Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə33/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   29   30   31   32   33   34   35   36   ...   141

98 

nimsəmələrində heç kəsdən təcrübə və bacarığını əsir-

gəməmişdir. 

Romantik xarakterlərdə  səhnəyə  çıxan Sidqi Ru-

hullanın  daxili ehtirası, səsinin qəltanı  və zabitəli  

olması elə ritmdə köklənirdi ki, ifaçını aktyor kimi 

sevməmək, onun istedadına  şübhə etmək mümkün 

deyildi. Hətta Sidqinin mənfi xarakterli rollarında da 

tamaşaçı aktyorun yaradıcılıq ehtirasına məftun 

olurdu. 


 Akademik Milli Dram Teatrının 1948 və 1959-cu 

illərdə Moskva qastrolları zamanı Sidqi Ruhullanın 

oyunu dünya şöhrətli rus teatrşünasları tərəfindən çox 

yüksək qiymətləndirilmişdi. 

  Aktyor  “Şərqin səhəri” tamaşasındakı  Ağalarov 

roluna görə 1938-ci ildə bir qrup yaradıcı heyətlə 

birgə Stalin mükafatına layiq görülmüşdü. 

 

Sidqi Ruhulla milli 



teatrın inkişafında xidmət-

lərinə görə Respublikanın 

Əməkdar artisti (26 mart 

1931), Xalq artisti (4 

dekabr 1938) və SSRİ  

Xalq artisti (22 iyul 1949) 

fəxri adları ilə  təltif olun-

muşdu. 


Azərbaycan teatrının  ən 

cəfakeş, fədakar, maarifpər-

vər sənətkarı 1959-cu il 

may ayının 5-də vəfat etmiş 

və Bakıda Fəxri Xiyabanda 

dəfn edilmişdir. 



 

Ədəbiyyat 

     

    Abdin,T.  O  səs hələ  də qulağımdadır: [aktyor Sidqi Ruhulla haq.] /T.Abdin 

//Ədalət.- 2006.- 8 iyul.- S.7. 

    Abdulla, A. Sidqi Ruhulla-səhnəmizin Qacarı: [istedadlı aktyor, görkəmli teatr 

xadimi] /A.Abdulla //Yeni Azərbaycan.- 2005.- 1 aprel.- S. 7. 

Kərimov, İ. İranda Azərbaycan teatrı /İ.Kərimov //Azərbaycan teatr tarixi.- Bakı, 

2008.- S.675-684. 

Rəhimli, İ. Sidqi Ruhulla /İ.Rəhimli //Azərbaycan teatr tarixi.-Bakı, 2005.- S.283-

287. 

 

 İnternetdə 

 

www.anl.az 

www.az.wikipedia.org                                                         

 

Səmayə Quliyeva 




99 

 

Cəmil Əziz oğlu Əliyev   1946-cı 

il mart ayının 30-da Bakı  şəhərində 

anadan olmuşdur.   

Tanınmış onkoloq alim Cəmil 

Əliyev çətin və şərəfli bir elmi yara-

dıcılıq yolu keçmişdir. O, 1968-ci il-

də N.Nərimanov adına Azərbaycan 

Dövlət Tibb İnstitutunu bitirmiş (in-

diki Azərbaycan Tibb Universiteti), elə  həmin ildən 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Tək-

milləşdirmə İnstitutunun Onkologiya kafedrasında baş 

laborant vəzifəsinə təyin olunmuşdur. 

1972-ci ildən isə həmin kafedrada assistent vəzifə-

sində çalışmışdır. 1973-cü ildə onkologiya ixtisası üz-

rə namizədlik, 1978-ci ildə isə Moskvada keçmiş 

SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq On-

kologiya Elmi Mərkəzində həmin ixtisas üzrə doktor-

luq dissertasiyası müdafiə etmişdir. O, 1978-ci ilin 

fevral ayında Respublika Səhiyyə Nazirliyinin Elmi 

Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya 

İnstitutunda İkinci cərrahiyyə şöbəsinin rəhbəri, 1980-

ci ilin oktyabrından 1990-cı ilin mart ayınadək direk-

torun elmi işlər üzrə müavini, 1990-cı ilin mart ayın-

dan isə Respublika Milli Onkologiya Mərkəzinin di-

rektoru vəzifəsində çalışır. 

Akademik Cəmil Əliyevin elmi axtarışlarını yalnız 

Azərbaycanla məhdudlaşdırmaq olmaz. Onun elmi 

araşdırmalarının miqyası geniş  və çoxçalarlıdır. Bu 

səbəbdən də onu respublikamızın hüdudlarından kə-

narda da yaxşı tanıyıb qiymətləndirirlər. O, 10 mo-

noqrafiyanın, 206 elmi mə-

qalənin, bir sıra ixtira və sə-

mərələşdirici təklifin müəl-

lifıdir. Alimin “Dərinin 

bədxassəli şişlərinin plastik 

cərrahiyyəsi”  əsəri keçmiş 

SSRİ Tibb Elmləri Akade-

miyasının N.Petrov adına 

mükafatına layiq görülmüş-

dür. Cəmil Əliyev həmçinin 

Azərbaycan Milli Elmlər 

Akademiyasının Y.Məm-

mədəliyev adına mükafatın 

laureatı, London Universi-

tetinin fəxri professoru, İn-

giltərə Hammersmit Kral 

Universitetinin fəxri profes-

soru, Nyu-York Elmlər 

Akademiyasının üzvü, Ru-

siya Federasiyası Tibb Elm-

ləri Akademiyasının həqiqi 

üzvü, 2000-ci ildən Res-

publikanın  Əməkdar elm 

xadimidir. Professor Cəmil 

Əliyevin  əsas elmi istiqa-

məti Azərbaycanda  ən çox 

təsadüf edilən bədxassəli 

şiş törəmələrinin (qadınlar-

da süd vəzi xərçəngi, dəri, 

qırtlaq, ağ ciyər, sümük və 

 

 Mart 



 

65 illiyi 

Cəmil  Əliyev  

 1946 


 

 

 



Onkoloq 

30 



100 

yumşaq toxumaların bədxassəli şişləri) epidemiologi-

yası, müalicə  və reabilitasiyasıdır. O, adı  çəkilən 

problemlərin həllinə bilavasitə rəhbərlik edir və həmin 

istiqamətdə elmi-tədqiqat işləri aparır. Bununla yana-

şı, o, elmi fəaliyyətini pedaqoji və elmi-təşkilatçılıq 

işləri ilə birləşdirir. O, 1994-cü ildən  Ə.Əliyev adına 

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitu-

tunun Onkologiya kafedrasının müdiri vəzifəsində 

çalışır. Professor Cəmil  Əliyev işlədiyi dövr ərzində 

Azərbaycanda böyük onkoloji məktəb yaratmağa nail 

ola bilmişdir. Sevindirici haldır ki, indi o, həmin mək-

təbə  rəhbərlik edərək, onu daha da inkişaf etdirməyə 

çalışır. Onun rəhbərliyi ilə 3 doktorluq, 26 namizədlik 

dissertasiyası müdafıə olunmuşdur. O, onkologiyanın 

həm klinik, həm də nəzəri və eksperimental sahələrin-

də  təkcə respublikamızda deyil, onun hüdudlarından 

kənarda hazırlıq keçən gənc milli elmi kadrlara da fəal 

himayədarlıq göstərməkdə davam edir. Bütün bunlarla 

yanaşı, professor Cəmil Əliyev Azərbaycanda ən gör-

kəmli səhiyyə  təşkilatçılarından biri, Respublika On-

koloqlar Cəmiyyətinin sədri, Səhiyyə Nazirliyinin baş 

onkoloqu, nazirliyin onko-

logiya üzrə Attestasiya Ko-

missiyasının sədri, “Azər-

baycan tibb jurnalı” redak-

siya heyətinin üzvü, “Azər-

baycan onkologiya və həm-

mərz elmlər jurnalı”nın baş 

redaktoru, MDB dövlətləri 

onkoloqları assosiasiyası 

idarə heyətinin, Avropa on-

kologiya cəmiyyətinin, Ru-

siya elmi-tibbi onkologiya 

cəmiyyəti idarə heyətinin 

üzvüdür. 

30 mart 2006-cı ildə 

C.Əliyev Azərbaycan tibb 

elminin inkişafındakı xid-

mətlərinə görə  “Şöhrət or-

deni” ilə təltif edilib. 

 

Ədəbiyyat 

 

    C.Ə.Əliyevin “Şöhrət ordeni” ilə təltif edilməsi haqqında Azərbaycan Respubli-

kası Prezidentinin Sərəncamı, 29 mart 2006-cı il //Azərbaycan.- 2006.- 30 mart.-S.1. 

 

 Əliyev, C. Görkəmli elm xadimi, tanınmış onkoloq /C.Əliyev, Ə.Əmiraslanov 



//Xalq qəzeti.- 2008.- 4 aprel.- S.4.  

Əmiraslanov, Ə. Şərəfli və şəfqətli alim yolu: Onkoloji elmi mərkəzin direktoru, 

professor Cəmil Əliyev haqqında //Xalq qəzeti.- 2006.- 24 mart.- S.5. 

 

İnternetdə 



 

     www.adam.az 

www.az.wikipedia.orq 

www.deyerler.orq 



 

Məmməd Məmmədov


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə