Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

 

59

Eyni  zamanda,  möhkəm  məzənnələr  sistemi  müxtəlif  dövlətlərin 



iqtisadiyyatının  iki  konvergensiya  (yaxınlaşma)  effektini  yaradır.  Birincisi  ondan 

ibarətdir  ki,  möhkəm  məzənnələr  qiymətlərin  və  konyunkturanın  sıx  beynəlxalq 

ə

laqəsini yaradır, nəticədə inflyasiya sürətlərinin yaxınlaşması və konyunkturanın 



sinxronlaşması baş verir. Bu halda ödəniş balanslarının bərabərləşdirilmə mexaniz-

mi pul kütləsinin mal vahidinə nəzərən dəyişmə sürətlərinin yaxınlaşmasına gətirib 

çıxarır. Bunun sayəsində isə inflyasiya sürətlərinin gələcək dəyişiklikləri baş verir. 

Bu  effekti  iqtisadi  konvergensiya  effekti  adlandırmaq  olar.  Lakin  o,  əsasən  pul 

miqdarı  ilə  məhdudlaşdığına  görə  real  təsərrüfat  həcmlərinin  konvergensiyasını 

törətmək  iqtidarında  deyil.  Möhkəm  valyuta  məzənnələrinin  törətdiyi  konvergen-

siyanın  ikinci  dolayı  effekti  iqtisadi  siyasətin  konvergensiyasından  ibarətdir. 

Məsələ  bundadır  ki,  bu  sistem  daxilində  valyuta  məzənnələrinin  uzunmüddətli 

müdafiə olunma zərurəti mövcuddur. 

Valyuta məzənnəsinin bazar və dövlət tənzimlənməsi mövcuddur. Rəqabətə 

və  dəyər  qanunlarının  fəaliyyətinə,  həmçinin  tələb  və  təklifə  əsaslanan  bazar 

tənzimlənməsi  nisbətən  kortəbii  şəkildə  həyata  keçir.  Bazar  və  dövlət  valyuta 

tənzimlənməsi bir-birini tamamlayır. Belə ki, bazar mexanizmi rəqabətə əsaslana-

raq inkişaf üçün stimul yaradır, dövlət tənzimlənməsi isə valyuta münasibətlərinin 

bazar  tənzimlənməsinin  neqativ  nəticələrinin  aradan  qaldırılmasına  yönəldilir. 

Onlar  arasındakı  nisbət  tez-tez  dəyişir.  Böhran,  müharibə,  müharibədən  sonrakı 

dağıntılar  şəraitində  dövlət  valyuta  tənzimlənməsi  üstünlük  təşkil  edir.  qtisadi 

vəziyyətin  yaxşılaşması  şəraitində  valyuta  əməliyyatlarının  liberallaşdırılması  baş 

verir  və  bu  sahədə  bazar  rəqabətinə  şərait  yaradılır.  Lakin,  dövlət  valyuta 

ə

məliyyatlarını nizama salmaq üçün həmişə valyuta nəzarətini həyata keçirir. 



 Dövlət  tənzimlənməsi  valyuta  münasibətlərində  bazar  tənzimlənməsinin 

neqativ  nəticələrinin  aradan  qaldırılmasına,  dayanıqlı  iqtisadi  artımın  əldə  olun-

masına,  ödəniş  balansının  tarazlığına,  işsizlik  və  inflyasiya  artımının  azalmasına 

yönəlmişdir. Dövlət tənzimlənməsi valyuta siyasətinin köməyi ilə həyata keçir. 




 

60

Dövlətlərin  valyuta  siyasətlərinin  mühüm  aləti  valyuta  intervensiyalarıdır. 



Valyuta  intervensiyaları valyuta bazarlarında  aparıcı xarici valyutalara  qarşı  milli 

pul vahidinin alqı satqısı üzrə mərkəzi banklar tərəfindən aparılan əməliyyatlardır. 

Valyuta intervensiyalarının məqsədi uyğun valyuta məzənnəsi səviyyəsinin, müx-

təlif  valyutalar  üzrə  aktiv  və  passiv  balanslarının  və  ya  valyuta  bazarı  iştirak-

çılarının  ümidlərinin,  gözləmələrinin  dəyişilməsidir.  Valyuta  intervensiyaları  me-

xanizminin  fəaliyyəti  ticarət  intervensiyalarının  yerinə  yetirilməsinə  analojidir. 

Mərkəzi bank milli valyutanın məzənnəsini artırmaq üçün milli valyutanı alıb, xa-

rici valyutanı satmalıdır. Bununla da xarici valyutaya olan tələbat azalır və deməli, 

milli valyutanın məzənnəsi artır. Milli bank milli valyutanın məzənnəsini azaltmaq 

üçün  xarici  valyutanı  alaraq  milli  valyutanı  satır.  Bu  isə  xarici  valyuta  məzənnə-

sinin yüksəlməsinə, milli valyuta məzənnəsinin aşağı düşməsinə səbəb olur. 

ntervensiyalar üçün, bir qayda olaraq, rəsmi valyuta ehtiyatlarından istifadə 

olunur.  Onların  səviyyəsinin  dəyişilməsi  valyuta  məzənnələrinin  formalaşma 

proseslərinə  dövlət  müdaxiləsinin  göstəricisi  ola  bilər.  Rəsmi  intervensiyalar 

müxtəlif  üsullarla  -  birjada  (açıq  şəkildə)  və  ya  banklararası  bazarda  (məxfi), 

brokerlər vasitəsilə və ya bilavasitə banklarla əməliyyatlar vasitəsilə, müddətli və 

ya  təcili  icra  ilə  keçirilə  bilir.  Bundan  başqa,  rəsmi  valyuta  intervensiyaları 

«sterilləşdirilmiş» və «sterilləşdirilməmiş» olurlar. “Sterilləşdirilmiş” intervensiya-

ların gedişində rəsmi xarici netto -aktivlərin dəyişmələri daxili aktivlərin uyğun də-

yişiklikləri ilə kompensasiya olunur, yəni rəsmi «pul bazasının» ölçüsünə heç bir 

təsir mövcud olmur. Əgər intervensiyaların gedişində rəsmi valyuta ehtiyatlarının 

dəyişiklikləri  pul  bazasının  dəyişməsinə  səbəb  olursa,  intervensiya  «sterilləş-

dirilməmiş» olur. 

Uzunmüddətli  perspektivdə  milli  valyuta  məzənnəsinun  dəyişmələri  üzrə 

valyuta intervensiyalarının arzu edilən nəticələrə gətirib çıxarması üçün müəyyən 

şə

rtlərin  olması  zəruridir.  Bunlar  mərkəzi  bankda  valyuta  intervensiyalarının 



keçirilməsi  üçün  kifayət  qədər  ehtiyatların  olması,  mərkəzi  bankın  uzunmüddətli 

siyasətinə bazar iştirakçılarının inamı, iqtisadi inkişaf sürəti, inflyasiya sürəti, pul 




 

61

kütləsinin  dəyişmə  sürəti  (artması  və  ya  azalması)  kimi  fundamental  iqtisadi 



göstəricilərin dəyişməsidir. 

Valyuta  intervensiyalarının  həyata  keçirilməsi  ilə  bağlı  təhlükə  ondan 

ibarətdir  ki,  valyuta  məzənnələrinin  uzunmüddətli  hərəkətinin  əsas  səbəbləri 

gözdən qaça bilər. 

Lakin pul siyasəti və əməк haqqı sahəsindəki siyasət bu məqsəd üçün yararlı 

deyil.  Yalnız  proteksionist  tədbirlərin  demontajı  məzənnənin  yüksəldilməsi 

istiqamətində milli valyutaya təzyiqin azaldılmasına kömək edə bilər. 

Diskont  və  ya  uçot  siyasəti  -  mərkəzi  bank  tərəfindən  uçot  stavkasının 

dəyişdirilməsi, о cümlədən daxili bazarda kredit dəyərinə və bununla da kapitalm 

beynəlxalq hərəkətinə təsir etmək yolu ilə valyuta məzənnəsinin tənzimlənməsidir. 

Uçot  siyasəti  -valyuta  məzənnəsinin  ənənəvi  tənzimlənmə  üsuludur.  Lakin 

müasir  şəraitdə  valyuta  məzənnəsinə  bu  təsir  üsulunun  effektivliyi  əhəmiyyətli 

dərəcədə  azalmışdır.  Bu,  təsərrüfat  əlaqələrinin  beynəlmiləlləşdirilməsi,  kapital-

ların hərəkətinin və kreditin dövlət tərəfindən tənzimlənməsi, kreditin bahalaşma-

sının milli iqtisadiyyatın inkişafina mənfi təsiri ilə əlaqədardır. Ona görə də müasir 

şə

raitdə dövlətin valyuta məzənnəsinə əsas təsir aləti valyuta intervensiyasıdır. 



Proteksionist  tədbirlər  -  xüsusi  iqtisadiyyatın,  indiki  halda  milli  valyutanın 

müdfiəsinə  yönəlmiş  tədbirlərdir.  Bu  tədbirlərə,  birinci  növbədə,  valyuta  məhdu-

diyyətləri  aid  edilir.  Valyuta  məhdudiyyətləri  rezidentlərin  və  qeyri  rezidentlərin 

valyuta ilə və digər valyuta qiymətliləri ilə apardığı əməliyyatların qanunverici və 

ya  inzibati  qadağası  və  ya  nizamlanmasıdır.  Valyuta  məhdudiyyətlərinin  növləri 

valyuta blokadası, xarici valyutanın sərbəst alqı satqısına qadağa, beynəlxalq ödə-

nişlərin  və  kapital  hərəkətinin  tənzimlənməsi,  gəlirin,  qızılın  hərəkətinin  və 

qiymətli kağızların repatriasiyası, xarici valyutanın və digər valyuta qiymətlilərinin 

dövlətin  əlində  mərkəzləşməsidir.  Dövlət  ölkənin  xarici  ticarət  şərtlərinin  dəyiş-

drilməsi məqsədilə tez - tez valyuta məzənnəsi ilə manipulyasiyalar edir və valyuta 

tənzimlənməsinin  ikiqat  valyuta  bazarı,  devalvasiya  və  revalvasiya  kimi  üsulla-

rından istifadə edir. 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə