7
iqtisadi mövqeyi əlverişli olmuş, iqtisadiyyatın şaxələnməsi və yeni iş yerlərinin
açılması prosesləri sürətlənmiş, dövlətin sosial-iqtisadi inkişafa aktiv dəstəyi
iqtisadi artimda mühüm rol oynamışdır.
Ölkə iqtisadiyyatının beynəlxalq reytinqləri daha da yaxşılaşmışdır. Dünya
iqtisadi Forumunun Qlobal Rəqabətlik hesabatında Azərbaycan daha 9 pillə
irəliləmişdir. Makroiqtisadi dayanıqlıq üzrə ölkə dünyada ilk 20 dövlət sıra-
sındadır. Aparıcı beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini
"stabil" olaraq qiymətləndirirlər.
2012-ci ildə Mərkəzi Bank fəaliyyətini inflyasiyanın birrəqəmli səviyyədə
saxlanması, manatın məzənnəsinin sabitliyi, maliyyə sabitliyinin möhkəmlən-
dirilməsi kimi hədəflərin həyata keçirilməsinə yönəltmiş, həmçinin maliyyə
vasitəçiliyinin inkişafını təşviq etmişdir.
Pul siyasəti alətləri iqtisadi dinamika, inflyasiya gözləntiləri və pul
siyasətinin məcmu tələbə və qiymətlərə otürücülük qabiliyyəti -"transmissiyası"nın
xüsusiyyətləri nəzərə alınmaqla tətbiq olunmuşdur.
Pul kütləsinin artım templərinin və bank sistemində likvidliyin tənzim-
lənməsi məqsədilə açıq bazar əməliyyatlarlarından və məcburi ehtiyat normaların-
dan da istifadə olunmuşdur. Məcburi ehtiyat normalarının tətbiqi mexanizmi
ə
həmiyyətli təkmilləşdirilmiş, banklar tərəfindən likvidliyin daha səmərəli idarə
edilməsinə şərait yaradan yeni qaydalar qüvvəyə minmişdir.
Pul təklifi iqtisadiyyatın pula olan tələbatına adekvat dəyişmişdir.
Strateji plana uyğun olaraq 2015-ci ildə Mərkəzi Bankin fəaliyyətinin insti-
tusional əsaslarının inkişafı istiqamətində məqsədyönlü fəaliyyət davam
etdirilmişdir.
Aparılmış empirik tədqiqatların və ekonometrik modellərin nəticələri pul və
maliyyə sabitliyi siyasətində tətbiq olunmuşdur. Dünya mərkəzi banklarında geniş
tətbiq olunan və Azərbaycan Mərkəzi Bankı tərəfındən yerli spesifikaya uyğun
qurulmuş Dinamik Stoxastik Ümumi Tarazlıq Modeli təkmilləşdirilmiş və bu
8
model vasitəsilə müxtəlif amillər əsasında iqtisadi artım və inflyasiya ssenariləri
hazırlanmışdır.
Maliyyə sabitliyinin qiymətləndirilməsi potensialının artırılması məqsədilə
bank sektorunda sistem risklərinin identifikasiyası prioritet məsələlərdən biri
olmuşdur. Stress-testlər və maliyyə sabitliyi indikatorları vasitəsilə bank
sektorunun davamlılığı və həssaslığı mütəmadi qiymətləndirilmişdir.
Ə
halinin və iqtisadi subyektlərin iqtisadi və maliyyə savadının artırılması
sahəsində geniş maarifləndirmə tədbirləri görülmüşdür. l ərzində beynəlxalq və
yerli qurumlarla birgə medianın iştirakı ilə ictimaiyyətdə geniş maraq doğuran
interaktiv maliyyə savadlığı layihələri həyata keçirilmişdir.
Mərkəzi Bank bank sisteminə etimadın qorunması, sistem risklərinin
minimallaşdırılması, banklarda idarəetmə potensialının gücləndirilməsi və maliyyə
dayanıqlığının artırılması istiqamətində tədbirləri davam etdirmişdir. Bank nəzarəti
üzrə formalaşan Bazel-III standartlarını nəzərə almaqla risk əsaslı prudensial
nəzarət çərçivəsinin formalaşdırılması sürətlənmiş, maliyyə sabitliyinin
qorunmasını təmin edən nəzarət rejimi tətbiq edilmişdir.
Bank sisteminin maliyyə dayanıqlığının artırılması üçün Mərkəzi Bank
banklara qarşı kapital tələblərini yüksəltmişdir. Mərkəzi Bank tənzimləmə və
nəzarət çərçivəsinin yeni beynəlxalq standartlara uyğunlaşması istiqamətində
kompleks tədbirlər həyata keçirmişdir.
Beynəlxalq maliyyə-kredit təşkilatları və aparıcı analitik mərkəzlər qlobal
iqtisadi artımın 2015-ci ildə davam edəcəyəni proqnozlaşdırırlar. Beynəlxalq
Valyuta Fondunun (BVF) cari ilin oktyabr ayında açıqladığı son proqnozlara görə
2013-cü ildə qlobal iqtisadi artımın 3.6% olmuşdur. Bu, iyul ayında açıqlanmış
artım proqnozundan 0.3 faiz aşağıdır.
Qarşıdakı ildə də qlobal kapital axınlarında, араrıcı valyutaların
məzənnələrində və dünya əmtəə qiymətlərində yüksək dəyişkənlik istisna edilmir.
2015-ci ildə xarici tələbin və əsas ixrac əmtəələrinin dünya qiymətlərinin
ölkənin tədiyə balansına müsbət təsir edəcəyi proqnozlaşdırılır. Eyni zamanda
9
qeyri-xammal əmtəə və xidmət ixracının artması gözləntiləri də yüksəkdir. Ölkənin
kredit reytinqinin yüksəlməsi isə qeyri-neft iqtisadiyyatına xarici investisiyaların
artması üçün əlverişli şərait yaradır. Bütün bunlar son nəticədə növbəti ildə də
ölkənin strateji valyuta ehtiyatlarının artmasını təmin edəcəkdir. Tədiyə balansının
proqnozlaşıdırılan vəziyyəti manatın məzənnəsinə təsir edən fundamental
makroiqtisadi amil olacaqdır.
Orta və uzunmüddətli dövrdə iqtisadiyyatın, məşğulluğun, büdcə və ixrac
gəlirlərinin yüksək dərəcədə şaxələnməsinə nail olmaq, bu əsasda ölkədə
uzunmüddətli makroiqtisadi dayanıqlığı təmin etmək və yuxarı orta gəlirli ölkələr
qrupuna daxil olmaq ölkə qarşısında duran əsas çağırışdır.
Bu çağırışı nəzərə alaraq iqtisadi dayanıqlığın mühüm əsaslarından olan
makroiqtisadi və maliyyə sabitlyinin dərinləşdirilməsi Mərkəzi Bankın qarşısında
duran əsas vəzifələrdir.
2015-ci ildə Mərkəzi Bank bu vəzifələrə nail olmaq üçün aşağıdakı hədəfləri
reallaşdıracaqdır:
1)
inflyasiyanın aşağı səviyyədə saxlanması;
2)
manatın məzənnəsinin sabitliyinin qorunması;
3)
bank-maliyyə sektorunda sabitliyin dərinləşdirilməsi;
4)
inflyasiya hədəfi çərçivəsində iqtisadiyyatın pula tələbatının ödənilməsi.
2015-ci ildə Mərkəzi Bank öz mandatından irəli gələrək 3% səviyyəsində
orta illik rəsmi inflyasiya proqnozunun reallaşmasına dəstək verəcəkdir. Bu
hədəfin reallaşması orta və uzunmüddətli iqtisadi dayanıqlığın təmin olunmasında
mühüm vasitədir. Eyni zamanda məcmu tələbin amillərindən, qlobal iqtisadiyyatın
bərpası prosesinin daxili inflyasiyaya təsirindən asılı olaraq bu proqnoz il ərzində
dəqiqləşdirilə bilər.
Mərkəzi Bank 2015-ci ildə də manatın məzənnəsinin sabitliyinin qorunması
siyasətini həyata keçirəcəkdir. Neftin qiymətinin proqnozunun ən konservativ
ssenarisində belə ölkənin tədiyə balansında kifayət həcmdə profisitin
proqnozlaşdırılması manatın məzənnəsinin sabitliyi üçün fundamental əsasdır.
Dostları ilə paylaş: |