16
dövriyyədəki pulun miqdarı nizamlaşdırılır, milli valyutanın kursu nizamlaşdırılır,
inflyasiya üzrə istiqamətlər müəyyənləşdirilir və s.
Pul-kredit siyasətinin iqtisadi və təşkilati əsasının xüsusiyyəti onun obyekt-
ləri və subyektlərinin xüsusiyyətləri ilə müəyyən edilir. Pul-kredit siyasətinin
obyekti kimi pul bazarındakı tələb və təklif qəbul edilir. Dövlətin pul-kredit siya-
sətini həyata keçirmək funksiyası olan mərkəzi bank və kommersiya bankları pul-
kredit siyasətinin subyektləri hesab edilirlər. Tədavüldəki pul kütləsinin nizamlaş-
dırılması üçün mərkəzi bank müxtəlif pul aqreqatlarından istifadə edir, onların
həcmini artırıb, azaldır. Pul dövriyyəsindəki ümumi pul kütləsində onların qurulu-
ş
unu dəyişdirir. Pul bazarı maliyyə bazarının tərkib hissəsi olmaqla pula tələbat və
pul təklifıni və eləcə də pulun "qiyməti" ilə faiz dərəcələrinin tarazlığının təmin
olunmasını əks etdirir. Pul bazarında tarazılıq hərəkətdə olur, yəni bir sıra amillərin
təsiri ilə daima dəyişir.
Təsəvvür edək ki, pulun təklifi dəyişilərək pula tələbat daima dəyişməzdir. Pul
kütləsinin təklifı artdıqda müvəqqəti olaraq onlann artıqlığı yaranır. Əhali faiz
gətirməyən öz pul ehtiyatlarını azaltmağa çalışır və digər maliyyə aktivləri (istiq-
razlar) əldə etməyə çalışır. Onlara tələbat artır, müvafıq olaraq qiymətlər yüksəlir.
Pulların saxlanmasına görə faizlər və ya digər alternativ gəlirlər aşağı düşür. Bu
zaman əhali və fırmalar yavaş-yavaş əllərində saxlamalı olduqları pulun miqdarını
artırır və aşağı faizlə yüksək pul təklifı ilə pul bazarında bərabərlik bərpa olunur.
kinci halda pula tələbat dəyişilərək pul təklifı sabit qalarsa milli iqtisadiyyat
çərçivəsində mal dövriyyəsinə xidmət etmək üçün çox pul tələb olunur, əhali və
firmalar isə öz aktivlərinin pul formasında saxlanmasına üstünlük verirlər.
Ümumilikdə pul-kredit siyasətinin əsasında pul nəzəriyyəsi - pulun və pul-
kredit siyasətinin ümumilikdə iqtisadiyyatın vəziyyətinə təsiri prosesi durur.
Müasir şəraitdə bazar iqtisadiyyatı modelli ölkələr iki pul-kredit siyasəti
konsepsiyasından birini seçirlər:
>
Kredit ekspansiyası və ya "ucuz"pul siyasəti
>
Kredit restrikasiyası və ya "bahalı"pul siyasəti
17
Mərkəzi bankın kredit ekspansiyası kommersiya banklarının resurslarını
artırır, belə ki, verilmiş kreditlər nəticəsində dövriyyədəki ümumi pul kütləsi
artırılır. Kredit restrikasiyası kommersiya banklarının kreditləşmə imkanlarını
azaldır və nəticədə iqtisadiyyatın pul ilə təminatı azalır. Pul-kredit siyasətinin
nəzəri əsaslarını və pul-kredit siyasətinin konsepsiyalarını bilmək heç də onun sə-
mərəli təşkili və qoyulan məqsədlərə nail olmaq demək deyildir. Pul-kredit
siyasətinin formalaşmasının təcrübi istiqamətləri öz növbəsində müəyyən məsələ-
lərin işlənib hazırlanmasını tələb edir:
•
Strateji məqsədlərə nail olmaqda səmərəli təsir göstərən pul-kredit
siyasətinin konkret faktiki məqsədini seçmək;
•
pul-kredit siyasətinin qabaqcıl obyektini: pula tələb və təklifi, faiz
dərəcələri və ya pulun miqdarını seçmək;
•
pul-kredit siyasətinin işlənib hazırlanması və həyata keçirilməsində
mərkəzi bankın müstəqillik dərəcəsi;
•
siyasətin tsiklik və ya antitsiklik olması;
• pul-kredit siyasətinin inflyasiya ənənələrinə təsiri dərəcəsi.
Bütün bunlarla yanaşı pul-kredit siyasətinin həyata keçirilməsində bank
sisteminin stabilliyi fövqəladə əhəmiyyət kəsb edir.
Hər bir ölkənin bank sistemi onun iqtisadiyyatını təşkil edən zəruri elemen-
tidir. Pul-kredit münasibətləri çərçivəsində banklar istehsal və istehlak sferasının
arası kəsilməz fəaliyyətini təmin edir. Bank sektoru vasitəsilə bütün iqtisadiyyatın
pul-kredit nizamlaşdırılması impulsu ötürülür. Mərkəzi banklar tərəfindən
kommersiya banklarının fəaliyyətinin tənzimlənməsi mərkəzi bank tərəfindən
iqtisadiyyatın pul-kredit nizamlaşdırılmasının bir istiqaməti kimi qəbııl edilməlidir.
Pul-kredit siyasətinin həyata keçirilməsində müəyyən metodlardan istifadə
edilir. Pul-kredit siyasəti metodu dedikdə - qarşıya qoyulmuş məqsədlərə nail
olmaq üçün pul-kredit nizamlaşdırılmasının dövlət orqanı kimi Mərkəzi Bankın və
pul-kredit siyasətini həyata keçirən kommersiya banklarının, yəni pul-kredit
siyasəti subyektlərinin obyektlərə (pula tələbat və pul təklifi) təsir göstərə bildiyi
18
üsul və əməliyyatların məcmusu başa düşülür. Gündəlik pul-kredit siyasətinin
həyata keçirilmə metodunu pul-kredit siyasətinin taktiki məqsədi adlandırırlar. Pul-
kredit siyasətinin müasir metodları pul-kredit siyasətinin özü kimi rəngarəngdir.
Pul-kredit siyasəti metodlarının təsnifləşdirilməsi müxtəlif əlamətlər üzrə həyata
keçirilir. Pul-kredit siyasəti metodunun qarşıya qoyulmuş məqsədlərlə əlaqəsi
baxımından birbaşa və dolayı metodları fərqləndirmək lazımdır. Birbaşa metodlar
dedikdə pul-kredit təklifi, maliyyə bazarındakı qiymətlər və s. dair mərkəzi bankın
müxtəlif direktivlər formasında gördüyü inzibati tədbirlərdir. Kreditləşmə limitinin
artırılması, və ya depozitlərin cəlb edilməsi miqdar nəzarəti kimi tədbirlər
siyasətinə daxildir. Kreditlərə, depozitlərə görə maksimum faiz stavkaları, faiz
dərəcələrinə mərkəzi bankın inzibati tədbiri kimi qəbul edilir. Pul-kredit siyasətinin
birbaşa metodunun tətbiqi pul aqreqatlarına, ssudaların bölüşdürülməsinə, birbaşa
təsir göstərmək imkanı yaradır. Pul resurslarının nizamlaşdırılması və yenidən
bölgüsü metodu kimi birbaşa metodlar dövlət orqanlan üçün daha əlverişlidir.
Xüsusən də iqtisadi böhran zamanı bu metod daha əlverişli hesab edilir. Birbaşa
metodlar asan tətbiq edilir, az məsrəf tələb edir və onların tətbiqi nəticələri daha
aydın görünür. Bununla belə pul-kredit siyasətinin birbaşa metodları pul bazarı
subyektlərinin fəaliyyətinə kobud xarici təsir kimi qəbul edilir. Onlar kredit
təşkilatlarının mikroiqtisadi maraqlarına zidd ola bilər, kredit resurslarının
səmərəsiz bölgüsünə, banklararası rəqabətin məhdudlaşmasına, bank bazarında
maliyyə cəhətcə möhkəm institutların yaranmasında çətinliyə səbəb ola bilər.
nflyasiyanın cilovlanmasına yönəldilən pul-kredit siyasətinin birbaşa
metodları ümumi iqtisadi xarakterli mənfi nəticələrə səbəb ola bilər. Pul-kredit
siyasətinin birbaşa metodları pul sferasında bürokratik amillərin və korrupsiyanın
güclənməsinə səbəb ola bilər. Bazar iqtisadiyyatının formalaşması təcrübəsi və
onun inkişafı pul-kredit siyasətinin birbaşa metodlarının aşağı səmərəli olmasını
sübut etmişdir. Nəticədə pul-kredit nizamlaşdırılmasının dolayı metodları birbaşa
metodları sıradan çıxarır. Pul-kredit nizamlaşdırılmasının dolayı metodları baza-
rında deformasiyasına səbəb olmur və о pul bazarının inkişaf səviyyəsi ilə sıx əla-
Dostları ilə paylaş: |