Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

 

50

Öhdəliklərin  və  tələblərin  bərabərliyi  halı  qapalı  valyuta  mövqeyi  hesab 



edilir. 

Öhdəliklərin və tələblərin uygunsuzlugu hali isə açıq valyuta mövqeyi hesab 

edilir.  Açıq  valyuta  mövqeyi  də  iki  cür  olur:  uzun  (artıq)  mövqe  və  qısa  (kəsir) 

mövqe. Öhdəliklərin tələblərdən az olması isə qısa mövqe adlanır. 

Ölkədə valyuta siyasəti sahəsində mövcud olan problemlər və onların aradan 

qaldırılması, təkmilləşdirilməsi yollarına gəlincə, qeyd etməliyik ki, bu gün dollar 

respublikamızda  həqiqətən  əhəmiyyətli  yer  tutur.  Düzdür,  ölkənin  xarici  ticarət 

dövriyyəsinin  təmini  üçün  milli  valyutanın  xarici  valyutalarla  əlaqəsi  olmalıdır. 

Lakin manatın dəyərdən düşməsi  bazar subyektlərinin ona inamını  azalda bilər. 

Depozitlərdə  manat faizini xarici valyuta faizinə nisbətən yüksəltmək, kreditlərdə 

isə xarici valyuta faizini manat faizinə nisbətən yüksəltmək; plastik kart sisteminin 

inkişafı  üçün  ticarət-xidmət  şəbəkəsində  müvafiq  avadanlıqlardan  istifadəni 

genişləndirməklə  nağd  pul  dövriyyəsini  məhdudlaşdırmaq  və  s.  kimi  tədbirlərin 

aparılması məqsədəuyğun olardı. 

Başqa  bir  problem  manatın  məzənnəsinin  proqnozunun  verilməməsidir. 

Respublikamızda  tənzimlənən  üzən  məzənnə  rejimi  ("valyuta  dəhlizi")  olmasına 

baxmayaraq,  Mərkəzi  Bank  tərəfindən  manatın  məzənnəsinin  hansı  intervalda 

dəyişəcəyi  proqnozu  verilmir.  Məzənnənin  proqnozunun  verilməməsi  nəticəsi  idi 

ki,  2015-ci  ildə  bir  günün  içində  Mərkəzi  Bank  tərəfindən  devalvasiya  siyasəti 

həyata  keçirildi  və  bu  siyasətin  müsbət  cəhətlərindən  bəhrələnənlər  kimi,  mənfi 

cəhətlərdən  də  zərər  çəkənlər  oldu.  Bu  proseslərin  baş  verməməsi  üçün 

iqtisadiyyatı hazırlayaraq qabaqcadan məlumat vermək lazımdır. 

Almaniya  Mərkəzi  Bankı  hər  il  növbəti  12  ay  üçün  pul  kütləsinin  artması 

dəhlizini  dərc  etdirir.  Bu,  istehsalın  artması,  qiymətlərin  dəyişməsi  və  pulun 

dövretmə sürəti ilə əlaqədardır. Bu məlumatı ilə bank iqtisadiyyata kömək göstərə-

rək  onu  artıma  hazırlayır,  eyni  zamanda  inflyasiya  gözləmələrini  məhdudlaşdırır. 

Hər  həftə  FES-in  (ABŞ)  darə  Şurası  iqtisadiyyatda  cari  pul  təklifini  elan  edir. 

Respublikamızda da belə məlumatların verilməsi vacibdir. 




 

51

Məsələnin bir tərəfi də devalvasiyanın hansı məbləğdə aparılmasıdır. Bunun 



üçün  tədiyyə  balansı  komponentlər  üzrə  araşdırmalı,  ümumilikdə  geniş  iqtisadi 

təhlil  aparılaraq,  Azərbaycan  istehsalçısının  məhsulunun  rəqabət  qabiliyyətli 

olması üçün hansı devalvasiya faizi lazımdırsa, о da tətbiq olunmalıdır.  

 

 



 

 

 



 

 

 



 

2.3. Valyuta məzənnələrinin tənzimlənməsinin əsas modelləri 

 

Valyuta  məzənnəsi  mal  və  xidmət  ticarətində  valyutaların  qarşılıqlı 



mübadiləsi  üçün,  həmçinin  kapitalların  və  kreditin  qarşılıqlı  hərəkət  uçotunda 

zəruridir.  Xarici  ölkələrə  mal  göndərən  -  eksportçu  satışdan  əldə  etdiyi  xarici 

valyutanı  milli  valyutaya  dəyişir,  çünki  digər  ölkələrin  valyutaları  bu  ölkə 

ə

razisində  qanuni  ödəniş  və  alıcılıq  vasitəsi  kimi  dövr  edə  bilməz.  Xaricdən  mal 



gətirən  idxalatçı  da  milli  valyutanı  xarici  valyutaya  dəyişir  ki,  xaricdə  aldığı 

malların  pulunu  ödəyə  bilsin.  Borclu  şəxs  xarici  kredit  borcunun  ödənilməsi  və 

faizlərin verilməsi üçün milli valyutanın əvəzinə xarici valyuta əldə edir. Dünya və 

milli  bazar  qiymətlərinin,  həmçinin  müxtəlif  ölkələrin  müxtəlif  pul  vahidlərində 

ifadə olunmuş dəyər göstəricilərinin müqayisəsi üçün valyuta məzənnəsi zəruridir. 

Bank  və  şirkətlərdə  xarici  valyuta  hesablarının  dövri  şəkildə  yenidən 

qiymətləndirilməsi valyuta məzənnəsi vasitəsilə baş verir. 



 

52

Valyuta  bazarında  tələb  və  təklifın  tarazlaşdırılması  valyutanın  bazar 



məzənnəsinin  tarazlıq  səviyyəsinin  müəyyənləşdirilməsinə  gətirib  çıxarır,  yəni 

«fundamental tarazlıq» adlanan hal baş verir. 

Xarici valyutaya olan tələbin ölçüsü ölkənin mal və xidmət idxalatına olan 

ehtiyacları, həmin ölkə turistlərinin xərcləri, xarici maliyyə aktivlərinə olan tələbb 

və rezidentlərin xaricdəki investisiyaları həyata keçirmək niyyətləri  ilə bağlı xarici 

valyutaya  olan  tələblə  müəyyənləşir.  Xarici  valyutanın  məzənnəsi  nə  qədər 

yüksəkdirsə, ona olan tələb bir о qədər azdır və əksinə. 

Xarici  valyuta  təklifinin  ölçüsü  xarici  dövlət  rezidentlərinin  bu  ölkə 

valyutasına olan tələbi ilə, xarici turistlərin həmin ölkədəki xidmətlərə olan tələbi 

ilə,  ölkənin  milli  valyutasında  ifadə  olunmuş  aktivlərə  xarici  investorların  tələbi 

ilə,  qeyri  rezidentlərin  həmin  ölkədə  investisiya  həyata  keçirmək  niyyətləri  ilə 

bağlı milli valyutaya olan tələblə müəyyənləşir. Xarici valyutanın məzənnəsi yerli 

valyutaya nisbətdə nə qədər yüksəkdirsə, valyuta bazarının bir о qədər az miqdarda 

subyekti  xarici  valyuta  əvəzinə  yerli  valyuta təklif  etməyə  hazırdır.  Əksinə,  milli 

valyutanın  məzənnəsi  xarici valyutaya  nisbətdə  nə  qədər  aşağıdırsa,  milli bazarın 

bir о qədər çox miqdarda subyekti valyuta əldə etməyə hazırdır. 

Valyuta məzənnələrinin müasir yaranma təcrübəsi möhkəm və üzən valyuta 

kurslarının qarışıq formalarını fərqləndirir: 

*bir  milli  valyutaya  nəzərən  möhkəm  valyuta  məzənnələri,  digər  milli 

valyutaya nəzərən üzən valyuta məzənnələri. Belə ki, bir dövlətin pul vahidi ABŞ 

dollarına  nəzərən  möhkəm  məzənnəyə  malik  olsa  da,  avroya  və  ya  ingilis  funt 

sterlinqinə qarşı elə dollar nisbətində üzəcək; 

*  valyuta  qrupuna  nəzərən  möhkəm  valyuta  kursları.  Ayrı  -  ayrı  dövlətlər 

digər  ölkələrin  valyuta  qrupuna  nəzərən  öz  valyutalarının  möhkəm  kurslarını 

müəyyənləşdirirlər, lakin digər valyutalara nəzərən kurslar qeyd olunmur və buna 

görə  də  istənilən  zaman  tələb  və  təklifin  təsiri  ilə  dəyişilə  bilir.  Bu  variant 

çərçivəsində qrup şəkliııdə üzmə adlanan variant də tətbiq olunur. Həmin variantda 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə