26
gəlirli sahəyə çevirəcək, buraya investisiya yatırımına və tikilən mənzillərin
miqdarının artmasına şərait yaradacaq. Nəticədə qiymətlər sabitləşəcək, həmçinin
mənzilə tələbatın ödənilməsi yaxşılaşacaq. Bununla belə, AMB qiymət artımını о
zamana qədər qaldırmağı faydalı hesab edir ki, qiymətin artım tempinə nisbətdə
istehsalın artımı üstüniük təşkil etsin. Belə olduqda inflyasiya istehsalı
stimullaşdırma aləti rolunu oynaya bilir.
Bazar iqtisadiyyatının daim bir düz xətt üzrə yüksəlməsi mümkün deyil.
Onun üçün enib qalxmalar, obrazlı desək, dəniz kimi dalğalanma xarakterikdir. Bu
tamamilə normal haldır. Lakin burada əsas məsələ kəskin dalğalanmaların
(volatilliyin) qaşısının alınması və ritmliyin qorunmasıdır. Əks halda iqtisadi
proseslər nəzarətdən çıxaraq, sanki dənizdə fırtına effekti yaradar. Bu məsələnin
həlli Mərkəzi Bankın pul siyasətinin əsas vəzifələrindəndir. qtisadiyyatda
fırtınaların baş verməməsi üçün AMB qiymətlərin həddən aşağı düşdüyü və
işsizlik şəraitində bankların kredit əməliyyatlarının artırılmasına, yüksək inflyasiya
zamanı isə azaldılmasına istiqamətlənmiş tədbirlər həyata keçirir.
27
FƏS L 2. AZƏRBAYCAN RESPUBL KASINDA VALYUTA S YASƏT
VƏ
VALYUTA TƏ
NZ MLƏ
NMƏ
S
2.1. Azə
rbaycanın valyuta sistemi, mə
zə
nnə
siyasə
ti və
Valyuta ehtiyatlarinin idarə
edilmə
si
Mərkəzi Bank pul dövriyyəsinin tənzimlənməsi, milli valyutanın
möhkəmləndirilməsi, bank sisteminin inkişaf еtdirilməsi, maliyyə bazarının
təşəkkül tapması sahəsində tədbirlər kompleksi həyata keçirmək yolu ilə bütün
iqtisadi agentlər tərəfindən əmanətlərin formalaşdırılması və bu əmanətlərin
sonradan məhsuldar investisiyalara çеvrilməsi üçün obyektiv təminat yaradır.
Xarici və milli valyutada aktivlərin gərginliyini tarazlaşdırmaq məqsədilə həyata
keçirilən valyuta siyasəti pul siyasətinin tərkib hissəsidir. Həmin siyasət hər şeydən
ə
vvəl, respublikada inflyasiyanın optimal səviyyəsini müəyyənləşdirmək üçün
valyuta məzənnəsindən istifadə ediməsinə yönəldilmişdir. Həyata keçirilən valyuta
siyasəti həm də valyutа bazarlarının və kommersiya fəaliyyətində valyuta
risklərinin tənzimlənməsinə kömək etməlidir.
Bu məqsədlə həyata keçirilən pul siyasəti və onun tərkib hissəsi olan valyuta
siyasəti nəticəsində respublikamızda inflyasiyanın sürəti aşağı səviyyədə
saxlanılmış, manatın məzənnəsi sabitləşdirilmiş və onun bütün xarici valyutalara
nisbətdə daxili dönərliyi təmin edilmiş, valyuta bazarının bütün sеqmentləri inkişaf
etdirilmişdir.
Valyuta sahəsində mövcud olan qanunvericiliyə müvafiq olaraq rezident və
qeyri-rezidentlərin valyuta hesabları açmalarına, onların valyuta əməliyyatları
aparmalarına müstəqillik verilmişdir.
Valyuta münasibətləri nisbi müstəqilliyə malik olub, tədiyyə balansı, valyuta
məzənnəsi, kredit və əməliyyatlar üzrə hesablaşmalar vasitəsi ilə həyata keçir.
Valyuta münasibətləri ayrı-ayrı ölkələrin iqtisadi inkişaf səviyyələrinin və onlar
arasındakı beynəlxalq iqtisadi münasibətlərin təкmilləşməsində əsas rol oynayır.
28
qtisadiyyatın tənzimlənməsi sistemində valyuta siyasəti mühüm yer tutur.
Valyuta siyasəti iqtisadi siyasətin mühüm tərkib hissəsidir və onun çoxtərəfli
məqsədlərinin yerinə yetirilməsinə, yəni güclü iqtisadi inkişafın təmin еdilməsinə,
işsizlik və inflyasiyanın artmasının dayandırılmasıнa, ödəniş balansı müvazinətinin
dəstəklənməsinə yönəldilir. Valyuta siyasəti dövlətin cari və strаteji məqsədlərinə
uyğun olaraq ümumdünya təsərrüfаt əlaqələri sistemində iqтisadiyyatin daxili və
xarici dinamik müvazinətini təmin etmək, beynəlxalq vаlyuta və digər iqtisadi
münasibətləri həyata keçirmək üçün tətbiq olunan əмəliyyatların məcmusudur.
Valyuta siyasətinin həyata keçirilməsində əsas məqsədlərdən biri hər bir
dövlətin öz milli valyutasının məzənnəsinin sabitliyini qorumaqdır.
Valyuta məzənnəsi bir ölkənin pul vahidinin digər ölkələrin pul vahidlərində
ifadə olunmuş qiymətinə deyilir. Valyuta məzənnəsi tələb və təklif əsasında, ya da
dövlət tərəfindən təyin edilə bilər. Çox vaxt valyuta мəzənnəsi tələb və təklif
ə
sasında formalaşır. Ona görə də, sabit rəqəm dеyildir, çünki valyuta bazarında
tələb və təklif tez-tez dəyişir. Tələb çox olduqda valyuta məzənnəsi artır, əksinə isə
azalır.
Valyuta məzənnəsi spesifik xarakterə malik pul kateqoriyasıdir və milli
iqtisadiyyatla dünya iqtisadiyyatı arasındakı qarşılıqlı əlaqəni ifadə edir. Əgər hər
hansı bir valyutanın əsas xarakteri milli təsərrüfat çərçivəsində formalaşırsa, onun
miqdar ölçüsü dünya bazarında beynəlxalq iqtisadi əməliyyatlar prosesində
müəyyən edilir.
Müasir dövrdə ayrı-ayrı milli iqtisadiyyatlar arasında qarşılıqlı asılılığın
а
rtması və beynəlxalq dövriyyədə qızıla dəyişdirilməyən kredit pullarının tətbiq
olunması nəticəsində valyuta məzənnəsi ayrı-ayrı milli iqtisadiyyatların inkişafının
zahiri təzahürünə çevrilir, onun yeni əmək məhsuldarlığı şəraitində iqtisadi
potensialını müəyyən dərəcədə əks etdirir. Valyuta məzənnəsi özünün belə bir rolu
ilə istehsal sferasına güclü əks təsir göstərir.
Valyuta məzənnəsinin bir iqtisadi göstərici kimi beynəlxalq iqtisadi
ə
lаqələr sistemində əhəmiyyətli rolu var. Belə ki, valyuta məzənnəsinin