyyətinin  mühüm  prioritetlərindən  olacaqdır.  Milli  Ödəniş  Sisteminin  əsas 

komponentlərinin  davamlı  fəaliyyəti  və  inkişafı  təmin  ediləcəkdir.  Vergi,  rüsum, 

icarə haqqı, digər ödənişlərin dövlət qurumlarına elektron formada ödənilməsinin 

təmin edilməsi məqsədilə yaradılmış "Hökumət Ödəniş Portalı"na növbəti ildə də 

aidiyyatı qurumların inteqrasiyası istiqamətində zəruri tədbirlər görüləcəkdir. 

 

"Azərpoçt"  MMC-nin  xidmət  şəbəkəsi  vasitəsilə  regionlarda  elektron  bank 



xidmətlərinə  çıxış  imkanlarının  daha  da  artırılması  təmin  olunacaqdır.  nnovativ 

ödəniş  alətlərindən  və  xidmətlərindən  istifadənin  kütləvi  hal  alması,  elektron 

ödəniş xidmətlərindən istifadə aktivliyinin daha da artırılması təşviq ediləcəkdir. 

2014-cü ildə Mərkəzi Bank ölkədə makroiqtisadi sabitliyin qorunmasına və 

qeyri-neft  sektorunda  artımın  təşviqi  siyasətinə  hərtərəfli  dəstək  vermişdir. 

inflyasiya təkrəqəmli səviyyədə olmuş, manatın məzənnəsi sabit qalmış, iqtisadiy-

yatın  pula  olan  tələbatı  ödənilmişdir.  Bank  sektorunun  maliyyə  dayanıqlığı  qo-

runmuş və sektor sağlam əsasda genişlənməkdə davam etmişdir. Ödəniş sistemləri 

inkişaf etdirilmiş və nağdsız ödənişlərin miqyası böyümüşdür. 

2015-ci  ildə  də  Mərkəzi  Bank  üçün  makroiqtisadi  və  maliyyə  sabitliyinin 

qorunması,  bu  əsasda  iqtisadi  artımın  və  şaxələnmənin  dəstəklənməsi  əsas 

prioritetlər 

olacaqdır. 

Mərkəzi 


Bank 

qarşıdakı 

ildə 

də 


birrəqəmli 

inflyasiya  səviyyəsinin  saxlanmasına  dəstək  verəcək,  bank  sektorunda  maliyyə 

dayanıqlığının qorunmasını təmin edəcək, sektorun maliyyə dərinliyinin artırılması 

istiqamətində fəaliyyətini davam etdirəcəkdir. 



 

 


 

15

1.2. Pul-kredit siyasətinin modernləşdirilməsi yolları 

 

Dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri pul-kredit siyasətidir. 



Pul-kredit  siyasəti  dedikdə  ölkədə  pul-kredit  münasibətlərinin  təşkili  sahəsində 

mərkəzi bankın hökümət ilə birlikdə işləyib hazırladığı tədbirlərin məcmusu başa 

düşülür.  Bu  tədbirlərin  köməyi  ilə  pul-kredit  sferasının  təkrar  istehsal  prosesinə 

təsiri  təmin  olunur.  Bu  tədbirlər  hər  bir  ölkənin  qarşısında  duran  vacib  strateji 

məsələlərin, iqtisadi artımın tənzimlənməsi, inflyasiyanın buxovlanması istehsalın 

səmərəliliyinin  yüksəldilməsi,  əhalinin  məşğulluğunun  təmin  edilməsi,  xarici 

iqtisadi əlaqələrin stabilləşdirilməsi və s. təmin edilmiş olur.    

Deməli, Mərkəzi Bankın pul-kredit siyasəti dedikdə: 

- iqtisadi artımın tənzimlənməsi; 

- inflyasiyanin buxovlanması; 

- istehsalın səmərəliliyinin yüksəldilməsi; 

- əhalinin məşğulluğunun təmin edilməsi; 

- xarici iqtisadi əlaqələrin stabilləşdirilməsi və s. Yönəldilən pul tədavülü və 

kredit  üzrə  Mərkəzi  Bankın  və  hökümətin  həyata  keçirdiyi  tədbirlərin  məcmusu 

başa düşülür. 

Ümumilikdə iqtisadiyyatın dövlət tənzimlənməsinin məqsədi ölkənin optimal 

iqtisadi  artım  tempi  şəraitində  makroiqtisadi  tarazılığa  nail  olmaqdır.  Pul-kredit 

siyasəti dövlətin iqtisadi siyasətinin bir sahəsi kimi özündə quruluş, maliyyə, sosial 

və  xarici  iqtisadi  siyasəti  birləşdirir.  Beləliklə,  dövlətin  pul-kredit  siyasətinin  ali 

məqsədi  stabil  iqtisadi  artımı  təmin  etməkdir.  Bu  məqsəd  dövlətin  iqtisadi 

siyasətinin strateji məqsədinə tam uyğundur. Lakin bu məqsədə pul-kredit siyasəti 

çərçivəsində  həyata  keçirilən  tədbirlərin  köməyi  ilə  nail  olmaq  olur.  Bu  tədbirlər 

müəyyən  xüsusiyyətlərə  malik  olmaqla  nisbətən  yavaş  həyata  keçirilir  və  ona 

görədə  mərhələlərlə  həyata  keçirilir.  Cari  pul-kredit  siyasəti  müəyyən  konkret 

məqsədlərə  yönəldilir.  Məsələn  pul  aqreqatlarının  nizamlaşdırılması  vasitəsilə 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə