Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə114/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   110   111   112   113   114   115   116   117   ...   141

354 

Dekabr 


 

Xankəndinin işğalı günü 

 

26 


Ərazisi – 1048 km

2

 

Əhalisinin sayı – 57000 nəfər 

İnzibati mərkəzi – XANKƏNDİ 

 İşğal tarixi  26.12.1991 

 

 

 

 

Xankəndi Azərbaycanın Dağlıq Qarabağ regionundakı 

mərkəz  şəhəridir.  Şəhərin bünövrəsini Qarabağ xanı  Pənahəli 

xanın oğlu Mehdiqulu xan qoyduğundan Xankəndi adlan-

mışdır. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdən sonra 

buraya gəlmə ermənilər yerləşdirilmişdir. 1923-cü ildə erməni 

şovinistlərinin təzyiqi ilə  kəndə Stepan Şaumyanın adı 

verilmişdir (Stepanakert). 1991-ci ildə şəhərin tarixi adı özünə qaytarılmışdır.  

Dağlıq Qarabağın mərkəzi Qarqar çayının sahilində, Qarabağ silsiləsinin  şərq 

ətəyində, Bakıdan 329 km aralıda yerləşir. 



 Xan babalarımızın əli ilə ilk bünövrə daşları düzülən, Azərbaycan xalqının varı-

dövləti hesabına tikilib müasir şəhər görkəmi alan Xankəndi Qarabağın başqa 

yaşayış məntəqələri kimi Ermənistan ordusunun tapdağı altındadır. 20 il öncəyə qə-

dər Xankəndində yüzlərlə azərbaycanlı ailəsi yaşayırdı, yurd-yuvasından didərgin 

düşən soydaşlarımız orada Kərkicahan yaratmışdılar.   

Xankəndi ölkənin inkişaf etmiş  sənaye mərkəzi idi. Yüngül və yeyinti sənayesi 

inkişaf etmişdir. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, mebel 

fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris istehsalat kombinatları vardır.  

 Hal-hazırda erməni silahlı qüvvələrinin işğalı altındadır.  

Bütün Azərbaycan xalqı inanır ki, Dağlıq Qarabağ problemi ən yaxın zamanlarda 

birdəfəlik və ədalətlə həll ediləcək, Xankəndi də, Kərkicahan da, Xocalı da, Şuşa da, 

Laçın da əsl sahiblərinə - azərbaycanlı övladlarına qovuşacaq. 



Biz torpaqlarımıza qayıdacağıq! 


355 

 

   Vəzir Surxay oğlu Orucov 1956-cı il 



dekabr ayının 26-da Tərtər rayonunun 

Xoruzlu kəndində anadan olmuşdur. 

Orta təhsilini burada almışdır. 

     1974-cü  ildə Bakı Yüngül Sənaye 

Texnikumuna  daxil  olmuş  və bir il-

dən sonra hərbi xidmətə çağırılmışdır. 

 1977-ci  ildə  hərbi xidmətdən tərxis olunaraq, 

yarımçıq qalmış  təhsilini davam etdirmişdir. 

V.Orucov ilk əmək fəaliyyətinə  Tərtər Çörək Zavo-

dunda başlamışdır. 

1984-cü il Rusiyanın Arxangelsk vilayətinə köç-

müşdür. 1992-ci ildə Qarabağ müharibəsində  iştirak 

etmək üçün könüllü olaraq Vətənə dönmüşdür. 1992-

ci il 4 may Tərtər özünümüdafiə batalyonlarından 

birinə daxil olmuşdur. Vəzir sıravi döyüşçü olduğu 

halda komandir müavini vəzifəsinəcən yüksəlmişdi. 

O, batalyonun kəşfiyyat bölməsinin rəhbərliyini öz 

üzərinə götürmüşdü. Batalyonun başlayacağı bütün 

döyüş  əməliyyatlarından azı bir gün əvvəl özünün 

seçdiyi bir qrup döyüşçü ilə düşmən arxasına keçmiş, 

onların canlı qüvvəsi, texnikası barədə  dəqiq 

məlumatlar gətirmişdir. Onun həmişə  uğurlu keçən 

əməliyyatları döyüş yoldaşlarını ruhlandırır, onları 

qələbəyə səsləyirdi. 

Vəzir Orucov Marquşevan, Drombon, Levonarx, 

Madagiz, Akop Komari, Sərsəng su ambarı, Çıldıran, 

Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə  kəş-

fiyyatçı olaraq düşmənin saysız planlarını puç etmiş-

di. 1 sentyabr 1992-ci il 

Çıldıran kəndi uğrunda ge-

dən döyüşdə  ağır yaralan-

mışdır. Bir müddət müalicə 

olunan Vəzir yenidən cəb-

həyə dönür. O, cəsur bir 

döyüşçü kimi həmişə döyüş 

əməliyyatlarının önündə 

getmişdir. Yoldaşları onu 

əfsanəvi qəhrəman kimi ta-

nıyırdılar. 22 mart 1993-cü 

ildə o, Ağdərənin Qlobus 

yüksəkliyi uğrunda gedən 

ağır döyüşdə  qəhrəmanca-

sına həlak olmuşdur. 

Evli idi, bir oğlu yadi-

gar qalıb. 

Azərbaycan Respub-

likası Prezidentinin 27 mart 

1993-cü il tarixli 495 saylı 

Fərmanı ilə Orucov Vəzir 

Surxay oğluna ölümündən 

sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adı verilmiş-

dir. 

Bakı şəhərinin Şəhidlər 



Xiyabanında dəfn edilmiş-

dir. 


 

 

Dekabr  



 

55 illiyi 

Vəzir Orucov 

1956-1993 

 

 

 



 

Milli 


Qəhrəman 

26 



356 

Ədəbiyyat 

 

Vəzir Surxay oğlu Orucova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haq-

qında: [Batalyon komandirinin müavini- Azərbaycan Respublikasının suverenliyi və 

ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində 

göstərdiyi  şəxsi igidlik və  şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası 

Prezidentinin Fərmanı, 27 mart 1993-cü il //Azərbaycan Respublikası Ali Sovetinin 

Məlumatı.-1993.- № 6.- S.7.- (Ölümündən sonra).  

 

Ənsər, B. Son Qlobus döyüşü, həyatı, təhsili, döyüş şücaəti haqqında /B.Ənsər 



//Ağrıdağlı qəhrəman.-Bakı, 2004.- S.82-83. 

Əsgərov, V. Orucov Vəzir Surxay oğlu /V.Əsgərov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- S.177. 

Həsənoğlu, Ş. Vətən sənə oğul dedi: (Poema) /Ş.N.Həsənoğlu //Ağlama, bülbül 

ağlama.- Bakı, 1994.- S.246-342. 

Orucov Vəzir Surxay oğlu: (1963-1993) //Azərbaycanın Milli Qəhrəmanları 

/tərt. ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı: 2008.- S.168. 

Səmədov,V. Vəzir Surxay oğlu Orucov (1963-1993) /V.Səmədov,  S.Aslanov 

//Təki vətən yaşasın.- Bakı, 1992.- S.49-54. 

Zeynalov, R. Orucov Vəzir Surxay oğlu: (1963-1993) /R.Zeynalov //Azərbay-

canın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.37. 

 

İnternetdə 

 

www.azerbaycanturkleri.com 



www.canbaku.net 

www.ilhame.azersayt.com 

www.zengilan.com 

 

Nailə Alışova 



 

 


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə