Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   ...   22   23   24   25   26   27   28   29   30

 

87

balansmda  gərginlik,  kəskin  valyuta  qıtlığı  spekulyativ  maliyyə  əməliyyatlarının 



geniş vüsət alması və s. hallarda üzləşdikdə bu mexanizmi tətbiq edilir. 

 

 



 

 

NƏT CƏ VƏ TƏKL FLƏ

 

qtisadi  alətlərlə  tənzimləmə  metodlarına  keçid  iqtisadi  sistemdə  dərin 



dəyişkliklərin  edilməsini  tələb  edir.  Pul-kredit  siyasəti  iqtisadi  sistemin  tərkib 

hissəsi  olduğundan onun  tədqiq  edilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Pul-kredit 

siyasətinin  dolayı  alətlərinin  tətbiqinin  səmərəliliyini  artırmaq  məqsədilə  bir  sıra 

tədbirlər görülmüşdür.  

Beynəlxalq mühasibat standartlarına keçidin sürətlənməsi, bank nəzarətinin 

gücləndirilməsi,  müasir  real  vaxt  rejimində  işləyən  elektron  ödəmə  sisteminin 

yaradılması  və  qanunvericiliyinin  təkmilləşdirilməsi  sahəsində  radikal  addımlar 

atılmışdır.  

Bütövlükdə,  Azərbaycanda  pul-kredit  siyasətinin  işlənməsi  prosesində 

aşağıdakı meyarlara önəm verilməlidir: 

1. 

Geniş  makroiqtisadi  təhlil  həyata  keçirilməli  və  yalnız  bundan  sonra 



pul  kütləsinin  hədəf  parametrlərini  müəyyən  etməklə  pul  tənzimləmə  alətlərinin 

uyğun arsenalı seçilməlidir; 

2.

 

Ödəmə sistemi təkmilləşdirilməlidir. Belə ki, neft dollarlarının axını 



ilə bağlı açıq bazar əməliyyatlarının tərbiqinin zərurəti müasir klirinq-hesablaşma 

sisteminin yaradılmasını şərtləndirir. Bunsuz, bütövlükdə qiymətli kağızların alqı-

satqısı  üzərində  qurulmuş  açıq  bazar  əməliyyatlarını  həyata  keçirməklə  izafı 

likvidliyin çevik tənzimlənməsi çətinləşə bilər.  

3.

 

Uğurlu  pul-kredit  siyasətinin  aparılmasının  əsas  şərtlərindən  biri 



onun daşıyıcı və ötürücüsünün bank sistemi olduğunu nəzərə alaraq Mərkəzi Bank 


 

88

islahatların dərinləşdirilməsi istiqamətində mühüm işlər görməlidir. Mərkəzi Bank 



bankların rəqabət imkanlarını genişləndirmək, üzərinə düşən öhdəliklərin vaxtında 

və keyfıyyətlə yerinə yetirilməsini təmin etmək məqsədilə bankların kapitallarının 

iriləşdirilməsi,  təmərküzləşdirilməsi  və  bu  əsasda  onların  iqtisadiyyatı  maliyyə-

ləşdirmək imkanlarını da genişləndirməlidir. 

4.

 

Mərkəzi  Bankın  mühasibat  uçotu  sistemi  tam  avtomatlaşdırılmalıdır. 



bu da  öz növbəsində ödənişlərin şürətinin artırılmasına imkan verəcək. Şübhəsiz 

ки

, банк системи вя bank infrastrukturu, xüsusilə də ödəniş sistemi inkişaf etdikcə 



Mərkəzi  Bankın  pul-kredit  siyasətinin  dha  mürəkkəb  alətlərini    tətbiq  etmək 

imkanı yaranacaqdır. 

5.

 

Etibarlı  bank  sisteminin  formalaşması  yüksək  və  peşəkar  idrərəçilik 



sisteminin təşkilini tələb etdiyindən banklarda beynəlxalq standartlara cavab verən 

korporativ idarəetmə prinsiplərinin tətbiqinə xüsusi diqqət yetirilməlidir. 

6.

 

Regionlar üzrə sərbəst pul vəsaitlərinin bank sisteminə cəlb olunması 



iqtisadiyyatın  pulla  təminatının  yaxşılaşdırılmasına  mühüm  nail  olunduğundan 

bank  sisteminin  regional  əhatəsi  genişləndirilməlidir.  Bu  məqsədlə  regional  filial 

şə

bəkələrinin genişləndirilməsi davam etdirilməli, müxtəlif xarici texniki yardımın 



reallaşdırılması  üçün  hökumət  orqanları  ilə  birlikdə  tədbirlər  intensivləşdiril-

məlidir. 

7.

 

Hazırda  başlıca  məsələ  yenidənmaliyyələşmə  alətlərinin  spektrinin 



genişləndirilməsindən ibarətdir.  

8.

 



Hazırda  Mərkəzi  Bankın  mərkəzləşdirilmiş  kredit  resurslarının 

kommersiya banklarına ayrılması рrosesində tətbiq etdiyi  girov mexanizmi, yəni 

daşınmaz  əmlakın  istifadə  olunması  çox  primitivdir.  Girov  təminatı  ilk  növbədə 

onun  yüksək  likvidlik  meyari  əsasında  formalaşdırılmalıdır.  Dünya  təcrübəsi 

göstərir ki, yüksək likvidli girov yüksək etibarlılıq keyfiyyəti ilə xarakterizə olunan 

dövlət qiymətli kağızlarıdır. 

Bütün  ölkələrdə  olduğu  kimi,  respublikamızda  da  valyuta  siyasəti 

iqtisadiyyatın  inkişafında  mühüm  rol  oynayır.  Valyuta  siyasəti  ümumdünya 




 

89

təsərrüfat  əlaqələri sitemində iqtisadiyyatın daxili və  xarici dinamik  müvazinətini 



təmin etmək, beynəlxalq ödəmələri müəyyən bir sistem daxilində yerinə yetirmək 

və  xarici  ticarət  balansını  tənzimləmək  məqsədi  ilə  ölkənin  cari  və  strateji 

məqsədlərinə  uyğun  olaraq  hökümətin  həyata  keçirdiyi  tədbirlərin  məcmusudur. 

Valyuta  siyasəti  iqtisadi  siyasətin  mühüm  tərkib  hissəsidir  və  onun  çoxtərəfli 

məqsədlərinin yerinə yetirilməsinə, yəni güclü iqtisadi inkişafın təmin edilməsinə 

,işsizlik və inflyasiyanın artımının dayandırılmasına tədiyyə balansı müvazinətinin 

dəstəklənməsinə yönəldilir. Valyuta siyasəti dövlətlər arasındakı qarşılıqlı əlaqəni 

ə

ks etdirir. 



Hazırda  Respublikamızda  sosial-iqtisadi  vəziyyət  sabitlik  və  dinamik 

inkişaf mərhələsindədir.Bu sabitlik və dinamik inkişafı daha da səmərəli şəkildə 

stimullaşdirmaq üçün aşağıdakı təklifləri veririk: 

•  dollarlaşma  ilə  ilə  mübarizə  məqsədilə  məzənnə  proqnozunu  verərək, 

iqtisadi ədədləri dəyişikliklərə hazırlamaq; 

•  milli  valyutanın  gücünün  artırılmasına,  onun  pulun  daxili  sistemlə 

ə

laqədar  oynadığı  funksiyalarda  inhisarçılığına,yığımda  SDV  manat 



nisbətinin manatın xeyrinə dəyişdirilməsinə səy etmək; 

•  rezident  və  qeyri-rezidentlər  ölkəmizə  daxil  olarkən,  onların  xarici 

valyuta vasitələrini sərhəddə milli valyutaya çevirmək; 

•  strateji  valyuta  ehtiyatlarının  bir  hissəsini  Azərbaycan  iqtisadiyyatına 

yönəltmək 

•  devalvasiya  tətbiq  olunanda  tədiyyə  balansı  komponentlər  üzrə 

araşdırılmalı  və  istehsalçılarımıza  lazım  olan  faizdə  məzənnə 

dəyişikliyi tətbiq olunmalıdır 

•  strateji  valyuta  ehtiyatlarını  müxtəlif  ehtiyat  valyutalarda  saxlayaraq 

valyuta riskini azaltmaq. 

•  Getdikcə valyuta rejimini yumşaltmaq və s. 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə