Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə110/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   106   107   108   109   110   111   112   113   ...   141

344 

əzmlə çalışan və buna müvəffəqiyyətlə nail olan 

cənab Prezident ailəsinin bütün üzvləri ilə birlikdə - 

həyat yoldaşı, ziyalı bir ailənin yetirməsi, Heydər 

Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban 

Əliyeva və Heydər  Əliyev Fondunun Moskva təm-

silçisi Leyla Əliyeva da çiyin-çiyinə çalışır. 

Prezident  İlham  Əliyev indiyə kimi aşağıdakı 

orden, mükafat və fəxri adlarla təltif olunmuşdur: 

“Heydər  Əliyev” ordeni (Azərbaycan Respublika-

sı), Beynəlxalq münasibətlər və sülh naminə  İhsan 

Doğramacı mükafatı (Türkiyə), “Rumıniya Ulduzu” 

ordeni (Rumıniya), “Kral Əbdüləziz” ordeni (Səudiy-

yə  Ərəbistanı Krallığı), “Şərəf” ordeni (Gürcüstan), 

“Şərəf Legionunun Böyük Xaçı” ordeni (Fransa), 

“Şeyxülislam” ordeni (Azərbaycan Respublikası), 

Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy Serqiy 

Radonejskiy” birinci dərəcəli ordeni, “Böyük Kor-

don”  Şərəf ordeni (Beynəlxalq Hərbi-İdman  Şurası), 

MDB ölkələrinin  İdman Təşkilatlarının Beynəlxalq 

Konfederasiyasının “Şərəf” ordeni, FİLA-nın  Şərəf 

Zalının  ən yüksək “İdman  Əfsanəsi” ordeni, Polşa 

Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni 

(Polşa), “I dərəcəli Knyaz Yaroslav Mudrı” ordeni 

(Ukrayna), “Mübarək  əl-Kəbir” ordeni (Küveyt 

dövləti), Yunanıstan Parlamentinin Qızıl medalı 

(Yunanıstan), Avropa Ədalətli Oyunlar Hərəkatının 

“Şərəf” nişanı, “Üç ulduz” ordeninin “Böyük xaç 

kavaleri” dərəcəsi; Linkoln Universitetinin Fəxri 

doktoru (ABŞ), Moskva Dövlət Beynəlxalq Müna-

sibətlər Universitetinin Fəxri doktoru, L.N.Qumilyov 

- Avrasiya Milli Universitetinin professoru (Qazaxıs-

tan), Bilkənt Universitetinin Fəxri doktoru (Türkiyə), 

Vergilər üzrə Milli Akademiyanın Fəxri doktoru (Uk-

rayna), Ploesti Neft və Qaz Universitetinin Fəxri dok-

toru (Rumıniya), Milli və Dünya İqtisadiyyatı Univer-

sitetinin Fəxri professoru (Bolqarıstan), Kyung Hee 

Universitetinin Fəxri doktoru (Cənubi Koreya), 

İordaniya Universitetinin Fəxri doktoru (İordaniya), 

Korvinus Universitetinin ictimai elmlər üzrə  Fəxri 

doktoru (Macarıstan), M.V.Lomonosov adına Moskva 

Dövlət Universitetinin Fəxri professoru (Rusiya Fede-

rasiyası), Taras Şevçenko 

adına Kiyev Milli Universi-

tetinin Fəxri doktoru (Uk-

rayna), Məhdumqulu adına 

Türkmənistan Dövlət Uni-

versitetinin Fəxri professo-

ru (Türkmənistan Respubli-

kası), Bakı Dövlət Univer-

sitetinin Fəxri doktoru 

(Azərbaycan), Belarus 

Dövlət Universitetinin Fəx-

ri professoru (Belarus Res-

publikası). 

Hazırda Azərbaycan 

dövlətinin daxili və xarici 

siyasəti dünyada gedən 

geosiyasi və iqtisadi pro-

seslər və bu sahədəki bey-

nəlxalq təcrübə  nəzərə alı-

naraq müəyyənləşdirilib.  

Qloballaşma, sivilizasiya-

lararası dialoq, ümumbəşəri 

dəyərlərin tərkib hissəsi 

olan demokratik prinsiplər, 

eləcə də cəmiyyətin inkişaf 

qanunauyğunluqlarından 

irəli gələn məsələlər  İlham 

Əliyevin yürütdüyü siyasə-

tin nəzəri bazasını  və kon-

septual  əsaslarını  təşkil 

edir. Dövlətimizin başçısı-

nın yürütdüyü uğurlu daxili 

və xarici siyasət bir-birini 

tamamlayaraq Azərbayca-

nın milli maraqlarının mak-

simum dərəcədə  təmin 

olunmasına yönəlib. Həm 

ölkə daxilində gedən pro-

seslər, həm də Azərbayca-

nın dünyada daim möh-

kəmlənən mövqeyi deməyə 



345 

əsas verir ki, indiyədək aparılmış və bu gün də davam 

etdirilən siyasət düzgün istiqamətdədir. Dövlətimizin 

başçısı  İlham  Əliyevin Azərbaycanın sosial-iqtisadi 

inkişafı ilə bağlı imzaladığı  fərmanlar, onun 

sərəncamı ilə  təsdiq olunmuş regional inkişafa dair 

Dövlət Proqramı ölkəmizin hərtərəfli inkişafına güclü 

təkan vermişdir. Təsadüfi deyil ki, 2003-cü il 

prezident seçkilərindən sonra iqtisadi siyasətin yeni 

prioritetləri, inkişaf perspektivləri müəyyən-

ləşdirilmişdir. Bu istiqamətdə qlobal konsepsiya iş-

lənib hazırlanmış, konkret dövlət proqramları  qəbul 

olunmuşdur. Uğurlarımız isə göz qabağındadır. Ötən 

illər  ərzində iqtisadiyyatımızın artım tempi dünyada 

analoqu olmayan səviyyəyə yüksəlmişdir. Dövlətimi-

zin başçısı neft sektoru ilə yanaşı, qeyri-neft sektoru-

nun, özəl bölmənin, sahibkarlığın inkişafını  ən ümdə 

məsələ kimi, prioritet vəzifə kimi qarşıya qoymuş, son 

illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür. 

Müstəqil Azərbaycan dövləti bu gün regionun realla-

şan bütün irimiqyaslı transmilli layihələrinin təşəb-

büskarı,  əsas iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan neft, 

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tam gücü 

ilə işə düşməsi Azərbaycanın həm də dünyanın enerji 

təhlükəsizliyi məsələlərinin həllinə sanballı töhfəsi sa-

yılmalıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, 

enerji sahəsindəki uğurlar, Azərbaycanın gələcəyi 

üçün tarixi məna daşıyır və vaxt keçdikcə bizim möv-

qelərimiz daha da möhkəmlənəcəkdir. 

Regional layihələrin gerçəkləşməsi bölgə ölkələ-

rinə və xalqlarına sülh, əminamanlıq, rifah və iqtisadi 

inkişaf gətirməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolu 

layihəsinin reallaşması Azərbaycanın nəinki regionda

eləcə də dünyadakı siyasi nüfuzunun, iqtisadi qüdrəti-

nin bariz nümunəsidir. Beləliklə, Azərbaycan Avropa 

və Asiya üçün həm enerji, həm də əvəzolunmaz nəq-

liyyat mərkəzinə çevrilir. Cənab  İlham  Əliyev son 

illərdə ölkədə və regionda nəhəng quruculuq layihələ-

rini uğurla həyata keçirdiyinə görə Azərbaycanın tari-

xinə artıq Qurucu Prezident kimi düşüb. 

Regional sosial-iqtisadi inkişaf Dövlət Proqramı 

bütün bölgələrin, hətta ən ucqar kəndlərin belə tərəq-

qisi, müasir infrastrukturun 

formalaşması üçün bütün 

zəruri məqamları özündə 

əks etdirən mühüm sənəd-

dir. Son illərdə yüzminlərlə 

yeni iş yerlərinin açılması, 

yoxsulluq səviyyəsinin kəs-

kin aşağı düşməsi rayon və 

kəndlərimizdə minlərlə  sə-

naye və emal müəssisələri-

nin, yüksək standartlara ca-

vab verən təhsil və səhiyyə 

ocaqlarının, xidmət obyekt-

lərinin inşası  uğurlarımızın 

yalnız bir hissəsidir. Aparı-

lan geniş quruculuq və 

abadlıq işləri ölkəmizin 

hərtərəfli tərəqqisinə, dün-

yada lider səviyyəyə yük-

səlməsinə  səbəb olmuşdur. 

Qarşıda duran istər iqtisadi-

sosial sahədə, istərsə də di-

gər istiqamətlərdə bütün 

vəzifələr öz həllini tapır. 

Son 5 ildə Azərbaycan iqti-

sadi inkişaf sürətinə görə 

dünyada lider ölkədir. Bu 

liderliyi  əldə etmək və onu 

qoruyub saxlamaq çətin 

məsələdir.  İldən-ilə iqtisadi 

potensialın artımına nail 

olmaq, onu yüksək səviy-

yədə saxlamaq çox böyük 

fədakarlıq tələb edir. Döv-

lətimizin başçısının vurğu-

ladığı kimi, bu inkişaf bi-

zim üçün çox böyük im-

kanlar açıb. Azərbaycan 

xalqı bu gözəl imkanlardan 

artıq bəhrələnir. 




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə