Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə109/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   105   106   107   108   109   110   111   112   ...   141

342 

 

 



Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, 

Azərbaycan Respublikasının Prezidenti İlham Heydər 

oğlu Əliyev 1961-ci il dekabr ayının 24-də Bakı şəhərin-

də anadan olmuşdur.  

 

1967-1977-ci illərdə orta 



təhsilini Bakıda almışdır. 

 1977-ci  ildə Moskva 

Dövlət Beynəlxalq  Əlaqələr 

İnstitutuna (MDBƏİ) qəbul olmuşdur. MDBƏİ-ni 

bitirdikdən sonra 1982-ci ildə institutun aspirantura-

sına daxil olmuş, 1985-ci ildə dissertasiya müdafiə 

edərək tarix elmləri namizədi dərəcəsi almışdır. İlham 

Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Bey-

nəlxalq  Əlaqələr  İnstitutunda müəllim işləmişdir. 

1991-1994-cü illərdə özəl biznes sahəsində çalışmış, 

bir sıra istehsal-kommersiya müəssisələrinə  rəhbərlik 

etmişdir. Cənab İlham  Əliyev 1994-cü ildən 2003-cü 

ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət 

Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-

prezidenti olmuşdur. Ulu öndər Heydər Əliyevin neft 

strategiyasının həyata keçirilməsində  fəal iştirak et-

mişdir. Suveren Azərbaycanın neft siyasətinin geosi-

yasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəlli-

fidir. Siyasi elmlər doktorudur. İlham Əliyev  iki dəfə- 

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası 

Milli Məclisinə millət vəkili seçilmişdir. 1997-ci ildən 

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti-

dir. İdmanın və Olimpiya hərəkatının inkişafında bö-

yük xidmətlərinə görə Bey-

nəlxalq Olimpiya Komitə-

sinin ali ordeni ilə  təltif 

edilmişdir. 1999-cu ildə 

“Yeni Azərbaycan Par-

tiyası” sədrinin müavini, 

2001-ci ildə  sədrin birinci 

müavini, 2005-ci ildə isə 

partiyanın sədri seçilmişdir. 

2001-2003-cü illərdə Avro-

pa  Şurası Parlament As-

sambleyasında (AŞPA) 

Azərbaycan Respublikası 

Milli Məclisinin nümayən-

də heyətinin rəhbəri olmuş-

dur. 2003-cü ilin yanvarın-

da Avropa Şurası Parla-

ment Assambleyası  sədri-

nin müavini, AŞPA-nın 

Büro üzvü seçilmişdir. 

2004-cü ilin aprelində  AŞ-

PA-nın fəaliyyətində  fəal 

iştirakına və Avropa ideal-

larına sədaqətinə görə 

 

Dekabr  



 

50 illiyi 

İlham Əliyev  

1961 


 

 

 



Azərbaycan 

Respublikasının 

Prezidenti 

24 



343 

AŞPA-nın Fəxri üzvü diplomu və  AŞPA medalı ilə 

təltif edilmişdir. 2003-cü il avqustun 4-də Milli 

Məclis tərəfindən təsdiq edildikdən sonra İlham 

Əliyev Azərbaycan Respublikasının Baş naziri təyin 

edilmişdir. 2003-cü ilin oktyabr ayının 15-də 

Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 

Prezident seçkilərində seçicilərin 76%-dən çoxu 

İlham  Əliyevin lehinə  səs vermişdir. XXI əsrin ilk 

Prezident seçkilərində xalqımızın iradəsinə arxalanan

siyasətini milli maraqlarımızın tam təmin olunması 

üzərində quran, ümummilli liderimiz Heydər Əliyevin 

müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasını 

rəhbər tutan və regionda çox böyük nüfuza malik olan 

İlham  Əliyevin dövlətimizin başçısı seçilməsi ilə 

müasir tariximizdə keyfiyyətcə yeni mərhələnin 

başlanğıcı qoyuldu. 2003-cü il oktyabrın 31-də cənab 

Prezident vəzifəsinin icrasına başlamışdır. Pre-

zidentliyinin ilk günlərindən özünü peşəkar siyasətçi 

kimi təsdiqləyən  İlham  Əliyevin siyasi-psixoloji por-

tretinin  əsasını  təşkil edən komponentlər onun Azər-

baycan siyasi arenası üçün son dərəcə  uğurlu dövlət 

başçısı olduğunu sübut etdi. O, öz siyasi simasında 

Qərb standartlarının, aristokratik siyasi rəftarın, ra-

sional düşüncə  tərzinin, praqmatizmin milli mentali-

tetlə son dərəcə  dəqiqliklə uzlaşdırılmış ansamblını 

yaratmağa nail olmuşdur. Cənab İlham Əliyev bu key-

fiyyətləri ilə Azərbaycan siyasətinə yeni nəfəs, siyasi 

ab-hava və müasirlik gətirdi. Başqalarından fərqli 

olaraq siyasi romantizm, saxta vətənpərvərlik, arxaik 

siyasi ideologiyalar kimi amillər onun bir siyasətçi 

kimi formalaşmasına zəmin yaradan komponentlər sı-

rasında mövcud deyildir. Ötən beş il ərzində ümum-

milli liderimiz Heydər  Əliyevin siyasi kursunun 

layiqli davamçısı olan Prezident İlham Əliyevin apar-

dığı məqsədyönlü siyasət ictimai tərəqqiyə yeni güclü 

təkan verməklə, cəmiyyətin bütün təbəqələrinin maraq 

və  mənafelərini özündə  əks etdirmişdir. Heydər 

Əliyev siyasi kursunun layiqli davamçısı olan cənab 

İlham Əliyev 2008-ci ildə yenidən Prezident seçilmiş 

və hazırda Prezident vəzifəsini icra edir. Prezident 

İlham  Əliyev seçki qabağı platformasının bütün 

istiqamətləri üzrə xalqa 

verdiyi vədləri ardıcıl ola-

raq yerinə yetirdiyi üçün 

seçicilər məhz növbəti 5 

ildə  də taleyini ona etibar 

etdilər. Azərbaycanın hər-

tərəfli və dinamik inkişafı, 

yeni iş yerlərinin açılması, 

enerji sahəsi ilə yanaşı, 

qeyri-neft sektorunun tərəq-

qisinə nail olmaq, milli sa-

hibkarlığın formalaşması və 

inkişafı,  əhalinin aztəmi-

natlı hissəsinin, bütövlükdə 

isə hər bir vətəndaşın mad-

di rifah halının yüksəldil-

məsi, diaspor və lobbiçilik 

fəaliyyətinin gücləndirilmə-

si, Azərbaycanın milli mə-

nafeyinə cavab verən ba-

lanslaşdırılmış xarici siya-

sətin yürüdülməsi, Qərbə 

inteqrasiya prosesinin sü-

rətləndirilməsi vahid siyasi 

platformaya söykənən, çox-

şaxəli və genişmiqyaslı bu 

qlobal strateji xəttin 

prioritet istiqamətləridir. 

Cənab Prezident rus, in-

gilis, fransız və türk dil-

lərini bilir. Ailəlidir. Üç öv-

ladı, 2 nəvəsi var. Xalqının 

rifahı  və inkişafı naminə 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə