Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

 

38

2.2. Valyuta siyasətinin əsas istiqamətləri, forma və metodları. 

 

Respublikamızda valyuta siyasətinin əsas istiqamətləri milli valyutanın mə-



zənnəsinin  sabitliyini  qorumaq,  onun  dönərliyinin  inkişaf  etdirilməsi,  daxili  val-

yuta  bazarının  daha  da  inkişafının  təmin  etdirilməsi,  həyata  keçirilən  valyuta 

ə

məliyyatlarının dairəsinin genişləndirilməsi, ölkənin strateji valyuta ehtiyatlarının 



beynəlxalq standartlara uyğun səviyyədə saxlanılması və artırılmasından ibarətdir. 

Valyuta  siyasətinin  bu  və  ya  digər  istiqamətləri  Milli  Bank  tərəfindən  həyata 

keçirilir. 

Ölkədə


 

maliyyə sabitliyinin yaradılmasında, düzgün pul siyasətinin aparılma-

sında  və  daxili  bazarın  müdafiəsinin  təmin  olunmasmda  valyuta  tənziminin 

ə

həmiyyəti  böyükdür.  Bununla  əlaqədar  olaraq  21  oktyabr  1994-cü  ildə  qəbul 



olunmuş "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının qanunu mühüm 

addım oldu. Bu qanun Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həya-

ta  keçirilməsi  prinsiplərini,  valyuta  tənzimi  və  valyuta  nəzarəti  orqanlarının  sə-

lahiyyətlərini va funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sa-

hib  olmaq,  bu  sərvətlərdən  istifadə  etmək  və  onlar  barəsində  sərəncam  vermək 

sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə 

məsuliyəti müəyyən edir. 

Azərbaycan  Respublikasında  rezidentlər  (bizim  ölkənin  vətəndaşları) 

arasında milli valyuta ilə hesablaşmalar heç bir məhdudiyyət qoyulmadan aparılır. 

Qeyri-rezidentlər  (xarici  ölkə  vətəndaşları)  tərəfındən  milli  valyutanın  əldə 

edilməsi və ondan istifadə edilməsi isə Mərkəzi Bank tərəfındən müəyyən edilmiş 

qaydalar  əsasında  aparılır.  Milli  valyutanın  və  milli  valyutada  ifadə  edilmiş 

qiymətli  kağızların  rezidentlər  və  qeyri-rezidentlər  tərəfindən  respublikadan 

çıxarılması və göndərilməsi, eləcə də gətirilməsi və göndərilməsi Mərkəzi Bankın 

və Nazirlər Kabinetinin müəyyən etdikləri qaydada həyata keçirilir. 

Hüquqi  şəxs  olan  rezidentlər  tərəfındən  cari  valyuta  əməliyyatlarının 

aparılması  üçün  heç  bir  məhdudiyyət  yoxdur.  Onlar  tərəfindən  kapitalın  hərəkəti 



 

39

ilə  bağlı  valyuta  əməliyyatları  Mərkəzi  Bankın  müəyyən  etdiyi  qaydada  həyata 



keçirilir. Hüquqi və fiziki şəxs olan rezidentlər gömrük qaydalarına əməl etməklə 

valyuta sərvətlərini Azərbaycan Respublikasına köçürmək, gətirmək və göndərmək 

hüququna malikdirlər.  

Qeyri-rezidentlər  də  rezidentlər  kimi  gömrük  qaydalarına  əməl  etməklə 

valyuta sərvətlərini Azərbaycan Respublikasına köçürmək, gətirmək və göndərmək 

hüququna  malikdirlər.  Onlar  qanuni  yolla  əldə  etdikləri  valyuta  sərvətlərini 

respublikadan maneəsiz köçürmək, çıxarmaq və göndərmək hüququna malikdirlər. 

Göstərilən hallar istisna olmaqla, valyuta sərvətlərinin qeyri-rezidentlər tərəfındən 

Azərbaycan  Respublikasından  köçürülməsi,  çıxarılması  və  göndərilməsi 

qaydalarını Mərkəzi Bank və Dövlət Gömrük Komitəsi müəyyən edirlər. 

Rezident  və  qeyri-rezident  hesablarındakı  nağd  vəsaitlərini  müvəkkil 

bankların  tabeçiliyində  fəaliyyət  göstərən  mübadilə  məntəqələri  vasitəsilə  də 

konvertasiya edə bilərlər. 

Bu  göstərilənlərlə  yanaşı  respublikamızda  valyuta  münasibətləri,  digər 

qanunlar vasitəsilə də tənzimlənir. 

Mərkəzi  Bank  ölkənin  bank  sisteminin  əsasını  təşkil  edir.  O,  bankların 

fəaliyyətini və pul kütləsini, eləcə də Mərkəzi valyutanın məzənnəsini tənzimləyir, 

banklar arasında hesablaşmaları və dövlət büdcəsinin kassa icrasını təmin edir. 

Mərkəzi  Bankın  strateji  məqsədlərindən  biri  iqtisadiyyatın  real  artımına 

adekvat  olaraq  və  mövcud  maliyyə  sabitliyinə  xəta  yetirmədən  pul  təklifınin 

artırılmasına monetar zəmin yaratmaqdan ibarətdir. Məzənnə siyasətinə korrektəni, 

uçot  dərəcəsinin,  məcburi  ehtiyat  normalarının  və  bankların  açıq  valyuta 

mövqeyinin dəyişdirilməsi də məhz bu məqsədə xidmət etmişdir. 

Respublikamızda  valyuta  siyasətinin  əsas  istiqamətlərindən  biri  daxili 

valyuta bazarının inkişaf etdirilməsidir. 

Valyuta  alqı-satqısının  həyata  keçirildiyi  bazara  valyuta  bazarı  deyilir. 

Valyuta  bazarı  xarici  valyutanm  alınması  və  satılması  sahəsində  münəsibətləri 

səhmana salan xüsusi institusional mexanizmdir. Valyuta bazarının bəlli bir məka-




 

40

nı  yoxdur  və  bu  əməliyyatlar  üzrə  hər  hansı  bir  yer  ayrılması  məcburi  deyildir. 



Valyuta alıcı və satıcıları və ya vasitəçilərinin telefon, faks və teleks ilə bir-biri ilə 

ə

laqə  yarada  bilmələri  valyuta  bazarının  mövculuğu  üçün  kifayətdir.  Burada 



ə

qdlərin əksəriyyəti banklar arasında bağlanır. Eyni zamanda valyuta bazarı təkcə 

onun subyektləri arasında deyil, həm də banklar və banklarm müştəriləri arasında 

münasibətlər deməkdir. Valyuta bazarı öz həcminə görə dünya maliyyə bazarının 

ə

n böyük tərkib hissəsidir. O, dünya maliyyə bazarının tərkib hissələrinin qarşılıqlı 



ə

laqəsində mühüm rol oynayır. 

Respublikamızda  valyuta  bazarının  fəaliyyətini  tənzimləmək  üçün  xüsusi 

valyuta qanunvericiliyi mövcuddur. "Valyuta tənzimi haqqında" qanun həmin qa-

nunvericiliyin  bünövrəsini  təşkil  edir.  Qeyd  etmək  lazımdır  ki,  1994-cü  ilədək 

Azərbaycanda  valyuta  bazarı  zəif  inkişaf  etmişdi,  onun  infrastrukturunun  bir  çox 

ünsürləri yox idi, banklararası valyuta bazarında müəssisələrin valyuta hasilatının 

bir hissəsinin məcburi satılması qadağan qoyulmuşdu. Həmin qanunun qəbul edil-

məsi respublikamızın ərazisində valyuta rejiminin liberallaşdırılması üçün hüquqi 

baza yaratdı. 

Hazırda respublikamızda özünütənzimləmə rejimində işləyən çoxseqmentli, 

sivil xarakterli daxili valyuta bazarı formalaşmış, valyuta bazarının operatorlarının 

bazarın istənilən seqmentində iştirakı sərbəstləşdirilmişdir. 

Mərkəzi  valyutanın  məzənnəsinin  sabitləşdirilməsi  üzrə  proqram  xarakterli 

tədbirlər  sayəsində  bazarda  tarazlıq  əmələ  gəldiyinə  və  bu  bazarın  öz-özünü 

tənzimləyən  mexanizmə  çevrildiyinə  görə  Mərkəzi  Bankın  valyuta  bazarındakı 

müdaxiləsi müntəzəm olaraq azalmışdır. 

Mərkəzi Bank valyuta bazarını daha da inkişaf etdirmək məqsədilə manatın 

xarici  valyutalara  nisbətən  rəsmi  məzənnəsinin  müəyyən  edilməsi  mexanizmini 

daha da liberallaşdırmaq üzrə də qəti addım atmışdır. 1999-cu ilin iyul ayının 12-

dən başlayaraq, manatın xarici valyutalara nisbətən rəsmi məzənnəsinin BBVB-də 

formalaşan  məzənnə  əsasında  təyin  olunması  mexanizmi  ləğv  edilmişdir.  Həmin 

tarixdən xarici valyutalara nisbətdə rəsmi məzənnə hər gün daxili valyuta bazarının 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə